EMİL MUXTAROV TİBB ELMLƏRİ NAMİZƏDİ, CƏRRAH-UROLOQ-ONKOLOQ, UROLOQ-ANDROLOQ. AVTOBİOQRAFİK VİDEO

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Uzm. Dr. Emil Muxtarov - Tibb elmləri namizədi, Uroloq-androloq, uroloq-onkoloq. Emil Həsən oğlu Muxtarov 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur.
    1990-1996-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsində təhsil almışdır. Emil Muxtarov 1996-2002-ci illərdə Azərbaycan Tibb Universitetində elmi işçi, 2002-2003-cü illərdə kafedranın dossenti vəzifəsində, 2003-2008-ci illərdə EGE Universiteti Tibb fakültəsinin urologiya kafedrasında çalışmışdır.
    Emil Muxtarov 2003-2009-cu illərdə uroloq, uro-androloq üzrə assistent, 2009-2014-cü illərdə Modern Hospitalda uroloq -androloq vəzifəsində çalışmışdır.
    Emil Muxtarov 2011-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına ‘‘Qrand ‘‘ mükafatı almış və ‘‘İlin uroloq həkimi ‘‘ adına layiq görülmüşdür.
    Uzman dr. Emil Muxtarov Avropa uroloji dərnəyinin, Avropa transluminal cərrahi dərnəyinin, Türk uroloji dərnəyinin,Türk endouroloji, Türk androloji-uroloji cərrahlar dərnəyinin, Azərbaycan androloji dərnəyinin, Alman-Azərbaycan Tibbi işbirliyi və Bakı cərrahlar klubunun üzvüdür.
    Emil Muxtarov ATU Onkologiya Klinikasında işləmişdir. Daha sonra Baku Clinikdə və Bakı Sağlamlıq Mərkəzində Vest Hsopitalda işləyib.
    Doktor Emil Muxtarov hal-hazırda YENİ KLİNİKANIN UROLOGİYA ŞÖBƏSİNİN MÜDİRİ vəzifəsində çalışır.
    DOKTOR EMİL MUXTAROVUN İCRA ETDİYİ ƏMƏLİYYATLAR:
    Nefrektomiya - böyrəyin çıxarılması (açıq və laparoskopik - qapalı)
    Parsial nefrektomiya (böyrəyin hissəvi rezeksiyası)
    Pieloplastika - böyrək ləyəni daralmasının ləğvi (açıq və qapalı)
    Pielolitotomiya - böyrək ləyəni daşının çıxarılması (açıq və qapalı)
    Perkutan nefrolitotriosiya - PNL (qapalı böyrək daşı çərrahiyyəsi)
    Böyrək kistası rezeksiyası (açıq və qapalı)
    Sidik axarı daşı əməliyyatları (açıq və qapalı)
    Sidik kisəsinin daş və ya törəməyə görə açıq və qapalı (TUR) əməliyyatları
    Radikal sistektomiya (sidik kisəsinin tamının çıxarılması) və yeni sidik yollarının yaradılması
    Prostat vəzinin açıq və qapalı (TUR) əməliyyatları
    Radikal prostatektomiya (prostat şişinə görə prostat vəzinin tamının çıxarılması)
    Sidik kanalının açıq və qapalı (endoskopik) əməliyyatları
    Varikoselektomiya (genişlənmiş xaya damarlarının ləğvi)
    Xaya və xayalıq əməliyyatları
    Cinsi alət (penis) üzərində və digər androloji əməliyyatlar
    Qadınlarda sidik qaçırmasına görə asqı (TVT) əməliyyatı
    Qadınlarda sidik kisəsi sallanması (sistosel) təmiri
    Qadınlarda sidik kanalı ağzının polipinin (karunkul) kəsilməsi
    DOKTOR EMİL MUXTAROVUN HAZIRKİ İŞ YERİ:
    YENİ KLİNİKA
    Heydər Əliyev pr. 142
    + 994 12 505 62 31
    Doktor Emil Muxtarovla
    əlaqə telefonu:
    +994 055 823 62 08

Комментарии •