Şəhid Tural Həsənov

Поделиться
HTML-код
  • Опубликовано: 4 фев 2025
  • 31 may Laçın rayonundan şəhid Tural Həsənovun xatirəsinə, Laçın rayon 5 nömrəli tam orta məktəbində tədbir hazırlanmışdır.
    Tədbirə Azərbaycan Respubilkasının Dövlət Himni ilə başlanılmış və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
    Tədbirin təşkilatçısı ibtidai sinif müəllimi Bayramova Samirə Arif qızıdır.
    Tədbirdə şəhidin anası, atası, gəlinləri, şəhid ailələri, şəhidin döyüş yoldaşları Tofiq Əhmədov və Elmar Nurəliyev , Mişni kənd icra nümayəndəsi Musazadə Müqabil, müəllimlər və ziyalılar da iştirak etmişdir.
    Tədbirdə lI sinif şagirdləri Şəhid Tural Həsənov haqqında məlumat verib və şeirlər söylədilər.Musiqiçilər mahnılar oxudular.
    Həşimli Hüseyn,Murtuzazadə Uğur və Abbasov Elşad.
    Əslən Laçın rayonunun Mişni kəndindən olan sakit təbiətli, mehriban, böyük-kiçik yeri bilən bu gənc oğlan hamının hörmətini qazanmışdı.Həsənov Tural Rauf oğlu 1997-ci il iyun ayının 15-də Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olmuşdur. 2003-cü ildən Qaradağ rayonunun Ümid qəsəbəsindəki 294 saylı orta məktəbin 1-ci sinfinə gedib. 2014-cü ildə həmin məktəbi bitirib və elə həmin il Lənkəran Dövlət Universitetinin İngilis dili (tərcüməçi) fakultəsinə qəbul olub.2018 -ci ildə həmin universitetdən məzun olmuşdur.2018-ci il iyul ayı çağırışı ilə hərbi xidmətə getmiş, 2019-cu il iyul ayında hərbi xidmətdən tərxis olunmuşdur.2020-ci il sentyabr ayının 21-də Tural Səfərbərlik xidmətinin çağırışı ilə hərbi xidmətə getmişdir.2020-ci il dekabr ayının 30-da Xocavənd yolunda xidməti maşınlarında minaya düşərək şəhid olmuşdur.
    Tural, Füzuli , Cəbrayıl və Şuşanın azad olunmasına görə medallarla təltif olunmuşdur.
    Allah Turala və bütün şəhidlərimizə rəhmət eləsin!

Комментарии • 12

  • @aidagadjeva321
    @aidagadjeva321 8 месяцев назад +2

    Allah bütün şəhidlərimizə rəhmət eləsin Amin 😭😭😭😭😭😭😭😭🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀💔💔💔💔💔

  • @shidilyasovfrid5765
    @shidilyasovfrid5765 7 месяцев назад +1

    CAN ŞƏHİDLƏRİM CAN😢😢

  • @MUXAYISMAYILOVA
    @MUXAYISMAYILOVA 8 месяцев назад +2

    ALLAH RƏHMƏT ELƏSİNİN YERİ CƏNNƏT OLSUN🌹😭

  • @Zehranur180
    @Zehranur180 8 месяцев назад +1

    Təşəkkürlər Samirə müəllimə

  • @safarli_khayala
    @safarli_khayala 6 месяцев назад +1

    Allah Şəhidlərimizə Rəhmət eləsin Amin.Sizin kimi Müəllimlərimizidə Qorusun Rəbbimiz Amin

  • @nezaketfeyzullayeva8324
    @nezaketfeyzullayeva8324 8 месяцев назад +2

    Məkanları Cənnət olsun. Həyatda olmasalar da qəlbimizdə yaşayacaqlar.