Müşfiqi Dilbərə görə güllələyiblər? - Onu ölümə kim və niyə göndərib? - Faktlar!

Поделиться
HTML-код
  • Опубликовано: 22 окт 2024
  • Dilbər Müşfiqdən sonra yaşadığı kişi ilə rəsmi nikaha girməyib - Gizlinlər
    O, çox gözəl idi. Bir gün buraxılışda saçını arxaya atanda Müşfiqin üzünə dəyməsəydi, bəlkə də evlənməyəcəkdilər, bəlkə də o saçı leyladan ayrılmaq çətin olmayacaqdı. Bu adam bir qara dağlının sevgilisi, Müşfiqin yanında qala bilməyən Dilbər Axundzadədir.
    Foto...
    Dilbər Hacı qızı Axundzadə 29 may 1914-cü ildə Gəncə şəhərində anadan olub. O, körpə olanda valideynləri ayrılır. Dilbər atası ilə qalır. Atası ikinci dəfə ailə qurur. Əmisi tərcüməçi-dilçi alim İdris Axundzadə Hüseyn Cavid və Əhməd Cavadla yaxın dost imiş. Bir dəfə İdris Axundzadə Gəncəyə qardaşıgilə gedəndə görür ki, qardaşıqızı üçün ata evində ögey anası ilə çox çətindir. İdris Axundzadə çox düşünmədən onu özü ilə Bakıya gətirir. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşayır.
    Dilbərin əmisinin arvadı Fəramüş Mikayıl Müşfiqlə tələbə yoldaşı idi. Fəramüş institutu bitirmələri münasibətilə APİ-də təşkil olunan buraxılış gecəsinə bacısı Həcəri və qaynı qızı Dilbəri də aparır. Dilbər ilk dəfə orada Mikayıl Müşfiqi görür. Buraxılış gecəsi başlayanda Müşfiq bilərəkdənmi, yoxsa təsadüfənmi Dilbər xanımdan arxa cərgədə, düz onun tuşunda oturur. Dilbər xanımın uzun hörükləri varmış, onu arxaya atanda Müşfiqin üzünə toxunur. Müşfiqin Dilbər xanıma həsr etdiyi ilk şeiri elə hörüklərlə bağlı olub:
    Xeyir, hörüklər deyildi ilan deyildi,
    O, əski şairlər yalan deyirdi.
    Dilbər xanım Əli Nəzminin qızı Pirayə xanımla bir oxuyurdu, yolda Müşfiq onu görür, xəbər alır. Pirayə xanım da deyir ki, elə indi Dilbərin yanındaydım, oradan gəlirəm. Soruşur Dilbər neyləyirdi? Pirayə xanım da deyir ki, yatmağa hazırlaşırdı. Müşfiq qayıdır ki, səndən bir xahişim var, get onlara bax gör, onun hörükləri yorğanın altındadırsa, onları çıxarıb yorğanın üstünə qoy.
    1932-ci ilin aprelində onlar nişanlanırlar. Nişanda Hüseyn Cavid həyat yoldaşı Müşgünaz xanım, Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım, Səməd Vurğun, Rəsul Rza, Məmməd Rahim, həmçinin məşhur müğənni Bülbül də iştirak edir. 1933-cü ilin iyunun 20-də isə onlar ailə həyatı qururlar. Onların Yalçın adlı övladları doğulur. Lakin, o, xəstəlikdən dünyasını dəyişir.
    Müşfiq məşhur tarzən Qurban Primovla dost idi. Tarın qadağan edilməsi onun üçün bir faciə idi. Çünki Müşfiqin özü də tarı çox sevirdi. Yaxşı ifa etməyi bacarmasa da, Dilbər xanım da tar çalmağı bacarırdı. Qurban Primov "Yetim segah"ı ifa edir, Müşfiq isə bu ifada məşhur "Oxu tar" şeirini yazır...
    1937-ci il repressiyaları zamanı Müşfiq iyunun 4-də evində həbs edilir. Dilbəri Müşfiqdən sonra, 1937-ci ilin noyabrında həbs edirlər. Qadınlar saxlanılan ümumi kamerada saxlanılır.
    Bəzi versiyalara görə, Dilbər Axundzadə gözəl qadın olduğuna görə, onu əldə etmək üçün Müşfiqi aradan götürmək istəyiblər. Burada hətta Mircəfər Bağırovun da adı hallandırılır. Digər versiyaya görə, Müşfiqin gənc yaşında ikən ölkədə tanınması, ard-arda uğur qazanması onun həmkarları tərəfindən qısqanılmasına və satılmasına səbəb olur. Dilbər Axundzadə də ikinci faktı təsdiqləyir:
    Dilbərə də həbs olunandan sonra olmazın işgəncələr verilir. Onunla eyni kamerada dustaq həyatı yaşayan qadınlardan biri öz xatirələrində yazır: “Bütün gecə gözümü yummadım. Dilbər özündə deyil. Onu xəstəxanaya, düz bizim üstümüzdəki bir nəfərlik palataya apardılar. Dünən ona iynə vurdular və sakitləşdirdilər. O, axşama kimi yatdı. Gecə hər şey yenidən başladı. Səhərə kimi kamerada ayaq döydü, nə isə deyirdi, isterika içində çırpınırdı. Sözlərini tam anlamaq olmurdu. “Müşfiq gəlsin... Atamı çağırın... Atama deyin ki, məni buradan aparsın... Sevdiyim üçün ölərəm... Burada hamı hesab edir ki, mən dəli olmuşam... Ay Allah, onlar deyir ki, sən yoxsan, mənə rəhm et...” O, nəvazişlə Müşfiqlə danışırdı, sanki o kamerada idi. Sonra yenə qışqırır və yenə də isterikaya düşürdü.
    O, Gəncəyə, anasının yanına gedir və uzun müddət orada müalicə olunur. İlk vaxtlar o heç nə danışmır, heç nə anlamır, nə özünün, nə də Müşfiqin kim olduğunu bilmir... Həkimlər ona yeni həyata başlamağı, ailə qurmağı məsləhət gördülər.
    Sağalandan sonra Dilbər Axundzadə ailə həyatı qurur. Onun bir qız övladı doğulur. Qızının bir yaşı olanda həyat yoldaşı dünyasını dəyişir. Qızı Leyla Axundzadə müsahibəsində deyir ki, o, ikinci həyat yoldaşı ilə rəsmən nikaha girməyib, dini kəbinləri olub.
    Dilbəri ən çox istəyənlərdən biri Mikayıl Müşfiqin bacısı Balacaxanım idi. Ağır xəstəlikdən sonra son nəfəsində o, can verə bilmir, Müşfiqin şəklini qucaqlayır. Nəhayət qərara gəlirlər ki, Dilbəri onun yanına aparsınlar. Gecə gəlib Dilbər xanımı aparırlar, Balacaxanım onu görən kimi rahatlanıb gözlərini yumur.
    Bakıda yaşamağa başlayan Dilbər şairəliklə məşğul olub, Mikayıl Müşfiqə həsr olunan kitab yazıb. Həyatının son dövründə əsəb pozğunluğu, şəkər və ürək problemləri yaşayıb. 1990-cı ildə Müşfiqin təbiri ilə desək, “təbiətin ən şux şaqraq zamanı”nda, Bakıda gözlərini dünyaya əbədi yumur...” .

Комментарии • 121

  • @ilahaaajjkkxhhhh
    @ilahaaajjkkxhhhh Год назад +42

    Çox kədərli həyatları olub heyif bu sevgiyə Allah onları ayıranlara lənət etsin😢😢😢

  • @ZerrinMemmedova-lh7lf
    @ZerrinMemmedova-lh7lf Год назад +40

    Musviqe qalxan eller qırılsın.Musviq her zaman qelbimizde olacaq❤❤❤❤❤❤

  • @fear-pubgmobile4594
    @fear-pubgmobile4594 Год назад +17

    Allah hər ikikisinə rəhmət eləsin, bu gəc ləri bir birindən ayiranlara Allah lənət eləsin, Allah bizim xalqımıza zülm edənlərə bəla versin

  • @RahileImanova
    @RahileImanova Год назад +8

    Nə qədər acı bir həyat.Allah hər ikisinə rəhmət etsin,ruhları şad,məkanları cənnət olsun.amin.

  • @XanimMamedova-sc9bh
    @XanimMamedova-sc9bh 6 месяцев назад +5

    KAS DİLBƏRLƏ EVLƏNMƏYƏYDİ, SAG OLARDİ, YASARDİ, YARADARDİ, COX HEYİF,

  • @hokumhuseynova5530
    @hokumhuseynova5530 Год назад +18

    UNUDULMAZ NAKAM ŞAİRİMİZIN MƏKANI BEHİŞT OLSUN.XANIMINIDA ALLAH RƏHMƏT ELƏSİN.

  • @zahramammadova6487
    @zahramammadova6487 11 месяцев назад +5

    Şair demişkən, " kimlər gəldi, kimlər getdi, bu dünyadan, bu dünyadan"! Allah M. Müşviqə rəhmət eləsin! Ruhu şad olsun! Amin! 🤲😔🥀

  • @Məhəmmədəliyev_xxxx12
    @Məhəmmədəliyev_xxxx12 Год назад +57

    Bu ölkede her dövrde satqınlıq xainliq olub,şair Muşviqi öldurenlere ALLAH Lehnet etsin amin 🤲

  • @aygunhmdova1140
    @aygunhmdova1140 Год назад +13

    Hec vaxt unudulmayacaq şair imiz

  • @YarasaYarasa-ix4jy
    @YarasaYarasa-ix4jy Год назад +20

    Allah rehmet elesin. 😢😢😢😢

  • @SamsungA10s-s6i
    @SamsungA10s-s6i Год назад +15

    Allah rehmet elesin

  • @elsenmustafayev720
    @elsenmustafayev720 Год назад +5

    Allax muwfiqe qeni -qeni rehmet elesin

  • @NargizShabanova
    @NargizShabanova Год назад +15

    Allah rehmet elesin mekani cennet olsun 😢

  • @hevvamammadova
    @hevvamammadova Год назад +4

    Hayf şairimize cox gözel şerleri var ,cavan getdi ,yoldaşida cox eziyyet cekib ,Allah yeni dunyasini versin.

  • @emilmemmedli2588
    @emilmemmedli2588 Год назад +14

    Ebedi dunyada Allaha nece hesab verecekler insanlarin heyatini zulmete cevirenler.
    Heyatlarin ellerinden alanlar. Allahim leneti uzerlerine olsun

  • @eliskeserli4489
    @eliskeserli4489 Год назад +13

    Unudulmaz sairimiz Mùsviqe Allah rehmet elesin ,lenet olsun onu òldùrenlere .

  • @АрзуРустамова-п7б
    @АрзуРустамова-п7б Год назад +3

    Allah rəhmət eləsin ikisinədə bu nakam dünyada çox əzab çəkdilər. Allah məkanları cənnət eləsin haqq dünyasında bir birlərinə qovuşsunlar

  • @iradavaliyeva
    @iradavaliyeva Год назад +3

    Cox kədərli,cox faciəli həyat.Övladını itir,həyat yoldaşını itir,ağlını itir.

  • @tamillasahar3095
    @tamillasahar3095 Год назад +8

    Allah rehmet elesin. Dilber de evezinde başga kişiden iki uşag dünyaya getirib.Dünya fani insan vefasiz

    • @NazeketBayranov
      @NazeketBayranov Год назад +2

      Mən indiyə qədər elə bilirdim Dilbər xanım ailə qurmayıb

    • @tamillasahar3095
      @tamillasahar3095 Год назад

      @@NazeketBayranov Dilber xanim Müşvigden sonra aile gurdu. İki uşagi oldu. Biri giz idi. O birini bilmirem giz idi oglan idi. Son zamanlar Süleyman Rüctem 33 nömreli xruşevka tikili binada olurdular. Dilber xanim ve iki uşagi. İkinci eri de ölmüşdi. Sonra köçdiler o binadan.

  • @zerifeahmedova3798
    @zerifeahmedova3798 Год назад +3

    Hər dəfə Müşfiqdən soz düşdükdə qeyri ixtiyari ğözümdən yaş axır

  • @FatimeEhmedova-rv5cd
    @FatimeEhmedova-rv5cd Год назад +4

    Cox gozel izahli danisiqiniza gore tesekkur unudulmaz şair onun faciəli dilberi cox pis oldum😢

    • @kera-ve1vv355
      @kera-ve1vv355 Год назад +2

      Не изаhы, бу кеде аглына келенлери данышыр hемише.

  • @danizmammadova9944
    @danizmammadova9944 Год назад +5

    Cox agladim..heyif hər ikisinə.😢😢

  • @dursunrzabeyli5456
    @dursunrzabeyli5456 Год назад +13

    Müşfiq təkrarsızdı. Allah rəhmət eləsin

  • @КенульБабаева-т8у
    @КенульБабаева-т8у Год назад +16

    HƏYATDA KİMİSƏ QINAMAQ ÇOX ASANDIR, AMMA NƏLƏR YAŞADIĞINI TƏSƏVVÜR ETMƏYİ DÜŞÜNMƏK BELƏ İSTƏMİRLƏR. DİLBƏR XANIMİN İKİNCİ DƏFƏ AİLƏ QURMASINDA HEÇ BİR QƏBAHƏT YOXDUR.

  • @zrif4459
    @zrif4459 Год назад +9

    Qoyun onları necə tanıyırdıqsa eləcə də yaddaşımızda qalsın.Qurdalayıb qurdun çıxarmayın.Nəyə lazımdı

  • @ilahhmdova1131
    @ilahhmdova1131 Год назад +19

    Həmişə Azərbaycanın seçmə savadlı , ziyalı insanları öz əclaflarımız tərəfinnən aradan ğötürüldü.Mən həmişə bu iki sevğiyə çox üzüldüm.Mircəfər kimi sapı özümüzdən olan baltalar Azərbqycanın qiymətli oğullarını və qızlarını aradan ğötürdülər.

  • @nrmnrza7939
    @nrmnrza7939 Год назад +10

    Allah rəhmət eləsin

  • @Zara-go9vu
    @Zara-go9vu Год назад +2

    Allah RƏHMƏT EYLESİN MEKAN CENET OLSUN MİKAİL MUSVİQ RUHU ŞAD OLSUN 🥀🥀🥀🥀😢😢😢

  • @intiqameliyev2927
    @intiqameliyev2927 Год назад +5

    Allah rəhmət etsin Müşfiq

  • @renav1757
    @renav1757 Год назад +4

    😪🌹Allah rəhmət eləsin

  • @govherbayramova5508
    @govherbayramova5508 10 месяцев назад +2

    Allah Sizləri rəhmət eləsin.

  • @taranaaliyeva9985
    @taranaaliyeva9985 Год назад +4

    Allah rəhmət eləsin 🤲

  • @TV11Office
    @TV11Office Год назад +2

    Təşəkkür edirik.

  • @agamehdimovsumov4796
    @agamehdimovsumov4796 5 месяцев назад +1

    AY SƏRDAR AMİN , YAŞINDAN QABAQ , HƏM DƏ DƏQİQ BİLMƏYİB , ONDAN-BUNDAN EŞİTDİYİN SÖHBƏTLƏRİ DANIŞMA , AY OĞUL ! BİZ HƏLƏ Kİ ,ALLAHA ŞÜKÜR Kİ , SALAMATlQ , ÖLMƏMİŞİK.

  • @start4292
    @start4292 Год назад +3

    37ilin məshur ev ylxan, torba tikən , uzə durub qol cəkən beslik var idi.Allah onlara lenet eləsin.Necə ziyalllarl, sairləri oz mənfur əməlləri ilə məhf elədilər.S Vurgun, S Rustəm, M Rahim və s.Umumiyyətlə 37 dən sag qalan sair və yazlcllarln arxivini yoxlasan, cox sirlər ortaya clxacaq..

  • @FerhadEhmedov-x8h
    @FerhadEhmedov-x8h Год назад +9

    Gözəl şairimiz.Allah rəhmət eləsin😭😭😭😭

  • @YarasaYarasa-ix4jy
    @YarasaYarasa-ix4jy Год назад +8

    Müşfiqdən sonra başqa kişinin qoynuna girmək olar? Ona görə deyirlər ki, ölən aradan gedir.

    • @mehinaz9881
      @mehinaz9881 Год назад +2

      Dilbər canını nkvd alcaqlarindan qutarmaq üçün onu müalicə edən həkimlə ailə qurur.....

    • @sefevi.6219
      @sefevi.6219 Год назад +8

      Müşviq Dilbər kimi gözəllə evli ola ola yazıcı Ənvər Məmmədxanlının bacıdı Arifə xanıma necə aşiq ola bilirmiş bəs? "Yenə o bag olaydı" şeirini də (Söhbət Anarın atası Rəsul Rzanının bagından gedir) o qıza yazıbmış. Yazıq Dilbər özünə yazıldıgını zənn edirdi. Gəncədə dənizin qumlu sahilimi vardı?
      Hər şey Rəfael Hüseynovun kitabında qeyd olunub, həmin Arifə xanımla müsahibə də var.

    • @Rufo313
      @Rufo313 Год назад

      ​@@sefevi.6219Kitabın adını zəhmət olmasa qeyd edin

    • @ehmedelesgerov795
      @ehmedelesgerov795 Год назад

      ​@@sefevi.6219təşəkürlər.dovrunu yazdığınız ücün..

    • @mehinaz9881
      @mehinaz9881 Год назад

      @@sefevi.6219 boş söhbətdir

  • @TV11-azerbaijan
    @TV11-azerbaijan  Год назад +7

    Material diqqətinizi çəkirsə, kanala abunə ola bilərsiniz. Öncədən təşəkkür edirik.

  • @s.e5112
    @s.e5112 3 месяца назад

    Quş olub

  • @Nəbi-n9u
    @Nəbi-n9u Год назад +2

    Salam ən çox sevdiyim şayir mikayıl müşviq

  • @МашаданМашадан
    @МашаданМашадан Год назад +3

    Nigaha girmiyib qoynuna girməkdənsə , nigaha girib çalı quşu kimi namusla yaşasa yaxşı olmazdımı?

  • @elfiramelikova9074
    @elfiramelikova9074 Год назад +13

    Müşfiqin ölümü çox yandırır. Çox.

  • @tahirexudaverdiyeva3655
    @tahirexudaverdiyeva3655 10 месяцев назад

    Zaman - zaman belə gözəl insanları məhv etdikləri üçün indi alçaqların sayı artıb.

  • @pervanekerimova6741
    @pervanekerimova6741 10 месяцев назад +2

    Təsüff ki 37 davam edir😢

  • @Abdullayev_Laçın
    @Abdullayev_Laçın Год назад +2

    Allah Müşviqə, Dilbər xanıma rəhmət eləsin. Məkanları cənnət olsun. Rejim, Stalin, Bağırov neçə-neçə ziyalını məhv etdilər. Ancaq onlar Müşviq də başda olmaqla xalqın qəlbində əbədi yaşayacaqlar. Onları məhv edənlər nifrətlə lənətlənir.
    Yaxşı olardı ki, onların ruhuna toxunan ordan burdan nəsə tapıb paylaşmayalar.
    ..."Hələ də bu cinayətə zirvələrdən baxar MÜŞVİQ"...

  • @NrgizXlfov-eg5jp
    @NrgizXlfov-eg5jp 10 месяцев назад

    hetif😢 hər ikisindən Allah rəhmət etsin xanım ərindən sonra nələr yaşayıb keçmişini tamamilə unudub heyif

  • @m.o.d.e.r.a.t.o.r
    @m.o.d.e.r.a.t.o.r 7 месяцев назад

    BU HAQDA DÖVLƏT FİLM ÇƏKİB ŞAİRİN XATİRƏLƏRİNƏ SAHİB ÇIXMALIDIR MƏN BİR AZƏRBAYCAN VƏTƏNDAŞI OLARAQ MƏDƏNİYYƏT NAZİRLİYİNDƏN XAHİŞ EDİRƏM Kİ BU HAQDA ÇOX GÖZƏL BİR FİLM ÇƏKİLSİN

  • @YarasaYarasa-ix4jy
    @YarasaYarasa-ix4jy Год назад +4

    Hamini bagislamaq olar. Onu tenqid edenleri esla

  • @İlhameMammadova-j4m
    @İlhameMammadova-j4m Год назад

    Allah rəhmət eləsın

  • @user-az5119
    @user-az5119 Год назад +5

    Stalindən, Beriyadan, Bağırovdan qəhrəman düzəltmək istəyənlər üçün soyuq duş.

  • @nrmnrza7939
    @nrmnrza7939 Год назад +2

    😢😢😢

  • @serdaramin1910
    @serdaramin1910 Год назад +2

    🧡🧡🧡

  • @sevdabayrambeyova322
    @sevdabayrambeyova322 10 месяцев назад +1

    Seni Cehennemde yanasan Mircefer bagırov.
    Üreyim darmadahın olur ..Mikayıl.Müşfiqden eşudende
    Mekanın cennet ruhun şad olsun
    Böyük Şair .
    Dlilber xanım aile qurmamalıudi 😢😢😢😢😢😢😢😢😢

  • @sarabbirova2358
    @sarabbirova2358 Год назад

    Aman Allah Allah neler. Var var 😢

  • @ÇimnazAğayeva-s3p
    @ÇimnazAğayeva-s3p Год назад +2

    Müşfiqin günlərim.

  • @rmedetova2457
    @rmedetova2457 Год назад +4

    Ruslar bize nece urek daqlari cekib😔

  • @novruzovatamam1855
    @novruzovatamam1855 10 месяцев назад +1

    Muşviqin güllələmiyndə Məmməd Rahimin də adı vardı

  • @islamkazimov122
    @islamkazimov122 Год назад +2

  • @vafakaradjaeva919
    @vafakaradjaeva919 Год назад +2

    Ilahi genc bir aileni darmadaqin edibler

  • @Amaliamamadova05050
    @Amaliamamadova05050 Год назад +1

    Vefadsz dunya Heyif Musfiqden

  • @xaliq2926
    @xaliq2926 6 месяцев назад +1

    Nə olsun ki nigaha girməyib nigah nəyi dəyisir oləydi kas

  • @sarabbirova2358
    @sarabbirova2358 Год назад

    Heyf imkan vermedler yasamaga 😢

  • @elmael2906
    @elmael2906 Год назад +2

    Мен о гедер пис олурам м. МУШФИК йадыма дюшенде Нече ондан сонра башгасы иле эвленмек оларды? Аллах она гени гени рехмет элесин.

  • @ilamiss1873
    @ilamiss1873 Месяц назад

    Бутун довурлар да олан залимлара. абади Леннат олсун 😡

  • @namikbaqirov8534
    @namikbaqirov8534 Год назад +1

    Girib,girməyib,axir ki girib.

  • @Partizan-bh8oz
    @Partizan-bh8oz Год назад +2

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @renaqocayeva5827
    @renaqocayeva5827 Год назад +2

    mən7m anam Bakıll idi həmişə danışardı deyərdiki nüşfiq mırdakanda bağ qinşumuz idi çox yaraşığlı idi tar ifa edərdi

  • @dursunrzabeyli5456
    @dursunrzabeyli5456 Год назад +2

    😮

  • @RahileImanova
    @RahileImanova Год назад +1

    Azərbaycan xalqı, sən nə qədər bədbəxt xalq olmusan.Harda Vətənpərvər övladların var zaman-zaman olmazın işgəncələrə məhkum olublar.Fikirləşirsən görəsən bu xalq nə edib ki bu qədər haqsızlıqlara düçar oluruq?Torpağını ,suyunu,çörəyini hamı ilə bölüşən bir xalqa bu qədər düşmənçilik etmək nə üçün?

  • @nrmnrza7939
    @nrmnrza7939 Год назад +2

    😮😮😮😮😮

  • @xaliq2926
    @xaliq2926 4 месяца назад

    Nə olsun ki nikaha girməyib ya. a ki girib

  • @agamehdimovsumov4796
    @agamehdimovsumov4796 5 месяцев назад +1

    HAYIR , HÖRÜKLƏRİN DEYİLDİR İLAN , O ƏSKİ ŞAİRLƏR SÖYLƏMİŞ YALAN.MƏNİ XƏYAL KİMİ BU EŞQƏ SALAN O OYNAQ DALĞALI TELİN İŞİDİR. ( SƏRDAR AMİN , OXUDUĞUN ŞEİRİN ƏSL VARİANTI BUDUR ).

  • @XanimMamedova-sc9bh
    @XanimMamedova-sc9bh 11 месяцев назад

    Kişiyə nə olursa, arvadın əli ilə olur.

  • @sonazeynalova772
    @sonazeynalova772 Год назад

    Аллах хер икисинеде рехмет елесин

  • @sevilia.m.1078
    @sevilia.m.1078 Год назад

    Necə insamlarin həystini alt- ust ediblər.Necə insanlari bədbəxt ediblər lənətə gəlmişlər.

  • @orkhanjuvarli9727
    @orkhanjuvarli9727 Год назад +1

    😐

  • @anarbayandurlar9463
    @anarbayandurlar9463 6 месяцев назад

    Bu jurnalistə belə verilişlər yaraşmadı, kriminal😮

  • @maxoguz7400
    @maxoguz7400 Год назад

    Микайыл Мушвиги меhв еден Мирчевер Багыров иди! Дилбер ханым чох гезел иди,она коре де ограш Багыров она вурулур. О доврде Берия,Багыров ве башга раhберлер hарда гезел гадын,гыз ушагы корсейдилер,тапшырырдылар ки,онларын йанына гетирсинлер! Бу бир " мод" иди! Бу аилени дагыдан Багыров олду! Аллаh она ланет етсин,горбагор одсун!

  • @rahilacalilova3699
    @rahilacalilova3699 4 месяца назад

    Belə lazımlı şəxsiyyətlərin həyatını bizlərə bir daha tanıtdığınız üçün sizə minnətdaram
    Mənasız ,bayağı ,heç kimə lazım olmayan seryalları çəkib zorla bizlərə göstərməyə cəhd edənlər ,reallığı və tarixin amansız üzünü görmüşlərin həyatını işıqlandırın

  • @SsSss-tw9wc
    @SsSss-tw9wc 11 месяцев назад

    Film kimi hıyat hekayəlıri olub ikisinində.Noolardı onların hıyatından gözəl film çəkilərdi.

  • @zahidhuseynli2596
    @zahidhuseynli2596 Год назад

    Stalin represyasının, talehləri oxşar, milyonlarla qurbanlarından biri....

  • @vusalquliyeva2476
    @vusalquliyeva2476 Год назад +1

    2 🎉

  • @SerdArt
    @SerdArt Год назад +1

    *******

  • @azercavadzade638
    @azercavadzade638 2 месяца назад

    Müşfiq donos qurbаnı olub!

  • @ВахтангИванов-э1ж
    @ВахтангИванов-э1ж 10 месяцев назад

    Мирзафар Багировприядични очин чесни пориядични чалевекам был

  • @geyratcavadov3446
    @geyratcavadov3446 11 месяцев назад

    Erməni üzdeniraq tarixçiləi bunları görə görə niyə yalan danışırlar

  • @ИнгилабЮжный
    @ИнгилабЮжный Год назад +2

    Bu verilişi yersiz hesab edirəm...

    • @sefevi.6219
      @sefevi.6219 Год назад +6

      Niyə ki, cox gözəl verilişdi. Düzdü, arada bəzi ideal hesab etdiyimiz insanların ic üzünü acır. Biz örtbasdır edib ancaq tərif, yalan yagdırmagı sevən millətik.

    • @baharfazilova9163
      @baharfazilova9163 Год назад

      Niyə?

    • @ИнгилабЮжный
      @ИнгилабЮжный Год назад +1

      @@baharfazilova9163, Mikayıl Müşfiq milli fikirlərinə ğörə xalq düşməni hesab edilib və ğüllələnib. Diğər fikirlər isə verilişin "ğözəlliyinə" ğörə yapışdırılıb...

  • @ТУХЗ
    @ТУХЗ Год назад

    M.Müşfiqin ölümünə S.Rüstəm,A.Şaiq,S.Vurğun danos yazıblar.Çünki M.Müşfiq dahi dramaturq H.Cavidin üzünə durmayıb və sonda onu Sibirə sürgün edirlər

    • @medinamemmedova7887
      @medinamemmedova7887 6 месяцев назад

      Salam. A. Şaiq də?

    • @ТУХЗ
      @ТУХЗ 6 месяцев назад

      @@medinamemmedova7887 Salam.Bəli A.Şaiqdə.Bildiklərimdən.Hər vaxtı belələri olub.Allaha əmanət olsız.Çox heyif Müşfiqdən.Allah ruhunu şad eləsin

  • @hacinrmhmmd5682
    @hacinrmhmmd5682 Год назад +2

    SUS TAR ŞERİNİ KİM YAZİBSA ODA SATIB.

    • @smayazizova5577
      @smayazizova5577 10 месяцев назад +1

      S. Rüstəm yazıb
      Sus tar
      Sevmir səni prolitar

  • @safiyarmajnun6340
    @safiyarmajnun6340 Год назад +2

    😢