Hamiləlikdə su azlığı - Qadınlar izləyin!

Поделиться
HTML-код
  • Опубликовано: 30 май 2023
  • tel: +994 50 797 17 07
    İnstagram: dreminhaqverdiyev
    Digər RUclips kanalımız: / @yorgunginekoloq327
    Amniotik maye az olarsa...
    Dölyanı suların, yani amniotik mayenin, azlığı - hamiləlik zamanı baş verənpatolojı bir vəziyyətdir. Amniotik mayenin yetərli miqdarda olmadığı həm körpə həm də ana üçün ciddi fəsadlarla nəticələnə bilər. Bu zaman ən çox rast gələn fəsadlar: dölün inkişafında və çəki artmasında ləngimə, dölün oksigen çatışmazlığı, dölün normaldan az hərəkətliyi, zəif doğuş fəaliyyəti, amniotic qişanın və dölün dərisi arasında fibroz bağların əmələ gəlməsi, uzun müddətli və çətin doğuş. Normaldan az hərəkətliyi səbəbindən döldə sümüklərin deformasiyası əmələ gəlir. Həmçinin, amniotik suların çatışmazlığı vaxtından erkən doğuşa səbəb ola bilər və nəticədə az çəkili körpə doğular. Dölyanı suların azlığı dölün bətndaxili ölümünün riskini və qeysariyə kəsiyi tezliyini artırır.
    Dölyanı suların çatışmamazlığının səbəbləri:
    - dölün inkişaf qusurları (ürək, böyrək qüsurları);
    - hamilik zamanı infeksiyalar, xüsusilə viruslar;
    - amniotik qişanı problemləri;
    - çoxdöllü hamiləlik;
    - hestoz;
    - vaxtından keçmiş hamiləlik;
    - hamiləlik zamanı piylənmə, şəkərli diabet və s..
    Təəssüf ki, bu təhlükəli vəziyyətin kliniki təzahürləri hər zaman aydın olmurlar. Yəni, hamilə qadın heç bir şeydən şübhələnmədən özünü yaxşı hiss edə bilər. Yalnız bəzi hallarda qadın dölün hərəkət etdiyi zamanı narahatlıq və yə ağrı hiss edə bilər. Dölyanı suların azlığından həkim ginekoloq, dölün inkişafında ləngimə ve ya hamilənin qarını hamiləlik müddətindən balaca olduğunu müəyyən etdikdə, şübhələnə bilər. Bu vəziyyəti təsdiq etmək üçün ultrasəs müayinəsi olmalıdır. Ultrasəs müayinəsi dölyanı mayenin miqdarın (amniotik suların indexinı) dəqiq müəyyən etmək və dölün vəziyyətini qiymətləndirmək imkan verir. Müalicə isə potoloji prosessi yaradan səbəbdən asılıdır. Ümumiyyətlə, adətən kompleks müalicə aparılır. Əsas olan hamilə qadının mütləq şəkildə vaxtında lazım olan müayinələrdən keçməsi və hər hansı problem aşkar olduqda həkim tərəfindən təyin olan müalicəni başa çatdırmaqdır.

Комментарии • 7

  • @Araz100K91
    @Araz100K91 Год назад +3

    Elinizdeki ne şirindi😍

  • @madinseva9763
    @madinseva9763 Год назад +1

    tesekkurler dr

  • @user-xs7vu7su4n
    @user-xs7vu7su4n 10 часов назад

    Doktor negeder gunde su icmek olar

  • @muhammedelinovruzzade
    @muhammedelinovruzzade Год назад +1

    Salam cox xahis edirem mene deyerdiniz mende 7 hefte 4 gunluyunde uzide dediler ki maye azligi var bu ne qeder qorxuldur usagda ne kimi problem yaranar sehersi gun cox qorxuram

  • @lalaaliyeva3972
    @lalaaliyeva3972 Год назад

    elaa

  • @guldavudova77777
    @guldavudova77777 Год назад +1

    Bəs necə bilmək olar suyun az və yaxud çox olduğun?

    • @kole673
      @kole673 5 месяцев назад

      dopler uzi😂😂😂hansı əsrdəsiz