"Duolingo ilə öyrən: Rusdilli şagirdlərin xarici dil biliklərinin artırılması" layihəsi davam edir

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024
  • "Duolingo ilə öyrən: Rusdilli şagirdlərin xarici dil biliklərinin artırılması" layihəsi çərçivəsində təlimlər davam edir.
    Təlimlərdən görüntüləri sizə təqdim edirik.
    Xatırladırıq ki, "Duolingo ilə öyrən: Rusdilli şagirdlərin xarici dil biliklərinin artırılması" layihəsi Xətai rayonu 287 nömrəli "Zəkalar" liseyində Aygün Məmmədova tərəfindən həyata keçirilir. Layihənin məqsədi rusdilli şagirdlərin qeyri-ənənəvi öyrənmə üsulları vasitəsilə ingilis dili bacarıqlarını inkişaf etdirmək, dil öyrənməyə maraqlarını artırmaq və onlara əyləncəli, adaptiv öyrənmə mühiti təqdim etməkdir.
    Layihə çərçivəsində liseyin IV-VII siniflərindən olan 30 rusdilli şagird 3 ay müddətində Duolingo platformasında xarici dil kurslarına cəlb olunacaq. Hər həftə 2 dəfə, hər biri 2 saat olmaqla təşkil edilən bu kurslar vasitəsilə şagirdlər həm məktəbdə, həm də fərdi şəkildə ingilis dili biliklərini təkmilləşdirəcəklər. Layihə müddətində şagirdlərin irəliləyişini qiymətləndirmək üçün iki dəfə test imtahanları keçiriləcək və sonda uğurlu iştirakçılar sertifikatla mükafatlandırılacaq. Layihənin davamlılığı üçün liseydəki digər müəllimlər arasında da Duolingo platformasının tanıdılması məqsədilə infosessiya təşkil ediləcəkdir.

Комментарии •