Tanrının sənin üçün planı varmı?

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024

Комментарии • 16

  • @Muhammed95ify
    @Muhammed95ify 6 лет назад +1

    O yer üzünə bədən olaraq gəldi deyilir. Kim gəldi bədən olaraq? Allah? Və davamında aclıq və yorğunluq yaşadı deyilir. Allah yorğun ola da bilir? Allahı yorulur? Acır?
    İKincisi İsa bizim günahlara görə həyatını niyə verir? Bunun fəlsəfəsi nədir? Nə məntiq var burada?
    Videoya ziddiyətli cümlələr var. Bilinmir İsanı Allah kimi qəbul edirsiz ya insan.

    • @HeyatKelami
      @HeyatKelami  6 лет назад +4

      Salam Dost! Sənin sualların o qədər dərindir ki, bir neçə cümlə ilə cavab vermək olmur ümüd edirəm sənə vaxt ayırıb yazdığım kimi səndə vaxt ayırıb oxuyacaqsan. Sənin üçün dua edirəm ki, anlayasan nə demək istədiyimi.
      -İndidən çox sağol!
      -1ci buradan başlamaq isdəyərdim
      Matta 22:29
      (İsa onlara cavab verib dedi: «Müqəddəs Yazıları və Allahın qüdrətini bilmədiyinizə görə yanılırsınız.)
      -Dost sənə izah etmək isdədiyim budur ki, Allah hər şeyə qadirdir və ağıla sığmaz qüdrətə malikdir.Əgər Yaradana --və Müqəddəs yazılara inamın varsa nə dediyimi anlayacaqsan, qoy fəlsəfi fikirlər səni yanıltmasın.
      -Suallarına Tanrı kəlamından cavab vermək istədim.
      Yəhya 1:1-5
      (Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. O, başlanğıcda Allahla birlikdə idi. Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. Həyat Onda idi və bu həyat insanların nuru idi. Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi.)
      Yəhya 1:10
      (O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı.)
      Yəhya 1:14
      (Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını - Atadan gələn vahid Oğulun ehtişamını gördük.)
      Kolosselilərə 2:9
      (Çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır.)
      -Tanrı insan şəklini alıb bizlərdən biri oldu, bu sirr böyükdür və çox dərin, vacib məna kəsb edir. Bu hər şeyə qadir olan Rəbbin işi idi ki, iman edən insanların günahlarını İsa Məsih vasitəsi ilə aradan qaldırsın.
      Filipililərə 2:6-8
      (Allah surətində olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı. Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb Özünü aşağı tutdu və ölümə qədər - çarmıx üzərində ölümə qədər itaət göstərdi.)
      Buna görədə Yaradan, yaranan sürətini alıb dünyaya gəldi insan bədənində olduğu üçün aclığın, susuzluğun, yorğunluğun, ağrının,əzabın xəyanətin, ölümün,və sairə nə olduğunu yaşadı insan bədənində.
      İnsanların yaşadığı hər şeyi hiss edir və anlayırdı ama heç vaxt günah etmədi, bu sirr böyükdür bizim dərrakəmizdən üsdündür, səni anlayıram ki çətindir buna iman etmək ama bu həqiqətin özüdür!
      1 Timoteyə 3:16
      (Şübhəsiz ki, möminliyin sirri böyükdür: O, cismən zühur etdi, Ruh tərəfindən təsdiq olundu, Mələklərə göründü, Millətlərə vəz olundu, Dünyada Ona iman edildi, İzzətlə göyə çəkildi.)
      2-ci sualını belə cavablandım.
      -Yəqin ki, eşitmiş olarsan ilk insan Adəm və Həvva haqqında. Ətraflı oxumaq istəsən Yaradılış kitabı 3-cü fəsili oxu.
      İlk insanın günahından sonra dünyaya günah gəldi və bütün insanlar günah etdi. Günahın əvəzi isə ölümdür.
      Romalılara 3:23 ( Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub )
      Romalılara 6:23 (Çünki günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır.)
      -İlk insanların günahından sonra İsa Məsihin doğulmasına qədər Tanrı peyğəmbərlər vasitəsi ilə insanlara çatdırırdı ki, dünyaya Xilaskar gələcək və O Məsih olacaq. O öz canını insanların günahına görə Qurban verəcək. Tanrı insanlara Onun necə doğulacağı, ne edəcəyi barədə əlamətlər belə vermişdir.
      -Məsih haqqında 1000 illər boyu edilən peyğəmbərliklər:
      Yaradılış 3:14-15 (Rəbb Allah ilana dedi: «Sən bunu etdiyin üçün Bütün ev heyvanları və çöl heyvanları arasında
      Lənət qazanırsan. Qarnın üstündə sürünəcəksən, Bütün ömrün boyu torpaq yeyəcəksən.Mən səninlə qadın arasına,
      Sənin balanla onun övladı arasına Düşmənçilik salıram.Bu övlad sənin başından vuracaq, Sən də onu dabanından sancacaqsan».)
      -Davud peyğəmbər:
      Zəbur 22:16 (Şər insanlar dəstəsi məni dövrəyə aldı, İt sürüsü kimi yan-yörəmi bürüdülər, Ayaqlarımı, əllərimi deşdilər.)
      -Yeşaya peyğəmbər:
      Yeşaya 9:6 (Çünki bizim üçün körpə doğuldu,
      Bizə oğul verildi, Hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq.)
      Yeşaya 53:5 (Bizim üsyankarlığımıza görə onun bədəni deşildi, Şər əməllərimiz naminə əzildi, Bizim əmin-amanlığımız üçün o cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq.)
      -Daniel peyğəmbər:
      Daniel 7:13-15 ( Gecə gələn görüntülərdə gördüm ki, budur, bəşər oğluna bənzər Biri göyün buludları ilə gəlir. O, Əzəldən Var Olana yaxınlaşdı və Onun hüzuruna gətirildi. Ona hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar Ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq. Mən Danielin isə bədənimdə ruhum titrədi və gələn görüntülər məni vahiməyə saldı.)
      -Eləcə də Musa, İbrahim və başqa peyğəmbərlərin kitabın oxuyanda Tanrının həmin göndərəcəyi Xilaskar barədə əlamətlər görməy olar.
      Kolosselilərə 2:2 (Ürəklərinin cəsarət tapıb məhəbbətdə birləşməsini istəyirəm; belə ki idrakın verdiyi kamil etimadın bütün zənginliyinə nail olsunlar, Allahın sirri olan Məsihi dərk etsinlər.)
      -Məsih Allahın sirridir.
      -Bu dünyaya iki fərqli insan gəlib 1) Adəm 2) İsa Məsih . İkisidə atasız dünyaya gəlib. Adəm vasitəsi ilə dünyaya günah gəldi. İsa Məsih vasitəsi ilə Xilas.
      1 Korinflilərə 15:47 (İlk insan yerin torpağından, ikinci İnsan göydən yarandı.)
      Son olaraq
      Yəhya 3:16-19 (Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi. Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid Oğlunun adına iman etməyib. Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi.)

    • @Muhammed95ify
      @Muhammed95ify 6 лет назад

      Aleykum salam. (Ümid edirəm sona qədər oxuyacaqsan)
      Oxudum, amma əsl din zənnimcə "zənn etmə" deyil, dəlillər üzərinə olan dindir. Təəssüf ki İsa adına bu kitablarda uydurmalar var. İsa Allahın oğludur demək özü günahdır. Allahın xanımı, oğlu, qızı olmaz. Allah bunlardan münəzzəhdir. Agər İsa haqqında bunu deyirsinizsə o zaman gərək Adəmə də deyəsiniz. Hətta Allahın həm anası, həm atası. Bunlar boş inanclardır. Bu kimi sözlər Tanrını sözü ola bilməz. Özünüz də bilirsiniz ki, əlimizdəki İncil(lər) İsaya verilən kitab deyil. Onun ölümündən sonra yazılmış bir kitabdı. Təbii ki içində Allahın kəlamları ola bilər, amma uydurmalar çoxdur. Və insanlar tərəfində yazılmış bir kitabın 100də 100 Alaha aid olduğunu demək də doğru olmaz. Misal: İncili yazanların (St. Paul və s.) Muhammədin ölümündən illər sonra Buxari, Tirmizi kimilərdən elə də bir fərqi yoxdur. Guya peyğəmbərin sözlərini yazmışlar ama baxırıq ki, Quranla ziddiyətdə olan nə qədər hədis var. Demək oxuduğumuz kitabın tamamı Allahdan olmadığı məlumdu.
      Amma Quranda peyğəmbər zamanında yazılmışdır. Qurandakı möcüzələr bu kitabın bir insan tərəfindən yazıla bilməyəcəyini göstərir. Bu möcüzələr Musanın hansısa göstərdiyi möcüzələr deyil. Musanın möcüzələri o zaman üçün möcüzə idi. Bu bizə möcüzə sayılmaz. (Adətən xristiyanlar İncildə hansı möcüzələr var deyəndə.İsanın o zamankı möcüzlərini sayır. Bu yanlış bir məntiqdir) Çünki bunu sadəcə kitabdan oxuyuruq. Amma Qurandakı möcüzləri biz 19, 20 əsrlərdə gerçəkləşdiyini və ya bildirdiyi məluatları elmi yolla doğru çıxdığını görürük. Və Quranda İsanın peyğəmbər olması,Allahın oğlu olmaması, bir elçi olması göstərilir. Bəs yaxşı niyə Qurandakı İsaya inanaq İncilədkinə yox. Çünki Quran təhrif olmayıb. Və 19 kodlama sistemi ilə qorunur. (BU barədə xəbəriniz olmaya bilər. Araşdıra bilərsiz). Bundan başqa əsas sözlərin antonimlərini kitab boyu eyni sayda keçməsi və s. Quranın bir sistemlə qorunduğunu göstərir və möcüzələrlə Allahdan olduğunu təstiqləyirsə İsa haqqında Qurana baxmaq daha doğru olardı.
      Bir də zəhmət olmasa bu videonu mütləq izlə. Faydalı olacağına və yenidən düşünməyinə kömək olacağına inanıram. Bir Xristiyan papazla Edip Yükselin (müsəlman) söhbəti. Tutarsızlıqları göstərir.
      ruclips.net/video/wKU4laajVjI/видео.html

    • @HeyatKelami
      @HeyatKelami  6 лет назад +4

      Məsihçilik din deyil, İsa Məsih insanları dinə deyil rahat şəkildə Tanrı ilə ünsüyyətə dəvət edir. Bu kitablarda uydurmaların olduğunu iddia edirsiz bəs bunu subut edə bilərsiz?
      Mark 13:31 (Yer və göy keçib gedəcək amma Mənim sözlərim əsla keçib getməyəcək)
      Matta 5:18-19 (Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq. Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq.)
      Luka 24:44-48 (Sonra İsa onlara dedi: «Sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır: Musanın Qanununda, Peyğəmbərlərin kitablarında və Zəburda Mənim haqqımda yazılanların yerinə yetirilməsi lazımdır». Bundan sonra Müqəddəs Yazıları anlamaq üçün onların zehnini açdı. İsa onlara dedi: «Belə yazılıb: Məsih əzab çəkib üçüncü gün ölülər arasından dirilməlidir. Yerusəlimdən başlayaraq bütün millətlərə günahların bağışlanması üçün tövbə Onun adı ilə vəz edilməlidir. Siz bu hadisələrin şahidisiniz)
      Bütün Müqəddəs Kitablar Onun barəsində şəhadət edir.Və sən demək istəyirsən bunlar uydurmadır ? Bütün peyğəmbərlərin kitabında Onun haqqında insanlara peyğəmbərlik edilib. Sən isə deyirsən bütün bu peyğəmbərliklər uydurmadır?
      Matta 13:14-15 (Yeşaya peyğəmbərin onlar üçün dediyi bu sözlər yerinə yetir: “Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız, Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız. Çünki bu xalqın ürəyi kütləşdi, Qulaqları ağır eşitdi, Gözlərini yumdular ki, Gözləri ilə görməsinlər, Qulaqları ilə eşitməsinlər, Ürəkləri ilə anlamasınlar Və Mənə sarı dönməsinlər ki, Mən onlara şəfa verim”.)

    • @Muhammed95ify
      @Muhammed95ify 6 лет назад

      Mən bunların Tanrının sözü olduğunu hardan bilim? BU Lukanın Mattanın sözləridir. Onlar da peyğəmbər deyildi. Niyə inanmalıyam onlara?

    • @HeyatKelami
      @HeyatKelami  6 лет назад +2

      Əziz Dost! Bilməkdən öncə iman etmək lazımdır. Həvvarilərdən öncə peyğəmbərlər İsa Məsih hələ doğulmamışdan 100-lərlə il əvvəl bu barədə peyğəmbərlik ediblər. İbrahim, Davud , Yeşaya , Daniel, Yezekel ve s peyğəmbərlər Onun barəsində peyğəmbərlik edib, vəhy görüblər. Həvvarilər isə İsa Məsihin yanında olublar, Onun etdiyi işləri ğörüblər və Onun barəsində şəhadət edirlər. Onun həyatı, etdiyi işlər hamısı əsrlər boyu bütün peyğəmbərlərin etdiyi peyğəmbərliklərlə tamamlandığı üçün bu şəhadətlər doğrulanıb. Allahın yaradılşdan bu yana verdiyi Vədi yerinə yetirdi. Bizə lazım olan iman etməkdir. Sən bütün Müqəddəs Kitabı oxumadığına görə bunları bilmirsən. İbrahim özü, iman vasitəsi ilə saleh sayilmadımı?
      Yaradılış 15:6 (İbram Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı.)
      Bilməlisən ki bütün peyğəmbərlər imanla xilas olub. Biz heç bir əməllərimizlə Allahı razı sala bilmərik.
      İbranılərə 11:6 (İman olmadan Allahı razı salmaq qeyri-mümkündür.)
      Romalılara 3:28 (insan Qanuna əməl etməklə deyil, iman vasitəsilə saleh sayılır.)
      Efeslilərə 2:8-9 (Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir. Əməllərlə deyil ki, heç kim öyünə bilməsin.)