Məad (axirət aləmi) | Ruhun mücərrədliyi | Əqaid dərsləri #35

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • İslam etiqadı (Əqaid) dərsini aşağıdakı link vasitəsilə keçid edərək izləyə bilərsiniz.
    • İslam etiqadı (Əqaid) ...
    İslam etiqadı (Əqaid) - ‪@elshanismayilovofficial‬
    Darul Hikmət Elm və Tədris Mərkəzində İslam etiqadı (Əqaid) dərsi ilahiyyatçı Elşən İsmayılov tərəfindən tədris edilir.
    Hər bir insanın özünəməxsus dünyagörüşü, əqidəsi var və hər kəs öz əqidəsinə uyğun olaraq yaşamağa cəhd göstərir. Elə bu səbəbdən də insanların yaradanı olan Allah bəndələrinə vəhy göndərməklə, onları əql və təcrübi yolla çata bilməyəcəkləri həqiqətlərdən xəbərdar edir. Haradan gəlib, haradadır, necə bir yaranışdır, haraya gedəcək, necə getməlidir, nə etməlidir, hansı səbəbə yaranıb, necə xoşbəxt ola bilər, dünyadakı hədəfi nədir, o hədəfə necə çata bilər və sair bu kimi suallara cavab verməklə Yaradan öz bəndəsinin əqidəsini formalaşdır. Ona maddi aləmdən başqa mücərrəd aləmin də var olmasından, həmçinin, o aləmə məxsus varlıqlardan xəbər verir. Eləcə də, dünyadan sonrakı axirət aləmində səadət məkanı olan cənnətin, əzab məkanı olan cəhənnəmin dərəcələrindən danışır.
    Bütün bu əqidələrin məcmusunu özündə ehtiva edən elm kəlam elmidir (başqa adla əqaid, islam etiqadı)....
    Deməli, bu elmdə üç fundamental bölmə var; Tovhid-Ədalət (Yaradanla bağlı) bölməsi, Nübuvvət-imamət (Yaradanla bəndələr arasında vasitəçi olan nümayəndələr) bölməsi və məad (dünyadan sonrakı aləmlə bağlı) bölməsi ...
    Bunlardan əlavə, digər əqidə prinsipləri, dinin mahiyyət və fəlsəfəsi, dinin zəruriliyi və sair mövzular bu elmin müzakirə obyektlərindəndir.
    Kanala abunə ol: bit.ly/DarulHikmət
    Sosial media hesablarımız:
    Facebook - / darulhikmet.az
    Instagram - / darulhikmet. .
    Telegram - t.me/darulhikm...
    Website - www.darulhikmet...

Комментарии • 2