Böyrək xəstəliyi olanlar İZLƏSİN - Böyrək çatışmazlığı nədir?

Поделиться
HTML-код
  • Опубликовано: 19 окт 2024
  • #boyrekcatismazligi #boyrek #androloq
    Uroloq - Androloq Rüfət Əsədbəyli
    Tel: (+994 70 800 66 99)
    Sayt: baku-urologiya.az
    İnstaqram: uroloq_dr_rufat_asadbeyli
    Facebook: Dr. Rufat Asadbeyli
    Xroniki böyrək çatışmazlığı zamanı bəzən xəstə bizə müraciət edib başında ağrılarından, yüksək təzyiqdən, tezdən duranda ürəkbulanmadan, bədənində qaşınmadan, qansızlıqdan və s. şikayətlənir. Müayinə etdikdə görürük ki, xroniki böyrək çatışmazlığının son mərhələlərindədir. Böyrək çatışmazlığı olan xəstələr bizə müraciət etdikdə sidik cövhərinin və kreativin qanda miqdarı kəskin şəkildə yüksəldiyindən xəstədə uremik əlamətlər qeydə alınır. İştahasızlıq, yuxusuzluq, bəzən yuxuya meyllilik, bədəndə qaşınma, çəkidə azalma, rəngin dəyişməsi, aşağı və yuxarı ətraflarda, üzdə şişkinlik, dərinin torpaq rəngində olması xroniki böyrək çatışmazlığının əlamətləridir. Kənardan xəstəyə baxanda artıq sözügedən xəstəlikdən əziyyət çəkdiyi bəlli olur. Bəzən xəstəliyin etiologiyasına nəzər saldıqda görürük ki, böyrəkdən qaynaqlanan proses nəticəsində yaranmayıb. Sadəcə, xəstə idarəolunmaz şəkərli diabetdən, yüksək təzyiqdən əziyyət çəkib. Şəkər və təzyiqsə böyrəyin çökməsinə gətirib çıxarıb. Ümumiyyətlə, böyrək çox həssas orqandır, heç bir reaksiya vermədən dözür, səssiz qalır, amma sonda orqanizmə ciddi zərər vurur.
    Kəskin böyrək çatışmazlığına səbəb olan faktorlar aşağıdakılardır: artıq miqdarda qan itkisi ilə nəticələnən böyük əməliyyatlar, doğuşlar, bədənin donması, ishal, qusmalar, zəhərlənmələr, yanlış qanköçürmələri, ağır gedişatı olan infeksion xəstəliklər. Kəskin böyrək çatışmazlığını düzgün müalicə etmədikdə xroniki formaya keçir. Xroniki böyrək çatışmazlığı hər hansı səbəbdən böyrəklərin funksiyasının tədricən zəifləməsi nəticəsində baş verən patoloji haldır. Böyrəklərin xroniki iltihabı, irsi, allergik-immunoloji, infeksion xəstəlikləri, eləcə də şəkərli diabet, hipertoniya, sistem xəstəlikləri, qida və dərman zəhərlənmələri və s. xroniki böyrək çatışmazlığının baş verməsinə səbəb ola bilər.

Комментарии • 23

  • @bnm2197
    @bnm2197 2 года назад +4

    Hekim Salam, həkim ayaqlarda topuq və topuqdan 1 qarış yuxarı hissəsində qasinma var prostatda hər hansı bir xesteliy olarsa qasinma baş verə bilər? Tesekkur edirəm

  • @gularhmidova7915
    @gularhmidova7915 Год назад

    Salam,doktor, yoldaşım podaqra xəstəsidir Mart ayından dializ olunur.Böyrətinin sağalması mümkündürmü?

  • @elnurelnurov6982
    @elnurelnurov6982 4 года назад +4

    Salam həkim, mənim anamın 60 yaşı var, böyrəyin biri çox çətin süzür, şəkəri yoxdur. Deyir ki, elə bilirəm böyrəyim şişib. Amma ağrı zad olmur, pristup falan olmur. Çox xahiş edirəm bir şey deyin

    • @nergizmemmedova3353
      @nergizmemmedova3353 3 года назад

      Salam kristal ola biler boyrekde uriprev icirdin bitki cayi olduqca meslehetli wiw olmaz kisdani yoxlayin boyrekde kisda olub olmamaxni🙂

  • @ruslanhuseynov6275
    @ruslanhuseynov6275 Год назад +1

    Salam mənim atamda kiryatın var nə qədər malicə alır artıq əyaqları tutlur birdə qusma dayanmır çox çarəsisik

  • @rsadlsgrov126
    @rsadlsgrov126 3 года назад +1

    Salam dokdur 38 yaşım var məndə sağ anadan gəlmə öz yerində deyil aşağda qasıx nahiyəsində sidik kisəsiylə yanaşıdı onun fəsadı ola bilər mənə

  • @İmran-suleymanov
    @İmran-suleymanov 7 месяцев назад

    Hekim mən sizle necə eleqe yarada bilerem Mende böyrək xesdeliyem xayis necə edim ki sizle eleqe saxliyim

  • @bigboy4187
    @bigboy4187 3 года назад

    Hekim size qurban olum atam boyrey catizmamazliqi var size nece elaqe saxliya bilerik qurban olum

  • @FamileRustemova-t1w
    @FamileRustemova-t1w Месяц назад

    Salam hekim menim dayım ayağa duran bilmir

  • @rfkaslan9877
    @rfkaslan9877 7 месяцев назад

    Gedin fizuli huseynova qulaq asin hec olmasa

  • @onlynewhh
    @onlynewhh Год назад +5

    Hekim size sorgu cavab etmeyucun bu roliki cekmeyib ,bunu onagöe edib ki, telefonda cox oturan adamlar bu roliki görub doktorun iwlediyi xestexanaya muraciyet etsin.Yani klinikaya daha telefonla havayi mesletcun yox ,klinikaya geleb muraciyet edesiz eliniz cibinizde olmag wertiiyle.Siz bilirsizde Azerbaycanda gurban olum yalvarmagla hekim adamin uzune bele baxmir yani meni duzgun bawa duwun burdaki kommetleri yazanlari görub deyirem.

  • @rfkaslan9877
    @rfkaslan9877 7 месяцев назад

    Hekimlerin ekseriyyeti az qala sacin agrisada deyecekler xercengdi.

  • @nergizmemmedova3353
    @nergizmemmedova3353 3 года назад +2

    Hekimin nomresini bilen var??

  • @madinaghv1973
    @madinaghv1973 Год назад

    Doktor Bizim Xəstənin 20.yasi.Var.Dord.İldir.malicə.Alir.Hec.Bir.Agrisi.Olmadigi.Halda Ən.Yuksək.Kryatin.Cixib.Doktor.Birdən.Birə..bizə Soylədiki.Boyrək.Kocurməsi.Lazimdi .Srocnu..bizdə.Qalmisiq..cixilmaz.Bəziyyətdə.Bunu.buzə.Nə.vaxt.Deməliydi.İndidə Deyirki.Dialez.olunsun.Bu.Nə.Dərəcədə.Dogrudu..Sizcə.Daktor.Əlac.Varmi.😢❤

  • @azizmammadov9626
    @azizmammadov9626 Год назад

    SALAM 65 YAŞI VAR YOLDAŞIMIN 1 BÖYRƏKİ BÜZÜŞÜB SİSTEMLƏ DƏRMANLARLA MALİCƏ OLUR

  • @ayxannuray5634
    @ayxannuray5634 Год назад +1

    Insan bir boyrekden yasiya biler

    • @edaletmanafova5021
      @edaletmanafova5021 10 месяцев назад +1

      Bir boyrəyi 25 yaşından çıxarılıb indi 65 yaşı var əlində çanta bütün günü iş yerlərində paltar satır.👍

  • @evvezabdullayev3363
    @evvezabdullayev3363 2 года назад +1

    Sen tanismagi orgen 1 ci