Kamran M. YuniS - İlahi, məni sevdiklərimdən qoru

Поделиться
HTML-код
  • Опубликовано: 24 июн 2024
  • #kamranmyunis #kamranyunis #eminsabitoğlu #şeirlər
    #poeziyateatrı #şiirler #sevgişeirləri #poeziya
    Kamran M. YuniS - İlahi, məni sevdiklərimdən qoru
    Bəstəkar - Emin Sabitoğlu - "İstintaq" kino filmindən musiqi
    Yadı, yalağı qoy bir kənara,
    Bizi ən çox sevdiklərimiz öldürür.
    Gah baxışıyla,
    Gah bir kəlmə sözüylə,
    Gah unutqanlığı, gah da soyuqqanlığıyla,...
    Həm də nə fərqi var ki, nəyiylə..
    “Əsas” odur ki, öldürürlər.
    Həm də ən dəhşətlisi də odur ki,
    hamısı da onlara olan sevgimizdən,
    sayqımızdan vururlar.
    Həm də bir dəfə yox, zaman-zaman
    vururlar, vururlar sanki düşmənmiş kimi,
    Həm də gülə-gülə, guya sevə-sevə...
    Və bir dəfə də dönüb deyə bilmirik ki,
    Lənət olsun belə sevgiyə, belə gülüşə.
    Yadımda deyil hardan, kimdən eşitmişəm,
    Amma, eşitmişəm, deyirlər ki:
    İlahi, düşmənlərimi boş ver,
    Məni sevdiklərimdən qoru!
  • КиноКино

Комментарии • 25

  • @cickyags4191
    @cickyags4191 Месяц назад +4

    Həm də ən dəhşətlisi də odur ki, hamısı da onlara olan sevgimizdən, sayqımızdan vururlar.
    🌹🌹🌹🌹🌹👏👍

  • @nezaketletifova1118
    @nezaketletifova1118 Месяц назад +4

    🎧👍👍👍

  • @raulagayev1657
    @raulagayev1657 Месяц назад +3

    🙏🙏

  • @mehemmed02
    @mehemmed02 Месяц назад +4

    Ürəyinizə ağzınıza sağlıq çox düzdü yadin pisliyi unudulur amma sevdiklərininki çətin

  • @lolaazeri3917
    @lolaazeri3917 Месяц назад +3

    BİZİM COX DƏYƏRLİ SƏNƏTKARİMİZ,👏👏👏

  • @yeganequliyeva664
    @yeganequliyeva664 Месяц назад +3

    Sabahınız xeyir, gününüz aydın, işləriniz avand olsun sevimli Sənətkarımız!🤲🤲🤲

  • @useruser5401
    @useruser5401 Месяц назад +3

    😔

  • @user-sy1gf6md1e
    @user-sy1gf6md1e 26 дней назад +1

    Bu gün bu şeir mənim yaşadıqlarıma necə də uyğun gəlir...

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 Месяц назад +3

    gedişləriylə...təkcə özlərini düşünməklə öldürürlər....

  • @kamashemsa.8435
    @kamashemsa.8435 Месяц назад +1

    HƏR VAXTINIZ XEYİR OLSUN, ƏZİZ SƏNƏTKARIMIZ!

  • @elmarammmdova882
    @elmarammmdova882 Месяц назад +3

    Hər vaxtınız xeyir,dəyərli sənətçi.Var olun.

  • @Əbülfəzqızı
    @Əbülfəzqızı Месяц назад +1

    " Məni sevdiklərimdən qoru"...
    Əğır, düşündürücü... təsirli bir ifadə..
    Bu ifadədə ən böyük ağrılar və sonsuz sevgilər gizlənmişdir, nifrətin sevgiyə, sevginin nifrətə qarışıb aralarındakı sərhəddi itirməsi duyulur...
    Var olun, əziz Ustadımız, hər zaman bizlərə gözəl dəqiqələr bəxş edirsiniz!

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 Месяц назад +3

    hərvaxtınız xeyir olsun Ustad

  • @yeganemustafayeva8939
    @yeganemustafayeva8939 Месяц назад +3

    Belə ifadə də var,;insana nə pislik gəlir öz yaxınından , doğmalarından gəlir...

  • @elzaasgarovapasayeva5296
    @elzaasgarovapasayeva5296 Месяц назад +2

    Amin🙏🏻🙏🏻🙏🏻 Sabah Vaqif Səmədoğlu
    Xatirə poeziya gecəsində sizi görmək ümidi ilə əziz sənətkat🥰

  • @behbudovamanzar
    @behbudovamanzar Месяц назад +2

    Axsaminiz xeyir!Biz də belə eşitmişik ki,dusmənlərimiz elə düşməndir!,Allah ,bizi naxələf çıxan dostlarimizdan qoru!Dogmalar heç vaxt adama pislik eləməzlər,amma?Yadlar edər!Amma?Mən elə yadlar gormusəm ki,hec dogmalarim onlarin yaninda ən uzaq qohumdan da uzaqdir! Qohumlar bəlkə də yaxindilar !Amma?O yadlar adami elə sevirlər ki..
    Elə narahat olurlar ki ..elə sənə qayğı edirlər ki..diqqət göstərirlər ki...Ola bilsin ki,biz də sevdiklerimizə qarşı laqeyd münasibət göstərmişik !Kamran bəy!Biz yadlar Sizi necə sevirik!!!Dogmalardan inciyib, küsməyin!Yəqin ki..Beş barmagin beşi də bir olmur!Siz elə onlari əvvəlki tək sevin,sonra görəcəksiniz ki,icində bir nefər cixib,onlari başa salan tapılacaq! Özünüzü çox da fəda etməyin!Onda ???Sizin qədrinizi biləcəklər!Bir də ... heç bilməsin lər!Allah bildi,bəsdi!Onlar pisliyindən əl cəkmirlərsə,Sizdə elə yaxşılığınızdan əl cəkməyin! Axırı yaxsi olacaq!Gozəl , mənalı, düşündürücü, nəticə cixarilasi mövzudur! Təşəkkürlər!🙏🌹Mən indi basa düşdüm ki,sizin saclariniz niyə belə çox tez ağarıb?Dərd cəkməkdən!Hər xırda şeyə görə fikir etməkdən və.s.Bir az" üzdən getmək" lazimdir!Allah Sizi qorusun!Amin!🤲🤲

  • @behbudovamanzar
    @behbudovamanzar Месяц назад +3

    Onlar Sizə hec nə edə bilmirlər,sadəcə Sizə həsəd apara bilərlər! Çünki, Sizi hami sevir,onlari isə hec kəs!Qisqancliqdan edirlər, bəlkə də !Cunki,Sizdə olan istedad,sevgi dolu ürək onlarda yoxdur!Paxilliqdan ola bilər!Biz belə eşitmişik:"Qohum öz qohum unun ətini yesə də ,sümüyünü çölə atmaz!"Bir də...bizdə gəlinlərin biri qohum idi!O biri gelinler həmişə deyirdilər ki,biz yadiq,o gəlin nə etsə də,ona heç nə deməzlər!Doğrudan da ortada qan qohumu olanda ,hec nə etmek olmur!Bəzən də əksinə olur!İndi ...qardas,bacı,xala ,bibi..hamı bir_ birinə düşmən olub! Çünki... qızlarını alıb,boşayirlar!Yaxşı ki...qohum nikahlara aid qanun qəbul edildi!Keçmişdə belə şey olmadığından uşaqlar şikəst doğulurdu!Ona görə də ən böyük düşmənçiliyi elə qohumlar edir,bir_ birinə!Qızları bədbəxt olan valideynlərin dərdindən böyük dərd yoxdur,dunyada!Yerdə qalan boş şeydir!Yaxşı ki,mənim uşaqlarım yoxdur!Yoxsa???

  • @zemfirababayeva4926
    @zemfirababayeva4926 Месяц назад +4

    Hər vaxtınız xeyir dəyərli sənətkarımız 🤲🎧

  • @vusalemelik.8108
    @vusalemelik.8108 Месяц назад +3

    Vururlar həm də gülə-gülə, guya sevə-sevə... Bəlii....
    Varımız olun dəyərli Kamran bəy🙏

  • @zemfirababayeva4926
    @zemfirababayeva4926 Месяц назад +4

    👍🎧

  • @ulviyyahajili9267
    @ulviyyahajili9267 Месяц назад +3

    Allah qorusun.Amin.

  • @dnizdniz7523
    @dnizdniz7523 Месяц назад +3

    Axşamınız xeyir olsun.

  • @vuqarali6713
    @vuqarali6713 Месяц назад +2

    Varolun.

  • @rusdam6377
    @rusdam6377 Месяц назад +1

    İlahi mənim sevdiklərimə məni sevməklərin tapşır😂

  • @lnara656
    @lnara656 Месяц назад +2

    "Əsas "odur ki,öldürürlər...