Dönə Bilsəm - Gülşad Baxşıyeva (26.12.2020)

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2020
  • Gülşad Eynulla qızı Baxşıyeva (d. 12 dekabr 1952) - Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1982), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor və aktyor sənəti kafedrasının professoru.
    Baxşıyeva Gülşad Eynulla qızı 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1971-1975-ci illərdə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda professor, SSRİ Xalq artisti Mehdi Məmmədovun rəhbərliyi ilə ali məktəbi bitirdikdən sonra S. Rəhman adına Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. Şəki teatrının yaradıcılarından biri olmuşdur. Teatrın repertuarında olan tamaşalarda (1975/1985) aparıcı aktrisa kimi əsas rolları ifa etmişdir.
    O zaman SSRİ-də keçirilən ADR, Macar, Bolqar dram sənəti festivallarının iştirakçısı olmuşdur. 1981-ci ildə Macar festivalında oynanılan Ş. Petefenin "Pələng və kaftar" tamaşasında Predslava roluna görə "Qadın rolunun ən yaxşı ifaçısı" diplomuna layiq görülmüşdür. 1982-ci ildə Teatrın yaranmasında və inkişafındakı xidmətlərə görə "Əməkdar artist" fəxri adına layiq görülmüşdür. Şəki teatrının açılışından 10 il müddətə qədər fəaliyyətdə olduğum zaman müxtəlif tamaşalarda müxtəlif xarakterli 28 rol oynamışdır.
    2006-cı ildə R.Əzizbəylinin "Yalan" filmindəki "Nisə" roluna görə "Ən yaxşı qadın obrazı" nominasiyasında Milli Kinematoqrafçılar İttifaqının "Qızıl çıraq" mükafatına layiq görülmüşdür.Teatr və kino yaradıcılığıyla yanaşı o həm də 23 ildir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor kadrlarının hazırlanması ilə məşğuldur. Onlarla istedadların formalaşmasına böyük diqqət və qayğı göstərir. Tələbələrinin sırasında "xalq və əməkdar artist" fəxri adına layiq görülənlər də var.
    Gülşad Baxşıyeva o vaxt Şəki teatrında baş rejissor çalışan böyük sənətkar Hüseynağa Atakişiyevlə ailə həyatı qurmuşdur. Onların Elbəy (d. 1978) və Elmir (d. 1979) adında 2 oğulları var idi. Təəssüf ki onların ailə həyatı uzun sürməmiş, sonrada ayrılmışdırlar.
    ADMİU-də 1985-ci ildən "Səhnə danışığı" kafedrasında, 1994-cü ildən isə "Rejissor və aktyor sənəti" kafedrasında işləyir. 2000-ci ildən dosentlik, 2006-cı ildən isə professorluq vəzifəsində çalışır.
    Bizim Kanallar :
    Xəzər Media ► goo.gl/aZkV2v
    Xəzər Music ► bit.ly/2Cp9QoT
    Xəzər Film ► goo.gl/v7cuIF
    Xəzər Xəbər ► goo.gl/2ChtjL
    Dalğa TV ► goo.gl/HzZz6T
    Telegram Kanalımız ► t.me/xezertvaz
    #xezermedia #xezertv #GushadBakhshiyeva
  • РазвлеченияРазвлечения

Комментарии • 21

  • @axundovraul9634
    @axundovraul9634 3 года назад +12

    Məlehkə Əsədova xalq artisti,Gülşad xanım ,belə bir sənətkar əməkdar.Dağıl ay dünya.Namuslu ,qeyrətli insana yer olmadı da bu Azərbaycanda

    • @karabakhisazerbaijan7009
      @karabakhisazerbaijan7009 3 года назад +2

      Razıyam qardaş Hələ Aygün Röya kimlərni demirsiz zəhləm gedir onlardan Gülşad xanıma böyük hörmətim var

  • @gulnaraliyeva2038
    @gulnaraliyeva2038 Год назад +3

    Senetinin fanati olan Gulwad xanina ewq olsun , yaxwi ki varsiz

  • @rahimdavudlu1203
    @rahimdavudlu1203 3 года назад +7

    Gözel bir söz işletdı Gülşad xanım “Şekide yaşamaq özü bir istirahetdi”

  • @I.n.a.r.e
    @I.n.a.r.e 9 месяцев назад +2

    Gülşad Baxşıyeva dəyərli aktrisamız yeni obrazlarınla tamaşaçılarını sevindir ✍️

  • @intizaraliyeva9100
    @intizaraliyeva9100 3 года назад +5

    Sizi sevirəm Gülşad xanım güclü qadınsız. Sizin taleyinizi yaşayan pərəstişkarınız

  • @huseyinxaniwov2859
    @huseyinxaniwov2859 3 года назад +4

    Menim Doğma Bibim GÜLŞAD XANİM Bibi bize niye Gelmirsen seni artiğ 4 ildir görmürük seni ancag televiziya da goruruk düzdü elaqelerimiz pozulub Gülşad Xanimla amma yenede darixiram senden bibican Qurban Sene icaze ver hec olmasa men seni görüm 😢😢😢

  • @familmahmudov2494
    @familmahmudov2494 3 года назад +4

    Gülşad xanım... Gözəl və ən cox sevdiyimiz müəllimə... 1987-ci ildə mənə dərs deyib.. Allah can sagligı versin.

  • @sevaagazade659
    @sevaagazade659 3 года назад +7

    Televizorda baxdim çox maraqli idi.Gulşad xanim Allah size can sağlığı versin.🙌Sizinle hem ağladuq. Hem gulduk.

  • @n.n8199
    @n.n8199 3 года назад +6

    Görnən tərəfi kənara qoyuram .Görünmyən tərəfi deyə bilərəm ki, Gülşad Baxşyeva Azərbaycana lazimi istedadli tələbələrin yetişməsində əvəzsiz rolu olub.İncəsənət unverstetinin tələbəsi kimi deyə bilərəm ki Gülşad baxşyeva o kəslərdəndi ki, Dərs saati bitir artiq evə gedməlidi. Tələbələr yaxinlaşib sənət ilə baqli nəsə soruşanda o Ayaq saxlyib saaatlarla tələbəyə verdiyi sualin qarşiliqin verib hətta tələbənin anlamadiqi bəzi yerləri his edib, tələbənin çətinlik çəkdyin görüb özü həmin hissəni tələbə üçün oynyub göstərir.Mən bularin canli şahidi olmuşam.O tələbə ilə müəllim tələbə yox dost olub 🙏

  • @aynuraslanova1915
    @aynuraslanova1915 3 года назад +4

    Cox isterdim ki,siz Şeki dram teatrının direktoru olasınız,nece gözel olardı. İçinizdeki o terbiyeni,saflığı,enerjini o teatra vererdiniz...Vallah dəyər,ne var e o Bakıda...

  • @rukhsarababai8328
    @rukhsarababai8328 3 года назад +3

    Sizi sevməmək mümkun deyil, səmimi, gözəl xanim!!!

  • @iradahummatova9388
    @iradahummatova9388 3 года назад +3

    Çox gözəl səmimi xanım Allah sizə ömür versin

  • @axundovraul9634
    @axundovraul9634 3 года назад

    Mənim ata yurdum,doğma yurdum Şəkim.Qudban olaram hər qarışına,şirin dilinizə,şüyüdlü aşınıza,Şəki paxlavanıza.Bütün həyatımı ,uşaqlığımı yaşadım.Çox sağ ol,gözəl səntkarımız.

  • @aynurmusayeva3159
    @aynurmusayeva3159 3 года назад

    Eşq olsun Gülşad xanımı. Yerdə - yurdda qalan oyunçular ad alır, belə əvəzsiz sənətçilər arxa fonda qalır. Lakin indi belə sənətçi yoxdur, heç zaman da olmayacaq. Çünki o sənətçiləri o zəmanə yetirirdi. ALLAH sizi qorusun, uşaqlıqdan bəri rollarını sevə - sevə izlədiyimiz Gülşad xanım.

  • @fazilyusif8879
    @fazilyusif8879 3 года назад

    Çox güclü xarakter yaradan aktrisadır. Təəssüf ki onun potensilından demək olar ki istifadə olunmadı nə kinomuzda nə də teatrımızda. targikomdeiya olan bəxt üzüyündə çox güclü oyunu var.

  • @shabnamsabirli2490
    @shabnamsabirli2490 3 года назад

    Bravo XƏZƏR

  • @lalakhalifa435
    @lalakhalifa435 3 года назад +2

    Zövq aıdım

  • @agapasayev6148
    @agapasayev6148 3 года назад

  • @elnurqasmov6336
    @elnurqasmov6336 3 года назад +1

    İlk😊