Riyaziyyat nədir? | Hər kəs riyaziyyat öyrənə bilər? | Söhbətgah

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 711

  • @simasadigova3018
    @simasadigova3018 Год назад +407

    Afərin müəllimə təşəkkur edirəm.Adini çəkdiyi Sadıqov Tural mənim oğlumdur,onunla fəxr edirəm.Nyu yorkda idi,indi Kaliforniyadadir, riyaziyyatçılar çox sadə insan olurlar,Turalın atası da Həsənağa müəllim riyaziyyat müəllimi idi.Verilisə görə sağolun.

  • @RiyaziyyatRF
    @RiyaziyyatRF Год назад +103

    Dəyərli söhbət üçün Afərin müəllimə xüsusi təşəkkür edirik.Var olun,ustad.

  • @azeraliyev1724
    @azeraliyev1724 Год назад +68

    Afərin müəllimin danışdığı pedaqoji mövzular 2 semestr keçirilən pedaqogika dərsindən keyfiyyətlidir.

  • @nrmincrullayeva.8506
    @nrmincrullayeva.8506 Год назад +14

    Riyaziyyat həyatdı,nəfəsdi. Həyatımızın hər anıdır Riyaziyyat.🫶 Bizim Riyaziyyat otağında belə bir cümlə vardı. "Kimya Fizikanın sağ əli,Riyaziyyat isə onun gözləridir" ❤

  • @elnurabdullayev40
    @elnurabdullayev40 Год назад +12

    Təşəkkür edirəm həm qonağa həm də təşkilatçılara. Baxib qurtaranda gece saat 1:40 idi. Dəyərli təhsil işçilərinə ehtiyacımız hədsizdir. Uğurlar...

  • @tariyelmustafa5122
    @tariyelmustafa5122 Год назад +10

    Afərin müəllimə təşəkkürlər. Söhbətgah komandasına isə afərin...

  • @leylaallahverdiyeva1870
    @leylaallahverdiyeva1870 Год назад +8

    Deyerli müellime deyerli ve maraqli fikirlerine göre teşekkürler. Çox möhteşem podcast olub.

  • @frdn128
    @frdn128 Год назад +6

    Dinləyib bitirdim. Sağ olun, var olun! Afərin müəllimə də, sizə də AFƏRİN!

  • @frdn128
    @frdn128 Год назад +12

    Afərin müəllimi söhbətgahda görmək necə də xoşdur ❤ Əminəm ki, əla söhbət olacaq!

  • @raufcahangirli7663
    @raufcahangirli7663 10 месяцев назад +10

    Təhsilimizin bu dövrlərində ən incə məramlara toxunub onu işıqlandıran Afərin müəllimə təşəkkür edirəm.
    Cəmiyyətimizin sizin kimi dəyərli müəllimlərə çox ehtiyacı var.

  • @HRANAR
    @HRANAR Год назад +8

    son illərdə baxdığım mükəmməl proqram idi…Hoppulub düşənlərdənsə belə dəyərli insanları dəvət edib söhbət edin millətdə mariflənsin..Əməyi keçənlərə Təşəkkür edirik.

  • @alialiyev7673
    @alialiyev7673 Год назад +13

    Söhbətin əvəllindən sona çatanda artıq kövrəldim. Heyif yaxşı müəllimlərdən. Çox sağolun maraqlı alınıb👍🏻

  • @narkoss1117
    @narkoss1117 Год назад +9

    Şəxsən bir tələbəsi olaraq,axıra qeder diqqətlə dinlədim var olun müəllim siz həmişə var olun…

  • @Rosh79
    @Rosh79 Год назад +17

    “Riyaziyat Tanrının yer üzündəki dilidir”
    Edip yüksel

  • @taranagulmammedova2628
    @taranagulmammedova2628 Год назад +8

    Belə maraqlı söhbət üçün təşəkkür hər birinizə. Afərin bəyin optimist ümid və arzularına AMİN deyirəm. Buna çox ehtiyacımız var.

  • @savalan89
    @savalan89 Год назад +8

    Afərin bəy, Tural bəy, Əli bəy hər üçünüzə çox sağ olun demək istəyirəm. Böyük işlər görürsüz.

  • @iskandarovsaleh5925
    @iskandarovsaleh5925 Год назад +14

    Afərin müəllim həqiqətən də ölkəmizdə seçilən müəllimlərdəndir. Şagirdi başa düşmək, yeri gəldikdə dostluq etmək və digər bir çox müsbət cəhətlərdən.

  • @ruslansavkhanov136
    @ruslansavkhanov136 Год назад +7

    Azərbaycan təhsilində imzası var, Afərin müəllimin! Sizə uğurlar!

  • @ulviellazov9745
    @ulviellazov9745 Год назад +8

    Nə gozel etikali savadli sohbet gedir,çox xoş gelir insana ,belkede ehtiyac coxdur bele danisiga yaniki savadli danismaq insani celb edir🎉

  • @karalok-m2o
    @karalok-m2o 11 месяцев назад +15

    46:19
    9 cu sinifdə oxuyanda şahmat məktəbinə gedirdim. Müəllim bir tapşırıq vermişdi, həllini tapmalı idim. Neçəsə gedişə mat tapmalı idim. Bütün günümü xərclədim tapa bilmədim. Axşam yatdım. Gecənin bir aləmi yuxuda məsələnin həllini tapdım, ya etdim hər necə oldusa, yataqdan qalxıb. Şahmatı qurdum. Və həll etdim, yuxuda gördüyüm versiya ilə😅

  • @drelbey55
    @drelbey55 Год назад +8

    Usta adam,dəyərli dostumuz Afərin bəy

  • @niyamaddinmammadov5099
    @niyamaddinmammadov5099 Год назад +10

    Bele qonaga gore cox sag olun, Muellim bir dunya sohbet eledi, riyaziyyati yaxsi oxumus insanlar bu dunyada ferqli kodlarda yasayan insanlardi sanki, tebii ki , yaxsi menada. Analitik dusunce bizde cox zeif inkisaf edib, riyaziyyati yaxsi bilmek gelecekde riyaziyyatci olmaq demek deyil, bu senin beyninin guclenmesidir, gelecekde istenilen veziyyetde beynin yaxsi isleyib hadiselerin kombinasiyasini duzgun quracaq ve sen yaranmis veziyyetde dogru olani edib , faydali olacaqsan

  • @Nizi_1987
    @Nizi_1987 Год назад +9

    Təşəkkür edirik.Cox şey aydın oldu bizə.Minnətdarıq sizə.❤

  • @nigarmamedova7500
    @nigarmamedova7500 9 месяцев назад +6

    Möhtəşəmsiniz! Yaşatdığınız hər aydınlanmaya görə təşəkkür edirəm ❤

  • @cavadovnicat7968
    @cavadovnicat7968 Год назад +6

    Mukemmelsiz. Bu cur elmi podcastlarin sayini cox elesez minnetdar olariq

  • @orkhanmammadov7175
    @orkhanmammadov7175 Год назад +8

    Çox böyük zövq ilə izlədim. Hər zaman belə dəyərli insanları dəvət edin ki, biz də yol xəritəmizi cızaq. Təşəkkür edirəm.
    Qeyd: qonağı kamerasında kamerada fokus pozulub. Zəhmət olmasa fokusu da düzəldərsiniz. 😊

  • @HuseynTofiq
    @HuseynTofiq 10 месяцев назад +6

    Cox gozel ve deyerli fikirler paylasdi Aferin muellim. Bele verlislerin sayi cox olsa,gozel olar

  • @sadiqmammadli9191
    @sadiqmammadli9191 Год назад +6

    Əziz Söhbətgah bizi bela bir dayarli insanları tanımaq şəraiti yaratdığınız üçün size sonsuz təşəkkürlər ❤❤❤

  • @hikmetmustafayev5615
    @hikmetmustafayev5615 Год назад +9

    1:19:28 Dəyərli müəllimlərə Doğan Cüceloglu "Ogretmenim bakarmisin" kitabını oxumağı tövsiyə edərdim))

  • @JalMmmdova-sh7vd
    @JalMmmdova-sh7vd Год назад +10

    Həqiqətən də artıq DİM və Təhsil Nazirliyi bir araya gəlməlidir. Onların özbaşınalıqlarına görə şagirdlərimiz çox əziyyət çəkir. Qəbul suallarının bəlkədə sadecə 20%-i məktəbdə keçirilən mövzularla əlaqəli olur. Şagird yaxşı universitetə düşmək üçün mütləq əlavə müəllim yanına getməlidir. Axı hər kəsin buna imkanı çatmır. Bir az vicdanlı olmaq lazımdır

  • @umidmuradli4399
    @umidmuradli4399 Год назад +6

    Podkastlarınız çox maraqlıdır. Çox faydalı məlumatlar verirsiz hansını ki , hərdəfə düşünürəm ki yadımda saxlıyım sabahsı gün hardasa danışım. Təəssüf ki , hamısı yadımnan çıxır lazım olanda. Bir YADDAŞ la bağlı danışan qonağda çağırsaydız ona qulağ asıb əvvəl yadda saxlamağı öyrənərdik )

  • @milad.ekremi
    @milad.ekremi Год назад +6

    Təşəkkürlər🙌🏼.Taleh Məmmədi görmək xoş olar

  • @Trademan.kamal1
    @Trademan.kamal1 10 месяцев назад +7

    Çox dəyərli müzakirədir. Belə mövzular çox olsun. Təşəkkürlər

  • @sefegkerimov4337
    @sefegkerimov4337 Год назад +7

    Bu bölüm sadəcə mükəmməl idi.Təşəkkürlər.❤

  • @ArifSelimov-qe5ih
    @ArifSelimov-qe5ih 10 месяцев назад +7

    Çox təşəkkürlər, belə verilişlərinizin sayı çox olsun. Olduqca informativ və üfüq açan podcast idi.

  • @arzutagyev8962
    @arzutagyev8962 Год назад +5

    Bizim kanallarda rast gəldiyim ən Yüksək Elmi pedaqoji səviyyədə diskussiya! Çox sağ olun!

  • @omeotvofficial
    @omeotvofficial Год назад +12

    Afərin müəllimə afərin! 💙❤️💚

  • @pervina-li
    @pervina-li Год назад +15

    Mən nə zaman yaddaşımda zəifləmə , ya da analitik düşüncəmdə zəiflik hiss edirəmsə riyaziyyata qayıdıram. Məsələlər həll edirəm , sözün əsl mənasında beynim açılır. Ona görə yeganə fəndir ki, həm beynim həm ruhum rahatlıq tapır. Və bunu mənə riyaziyyat müəlliməsi olan anam aşılayıb 🥹

  • @chromatris
    @chromatris 6 месяцев назад +12

    Riyaziyyatla bağlı deyil, ancaq biologiya bağlı bir "travmam" var idi. Olimpiyadalarda respublika üzrə 2-ci yer tutmuşdum. Moskvaya dəvət etmişdilər. Pul söhbəti var idi deyə maddi durum buna icazə vermədi. Başqa biri pulla yerimi almışdı. Riyaziyyat ən sevdiyim sahədi, bəzi müəllimlərin katalitik münasibətləri hesabına 10-cu sinifə qədər çox yaxşı idim hesablamalarda. Ancaq bəzi psixoloji məsələlərə görə ümumilikdə təhsilimdə reqresiya yaşadım. Buna əsaslanaraq deyə bilərəm ki, əslində bir adamın özünü dərindən tanıya bilməməsi, uşaqlıq travmalarının daxilimizdə yaratdığı çaxnaşmalar səbəbindən sosial məsələlərdə geriləmə yaşanır.
    Hətda əminliklə deyə bilərəm ki, bəzən çox yaxşı oxumaq özü belə travmadan qaynaqlana bilər, sonrada özünü tanımağa, düzəlməyə başladığında, dinamik olaraq məşğuliyyətlər həmişəki kimi pozitiv nəticə vermir.

  • @durdanememmedova3472
    @durdanememmedova3472 Год назад +7

    Gözəl söhbətə görə təşəkkürlər, müəllim. Doğrudur, ədəbiyyatı sevirəm, həndəsəm də məktəbdə cəbrdən üstün olub.

  • @Zerxanim_21
    @Zerxanim_21 Год назад +5

    Sizə təşəkkürlər .Efirdə belə verlişlər çox olsa daha yaxşı olar. Verilişdən zövq aldım çox sağ olun

  • @chrissbahngg
    @chrissbahngg Год назад +7

    Çox maraqlı müzakirə idi. Davamlı olsun ❤
    Ingilis dili ilə də bağlı olsun

  • @zumrudseferova6064
    @zumrudseferova6064 Год назад +7

    Bu çəkilişə görə xüsusilə təşəkkür edirəm sizə. Riyaziyyat = sevgi.

  • @sizin6836
    @sizin6836 Год назад +6

    Proqramınıza və Afərin müəllimə uğurlar😊

  • @Gulnar055
    @Gulnar055 Год назад +4

    Tesekkurler🙏 AMEA nin Riyaziyyat ve Mexanika Institutunun emekdaslarinin ekseriyyeti istedadlidir.

  • @slavikalixlalov7287
    @slavikalixlalov7287 Год назад +6

    Afərin müəllimə həm də aparıcılara bu gözəl söhbət üçün böyük təşəkkür edirəm.Afərin müəllimin danışıq səs tonu adamı sakitləşdirir.Var olun👍👍👍

  • @liismaylov1990
    @liismaylov1990 8 месяцев назад +1

    Belə maraqlı məlumatları dinlədikcə beyin fərahlanır,yaxşı nəsə öyrənir, əməyinizə sağlıq, davamı gəlsin👍👏🌹

  • @Mikluxa-Maklay
    @Mikluxa-Maklay Год назад +9

    Salamun Əleyküm !
    Riyaziyyat - sözünun əsil mənası Razı Qalmağ Deməydi ! Çünkü Riyaziyyat sözünün kökündə Razı sözü var .
    Buda o deməydi ki , əgər sən bu dünyadan Razı qalmağ istəyirsənsə , onda Riyaziyyatı bilməlisən .
    Allah Qurani - Kərimdə deyir ki : And olsun Cüt və Tək rəqəmlərə
    Başka bir ayədə deyir ki : Allah hər şeyi yaratdı və ölçüsün qoydu
    Ölçü sözünün mənası - Ölməməkən üçün həddi bilmək deməydi
    Yalnız Ölçünü bilməmək və həddi aşmağ insaniyyəti uçruma aparır
    Riyaziyyatın hesablamasında İşarələr var : Vurma , Bölmə , Üstəgəlmə , Çıxma və ən axırda isə Bərabərlik işarəsi qoyulur .
    Buda o deməydi ki : Əgər bir cəmiyyəti Razı qoymağ istəyirsənsə , orda mütləq Bərabərlik olmalıdı , azda olsa

  • @xeyalhesenov9169
    @xeyalhesenov9169 9 месяцев назад +5

    Həqiqətən cox maraqlı söhbət oldu hər kəsə təşğkkür edirəm

  • @sevincccc89
    @sevincccc89 Год назад +6

    Mən heç Afərin müəllimin özünü belə tanımırdım, çox heyif, ölkəmizdə möhtəşəm insanlara yetəri qədər dəyər verilmir və hərkəs müəllimlikdən qaçır, fizika üzrə bu mövzuda Neftçala rayonu Xıllı qəsəbəsindən olan, hal hazırda özəl məktəblərdən birində dərs keçən Seyran Səfərovla da söhbətiniz möhtəşəm olar, Seyran müəllim axşam saatlarına qədər, rayonda işıq sönəndə lampa işığında olimpiadaya uşaq hazırlayan müəllim olub, yaddaşımda möhtəşəm qaldığı üçün ona ayrı, hər belə gözəl insanlar tanıtdırdığınız üçün sizlərə ayrı təşəkkür edirəm.

    • @mirnahidagayev47
      @mirnahidagayev47 Год назад +2

      İnanın ki, olimpiyada haqqında danışılan da Seyran müəllim yada düşdü. Mən buna həqiqətən şahidəm ki illərdir insan öz peşəsi layiqincə yerinə yetirir. Belə müəllimlərə hər zaman dəstək olunmalıdır!

  • @eltac5525
    @eltac5525 Год назад +3

    Afərin hocam, Allah can sağlığı versin üstad!

  • @aytacmikaylova7071
    @aytacmikaylova7071 Год назад +6

    Mənim üçün söhbətgahın ən maraqlı və faydalı söhbətlərindən oldu. Təşəkkür edirəm!

  • @piecesofcube
    @piecesofcube Год назад +7

    Möhtəşəmsiniz❤️ Çox təşəkkür edirəm

  • @ayselrehimli-ir5wr
    @ayselrehimli-ir5wr 9 месяцев назад +4

    Coooox maraqli idi əhsən.muellimlerin maasinda qaldirin

  • @hikmetmustafayev5615
    @hikmetmustafayev5615 Год назад +7

    Natiq Vahidovu da sohbetgahda görmək çox xoş olardı. Gəlsin dilimizdən danışsin😊

  • @afamamedova8978
    @afamamedova8978 9 месяцев назад +5

    Çooox maraqlı söhbət oldu.Var olun👍.Afərin müəllim çox doğru vurğuladı öyrənmək zəhmət tələb edir və bu zəhmətə uşaqları alışdırmaq lazımdır.Valideyn mütləq uşaqla işləməlidir.Həqiqətən nəticəsi olur."Tupoy" uşaq yoxdur.Çox çalışmayan uşaq var.99% əmək, 1% istedad

  • @gubernator8766
    @gubernator8766 Год назад +8

    Seviyyeli verlişleriniZe göre çox minnetdaram✅

  • @hebiberesulova3759
    @hebiberesulova3759 Год назад +5

    2ci seriya gəlsin, Afərin muəllim ve bu verilişin komandası cox təşəkkür edirəm ❤

  • @abdullayev1
    @abdullayev1 Год назад +8

    maariflənmək gözəldir, təşəkkür

  • @nezaketnagiyeva1695
    @nezaketnagiyeva1695 10 месяцев назад +8

    Biz Azərbaycanın dünyada tanımış insanlarımızı təbliğ etməliyik. Onların həyatlarınə övladlarımıza izah etməliyik.

  • @zaminibrahimov4959
    @zaminibrahimov4959 7 месяцев назад +4

    Tural bey Eli bey, Allah her ikinizden razi olsun ki bu cür deyerli proqramlar cekilisler hazirlayirsiz, faydali isler gorursuz aferin size

  • @reyhanqurbanova2031
    @reyhanqurbanova2031 Год назад +5

    cox cox maraqlı podcast idi. əlacım olsa hamını məcbur edərəm izləsin

  • @agamirhimov9320
    @agamirhimov9320 Год назад +6

    Riyaziyyat və Sizin təqdimatda ❤

  • @ElmanAllahverdiyev.94
    @ElmanAllahverdiyev.94 Год назад +5

    👍👍👍 mövzuya toxunulub. Təhsil naziri də baxsa əla olardı ...
    Riyaziyyat ən aşkar olanı ən az aşkar yolla sübut etmə işidir.
    Corc Poyla

  • @saidasaida555
    @saidasaida555 Год назад +7

    Qonağınız nə gözəl insandır❤

  • @nurlankarayev2156
    @nurlankarayev2156 Год назад +8

    İnsan saatlarla dinləməkdən yorulmaz bele her terefli savadli insana

  • @nuranqdirova7466
    @nuranqdirova7466 Год назад +5

    Allahım T.Təala Sizə sağlam ömür can sağlığı versin. Sizin davamçılarınız çox olsun. Necə də sadə danışırsız. Ölürəm də belə savadlı, bilikli insanlar üçün. Allahım T.T.qorusun Sizi. 🙌👏🖐

  • @ayselismailova8439
    @ayselismailova8439 Год назад +4

    Maraqli və dəyərli söhbətiniz ucun təşəkkür. Alimə və elmə dəyər verənlər var olasınız həmişə. Bir cəmiyyətin rifahi və gələcəyi onun savadli təbəqəsi sayəsindədir.

  • @gulyamammadova1718
    @gulyamammadova1718 Год назад +5

    Çox gözəl produktiv bir söhbət alındı,yeri gəlmişken cənabın pozitivliyi müzakirəyə xüsusi ab-hava bəxş etdi.
    Söhbətgah var olsun,cəmiyyətin maarifləndirilməsində bir nömrə işlər görürlər biz də hər zaman dəstəyik.🍀💚
    Məsələlərin həllini insanların zehniyyətinin dəyişilməsində təsəlli tapmağa ümid edək.
    Əli bəyin son saniyələrdə dediyi kəlmələr möhtəşəm idi,sanki ürəyimdən tikan çıxdı.
    M.Şəhriyar bu yerdə deyir:
    Tfu,pis üzünə ey çərxi-fələk
    Sən ikiüzlüsən gecə-gündüz tək
    Hünərsiz insanlar səndə kam alır
    Hünər sahibləri kənarda qalır.

  • @SevincMeherremova-oq8ij
    @SevincMeherremova-oq8ij 8 месяцев назад +5

    Mən riyaziyyat sinfini bitirmişəm. Riyaziyyatçı olmaq isrəmişəm, amma, elmə, elmi işcilərə dəyər verilmədiyi üçün başqa ixtisasa yönəlmişəm. Kaş ki həqiqətən elmi işcilərə, elm sahələrinin öyrənilməsinə, araşdırılmasına daha çox yatırım edilsə idi. Necə ki həmişə düşünürük ki nə üçün bizdə hansısa sənaye sahəsi, zavodların tikilməsinə deyil, şadlıq evlərinin , restoranların açılmasına səy göstərilir. Səbəb daha asan və qısa vədəli yoldan pul qazanmaqdır. Təəssüf.

  • @kamranqarayev1300
    @kamranqarayev1300 Год назад +7

    Çox az oldu, doymadıq. "Afərin müəllim Söhbətgah 2 ci seriya" gəlsin

  • @mhmmdquliyev9376
    @mhmmdquliyev9376 Год назад +5

    Ölkədə elm haqda bele mənalı danışan barmaqla sayılacaq qədər az proyekt var və sizə buna görə halaldı

  • @elvin5304
    @elvin5304 Год назад +2

    Bu kanala görə hər ikinizə də böyük təşəkkür düşür. Yaxşı ki belə dəyərli təşəbbüskar insanlarımız var.

  • @ФаигПириев
    @ФаигПириев Год назад +2

    Afərin bəy sözün əsil mənasında adının haqqın verir. Mən Rusiyada yaşamağîma baxmayaraq sizin verlişleri izleyirem ve öz minnetdarlîğımı bidirirem bizi bilgilendirdiyiniz üçün. Övladlarımın terbiyesinde sizden öyrendiklerim böyük tecrübe qazandırdı.

  • @nicathesenli5178
    @nicathesenli5178 Год назад +4

    Öncəlikıə bu gözəl video üçün sizə və qonağınıza təşəkkür edirəm. Sadəcə bunu bildirmək istəyirəm ki riyaziyyat elm deyildir o elm üçün bir vasitədir.

  • @yhyacfrzad9631
    @yhyacfrzad9631 Год назад +3

    20:54də Plasebo effektindən daha çox Piqmalion effektini (Afərin müəllimin siçan eksperimentindən sonra dediyi eksperimentin adı) yada salmaq daha düzgün olardı məncə , bu arada möhtəşəm podcastdi, videonun adını gördükdə gözləntim tamam başqa idi, təşəkkürlər Afərin müəllim.

  • @isamemmedov8655
    @isamemmedov8655 Год назад +7

    Ela sohbetdi muhum meseleye toxunmusuz Ehsen

  • @nuranavasiyeva3361
    @nuranavasiyeva3361 10 месяцев назад +6

    Çox maraqnan axıra qədər izlədim videonu.

  • @teymurazveliyev5284
    @teymurazveliyev5284 Год назад +3

    Çox sağolun belə bir söhbət , verliş etmisiniz. TV kanallar da bu yönümlü verlişlər etsə çox gözəl olardı. Sizlərə minnətdaram.

  • @abdvrrahim
    @abdvrrahim Год назад +7

    Mr.Afərin as always 💥

  • @rufatmammadov5112
    @rufatmammadov5112 Год назад +6

    ❤2️⃣5️⃣6️⃣👍.. Supersiniz Dostlar 🤝

  • @FuadBayramoff
    @FuadBayramoff Год назад +2

    Mashallah olsun. Gozel verlisdi. Ardi gelsin bele efirlerin Insallah.

  • @nuriyyenovruzlu9464
    @nuriyyenovruzlu9464 Год назад +5

    Afərin bəy təşəkkürlər. Bizim də oğlumuz riyaziyyatı çox sevir və bürünc medalçıdır. Tural bəyə isə demək istəyirəm ki, millətimizi öz ətrafında olanlarla müqayisə etməsin. Əvvəlcə ölkəmizdə uğur, medal qazanan riyaziyyatçı balalarımızı araşdırsın, onun işi bu olmalıdır😊

  • @33em
    @33em Год назад +6

    Ufuk açıcı, güzel bir program olmuş. Herbirinize teşekkürler...

  • @ParoParo-tp1gq
    @ParoParo-tp1gq Год назад +5

    Müəllimin söhbəti çox gözəldir və doğrudur. Orta məktəbdə riyaziyyatı hazırlıqda öyrəndim. Universitetde ancaq teorem ezberletdiler. Miq də isə dahi olmağımızi isteyir. Ona görə qa lmisam küçələrdə

  • @royal6355
    @royal6355 Год назад +3

    Afərin müəllimin səhnənizə çıxmasını görmək çox sevindirdi! Böyük rəğbət bəslədiyim müəllimlərdən biridir.

  • @AygulXalafova
    @AygulXalafova Год назад +5

    Bir Riyaziyyat müəllimi olaraq həvəslə izlədim və dinlədim bu buraxılışı,təşəkkür edirəm.Bir də müəllim yaxşı qeyd etfi ki,öyrənməyi öyrətməliyik uşaqlara çox olur xüsusilə də 7,8-ci sinif şagirdlərimə hansısa mövzunu dərsdən əvvəl araşdırıb öyrənməyə verəndə və bir də mən yarım qalan hissələri uşaq üçün tamamlayanda o dərs daha maraqlı olur ,amma təəssüf ki bunu sinfin az faizi bacarır və ya çox vaxt da valideyn normal yanaşmır bu fikrə .

  • @lamiebedirbeyli
    @lamiebedirbeyli Год назад +5

    Dəyərli fikirləriniz üçün minnətdaram Afərin müəllim və Söhbətgah kollektivi❤

  • @kamrankenan
    @kamrankenan Год назад +3

    Əli Xəyyamın fikirləri çox dərin.Sonda çıxışı hər gün fikirləşdiklərimdir

  • @MinurAlıyeva1476
    @MinurAlıyeva1476 Год назад +4

    Çox böyük maraqla izlədim.(Təkrar da baxacam bir gün)Dərin minnətdarlığımı bildirmək istəyirəm,sizə və Afərin müəllimə.

  • @Anar3361
    @Anar3361 Год назад +6

    İnşallah bu videodan sonra riyaziyyatı Daha yaxşı mənimsəyərəm❤🤲🏻🤲🏻

  • @mzahirasrov7690
    @mzahirasrov7690 Год назад +3

    İndiyə qədər gördüklərim, oxuduqlarım və eşitdiklərimdən, bu veriliş qədər həzz almadığım bəlli oldu. Çox maraqlı! "∞" sayda baxmaq olar!

  • @ixtisassec
    @ixtisassec Год назад +7

    Maraqlı söhbət alınıb, təşəkkürlər 😎

  • @suzanakarakas1499
    @suzanakarakas1499 Год назад +2

    Afərin müəllim çoox gözəl insan gözəl natiq eyni zamanda savadlı müəllim.var olun dəyərli insan

  • @muxtarkazimov5949
    @muxtarkazimov5949 Год назад +3

    Təşəkkür edirəm, belə dəyərli insanları tanıtdığınız üçün!

  • @vusalesrefov8571
    @vusalesrefov8571 Год назад +3

    Dəyərli müəllimimiz siz bu il buraxılış imtahanında düşən sualın səf oldugunu dediz və sübut etdiz.Məleykə fikirləri yox saydı.cox təssüf

  • @eleviyyeehmedova7769
    @eleviyyeehmedova7769 Год назад +3

    Nə gözəl söhbət!Faydalı məlumatlar və düşündürücü söhbət üçün təşəkkür edirəm!Yaxşı ki varsınız !

  • @Kırmızınija
    @Kırmızınija Год назад +2

    Salam söhbətgah.Cox sağolun.Gözəl müzakirələr üçün.
    Divardan bir iki nəfər də riyaziyyatçı, fizik, kimyaçı və s.şəkili assaz...

  • @videobloggeri5702
    @videobloggeri5702 8 месяцев назад +3

    Hörmətli müəllim, maraqlı söhbətinizə görə təşəkkür edirəm.

  • @maqaanbaseliiyeb9779
    @maqaanbaseliiyeb9779 Год назад +2

    Çox sağolun belə insanları tanıdırsız.Sizə təşşəkkür edirəm. Afərin mqəllimin hansı məktəbdə dərs dediyini bilmək istərdim.Öncədən təşşəkküt edirəm