Mortiferum × Ismael Khanlar - "Bezmişəm" (Nəqərat: Şahin Əlizadə)

Поделиться
HTML-код
  • Опубликовано: 20 окт 2024

Комментарии • 28

  • @KlazzixRecords
    @KlazzixRecords  3 года назад +15

    Mortiferum:
    Bezmişəm keçmişə ilişən sətirlərdən,
    Aparmaq istəmirəm artıq özümü köhnəyə.
    Dəyişmişəm sevgimizi gör nələrə mən örnəyəm!
    Bu xülyalar qıpqırmızı, qan bulaşıb köynəyə!
    Satmaq istədim ruhumu şeytanlara bir savaba,
    Günəş doğular Alagöz İblisim, çıxarıq bir sabah,
    Bir günah etsən, yazılar o saat, bəs tapılar cavab?
    Mən haqq-şeytan güzgüsü, qapqara qapılar cahan!
    Hər hansı xəstəxana dəhlizindən, qalma sən yerində belə gəl izimdən,
    Danışım sənə min cür fəlsəfədən, lap faşizmdən ya kommunizmdən.
    Od vurar durar yaxamın içindən, gecələr dostlar yıxılıb içirlər,
    Ayılmaq həyata yuxulu biçimdə, məhv olmalıyam bağırıb içimdən!
    Karmam qarma-qarışıq olub elə bil özüdür ki var bəla xəstəsi.
    Mən unudulan çinar, ölmüş sevgiliyə gələn boz gül dəstəsi!
    Şərabım yox gecə içirəm nar soku,
    Yaşadıqlarım inan ki mənə dərs olub,
    Bəlkə də sizdə-bizdə günah yoxdu,
    Axı niyə görə sənin həyatın tərs olub?
    Başa düş, məhv olmalıyam, buraxıb uşaqlığı yaxşını, pisi və də sevgini..
    Gözlərimin fəri üzülüb, sənlə unutduğum yollardan bəri,
    Ölümlə çoxdan mərcə girmişəm, anlayıram uduzmalıyam mərci,
    Hesabla gəliri, çıx xərci, başa düş, məhv olmalıyam, özü də təcili!
    Nəqarət:
    Tükənirəm, daha gücüm yox sabaha.
    Daha qanadlanmağa yox taqətim,
    Ruhuma toxunma!
    Tükənirəm, daha ümid yox sabaha.
    Daha ayağa qalxmağa yox taqətim,
    Ruhuma toxunma!
    İsmayıl Xanlar:
    Bezmişəm artıq yaşadığım bu günlər hədər.
    Hər dəfə mən yazıram uydurduğum fəlsəfədən
    Məğlubiyyətdəki təntənədən
    yorğun, bihal tirtir əsər bədənimdəki qəlsəmələr.
    Sıxılıram yeraltındakı taxtımdan
    Xələfim yox, sələfim yox.
    Qəzəbim bol, səbəbim çox bu olanlara
    Bir qəpik qazandırmayan
    Ədəbiyyatdan da usanmışam
    demək zərurətindən qalsam düzünü
    Qafiyə xətrinə yazmıram mən,
    mənim qafiyələr xətrimə düzülür hələ də.
    Harasa yarasa qanı axıb qalıb deyə
    lənətlər yağdırırdı göydən karma.
    Qaralama dəftərlərim ilahi komediya deyil ilahi drama dolu.
    Travmatoloq başımdakı ağrılara şahid olub
    Aldı psixoloji bir travma.
    Bir anlıq Fiamma dedi ki, dayanma.
    Dünyada nə qədər tiran varsa, edəcəm viran.
    Vermişəm bir and, hər şeyə inad
    Günbəgün durmadan qəlbimdə böyüyür bir böyük zəfər inam.
    Dejavu matrix xətası, göylərin bəlası.
    Düşürdü qiyamət havası, dəyəndə dostların arası,
    görünürür bu dünyanın ən bədxah əzası.
    Nəfsimə bağırıram hər gün
    Məhv olmalısan özü də dərhal.
    Bərbad əhval, göz bəbəylərimdən baxanda
    qan rəngidi hər yan.
    Qəzavü qədərin cilvəsiylə mən
    Həqiqətin son pilləsindəyəm
    Göydən ensə də bəla,
    Lərzəyə gəlsə də fəza
    Birə iki demədim əsla
    Qazdım nəfsimə məzar.

  • @ziyaqezenferli
    @ziyaqezenferli 3 года назад +5

    Bele baxis sayina bele beyen sayina baxib utandim../ugurlar size..babatdı

  • @segnalibrosv
    @segnalibrosv 3 года назад +3

    qəzavü qədərin cilvəsiylə mən, həqiqətin son pilləsindəyəm.

  • @alidaaliyeva9338
    @alidaaliyeva9338 3 года назад +5

    Elə hər şeydən bezdiyim vaxtlarda dinlədim :d Əladır!

  • @iamasimaskeroff
    @iamasimaskeroff 3 года назад +5

    həmişəki kimi. mükəmməl

  • @agezmaximus664
    @agezmaximus664 3 года назад +8

    Şahini RedNinjasda görmək ayrı gözəldi, əlasız 😍😍

  • @Fakhri_19
    @Fakhri_19 3 года назад +12

    Respect from İstanbul☝️

  • @babekmusazade7616
    @babekmusazade7616 3 года назад +2

    gecə-gecə qanımı qaraltdınız)) sizi niyə belə gec tanımışam axı

  • @fuadslv
    @fuadslv 3 года назад +4

    bezdirəcəyə oxşamır,gözəl🪐

  • @aytagmusazade9774
    @aytagmusazade9774 3 года назад +4

    Tükənirəm daha ümid yox sabaha...🥀🖤

  • @kamilteachesstuff
    @kamilteachesstuff 3 года назад +2

    Respect from Suraxanı!

  • @esmerhuseynova7036
    @esmerhuseynova7036 3 года назад +4

    Vauu

  • @x-flies4838
    @x-flies4838 3 года назад +1

    Respect, ferqli bir shey 👏👏👏👏

  • @ofelyaagayeva
    @ofelyaagayeva 3 года назад +3

    Respect🤜🏼🤛🏼

  • @faridsurxay
    @faridsurxay 3 года назад +4

    əlasız. 💚✌🏻

  • @ayselbayramova3368
    @ayselbayramova3368 3 года назад +4

    👌🏻😍

  • @zhrahaczad2154
    @zhrahaczad2154 3 года назад +4

    Əfsanə!!!

  • @gamechanger5667
    @gamechanger5667 3 года назад +2

    Satmaq istedim ruhumu weytanlara bir savaba... Mohtewem 👏

  • @xeyalqurbanov3437
    @xeyalqurbanov3437 3 года назад

    Əlasız gənclər ✊✊✊

  • @gulnarxasmmmd6477
    @gulnarxasmmmd6477 3 года назад +1

    🔥🔥🔥

  • @vasmoybeatz4675
    @vasmoybeatz4675 3 года назад +3

    🖤🖤🖤

  • @zhancrang1953
    @zhancrang1953 3 года назад +1

    Nihilizmlə başlayan track ekzistensializmlə bitir. Yinyanq var bezmişəmin içində Mortiferum qaradır, İsmayıl Xanlar ağdır. Şahin Əlizadənin nəqarətiysə hər ikisinin vəhtədidi. Uğurlar olsun sizə

  • @intiqammrdanl515
    @intiqammrdanl515 3 года назад +3

    👍🏻👍🏻

  • @narminasdanli
    @narminasdanli 3 года назад +2

    🖤

  • @banufatiyeva7983
    @banufatiyeva7983 3 года назад +4

    Perfecto🤌🏻💙

  • @JaweedAB
    @JaweedAB Год назад

    MKR dan dünyaya

  • @Talehofficial
    @Talehofficial 3 года назад +2

    Qafiyə xətrinə yazmıram, qafiyələr sətrimə düzülür.