TƏRTƏRİN BORSUNLU KƏNDİNDƏ YENİ ARTEZİAN QUYUSU İSTİFADƏYƏ VERİLİB
HTML-код
- Опубликовано: 7 фев 2025
- Tərtərin Borsunlu Kəndində Yeni Artezian Quyusu İstifadəyə Verilib.
Tərtər rayonunun Borsunlu kəndi uzun illərdir ki susuzluqdan əziyyət çəkən kəndlərin sırasındadır.
Ümumiyyətlə
Tərtərin Borsunlu kəndində nə baş verir? Camaat susuz qalıb
“Tərtər rayonunun Borsunlu kəndinin ərazisindən keçən İnçə çayına gələn suyun qarşısını alırlar. Həyətyanı, eləcə də əkin sahələrimiz quruyaraq məhv olub”.
kənd ərazisindən keçən İnçə çayı əkin sahələrinin suvarılması üçün əhəmiyyətli mənbədir:
“Uzun illərdir biz bu problemi həll edə bilmirik.
Hər il cəmi iki ay istisna olmaqla, yaz və payız aylarında çayda suyun olmaması kənd sakinləri üçün böyük çətinlik yaradır. İnçə çayında suyun olmamasının əsas səbəbi isə Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin sakinləridir. Həmin kənd Borsunlu kəndindən nisbətən yuxarı hissədə yerləşir. Tapqaraqoyunlu kəndinin sakinləri İnçə çayının Borsunlu kəndinə gələn hissəsində suyun qarşısını kəsirlər. Hələ may ayı bitməyib, Borsunlu kəndindən keçən, yəni kəndi suvarma suyu ilə təmin edən İnçə çayında suyun səviyyəsi təxminən 80-85% aşağı düşüb və bu səbəbdən də kənddə yüzlərlə hektar əkin sahəsi quraqlıq səbəbindən məhv olur.
TƏRTƏRİN BORSUNLU KƏNDİNDƏ əhalinin əsas məşquliyyəti əkinçilik və heyvandarlıqdı. Bu zaman əhali su mənbəyi olaraq İncə çayından, vaxtilə Qarabağ xanı tərəfindən çəkilmiş "Xan arxı"ndan, o cümlədən sovet dövründə isə Sərsəng su anbarından gələn kanaldan istifadə edirlər.
Borsunlu kəndi tarixi memarlıq abidələri ilə də zəngindir.
Köhnə kənd qəbirsanlıqında qədim türbələr,sildırım kiçik dağ silsiləsində Kaftar mağarası, küp qəbirlər, o cümlədən kənd yaxınlığındakı, düzənlikdə yerləşən kurqanlar (yerli əhali bunlara təpələr deyir), gələcəkdə arxeoloqlar tərəfində araşdırılması üçün öz növbələrini gözləyirlər.
Borsunlu kəndi rayon mərkəzindən 27 km, Tərtər-Gəncə magistral yolundan isə 9 km aralı şimal-qərbdə yerləşir. Bosunlu kəndindən Kiçik Qafqazın Murov dağ silsiləsi aydın görünür. Kənd çox da yüksək olmayan dağ silsilələrinin əhatəsində və İncə çayının sahilində düzənlikdə yerləşir.
Hazırda kənddə 300 -dən artıq ailə yaşayır,
2000 -nəfərə yaxın əhalisi var.
Kənd Goranboy rayonunun Tapqaraqoyunlu, Xan qərvəndi, Tərtər rayonunun Sarov, Dəmirçilər kəndi, Ağdərə rayonunun Talış kəndi (Keçmiş Mardakert rayonu) ilə qonşuluqda yerləşir. Ona görədə Borsunlu kəndi ermənilərin yaşadığı Talış kəndi tərəfindən müharibə dövründə hər zaman atəş altında saxlanılırdı.
Qeyd: Borsunlu kəndi çox vaxt KİV vasitələrində Goranboy rayonunun Borsunlu kəndi ilə səhv salınır. Yerli əhali bu kəndlə eyni tayfalara malikdirlər,uzun sürən qohumluqları olub,xalq arasında Tərtər rayonunu Borsunlu kəndi İnçə çayının sahilində olduğu üçün İncə Borsunlu, o birisi isə Bakı-Gəncə magistral yolunun kənarında yerləşdiyi üçün Gəncə Borsunlusu adlanır.
Borsunlu kəndində Kənd İcra nümayəndiliyi,
Bələdiyyə (hal-hazırda əhali yaşamayan Qırmızı-Saqqallar-Qazaxlar kəndləridə bu qurumlara tabedir.) orta məktəb, tibb məntəqəsi, klub,kitabxana, rabitə şöbəsi fəaliyyət göstərir.
Bu video material BorsunluTV internet televiziyası tərəfindən,
Tərtər rayonu Borsunlu kəndinə həsr olunub.
Bəzi materiallar istisna olmaqla digər çəkilişlər eləcə də,
İdeya Mətn Montaj Azad HəsənLi
Mətni Səsləndirən Rəşidə xanım Allahverdiyeva
Yayım hüququ:
© BorsunluTV internet televiziyasına məxsusdur.
Bu kontenti olduğu kimi paylaşmağa icazə verilir.
#BorsunluTV, #TerterinBorsunluKendi, #SuProblemi
*TƏRTƏR RAYONUNUN BORSUNLU KƏNDİNDƏ YENİ ARTEZİAN QUYUSUNUN İSTİFADƏYƏ VERİLMƏSİ KƏNDİN İNÇƏ ÇAYINDAN ASILILIĞINI AZALTMAQ MƏQSƏDİ İLƏ NƏZƏRDƏ TUTULUB. BELƏ OLAN HALDA ÇƏTİNLİK TƏDRİCƏN ARADAN QALXACAQ.. BELƏ ARTEZİANLARIN SAYI ARTDIQCA KƏNDİN SUYA OLAN TƏLABATI TAM ÖDƏNƏCƏK.*
Əlbətdə Azad ! Kəndimizdə istifadəyə verilən hər bir artezian quyusu kəndimizdə kənd sakinlərinin suya olan ehtiyacını,yüklənməsini az da olsa aradan qaldıracaq..Bu bir mənalıdır.Belə bir irıəliləyişi həmişə alqışlamaq lazımdır.!
Bir baxın görün gəlir o su hamıya cox evə gəlmir
ASLAN ALLAH ELEDIYIN BUTUN SAVABLAR EVLADLARININ QARWISINA CIXSIN AMIN
Amin...İnşallah..
Сox gozel ,cox sevindim. Bu xeyirxah iwler ucun zehmet ceken eloqlularimiza Allah komek olsun.O cumleden hormetli sinif yoldawim Aslana.Sizinle fexr edirik.Eziz hemyerlilerim Allah hemiwe sizi sevindirsin.Biz qeriblikde yawasaqda hemiwe sizileyik.
*Çox sağ olun, əsas odur ki ürəyiniz Borsunlu ilə döyünür buranı düşünüb, maraqlanırsız. Doğma kəndimizi yaddan çıxarmırsız.*
Çox sağ ol Şahnaz..Hamınıza təşəkkür edirəm...
Çox gözəl Allah Borsunlu camaatını qorusun amin
*Amin inşallah Allah hər birinizi qorusun.*
Kəndimizdə həyata keçirilən və bizləri xoşbəxt,firavan həyat aparan hər bir quruculuq işləri ,addımı , məni də bir kənd sakini kimii çox sevindirir..Zəhməti keçən hər bir kənd sakininə öz səmimi təşəkkürümü bildirirəm ! Ps: Azad məxsusi olaraq sənə də öz növbəsində təşəkkürümü və hörmətimi bildirirəm..Həmişə olduğu kimi Borsunlu kəndinin novator,yenilikçi gəncləri kimi səni alqışlayıram !
*Çox sağ olun əmi Allah sizi həmişə var eləsin.*
Bir baxın o su hamıya gəlirmi mənim orda tanışım var gəlmir ora su xaiş edirəm su hər bir evə verilsin cox evlərə gəlmir cox xaiş edirəm özünüz maraqlanın
Nə gözəl. Gözəl işdən gözəl ruh yüksəkliyi yaranır
Su aydınlıq, dirilikdir ❗
Borsunlu sakinləri gözünüz aydın olsun. Başda Aslan qardaşım olmaqla əməyi olan hər bir insana təşəkkür edirəm. Hər zaman var olun, mətin olun ✍️👏👏👍👍
Çox sağ ol bacı..Hamınıza təşəkkürlər..
*Amin inşallah.*
Allah senden razi olsun Aslan gardasim. İnşallah arzumuz yerine yeter
*İNŞALLAH.*
Hə Fəridə..Çalışaq ki , inşallah bu məsələdə də yekdillik göztərsək istəyimizə nail ola bilərik..
@@aslanismayilov7629 inşallah men elimden gelen ne varsa yardıma hazırım
Salam Əziz həmkəndlilərim.İnşallah birlik nümayiş etdirərək kəndin bütün problemlemlərini birlikdə həll edəciyik.
*İNŞALLAH əlbəttə ki əsas məsələ birlikdir.*
Salam alekum butun ter terin borsunlu sakinlerini salamlaylram insaallah su meselesi hell olundu Allahln izniynen bir Allah evide tikilse cox yaxsl olardl 🙏🙏🙏
Allah eziyeti kecen her birinizin komeyinde dursun
Amin...Natı..
Allah sene omur versin Əmi
Çox sağ ol Natı...
Selamü Aleyküm.mende borsinlu kızı Samire Suleymanova.herkese selamlar.Emeyi ,eziyeti kecenlere çok teşekkürler.kim ilği ğösterdiyse bu hayır işlerinde.Allah razı olsun o insanlardan.Sanan Axundov .çok ğözel birşeye dokundu .Allah'ın evide olursa çok yaxşi olardi.burdan seslenirem,Allah'ın evi olursa mende yardım etmek isteyirem.meni unutmayın elimden ğeldiyi kadar yardım edecem inşAllah.
0лэнлэринизин еhcaны олсун.
Татарстан.
Amin...Maarif..