Çəpişim-Uşaq Mahnısı

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024
  • "Çəpişim"
    Musiqi: Z. Məmmədova
    Sözləri: İ. Tapdıq
    İfa edir: "Rast" qrupu
    Qrafika: Kamran Kərimov, Yasəmən Kərimova
    Mənim bir çəpişim var,
    Oyun çıxarır.
    Qaçıb gəlir eyvana,
    Keçir yuxarı.
    Mənim bu dəcəlim
    Yaman hay salır.
    Gah qaçır, gah dayanır,
    Oyun çıxarır.
    Nəqərat
    Mələyir, mələyir
    Bu dəcəl çəpiş.
    Çox qorxudur məni
    Gördüyü çəp iş.
    Gəlib oxşayıram mən,
    Çəpişim oynayır
    Yenə çəməndə
    Qaçıb otlayır.
    Gəlmir onun hayıfı
    Çiçəyə, gülə.
    Qırır yaşıl tənəyi
    Dişləri ilə.
    Mənim bu dəcəlim
    Yaman hay salır.
    Gah qaçır, gah dayanır,
    Oyun çıxarır.
    Nəqərat
    Mələyir, mələyir
    Bu dəcəl çəpiş.
    Çox qorxudur məni
    Gördüyü çəp iş.
    Gəlib oxşayıram mən,
    Çəpişim oynayır
    Yenə çəməndə
    Qaçıb otlayır.

Комментарии •