İlhamə Quliyeva-De görüm neyləmişəm
HTML-код
- Опубликовано: 1 окт 2024
- İlhamə Məzahir qızı Quliyeva (17 avqust 1943, Bakı Kürdəxanı, Azərbaycan SSR - 25 fevral 2016, Bakı şəhəri, Azərbaycan Respublikası) - müğənni-xanəndə, Azərbaycan SSR əməkdar artisti (1982), Azərbaycanın Xalq Artisti (1998), Dağıstanın Xalq Artisti (2008).
De görüm neyləmişəm❤️
Musiqisi:Fikrət Əmirov (1922-1984)
Sözləri:Teymur Elçin (1924-1992)
İfa edən:İlhamə Quliyeva🌹
Qaş qabağın yerlə gedir,
De görüm neyləmişəm.
Ürəyim gup-gup edir,
De, görüm, neyləmişəm!..
Bir günahım yoxdur, inan,
Varsa - de, olum qurban!
Dözmərəm bu hala mən,
Ölürəm az qala mən.
Nəqərat:
Bir mənə bax, naz eyləmə,
Qaş qabaq tökmə belə,
De görüm neyləmişəm,
Gəl mənə dağ çəkmə belə,
De, görüm, neyləmişəm!..
Kim nə deyib, söylə, görüm,
Səni yoldan eyləyib?
Kim sənə nə danışıb,
Məni xortdan eyləyib?
Hardadır o mərdiməzar?
Onu qoy tutsun azar!..
Kefimə, sən bu canı,
Doğrama, gəl, soğanı!..
😍🤭🤩
Bu mahnını Fikrət əmirov yox başqası yazzsaydı senzuradan kecməzdi. Fikrət əmirov zarafat edib elə bil 😁
Möhtəşəm sənətkar İlhamə xanım.
Çox sağolun ALLAH razı olsun
Retro Azərbaycan Ilhame xanim Zirvede dir,Allah rehmet etsin,