Bacım, hardasan? (şeir) - Sona Novruzova
HTML-код
- Опубликовано: 10 дек 2024
- Bacım, hardasan?
Müəllif: Sona Novruzova
Qəlbimi dumanlar,çənlər alanda
Fikirlər başımda yuva salanda
Gücüm tukənəndə, məyus olanda
Çarəsiz dayanıb gözum dolanda
Məni anlayanım,bacım,hardasan?
Halıma yananım,bacım,hardasan?
Bala çox şirindir,hər kəs də bilir
Ana müqəddəsdir-ölü,ya diri
Qohum,ya da dost-hərənin öz yeri
Sən uzaq duşəndə açılır sirrim
Məni anlayanım,bacım hardasan?
Halıma yananım,bacım,hardasan?
Səninlə danışmaq cox rahat olur
Hər fikrə aydınlıq,bir safliq dolur
Gül susuz qalanda necə ki,solur
Su tək qəlbi saf bacım,gəl,nə olur
Məni anlayanım,bacım,hardasan?
Halıma yananım,bacım,hardasan?
Səni düşünərkən çıxardım yola
İstər yağış ola,istər qar ola
Baxmazdım nə sağa,nə də ki,sola
Gəl,isti qolunu boynuma dola
Məni anlayanım,bacım,hardasan?
Halıma yananım,bacım,hardasan?
Həyat bəzən şirin,bəzən də acı
Həyatda tanrının payıdır bacı
Ağrılı günlərin,dərdin əlacı
Səni anlayınca olur baş taçın
Məni anlayanım,bacım,hardasan?
Halıma yananım,bacım,hardasan?
#şeir #şeirlər #yenişeirlər #yeni #şiir #şair #poeziya #bacı
Şeir mənimçün yazılıb çoooox sağ olun.Minnətdaram.Bacım canlmdır.Onsuz bir günüm olmasın.Allahdan ona bərəkətli ömür arzulayıram.Ayrılanda dalınca uşaq kimi ağlayıram.Çünki o mənim hər şeyimdir.
Allah qorusun!🙏
Аллах бутун бачыларын сахласын.!
Amin!💖
Бачы бачысындан узаг олса да, галби бачысыйла бирга дойунур!
Bir ilde 2 bacim getdi rehmete💔😭😢🥀Allah butun olen bacilara rehmet elesin 🤲😢Galanlarina can sagligi versin . Olenden sonra gedrini bilirik insanlarin .Geribcilikde pis xeber ewitmek cox cetindir😌
Allah sizə səbr versin🙏Məkanları cənnət olsun🤲
@@sonanovruzova920 Sizinde ellerinize , ureyinize saglig bu weri yazmisiz . Statusuma goydum 😢🤲💔
ЧАААНН. Мен де йегане бачымы чаван икен итирдим🥀🥀😭
ANA. EVEZI BACILAR ANANI EVEZ EDEN IKINCI. ANA.... ALLAH BUTUN BACILARI SAXLASIN ICINDE. DE MENIM BIRICIK BACIMI..❤ MENI YAMAN DUYGULANDIRDI. TESIRLI IFA.SANKI. MENE SESLENIRDI.DAVAMI GELSIN GOZEL XANIM UREYINIZE SAGLIQ.OPUREM SIZI BIR BACI KIMI🎉🎉❤❤
Can ay bacı məni bacısız qoyub getdin .Sənə cox ehtiyacım var .Yerin cənnət behişt olsun
Menide tek goydu... 😔💔
Canım sa qurban ay bacı niyə bizi gözü yaşdı qoydun
@@babanamazov7886 mende duqulandim.bacoya.aid mese axtardi bunla raslawdi💔💔💔bacim gereymsen hardasan
Mende qoşuldum sizlere bacımı axtarıram😔
@@Gulsen.M menimde bacim dem qazindan boguldu. Qefil uçdu getdi😭 meni bacisiz qoydu getdi😭
Sona xalam necesen? Gözel şerlerin var. 👍
Yaxşıyam,təşəkkür edirəm!🙏 Tanımadım...Kim idi?
@@sonanovruzova920 boyuk baci oglu
Ad?
@@sonanovruzova920 senin en boyuк bacin oglu
Allah butn bacları qurson🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
Amin.🙏
😪😪su tek qelbi saf bacim hardasan
Хеч сесивизи ютуб да танимаздим...)))
Аллах сизи хошбехт елесин! Угурлар
niye bele oldu man sansiz cox darıxıram baclm sanin yoxluquna alşa bilmiram
Ellerine qüvvət
Təşəkkür edirəm.💖
Гозел шэирдир. Ярадычылыгында угурлар олсун, Сона муэллиме. Сенин кими талантлы гоншумла фехр эдирем!
Qürurverici sözlərinə görə minnətdaram!Gözəl duyğular ötürdün mənə.O illərə qayıdıb o qonşuları bir daha görmək istərdim.Şair demişkən"Ötən günə gün çatmaz,calasan günü-günə"Allah gözəl qəlbli insanları-qonşuları var eləsin!💖🙏
@@sonanovruzova920 Amin
Кяшки меним де бачим олсайды...
2 bacım var , 2 canım , 2 həyatım
Allah qorusun!🙏
@@sonanovruzova920 sağolun
Allah qorusun
Kas menimde bacim olardi
Bacım 5 ay bundan qabaq məni tək qoyub getdi 😥
Allah səbr versin.🙏
sona muellime anaya aid seir yaza bilersiz?
Müharibə bitsin,anaların sevinc-göz yaşlarına yazaram,inşaallah.Allah əsgərlərıimizi qorusun!🙏
Şer yaxşıdı amma burdakı bacılar kaş əyinlərinə bişey geysəydilə