Vergi KYB - Daxili Audit - Şəxsi hesab vərəqəsi azalma
HTML-код
- Опубликовано: 11 фев 2025
- Marathonbet BoNuS 200 USD - mobile.maratho...
Şəxsi hesab vərəqəsində “Təsdiqlənməmiş azalma” niyə
Vergi bəyannamələrinin düzgün tərtib olunmamasının yaratdığı problemlər
Şəxsi hesab vərəqəsində “Təsdiqlənməmiş azalma” niyə yaranır?
“Təsdiqlənməmiş azalma” hansı halda baş verir?
Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması Qaydaları Cari vergi ödəmələrinin hesablanma metodu
Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Mövzunu maliyyə eksperti Vüqar Mirheydərov şərh edir. Peşəkar Muhasib Sertifikatı təlimi
#VergiMəcəlləsi tədris metodikası:
Mərhələ
1️⃣ Səthi izah - Xüsusi hissə tam şəkildə və Ümumi hissəyə istinad olunan maddələr.
2️⃣ Səthi izah - Ümumi hissə tam şəkildə.
3️⃣ Peşəkar izah - Xüsusi və Ümumi hissə
4️⃣ Test və #PMS məsələləri
5️⃣ Bəyannamələr
Əlavə açıqlama olaraq bildirim ki
🔺 Birinci mərhələdə Xüsusi Hissənin maddələrin elmi cümlələrlə yox daha asan şəkildə mahiyyətin, fəlsəfəsin qavrayaraq nəzəri olaraq oxuyub misallar, sxem və cədvəllər üzərində izah verilir və Xüsusi Hissəni keçdikcə 1-ci mərhələdə Ümumi hissəyə istinad olunan maddələrə müraciət olunur.
🔺 İkinci mərhələdə artıq bizim Ümumi hissədən 1-ci mərhələdə 20-30 % həcmində səthi
məlumatımız olduğundan 2-ci mərhələdə Ümumi hissəni tam şəkildə öyrənəndə Ümumi Hissə bizə daha asan gəlir və daha gözəl qavramağımıza səbəb olur. Çünki 1-ci mərhələdə birdən birə tələbəyə maddəni ətraflı izah edəndə həm yorucu olur həm yadda qalmır həmdə qavramaq qabiliyyəti aşağı olur.
🔺 Üçüncü mərhələdə Xüsusi və Ümumi hissə daha peşəkar və detallı şəkildə izah olunur. Artıq 1-ci və 2-ci mərhələdə tələbənin Xüsusi və Ümumi hissədən səthi şəkildə 30-40% həcmində məlumatı olduğundan bu mərhələdə tələbəyə istənilən maddəni daha detallı və ətraflı şəkildə izah edəndə həm tələbənin verdiyin məlumatı qavrama qabiliyyəti daha yüksək olur, həm məlumatlar tələbəyə cansıxıcı, çətin yox daha maraqlı gəlir və istənilən peşəkar nəticəni almaq olur.
🔺 Dördüncü mərhələdə Xüsusi və Ümumi hissədə öyrəndiyimiz mükəmməl nəzəri biliklərimiz hər bir vergi növünə aid test və məsələlər üzərində daha da təkmilləşdirilir.
🔺 Beşinci mərhələdə artıq peşəkar biliklərimiz müvafiq bəyannamələr üzərində praktik olaraq tətbiq olunur.
Fikrimcə metodik olaraq tam fərqli və çox bəyənəcəyiniz təlim olacaq.