Hacı Şahin - Günahkar Bəndə Gərək Allahın Rəhmətindən Ümidini Üzməsin

Поделиться
HTML-код
  • Опубликовано: 10 май 2020
  • Daha çox moizələr dinləmək üçün abunə olun və bizi izləyin - bit.ly/2uR7dZv
    Dünya - hər bir bəndə üçün kamala çatmaq fürsətidir. Yaxşı əməl sahibləri gözəl əməlləri ilə və günahkarlar da tövbə edərək ali məqamlara çata bilərlər. Allah Təala həmişə bəndələrinin xeyirini istəmişdir. Belə ki, günahkar insanlar tövbə edərək aqibətlərini xeyirli edə bilərlər.
    Allah Təala Qurani-Kərimdə Həzrət Peyğəmbərə (s) buyurur: “De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!”. (“Zumər” 53).
    İmam Səccad (ə) duasında buyurur: “Öz əfvinə tərəf qapını açmısan və adını tövbə qoymusan və buyurmusan ki, Allaha tərəf qayıdın və tövbə edin. Xalis tövbə. Bəs o zamana qədər ki, bu qapı açıqdır, ondan qafil olanların üzrü necə olacaqdır?”.
    Varlıq aləmində yaşayan mələklər daima Allaha itaət edərlər və onlar heç bir zaman bu yolda yorulmazlar, lakin onların bu itaəti iradəvi deyildir. Varlıq aləmində elə bir ali varlıq vardır ki, öz iradəsi ilə Allaha itaət edər. Ona görə də Fəyyaz bu məxluqu şərəfli məxluqu hesab etmiş və fitrətinə gözəl sifətlər qoymuşdur. Belə ki, Həzrət Yusif (ə) Züleyxanın tələsinə düşmür, Həzrət İbrahim (ə) övladına sevgi bəsləməsinə baxmayaraq, itaətsizlik etmir...
    Allahın yaradılışı həmişə eybsiz və nöqsansız olmuşdur. Allah kiçik bir toxumdan böyük və güclü bir ağac xəlq edir.
    Günahkar insan da tövbə edərək insanlığın ali məqamına çata bilir. Əgər bu toxum inkişaf etməzsə, təqsirkar O, deyildir, deməli bunun üçün lazım olan şərait olmamışdır. Lakin günahkar insan üçün belə deyildir. İnsanın ali məqama çata bilməsi - vəzifələrini yerinə yetirməsindən asılıdır. Allah da heç bir bəndəsinə gücü çatmayan vəzifə vermir. Hər kim bu yolda süstlük edərsə, təqsirkar özüdür.
    Eyni zamanda bu vəzifələr bizim təkamülə çatmağımız üçün zəruridir. Allahın bizim ibadətimizə və itaətimizə ehtiyacı yoxdur. Onlar həqiqətdə bizə təlim verən dərslərdir. Bəzi ölkələrdə savad öyrənmək məcburidir. Bu zaman belə bir sual yarana bilər ki, buna nə ehtiyac var ki? Cavab verilər ki, bu, elə bir işdir ki, gərək yerinə yetirilsin. Nəticəsi həmin insanların özünə fayda verəcəkdir.
    Bir müəllim bilir ki, sinifində oxuyanların hansı güclü və hansı zəifdir. Lakin zəifləri təhsildən məhrum etmir. Allah da bilir ki, hansı bəndəsi itaətkar və hansı günahkardır, onların hər ikisini də təkamülə çatmaq fürsətindən məhrum etmir.
    Cavanların ruhu lətif və pakdır. Cavanlıq dövrünə qədəm basan zaman mənəviyyata olan ehtiyac öz-özündən büruzə olar. Mənəviyyatı gözəlləşdirmək zahirini gözəlləşdirmək kimi onlar üçün əhəmiyyətli olar. Cavanlar fitri olaraq bir çox əxlaq fəzilətlərinə meyl edərlər. Onlar düz danışmağı, səxavəti, əhdə vəfa etməyi, əmanətdarlığı, izzəti-nəfsi, insanlara xidmət etməyi və fədakar olmağı sevərlər. Yalandan, töhmətdən, əhdə xəyanət etməkdən qəzəblənərlər. Onların pak qəlbi həmişə onları yaxşılıqlara tərəf çəkər.
    İnsan hər nə qədər cavanlıq dövründən uzaqlaşarsa, qəlbi daşlaşar və dəyişməyi sevməz. Bu, onu göstərir ki, cavanlıq dövrü hidayət olmaq üçün ən münasib zaman və fürsətdir. Ona görə də bu fürsəti dəyərləndirin və onu boş şeylərə xərcləməyin.
    islam_tv_official👉 bit.ly/39BPBD0
    Abunə ol bit.ly/2uR7dZv
    Kanala ABUNƏ ol: bit.ly/HaciShahin
    Rəsmi Veb-səhifəsi: www.hacishahin.az/
    Rəsmi Facebook səhifəsi: / hacishahinha. .
    Rəsmi Instagram səhifəsi: / hacishahinh. .
    Mənbə: RUclips Hacı Şahin Həsənli Abunə ol - bit.ly/2LnaLx0
    Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram
    ● Videoları paylaşmağa izin verdiyi üçün Hacı Şahinə təşəkkür edirəm.
    ✆Whatsapp +994-070-878-72-62
    ISLAM TV Official
    Abunə ol bit.ly/2uR7dZv

Комментарии • 26

  • @musamusayev12
    @musamusayev12 Год назад +6

    Çox günahkaram ümüdüm günahlarımdan böyük olan rəhmətinədir Allahım 🥹

  • @Tenhaqiz2348
    @Tenhaqiz2348 2 года назад +7

    Bagisla meni Allahim😔😔

  • @seidqahramanov224
    @seidqahramanov224 4 года назад +18

    ALLAH özü bizləri bağışlasın

  • @gunelismayilov4486
    @gunelismayilov4486 4 года назад +6

    Allahım bağışla biz günahkar bəndələrini

  • @_turkan_573
    @_turkan_573 4 года назад +13

    Allahim bu ramazanan xatir bizi bağislasin .ammin

  • @muradmemmedov1331
    @muradmemmedov1331 4 года назад +17

    ALLAH BUTUN GUNAHLARIMIZI BAGISLASIN.TOVBE EDENLERIN TOVBESINI QEBUL ETSIN

  • @semsiyemammedova5870
    @semsiyemammedova5870 4 года назад +8

    ALLAH sizi var elesin ALLAHIN xoş nəzərinde olaslz

  • @semaquliyeva4025
    @semaquliyeva4025 4 года назад +5

    ALLAHIM SEN BU GOZEL GECEDE BIZIMI GUNAHLARIMIZI BAĞISDA .AMIN ILAHI SEN BAĞISDIYANSAN SEN BIZDEN MERHEMETINI ESRGEME.AMIN

  • @seydamemmedova7724
    @seydamemmedova7724 4 года назад +7

    Allah sizi qorusun deyrli insan💖🌹🌹🌹

  • @arzuhziyeva2359
    @arzuhziyeva2359 4 года назад +7

    menim dini anlayisim olmadigi ucun o qeder sehvlerim olub.heyif ilk gunden sizlere qulaq asmamisam

    • @cansu6173
      @cansu6173 4 года назад +3

      Qardaşım heç də gec deyil. Narahat olma elələri var ki din ilə başlıyıb kafir olaraq ölüb. Allahın rəhməti biznən olsun. Amin

    • @arzuhziyeva2359
      @arzuhziyeva2359 4 года назад +3

      @@cansu6173 cox sagol.heqiqetende din insana nefes kimi lazimdi.heyif gec anlamisam..

    • @cansu6173
      @cansu6173 4 года назад +2

      @@arzuhziyeva2359 mən də bunu demək istəyirəm heyifislənmə xahiş edirəm. Sən həqiqətən hidayət olunmusan🤲🤲🤲

    • @gencegence4304
      @gencegence4304 4 года назад +3

      Allah bagiwdayandi

  • @turalquliyev137
    @turalquliyev137 18 дней назад

    Allah sizlərdən Razı olsun

  • @resadrizayev1277
    @resadrizayev1277 3 года назад +4

    Var olun

  • @sevilmmmdova8768
    @sevilmmmdova8768 4 месяца назад

    Allah rəhmət eləsin sizə gözəl din xadimi yeriniz cənnət olsun 😢

  • @beyimxanimyusifova5542
    @beyimxanimyusifova5542 3 года назад +7

    Bilirəm ki.... Ona layiqli ibadət edə bilmirəm...😓nə qədər mükəmməl olsan da Onun mükafatları qarşısında hey borclusan... O necə də böyük bağışlayandır! Əlhımdülillah!

  • @gencegence4304
    @gencegence4304 4 года назад +5

    Allah sizi qorusun saf bende Haci qadan alim

  • @user-he6xv1he2s
    @user-he6xv1he2s Год назад +3

    5

  • @azadehmedov7280
    @azadehmedov7280 3 года назад +4

    Çox gözəl videodu,Allah həcini qorusun və videonu hazırlayanları Amin.

  • @cansu6173
    @cansu6173 4 года назад +5

    Allah bizim günahlarımızı əfv eləsin. Müsəlmanlar sabah ilk Qədr gecəsi gəlir inşallah. Allah bizi bağışlasın. Amin deyirəm bütün dualarınıza. Amin

  • @Ayselliyeva-ol1gg
    @Ayselliyeva-ol1gg Месяц назад

    Allah sene rehmet elesin ay Haci
    Helede inanmiram .......hemise yasayirsan

  • @semsiyemammedova5870
    @semsiyemammedova5870 4 года назад +6

    ALLAH sizi var elesin ALLAHIN xoş nəzərinde olaslz