8 İL HƏYƏTİNDƏ CEYRAN SAXLAYIB

Поделиться
HTML-код
  • Опубликовано: 3 фев 2017
  • Əslən Laçından olan Təvəkkül Hüseynov Bakıdakı həyətyanı sahəsində 8 il ərzində saxladığı ceyranların sayını 8 başa çatdırdıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil verib. Heyvanlar Ağ göl milli parkında vəhşi təbiətə buraxılıb.
    İllərdir saxlayıb böyütdüyü ceyranlarla Təvəkkül Hüseynov sonuncu dəfə vidalaşır. Əslən Laçın rayonundan olan Təvəkkül Hüseynov deyir ki, 2009-cu ildə 3 aylıq ikən 2 baş ceyranı yol kənarından alıb. Bu illər ərzində onlardan qayğısını əsirgəməyib. Bakının Mərdəkan qəsəbəsindəki həyətyanı sahəsində saxlayaraq, 8 il ərzində onların sayını 8 başa çatdırıb. Sonra ceyranları vəhşi təbiətə buraxmaq qərarına gəlib və Daxili İşlər Nazirliyinin qaynar xəttinə məlumat verib.
    Ceyranlar 2 gün ərzində Şirvan Milli Parkında saxlanılıb. Onlar burada baytar həkimlərin nəzarətində olub və adaptasiya dövrü keçiblər. Bundan sonra tarixən yaşadıqları areallardan olan Ağgöl Milli Parkının ərazisinə buraxılıblar.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor əvəzi Hikmət Əlizadə bildirib ki, altı ildir Heydər Əliyev Fondunun və İDEA təşkilatının birgə iştirakı ilə ceyranların tarixi ərazilərinə reintroduksiyası işləri aparılır və onların nəticəsi olaraq bölgələrdə ceyranların sayında artım müşahidə olunur.
    “Cəmi 30-40 il əvvəl ceyranlara Şirvan, Salyan ərazisində rast gəlinirdi. Havadan aparılan sayğıya əsasən 130-140 baş ceyran var idi. 40 il ərzində ceyranların sayı artıq yeddi mini də ötüb və müxtəlif ərazilərdə rast gəlinir”.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyi vəhşi heyvanların qanunsuz saxlanılması ilə bağlı faktlarla rastlaşan vətəndaşları onların təbiətə buraxılması üçün nazirliyin 168 nömrəli Qaynar xəttinə müraciət etməyə çağırır.

Комментарии •