Öd daşı xəstəiyi,öd kisəsi haqda bimədikərimiz.Dr.Rusan Ağayev

Поделиться
HTML-код
  • Опубликовано: 24 мар 2020
  • tel.0505344334
    Öd daşı xəstəliyi
    Öd daşı xəstəliyi-öd kisəsində və öd yollarında daş əmələ gəlməsi ilə müşahidə olunan ,kifayət qədər geniş yayılmış bir xəstəlikdir.
    Xəstəlik əsasən yetkinlik yaşına çatmış insanlar,xüsusən də qadınlar arasında müşahidə olunur.Avropa və amerikada hər 3 qadından biri bu xəstəlikdən əziyyət çəkir..
    Indi gələk xəstələrimizin ən çox verdiyi suallara:
    Öd kisəsində daş olan xəstələri birinci növbədə maraqlandıran öd kisəsini saxlayıb təkcə daşları götürmək olarmı sualıdır.
    Xeyir olmaz.Çünki öd kisəsində artıq daş əmələ gəlmişdirsə deməli burda mübadilə prossesləri pozulmuşdur və kisə öz funksiyasını itirmişdir.Prinsip olaraq biz daşı götürüb öd kisəsini saxlaya bilərik ,lakin heyvanlar üzərində aparılan tədqiqatlar göstərmişdi ki, bu tip əməliyyatdan sonra ,çox qısa zamanda yenədə öd kisəsində daha böyük daşlar əmələ gəlmişdir.buna görədə hazırda dünyanın heç bir ölkəsində bu cür ,yəni daşları çıxardaraq öd kisəsini saxlamaq tipli əməliyat növü yoxdur.öd kisəsi daşlarla bir yerdə çıxarılmalıdır.
    Bu zaman ikinici sual meydana gəlir.bəs mən ödsüz necə yaşayacam?
    Bilməlisiniz ki öd kisəsinin çıxarılması,sizin ödsüz qalmağınız demək deyildir.çünki öd özü qaraciyərdə ifraz olunan ,həzmə kömək edən mayedir.Bu mayenin-ödün yalnız 30 % hissəsi öd kisəsində toplanır.Yəni öd kisəsi özü öd ifraz etmir,o yalnız qaraciyərdə yaranan ödü özündə toplayaraq saxlayır. Ödün qalan 70% qaraciyərdən birbaşa 12barmaq bağırsağa tökülür.Buna görə də öd kisəsi çıxarıldıqdan sonra belə insan orqanizmində yenədə öd yaranır və bu öd 12 barmaq bağırsağa tökülür.Siz ödsüz qalmırsınız, siz öd kisəsiz qalırsınız.
    Pasiyentləri maraqlandıran digər bir sual əməliyyatdan sonrakı dietadır.
    Bəzən eşidirəm ki,xəstə bir neçə il bundan qabaq öd kisəsi əməliyyatı olunub lakin hələdə dietanı gözləyir.Bilməlisiniz ki ,öd kisəsi çıxarıldıqdan sonra heç bir xüsusi dietaya ehtiyac yoxdur.Uzağı bir həftədən sonra normal ,istədiyiniz hər bir yeməyi yeyə bilərsiniz.bircə yadınızda saxlamalısınız ki ,yeməkləri az porsiyalarla gündə 4 dəfə qəbul etmək lazımdır.budakı cəmi 1 ay.bu sübut olunmuş,öz təsdiqini tapmış bir nəticədir.Mənim əməliyyat etdiyim pasiyentlər bunu bilir.ilk dəfə pasiyentə deyəndə ki ,bir həftədən sonra hər şey yemək olar,əksəriyyət bunu çaşqınlıqla qarşılayır.bəs mənim nənəm ,xalam və ya qonşum neçə il bundan qabaq əməliyyat olunub hələdə pəhriz gözləyir.Təbabət inkişaf edir,yeniliklər üzə çıxır.Hazırda qəbul olunmuş ümumi rəyə görə diyeta gözləməyin heç bir mənası yoxdur.
    Xəsətliyin yaranma səbəbləri;
    Xəstəliyin əmələ gəlməsində əsas səbəb öd durğunluğu və ödün tərkibində duzların miqdarının artması ilə müşahidə olunan maddələr mübadiləsinin pozulması dudur.
    Xəstəliyin əmələ gəlməsinə şərait yaradan amillər əsasən
    - Çox yemək ,uzun müddət ac qalmaq ,qeyri müntəzəm qidalanmaq
    - Az hərəkətli həyat tərzi,xüsusən oturaq iş rejimi
    - Hamiləlik
    - Kontroseptiv dərmanlardan istifadə
    - Köklük ,artıq çəki və ya sürətlə arıqlama
    - Öd yollarının diskineziyası
    - Mədəaltı vəzi xəstəlikləri
    Əlamətlər
    Ağızda acılıq hissi
    Ürəkbulanma və qusma bir çox hallarda ağrı tutmaları ilə paralel müşahidə edilə bilər.
    Hərarətin yüksəlməsi kəskin xolesistit, pankreatit və ya xolangit kimi fəsadların inkişafına işarədir.
    Fəsadları
    - Kəskin xolesistit - öd kisəsinin kəskin iltihabı
    - Xoledoxolitiaz - ümumi öd axarında daşın olması
    - Sarılıq - daşın ümumi öd axarını qapaması
    - Xolangit - öd daşının ümumi öd axarını tutmasının nəticəsində infeksiyanın qaraciyərdaxili öd axarlarına yayılması
    - Kəskin pankreatit - mədəaltı vəzinin iltihabı
    -Peritonit -iltihabın qarın boşluğuna yayılması
    - Bağırsaq keçməməzliyi - öd daşı bağırsaq keçməməzliyi törədəbilər
    Müayinə - Abdominal Ultrasonoqrafiya (USM)
    Öd daşı xəstəliyinin əsas müalicəsi cərrahi yolla Öd kisəsinin çıxarılmasıdır (xolesistektomiya). Öd kisəsinin laparoskopik yolla çıxarılması - laparoskopik xolesistektomiya - öd daşı Xəstəliyinin müalicəsində qızıl standartdır. Artıq inkişaf etmiş ölkələrdə öd kisəsinin açıq yolla çıxarılması əməliyyatı demək olar ki,icra olunmur.Laparoskopik əməliyyatın üstünlükləri
    -əməliyyat müdəti çox qısadır 15-30 dəq.
    - Əməliyyatdan sonra ağrı çox cüzi olur.
    - Xəstə narkozdan ayılan kimi gəzir və özünə qulluq edə bilir.
    - Xəstəxanada qalma müddəti çox qısalır (1gün)
    - Əmək qabiliyyəti çox qısa müddətə bərpa olur(3-4gün).
    - Əməliyyatdan sonrakı yırtıqların əmələ gəlmə riski olmur.
    -Əməliyyat yarasının irinləməsi olmur.
    - Laparoskopik əməliyyat kosmetik əməliyyatdır, bir neçə aydan sonra heç bir izi qalmır.
    -Əməliyyatdan sonra uzun müdət pəhriz gözləməyə ehtiyac yoxdur

Комментарии •