Afərin müəllimə təşəkkur edirəm.Adini çəkdiyi Sadıqov Tural mənim oğlumdur,onunla fəxr edirəm.Nyu yorkda idi,indi Kaliforniyadadir, riyaziyyatçılar çox sadə insan olurlar,Turalın atası da Həsənağa müəllim riyaziyyat müəllimi idi.Verilisə görə sağolun.
Riyaziyyat həyatdı,nəfəsdi. Həyatımızın hər anıdır Riyaziyyat.🫶 Bizim Riyaziyyat otağında belə bir cümlə vardı. "Kimya Fizikanın sağ əli,Riyaziyyat isə onun gözləridir" ❤
Təhsilimizin bu dövrlərində ən incə məramlara toxunub onu işıqlandıran Afərin müəllimə təşəkkür edirəm. Cəmiyyətimizin sizin kimi dəyərli müəllimlərə çox ehtiyacı var.
son illərdə baxdığım mükəmməl proqram idi…Hoppulub düşənlərdənsə belə dəyərli insanları dəvət edib söhbət edin millətdə mariflənsin..Əməyi keçənlərə Təşəkkür edirik.
Salamun Əleyküm ! Riyaziyyat - sözünun əsil mənası Razı Qalmağ Deməydi ! Çünkü Riyaziyyat sözünün kökündə Razı sözü var . Buda o deməydi ki , əgər sən bu dünyadan Razı qalmağ istəyirsənsə , onda Riyaziyyatı bilməlisən . Allah Qurani - Kərimdə deyir ki : And olsun Cüt və Tək rəqəmlərə Başka bir ayədə deyir ki : Allah hər şeyi yaratdı və ölçüsün qoydu Ölçü sözünün mənası - Ölməməkən üçün həddi bilmək deməydi Yalnız Ölçünü bilməmək və həddi aşmağ insaniyyəti uçruma aparır Riyaziyyatın hesablamasında İşarələr var : Vurma , Bölmə , Üstəgəlmə , Çıxma və ən axırda isə Bərabərlik işarəsi qoyulur . Buda o deməydi ki : Əgər bir cəmiyyəti Razı qoymağ istəyirsənsə , orda mütləq Bərabərlik olmalıdı , azda olsa
46:19 9 cu sinifdə oxuyanda şahmat məktəbinə gedirdim. Müəllim bir tapşırıq vermişdi, həllini tapmalı idim. Neçəsə gedişə mat tapmalı idim. Bütün günümü xərclədim tapa bilmədim. Axşam yatdım. Gecənin bir aləmi yuxuda məsələnin həllini tapdım, ya etdim hər necə oldusa, yataqdan qalxıb. Şahmatı qurdum. Və həll etdim, yuxuda gördüyüm versiya ilə😅
Riyaziyyatla bağlı deyil, ancaq biologiya bağlı bir "travmam" var idi. Olimpiyadalarda respublika üzrə 2-ci yer tutmuşdum. Moskvaya dəvət etmişdilər. Pul söhbəti var idi deyə maddi durum buna icazə vermədi. Başqa biri pulla yerimi almışdı. Riyaziyyat ən sevdiyim sahədi, bəzi müəllimlərin katalitik münasibətləri hesabına 10-cu sinifə qədər çox yaxşı idim hesablamalarda. Ancaq bəzi psixoloji məsələlərə görə ümumilikdə təhsilimdə reqresiya yaşadım. Buna əsaslanaraq deyə bilərəm ki, əslində bir adamın özünü dərindən tanıya bilməməsi, uşaqlıq travmalarının daxilimizdə yaratdığı çaxnaşmalar səbəbindən sosial məsələlərdə geriləmə yaşanır. Hətda əminliklə deyə bilərəm ki, bəzən çox yaxşı oxumaq özü belə travmadan qaynaqlana bilər, sonrada özünü tanımağa, düzəlməyə başladığında, dinamik olaraq məşğuliyyətlər həmişəki kimi pozitiv nəticə vermir.
Həqiqətən də artıq DİM və Təhsil Nazirliyi bir araya gəlməlidir. Onların özbaşınalıqlarına görə şagirdlərimiz çox əziyyət çəkir. Qəbul suallarının bəlkədə sadecə 20%-i məktəbdə keçirilən mövzularla əlaqəli olur. Şagird yaxşı universitetə düşmək üçün mütləq əlavə müəllim yanına getməlidir. Axı hər kəsin buna imkanı çatmır. Bir az vicdanlı olmaq lazımdır
Bele qonaga gore cox sag olun, Muellim bir dunya sohbet eledi, riyaziyyati yaxsi oxumus insanlar bu dunyada ferqli kodlarda yasayan insanlardi sanki, tebii ki , yaxsi menada. Analitik dusunce bizde cox zeif inkisaf edib, riyaziyyati yaxsi bilmek gelecekde riyaziyyatci olmaq demek deyil, bu senin beyninin guclenmesidir, gelecekde istenilen veziyyetde beynin yaxsi isleyib hadiselerin kombinasiyasini duzgun quracaq ve sen yaranmis veziyyetde dogru olani edib , faydali olacaqsan
Mən nə zaman yaddaşımda zəifləmə , ya da analitik düşüncəmdə zəiflik hiss edirəmsə riyaziyyata qayıdıram. Məsələlər həll edirəm , sözün əsl mənasında beynim açılır. Ona görə yeganə fəndir ki, həm beynim həm ruhum rahatlıq tapır. Və bunu mənə riyaziyyat müəlliməsi olan anam aşılayıb 🥹
Çox böyük zövq ilə izlədim. Hər zaman belə dəyərli insanları dəvət edin ki, biz də yol xəritəmizi cızaq. Təşəkkür edirəm. Qeyd: qonağı kamerasında kamerada fokus pozulub. Zəhmət olmasa fokusu da düzəldərsiniz. 😊
Podkastlarınız çox maraqlıdır. Çox faydalı məlumatlar verirsiz hansını ki , hərdəfə düşünürəm ki yadımda saxlıyım sabahsı gün hardasa danışım. Təəssüf ki , hamısı yadımnan çıxır lazım olanda. Bir YADDAŞ la bağlı danışan qonağda çağırsaydız ona qulağ asıb əvvəl yadda saxlamağı öyrənərdik )
Çooox maraqlı söhbət oldu.Var olun👍.Afərin müəllim çox doğru vurğuladı öyrənmək zəhmət tələb edir və bu zəhmətə uşaqları alışdırmaq lazımdır.Valideyn mütləq uşaqla işləməlidir.Həqiqətən nəticəsi olur."Tupoy" uşaq yoxdur.Çox çalışmayan uşaq var.99% əmək, 1% istedad
Çox gözəl produktiv bir söhbət alındı,yeri gəlmişken cənabın pozitivliyi müzakirəyə xüsusi ab-hava bəxş etdi. Söhbətgah var olsun,cəmiyyətin maarifləndirilməsində bir nömrə işlər görürlər biz də hər zaman dəstəyik.🍀💚 Məsələlərin həllini insanların zehniyyətinin dəyişilməsində təsəlli tapmağa ümid edək. Əli bəyin son saniyələrdə dediyi kəlmələr möhtəşəm idi,sanki ürəyimdən tikan çıxdı. M.Şəhriyar bu yerdə deyir: Tfu,pis üzünə ey çərxi-fələk Sən ikiüzlüsən gecə-gündüz tək Hünərsiz insanlar səndə kam alır Hünər sahibləri kənarda qalır.
Allahım T.Təala Sizə sağlam ömür can sağlığı versin. Sizin davamçılarınız çox olsun. Necə də sadə danışırsız. Ölürəm də belə savadlı, bilikli insanlar üçün. Allahım T.T.qorusun Sizi. 🙌👏🖐
Mən heç Afərin müəllimin özünü belə tanımırdım, çox heyif, ölkəmizdə möhtəşəm insanlara yetəri qədər dəyər verilmir və hərkəs müəllimlikdən qaçır, fizika üzrə bu mövzuda Neftçala rayonu Xıllı qəsəbəsindən olan, hal hazırda özəl məktəblərdən birində dərs keçən Seyran Səfərovla da söhbətiniz möhtəşəm olar, Seyran müəllim axşam saatlarına qədər, rayonda işıq sönəndə lampa işığında olimpiadaya uşaq hazırlayan müəllim olub, yaddaşımda möhtəşəm qaldığı üçün ona ayrı, hər belə gözəl insanlar tanıtdırdığınız üçün sizlərə ayrı təşəkkür edirəm.
İnanın ki, olimpiyada haqqında danışılan da Seyran müəllim yada düşdü. Mən buna həqiqətən şahidəm ki illərdir insan öz peşəsi layiqincə yerinə yetirir. Belə müəllimlərə hər zaman dəstək olunmalıdır!
Riyaziyyat bütün fənlərin şahıdı bu həqiqətən belədir... Uşaqlıqdan 9 cu sinifə kimi deyirdim riyaziyyatçı olacam o dərəcə həvəslə oxuyurdum 100 test verəndə müəllim 300 yazıb gedirdim məsələləri işlədikcə zövq alırdım. 10-11 de ise riyaziyyat müəlliməmi dəyişdim düzdü çox savadlı idi amma fənnə qarşı məndə nifrət yarattı. Çünki 1 dəfən başa salırdı başa düşdün düşdün düşmədin heçnə soruşmaq olmurdu.Düşündüm ki çətinlik çəkirəm zəif olacam verdim fizikaya amma indi görürem kihəqiqətən müəllim insan həyatında böyük rol oynayır ( Fizikaya verdim fizika müəllimim dəfələrlə dedi ver riyaziyyata həm saatı çoxdu həm üatünlük baxımından yaxşıdı. 2 ildi universiteti bitirmişəm həm tələbəlik illərində həmdə indi uşaqlarla riyaziyyat hazırlığı keçirəm fizikanı sevirəm amma riyaziyyat sırf uşaqlıqdan gələn bir şeydi. Həmişə arzularınızın arxasınca gedin pes eləməyin ümidsiz olmayın. Bir neçə ilə ixtisas artırma olsa mütləq ki riyaziyyat müəlliməliyini oxuyacam. İndi isə üzərində işləyirəm incəliklərini öyrənirəm. Müəllimə və bu çəkilişin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkürlər!Möhtəşəm idi👏❤️
Salam, çox gözəl söhbətdir. Təşəkkür edirəm. Lakin mənimdə əlavələrin var. 1. Vəsaitlər yararsızdır. Material yükü çoxdur. 2. Yaxşı müəllimlər azdır. 90% qadınlardan təşkil olunmuş təhsil sistemi çöküb. Hətta yalnız qadın tərbiyyəsi alan şagirdlərimiz üçün vətənpərvərlik də riyaziyyat kimi problemə çevriləcək. 3. Telekanallar və internet insanların beynini yeyib. Maraq istiqamətini dəyişdirib. Təşəkkürlər
Burda qeyd olundu ki, millət olaraq riyaziyyatı sevmirik. Səbəb odur ki, bizim orta məktəblərdə müəllimlər keçdiyi mövzunun həyatda praktik tətbiqi tərəflərini izah edə bilmirlər. Mənə bir mühafizədə işləyən orta yaşlı biri bur dəfə sual verdi. "Pi"nin qiyməti neçədir? Dedim 3.14. Dedi harda işlədərsən bunu? Dedim bilmirəm. Dedi 3.14 sm uzununa, 3,14 sm eninə dəmir götür onu bük 1 ton su tutur. Gələcəkdə özünə bak düzəldə bilərsən😄 Bax budur həyatda real riyazi tətbiq. Budur əsl elm, əsl izah. Belə yanaşılıb izah olunsa sevməyən olarmı?😊 Təşəkkürlər🙏
Mən riyaziyyat sinfini bitirmişəm. Riyaziyyatçı olmaq isrəmişəm, amma, elmə, elmi işcilərə dəyər verilmədiyi üçün başqa ixtisasa yönəlmişəm. Kaş ki həqiqətən elmi işcilərə, elm sahələrinin öyrənilməsinə, araşdırılmasına daha çox yatırım edilsə idi. Necə ki həmişə düşünürük ki nə üçün bizdə hansısa sənaye sahəsi, zavodların tikilməsinə deyil, şadlıq evlərinin , restoranların açılmasına səy göstərilir. Səbəb daha asan və qısa vədəli yoldan pul qazanmaqdır. Təəssüf.
Afərin bəy təşəkkürlər. Bizim də oğlumuz riyaziyyatı çox sevir və bürünc medalçıdır. Tural bəyə isə demək istəyirəm ki, millətimizi öz ətrafında olanlarla müqayisə etməsin. Əvvəlcə ölkəmizdə uğur, medal qazanan riyaziyyatçı balalarımızı araşdırsın, onun işi bu olmalıdır😊
Riyaziyyatı sevmək üçün çox səbəb var bunlardan 1-2 sin deyim. 1) Müəllim yaxşı olanda dərsə sevgidə artır 2) Həyatını dəyişdirənlərin çoxusu Riyaziyyatı yaxşı bilir çünkü, riyaziyyatda məsələnin gedişatını düşündüyümüz kimi, həyatda da bunu düşünürük yəni sonraki addımları düşünürük
Maraqli və dəyərli söhbətiniz ucun təşəkkür. Alimə və elmə dəyər verənlər var olasınız həmişə. Bir cəmiyyətin rifahi və gələcəyi onun savadli təbəqəsi sayəsindədir.
Allahım,kaş bu veriliş canlı olardı və mən qoşula bilərdim,valideyn kimi dərdimi deyə bilərdim. Təhsilimiz bərbaddır !!!!!!!! Əli öpüləcək şərəfli müəllimlərin haqqına girmirəm.Yerdə qalanları da qınamıram,amma,hamısı zəmanənin köləsi olub.Maaş elə yüksək deyil ki,yaşamağın dərdini çəkməyib sırf dərsinə fikrini və ən əsası sevgisini yönəldə.Amma,belə uzun getməyəcək.Təhsildə reforma ehtiyyac var
Afərin Əkbərli . Ilk kəs taniş oldum və qüurlandım. Papaq altda yatan intellektli vətəndaşlarımız çoxdur, sadəcə düşmənə xidmət edən bayağı veriliş kanalizasiyalarını bağlayıb belə düşünən beyinləri çəkmək lazımdır önə
Müəllimin söhbəti çox gözəldir və doğrudur. Orta məktəbdə riyaziyyatı hazırlıqda öyrəndim. Universitetde ancaq teorem ezberletdiler. Miq də isə dahi olmağımızi isteyir. Ona görə qa lmisam küçələrdə
Bir Riyaziyyat müəllimi olaraq həvəslə izlədim və dinlədim bu buraxılışı,təşəkkür edirəm.Bir də müəllim yaxşı qeyd etfi ki,öyrənməyi öyrətməliyik uşaqlara çox olur xüsusilə də 7,8-ci sinif şagirdlərimə hansısa mövzunu dərsdən əvvəl araşdırıb öyrənməyə verəndə və bir də mən yarım qalan hissələri uşaq üçün tamamlayanda o dərs daha maraqlı olur ,amma təəssüf ki bunu sinfin az faizi bacarır və ya çox vaxt da valideyn normal yanaşmır bu fikrə .
Afərin bəy sözün əsil mənasında adının haqqın verir. Mən Rusiyada yaşamağîma baxmayaraq sizin verlişleri izleyirem ve öz minnetdarlîğımı bidirirem bizi bilgilendirdiyiniz üçün. Övladlarımın terbiyesinde sizden öyrendiklerim böyük tecrübe qazandırdı.
Dəyərli söhbət üçün Afərin müəllimə xüsusi təşəkkür edirik.Var olun,ustad.
Afərin müəllimə təşəkkur edirəm.Adini çəkdiyi Sadıqov Tural mənim oğlumdur,onunla fəxr edirəm.Nyu yorkda idi,indi Kaliforniyadadir, riyaziyyatçılar çox sadə insan olurlar,Turalın atası da Həsənağa müəllim riyaziyyat müəllimi idi.Verilisə görə sağolun.
Allah qorusun övladinizi.
@@musa0247ol ol p😊l😊 pp😊😊p😊
@@musa0247ok l
L😊ll😊😊 😊
Ok ok
Çox sağ olun ki, bele bir övlad böyütmüsüz. Belə gənclərimizlə fəxr edirik
Afərin müəllimin danışdığı pedaqoji mövzular 2 semestr keçirilən pedaqogika dərsindən keyfiyyətlidir.
Razıyam
Riyaziyyat həyatdı,nəfəsdi. Həyatımızın hər anıdır Riyaziyyat.🫶 Bizim Riyaziyyat otağında belə bir cümlə vardı. "Kimya Fizikanın sağ əli,Riyaziyyat isə onun gözləridir" ❤
Təşəkkür edirəm həm qonağa həm də təşkilatçılara. Baxib qurtaranda gece saat 1:40 idi. Dəyərli təhsil işçilərinə ehtiyacımız hədsizdir. Uğurlar...
Deyerli müellime deyerli ve maraqli fikirlerine göre teşekkürler. Çox möhteşem podcast olub.
Təhsilimizin bu dövrlərində ən incə məramlara toxunub onu işıqlandıran Afərin müəllimə təşəkkür edirəm.
Cəmiyyətimizin sizin kimi dəyərli müəllimlərə çox ehtiyacı var.
Afərin müəllimə təşəkkürlər. Söhbətgah komandasına isə afərin...
“Riyaziyat Tanrının yer üzündəki dilidir”
Edip yüksel
Söhbətin əvəllindən sona çatanda artıq kövrəldim. Heyif yaxşı müəllimlərdən. Çox sağolun maraqlı alınıb👍🏻
Afərin müəllim həqiqətən də ölkəmizdə seçilən müəllimlərdəndir. Şagirdi başa düşmək, yeri gəldikdə dostluq etmək və digər bir çox müsbət cəhətlərdən.
Dinləyib bitirdim. Sağ olun, var olun! Afərin müəllimə də, sizə də AFƏRİN!
Afərin müəllimi söhbətgahda görmək necə də xoşdur ❤ Əminəm ki, əla söhbət olacaq!
son illərdə baxdığım mükəmməl proqram idi…Hoppulub düşənlərdənsə belə dəyərli insanları dəvət edib söhbət edin millətdə mariflənsin..Əməyi keçənlərə Təşəkkür edirik.
Nə gozel etikali savadli sohbet gedir,çox xoş gelir insana ,belkede ehtiyac coxdur bele danisiga yaniki savadli danismaq insani celb edir🎉
Mukemmelsiz. Bu cur elmi podcastlarin sayini cox elesez minnetdar olariq
Şəxsən bir tələbəsi olaraq,axıra qeder diqqətlə dinlədim var olun müəllim siz həmişə var olun…
Belə maraqlı söhbət üçün təşəkkür hər birinizə. Afərin bəyin optimist ümid və arzularına AMİN deyirəm. Buna çox ehtiyacımız var.
Salamun Əleyküm !
Riyaziyyat - sözünun əsil mənası Razı Qalmağ Deməydi ! Çünkü Riyaziyyat sözünün kökündə Razı sözü var .
Buda o deməydi ki , əgər sən bu dünyadan Razı qalmağ istəyirsənsə , onda Riyaziyyatı bilməlisən .
Allah Qurani - Kərimdə deyir ki : And olsun Cüt və Tək rəqəmlərə
Başka bir ayədə deyir ki : Allah hər şeyi yaratdı və ölçüsün qoydu
Ölçü sözünün mənası - Ölməməkən üçün həddi bilmək deməydi
Yalnız Ölçünü bilməmək və həddi aşmağ insaniyyəti uçruma aparır
Riyaziyyatın hesablamasında İşarələr var : Vurma , Bölmə , Üstəgəlmə , Çıxma və ən axırda isə Bərabərlik işarəsi qoyulur .
Buda o deməydi ki : Əgər bir cəmiyyəti Razı qoymağ istəyirsənsə , orda mütləq Bərabərlik olmalıdı , azda olsa
Təşəkkür edirik.Cox şey aydın oldu bizə.Minnətdarıq sizə.❤
46:19
9 cu sinifdə oxuyanda şahmat məktəbinə gedirdim. Müəllim bir tapşırıq vermişdi, həllini tapmalı idim. Neçəsə gedişə mat tapmalı idim. Bütün günümü xərclədim tapa bilmədim. Axşam yatdım. Gecənin bir aləmi yuxuda məsələnin həllini tapdım, ya etdim hər necə oldusa, yataqdan qalxıb. Şahmatı qurdum. Və həll etdim, yuxuda gördüyüm versiya ilə😅
Usta adam,dəyərli dostumuz Afərin bəy
Riyaziyyatla bağlı deyil, ancaq biologiya bağlı bir "travmam" var idi. Olimpiyadalarda respublika üzrə 2-ci yer tutmuşdum. Moskvaya dəvət etmişdilər. Pul söhbəti var idi deyə maddi durum buna icazə vermədi. Başqa biri pulla yerimi almışdı. Riyaziyyat ən sevdiyim sahədi, bəzi müəllimlərin katalitik münasibətləri hesabına 10-cu sinifə qədər çox yaxşı idim hesablamalarda. Ancaq bəzi psixoloji məsələlərə görə ümumilikdə təhsilimdə reqresiya yaşadım. Buna əsaslanaraq deyə bilərəm ki, əslində bir adamın özünü dərindən tanıya bilməməsi, uşaqlıq travmalarının daxilimizdə yaratdığı çaxnaşmalar səbəbindən sosial məsələlərdə geriləmə yaşanır.
Hətda əminliklə deyə bilərəm ki, bəzən çox yaxşı oxumaq özü belə travmadan qaynaqlana bilər, sonrada özünü tanımağa, düzəlməyə başladığında, dinamik olaraq məşğuliyyətlər həmişəki kimi pozitiv nəticə vermir.
Həqiqətən də artıq DİM və Təhsil Nazirliyi bir araya gəlməlidir. Onların özbaşınalıqlarına görə şagirdlərimiz çox əziyyət çəkir. Qəbul suallarının bəlkədə sadecə 20%-i məktəbdə keçirilən mövzularla əlaqəli olur. Şagird yaxşı universitetə düşmək üçün mütləq əlavə müəllim yanına getməlidir. Axı hər kəsin buna imkanı çatmır. Bir az vicdanlı olmaq lazımdır
Möhtəşəmsiniz! Yaşatdığınız hər aydınlanmaya görə təşəkkür edirəm ❤
Bele qonaga gore cox sag olun, Muellim bir dunya sohbet eledi, riyaziyyati yaxsi oxumus insanlar bu dunyada ferqli kodlarda yasayan insanlardi sanki, tebii ki , yaxsi menada. Analitik dusunce bizde cox zeif inkisaf edib, riyaziyyati yaxsi bilmek gelecekde riyaziyyatci olmaq demek deyil, bu senin beyninin guclenmesidir, gelecekde istenilen veziyyetde beynin yaxsi isleyib hadiselerin kombinasiyasini duzgun quracaq ve sen yaranmis veziyyetde dogru olani edib , faydali olacaqsan
Afərin bəy, Tural bəy, Əli bəy hər üçünüzə çox sağ olun demək istəyirəm. Böyük işlər görürsüz.
1:19:28 Dəyərli müəllimlərə Doğan Cüceloglu "Ogretmenim bakarmisin" kitabını oxumağı tövsiyə edərdim))
Mən nə zaman yaddaşımda zəifləmə , ya da analitik düşüncəmdə zəiflik hiss edirəmsə riyaziyyata qayıdıram. Məsələlər həll edirəm , sözün əsl mənasında beynim açılır. Ona görə yeganə fəndir ki, həm beynim həm ruhum rahatlıq tapır. Və bunu mənə riyaziyyat müəlliməsi olan anam aşılayıb 🥹
Azərbaycan təhsilində imzası var, Afərin müəllimin! Sizə uğurlar!
Çox təşəkkürlər, belə verilişlərinizin sayı çox olsun. Olduqca informativ və üfüq açan podcast idi.
Cox gozel ve deyerli fikirler paylasdi Aferin muellim. Bele verlislerin sayi cox olsa,gozel olar
Çox böyük zövq ilə izlədim. Hər zaman belə dəyərli insanları dəvət edin ki, biz də yol xəritəmizi cızaq. Təşəkkür edirəm.
Qeyd: qonağı kamerasında kamerada fokus pozulub. Zəhmət olmasa fokusu da düzəldərsiniz. 😊
Podkastlarınız çox maraqlıdır. Çox faydalı məlumatlar verirsiz hansını ki , hərdəfə düşünürəm ki yadımda saxlıyım sabahsı gün hardasa danışım. Təəssüf ki , hamısı yadımnan çıxır lazım olanda. Bir YADDAŞ la bağlı danışan qonağda çağırsaydız ona qulağ asıb əvvəl yadda saxlamağı öyrənərdik )
Çox dəyərli müzakirədir. Belə mövzular çox olsun. Təşəkkürlər
Əziz Söhbətgah bizi bela bir dayarli insanları tanımaq şəraiti yaratdığınız üçün size sonsuz təşəkkürlər ❤❤❤
Çooox maraqlı söhbət oldu.Var olun👍.Afərin müəllim çox doğru vurğuladı öyrənmək zəhmət tələb edir və bu zəhmətə uşaqları alışdırmaq lazımdır.Valideyn mütləq uşaqla işləməlidir.Həqiqətən nəticəsi olur."Tupoy" uşaq yoxdur.Çox çalışmayan uşaq var.99% əmək, 1% istedad
Təşəkkürlər🙌🏼.Taleh Məmmədi görmək xoş olar
Tesekkurler🙏 AMEA nin Riyaziyyat ve Mexanika Institutunun emekdaslarinin ekseriyyeti istedadlidir.
Afərin hocam, Allah can sağlığı versin üstad!
Bu çəkilişə görə xüsusilə təşəkkür edirəm sizə. Riyaziyyat = sevgi.
Afərin müəllimə həm də aparıcılara bu gözəl söhbət üçün böyük təşəkkür edirəm.Afərin müəllimin danışıq səs tonu adamı sakitləşdirir.Var olun👍👍👍
Həqiqətən cox maraqlı söhbət oldu hər kəsə təşğkkür edirəm
Gözəl söhbətə görə təşəkkürlər, müəllim. Doğrudur, ədəbiyyatı sevirəm, həndəsəm də məktəbdə cəbrdən üstün olub.
Möhtəşəmsiniz❤️ Çox təşəkkür edirəm
Çox gözəl produktiv bir söhbət alındı,yeri gəlmişken cənabın pozitivliyi müzakirəyə xüsusi ab-hava bəxş etdi.
Söhbətgah var olsun,cəmiyyətin maarifləndirilməsində bir nömrə işlər görürlər biz də hər zaman dəstəyik.🍀💚
Məsələlərin həllini insanların zehniyyətinin dəyişilməsində təsəlli tapmağa ümid edək.
Əli bəyin son saniyələrdə dediyi kəlmələr möhtəşəm idi,sanki ürəyimdən tikan çıxdı.
M.Şəhriyar bu yerdə deyir:
Tfu,pis üzünə ey çərxi-fələk
Sən ikiüzlüsən gecə-gündüz tək
Hünərsiz insanlar səndə kam alır
Hünər sahibləri kənarda qalır.
Mənim üçün söhbətgahın ən maraqlı və faydalı söhbətlərindən oldu. Təşəkkür edirəm!
İnsan saatlarla dinləməkdən yorulmaz bele her terefli savadli insana
Sizə təşəkkürlər .Efirdə belə verlişlər çox olsa daha yaxşı olar. Verilişdən zövq aldım çox sağ olun
Biz Azərbaycanın dünyada tanımış insanlarımızı təbliğ etməliyik. Onların həyatlarınə övladlarımıza izah etməliyik.
Çox maraqlı müzakirə idi. Davamlı olsun ❤
Ingilis dili ilə də bağlı olsun
maariflənmək gözəldir, təşəkkür
Bu bölüm sadəcə mükəmməl idi.Təşəkkürlər.❤
Coooox maraqli idi əhsən.muellimlerin maasinda qaldirin
👍👍👍 mövzuya toxunulub. Təhsil naziri də baxsa əla olardı ...
Riyaziyyat ən aşkar olanı ən az aşkar yolla sübut etmə işidir.
Corc Poyla
Allahım T.Təala Sizə sağlam ömür can sağlığı versin. Sizin davamçılarınız çox olsun. Necə də sadə danışırsız. Ölürəm də belə savadlı, bilikli insanlar üçün. Allahım T.T.qorusun Sizi. 🙌👏🖐
Seviyyeli verlişleriniZe göre çox minnetdaram✅
Proqramınıza və Afərin müəllimə uğurlar😊
Bizim kanallarda rast gəldiyim ən Yüksək Elmi pedaqoji səviyyədə diskussiya! Çox sağ olun!
Tural bey Eli bey, Allah her ikinizden razi olsun ki bu cür deyerli proqramlar cekilisler hazirlayirsiz, faydali isler gorursuz aferin size
💙💚
Mən heç Afərin müəllimin özünü belə tanımırdım, çox heyif, ölkəmizdə möhtəşəm insanlara yetəri qədər dəyər verilmir və hərkəs müəllimlikdən qaçır, fizika üzrə bu mövzuda Neftçala rayonu Xıllı qəsəbəsindən olan, hal hazırda özəl məktəblərdən birində dərs keçən Seyran Səfərovla da söhbətiniz möhtəşəm olar, Seyran müəllim axşam saatlarına qədər, rayonda işıq sönəndə lampa işığında olimpiadaya uşaq hazırlayan müəllim olub, yaddaşımda möhtəşəm qaldığı üçün ona ayrı, hər belə gözəl insanlar tanıtdırdığınız üçün sizlərə ayrı təşəkkür edirəm.
İnanın ki, olimpiyada haqqında danışılan da Seyran müəllim yada düşdü. Mən buna həqiqətən şahidəm ki illərdir insan öz peşəsi layiqincə yerinə yetirir. Belə müəllimlərə hər zaman dəstək olunmalıdır!
Riyaziyyat bütün fənlərin şahıdı bu həqiqətən belədir... Uşaqlıqdan 9 cu sinifə kimi deyirdim riyaziyyatçı olacam o dərəcə həvəslə oxuyurdum 100 test verəndə müəllim 300 yazıb gedirdim məsələləri işlədikcə zövq alırdım. 10-11 de ise riyaziyyat müəlliməmi dəyişdim düzdü çox savadlı idi amma fənnə qarşı məndə nifrət yarattı. Çünki 1 dəfən başa salırdı başa düşdün düşdün düşmədin heçnə soruşmaq olmurdu.Düşündüm ki çətinlik çəkirəm zəif olacam verdim fizikaya amma indi görürem kihəqiqətən müəllim insan həyatında böyük rol oynayır ( Fizikaya verdim fizika müəllimim dəfələrlə dedi ver riyaziyyata həm saatı çoxdu həm üatünlük baxımından yaxşıdı. 2 ildi universiteti bitirmişəm həm tələbəlik illərində həmdə indi uşaqlarla riyaziyyat hazırlığı keçirəm fizikanı sevirəm amma riyaziyyat sırf uşaqlıqdan gələn bir şeydi. Həmişə arzularınızın arxasınca gedin pes eləməyin ümidsiz olmayın. Bir neçə ilə ixtisas artırma olsa mütləq ki riyaziyyat müəlliməliyini oxuyacam. İndi isə üzərində işləyirəm incəliklərini öyrənirəm.
Müəllimə və bu çəkilişin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkürlər!Möhtəşəm idi👏❤️
Natiq Vahidovu da sohbetgahda görmək çox xoş olardı. Gəlsin dilimizdən danışsin😊
Belə maraqlı məlumatları dinlədikcə beyin fərahlanır,yaxşı nəsə öyrənir, əməyinizə sağlıq, davamı gəlsin👍👏🌹
Duzdu❤👍👍👍👍
Salam, çox gözəl söhbətdir. Təşəkkür edirəm.
Lakin mənimdə əlavələrin var.
1. Vəsaitlər yararsızdır. Material yükü çoxdur.
2. Yaxşı müəllimlər azdır. 90% qadınlardan təşkil olunmuş təhsil sistemi çöküb. Hətta yalnız qadın tərbiyyəsi alan şagirdlərimiz üçün vətənpərvərlik də riyaziyyat kimi problemə çevriləcək.
3. Telekanallar və internet insanların beynini yeyib. Maraq istiqamətini dəyişdirib.
Təşəkkürlər
Maraqlı söhbət alınıb, təşəkkürlər 😎
təşəkkür edirəm yoldaşlar, maraqlı buraxılış üçün, dəyərli fikirlər üçün!! Var olun!!
Mashallah olsun. Gozel verlisdi. Ardi gelsin bele efirlerin Insallah.
2ci seriya gəlsin, Afərin muəllim ve bu verilişin komandası cox təşəkkür edirəm ❤
Afərin müəllim çoox gözəl insan gözəl natiq eyni zamanda savadlı müəllim.var olun dəyərli insan
Burda qeyd olundu ki, millət olaraq riyaziyyatı sevmirik. Səbəb odur ki, bizim orta məktəblərdə müəllimlər keçdiyi mövzunun həyatda praktik tətbiqi tərəflərini izah edə bilmirlər. Mənə bir mühafizədə işləyən orta yaşlı biri bur dəfə sual verdi. "Pi"nin qiyməti neçədir? Dedim 3.14. Dedi harda işlədərsən bunu? Dedim bilmirəm. Dedi 3.14 sm uzununa, 3,14 sm eninə dəmir götür onu bük 1 ton su tutur. Gələcəkdə özünə bak düzəldə bilərsən😄 Bax budur həyatda real riyazi tətbiq. Budur əsl elm, əsl izah. Belə yanaşılıb izah olunsa sevməyən olarmı?😊 Təşəkkürlər🙏
❤2️⃣5️⃣6️⃣👍.. Supersiniz Dostlar 🤝
Ufuk açıcı, güzel bir program olmuş. Herbirinize teşekkürler...
Mən riyaziyyat sinfini bitirmişəm. Riyaziyyatçı olmaq isrəmişəm, amma, elmə, elmi işcilərə dəyər verilmədiyi üçün başqa ixtisasa yönəlmişəm. Kaş ki həqiqətən elmi işcilərə, elm sahələrinin öyrənilməsinə, araşdırılmasına daha çox yatırım edilsə idi. Necə ki həmişə düşünürük ki nə üçün bizdə hansısa sənaye sahəsi, zavodların tikilməsinə deyil, şadlıq evlərinin , restoranların açılmasına səy göstərilir. Səbəb daha asan və qısa vədəli yoldan pul qazanmaqdır. Təəssüf.
cox cox maraqlı podcast idi. əlacım olsa hamını məcbur edərəm izləsin
Afərin bəy təşəkkürlər. Bizim də oğlumuz riyaziyyatı çox sevir və bürünc medalçıdır. Tural bəyə isə demək istəyirəm ki, millətimizi öz ətrafında olanlarla müqayisə etməsin. Əvvəlcə ölkəmizdə uğur, medal qazanan riyaziyyatçı balalarımızı araşdırsın, onun işi bu olmalıdır😊
Riyaziyyatı sevmək üçün çox səbəb var bunlardan 1-2 sin deyim.
1) Müəllim yaxşı olanda dərsə sevgidə artır
2) Həyatını dəyişdirənlərin çoxusu Riyaziyyatı yaxşı bilir çünkü, riyaziyyatda məsələnin gedişatını düşündüyümüz kimi, həyatda da bunu düşünürük yəni sonraki addımları düşünürük
Maraqli və dəyərli söhbətiniz ucun təşəkkür. Alimə və elmə dəyər verənlər var olasınız həmişə. Bir cəmiyyətin rifahi və gələcəyi onun savadli təbəqəsi sayəsindədir.
Riyaziyyat elmləri öyrənmək dilidir.Xoş seyrlər💙💚
Gozel podcast a gore cox sagolun. Gozel, maraqli ve deyerli.
Afərin müəllimə afərin! 💙❤️💚
İnşallah bu videodan sonra riyaziyyatı Daha yaxşı mənimsəyərəm❤🤲🏻🤲🏻
Təşəkkür edirəm, belə dəyərli insanları tanıtdığınız üçün!
Çox az oldu, doymadıq. "Afərin müəllim Söhbətgah 2 ci seriya" gəlsin
Dəyərli müəllimimiz siz bu il buraxılış imtahanında düşən sualın səf oldugunu dediz və sübut etdiz.Məleykə fikirləri yox saydı.cox təssüf
Çox maraqnan axıra qədər izlədim videonu.
Ölkədə elm haqda bele mənalı danışan barmaqla sayılacaq qədər az proyekt var və sizə buna görə halaldı
Nə gözəl söhbət!Faydalı məlumatlar və düşündürücü söhbət üçün təşəkkür edirəm!Yaxşı ki varsınız !
Əli Xəyyamın fikirləri çox dərin.Sonda çıxışı hər gün fikirləşdiklərimdir
Ela sohbetdi muhum meseleye toxunmusuz Ehsen
Allah razı olsun. Necə də gözəl bir veriliş❤
Allahım,kaş bu veriliş canlı olardı və mən qoşula bilərdim,valideyn kimi dərdimi deyə bilərdim.
Təhsilimiz bərbaddır !!!!!!!!
Əli öpüləcək şərəfli müəllimlərin haqqına girmirəm.Yerdə qalanları da qınamıram,amma,hamısı zəmanənin köləsi olub.Maaş elə yüksək deyil ki,yaşamağın dərdini çəkməyib sırf dərsinə fikrini və ən əsası sevgisini yönəldə.Amma,belə uzun getməyəcək.Təhsildə reforma ehtiyyac var
Afərin Əkbərli . Ilk kəs taniş oldum və qüurlandım. Papaq altda yatan intellektli vətəndaşlarımız çoxdur, sadəcə düşmənə xidmət edən bayağı veriliş kanalizasiyalarını bağlayıb belə düşünən beyinləri çəkmək lazımdır önə
Müəllimin söhbəti çox gözəldir və doğrudur. Orta məktəbdə riyaziyyatı hazırlıqda öyrəndim. Universitetde ancaq teorem ezberletdiler. Miq də isə dahi olmağımızi isteyir. Ona görə qa lmisam küçələrdə
Salam söhbətgah.Cox sağolun.Gözəl müzakirələr üçün.
Divardan bir iki nəfər də riyaziyyatçı, fizik, kimyaçı və s.şəkili assaz...
Afərin m. çox təcrübəli müəll.
Turqutun, Nərgizin, Muradın sevimli m.
Bir Riyaziyyat müəllimi olaraq həvəslə izlədim və dinlədim bu buraxılışı,təşəkkür edirəm.Bir də müəllim yaxşı qeyd etfi ki,öyrənməyi öyrətməliyik uşaqlara çox olur xüsusilə də 7,8-ci sinif şagirdlərimə hansısa mövzunu dərsdən əvvəl araşdırıb öyrənməyə verəndə və bir də mən yarım qalan hissələri uşaq üçün tamamlayanda o dərs daha maraqlı olur ,amma təəssüf ki bunu sinfin az faizi bacarır və ya çox vaxt da valideyn normal yanaşmır bu fikrə .
Çox sağolun belə insanları tanıdırsız.Sizə təşşəkkür edirəm. Afərin mqəllimin hansı məktəbdə dərs dediyini bilmək istərdim.Öncədən təşşəkküt edirəm
Bu müəllim təhsil naziri olmalıdır.Belke onda təhsilimizin yüksəlişi ola.