"Ayı başı" şəkilli qonaq evi

Поделиться
HTML-код
  • Опубликовано: 25 апр 2024
  • Abone OL: goo.gl/W99fFm
    Copyright © Kanal S_official
    Sayt: kanal-s.az
    Facebook: goo.gl/XVhVzG
    Oğuzun ucqar Baş Daşağıl kəndində ayıbaşı şəklində heykəl sosial şəbəkələrdə hamının diqqətini çəkib. Son günlər ölkənin müxtəlif yerlərindən xəbəri eşidən hər kəs bu məkana gəlir. Kənardan görənləri heyran edən ayı başı heykəlinin müəllifi arıçılıqla məşğul olan kənd sakini Bakıxan Abdullayevdir. Bakıxan sosial mediada paylaşmaq üçün ötən il belə bir tikilini yaratmaq qərarına gəlib.
    Fikrini reallaşdırmaq üçün isə kəndin örüş yerinə yaxın ərazidə torpaq sahəsini seçib. Niyə belə ucqar bir ərazini, meşəliyi seçməyinə gəlincə isə müsahibimiz işi hazır olana qədər kimsənin bilməsini istəməməyi ilə izah edib.
    Tikinti zamanı əl altında olan təbii materiallardan meşədəki ağaclarından, saman və palçıqdan istifadə edib. Tikilidə qonaqların istirahət etməyi və gecələməsi üçün də şərait yaradılıb. Belə ki, içəridə şam yandırmaq, mətbəx ləvazimatlarını yerləşdirmək üçün xüsusi rəflər, bir nəfərlik yataq, odun peçi mövcuddur. Yataq otağının qapısı palıddan hazırlanıb və hər iki tərəfdən bağlana bilir.
    #kanals #xəbər

Комментарии • 9