QUBANIN QONAQKƏND QƏSƏBƏSİNDƏ MÜHUM SOSİAL İNFRASTRUKTUR LAYİHƏLƏRİ İCRA EDİLİR
HTML-код
- Опубликовано: 4 фев 2025
- Son tamamlanma işləri həyata keçirilir
Qubadan 47 kilometr məsafədə, dağlar qoynunda yerləşən . rayonun böyük yaşayış məntəqələrindən biri olan Qonaqkənddə mühüm sosial infrastruktur layihələrin icrası davam etdirilir.
Qubadan 47 kilometr məsafədə, dağlar qoynunda yerləşən . rayonun böyük yaşayış məntəqələrindən biri olan Qonaqkənddə mühüm sosial infrastruktur layihələrin icrası davam etdirilir.sözügedən işlərlə yerində tanış olmaq məqsədi ilə Quba Rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev və rayon prokuroru Namiq Muradov qəsəbəyə gəlib.bildirilib ki ,Qubanın Qonaqkənd qəsəbəsində yeni Mədəniyyət evi binasının inşasında son tamamlanma işləri həyata keçirilir.Əvvəlcə Qəsəbənin mədəni həyatına müsbət töhfə verəcək Ümumi sahəsi 350 kvadratmetr olan Mədəniyyət evi binasında görülən işlərlər ilə tanış olan Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevə və rayon prokuroru Namiq Muradova məlumat verilib ki,qeyd olunan layihənin inşası başa çatdırılıb.Qubanın Qonaqkənd qəsəbəsində tikilən yeni mədəniyyət evində 55 nəfərlik tamaşa zalı, oxu zalı və başqa xidməti otaqlar fəaliyyət göstərəcək.qəsəbədə tikilən yeni mədəniyyət evində mədəni tədbirlərin keçirilməsi, yerli folklor qruplarının, dərnəklərin fəaliyyəti nəzərdə tutulub.
İcra başçısı Qonaqkənddə ulu öndər Heydər Əliyevin xatirə kompleksinin yenidənqurulması işlərinə də baxış keçirib.Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev xatirə kompleksinin ərazisinin genişləndirilərək yenidənqurulması işləriylə yaxından maraqlanıb. Məlumat verək ki ,kompleksin ətrafındakı tikililər sökülüb və ərazi 15 sotadək genişləndirilib. Ərazi fasadı aqlay daş və mərmər-qranitli hasarla əhatəyə olunub. Burada dekorativ yaşıllıqlar salınır, müasir işıqlandırma sistemi quraşdırılır.
Qəsəbəyə gəlişləri çərçicəsində icra başçısı və rayon prokuroru bir neçə müəssisəyə ,polis bölməsini ikimərtəbəli xidməti binasına da da baxıblar.məlumat üçün bildirək ki ,Qubanın qədim yaşayış məntəqələrindən olan Qonaqkənd qəsəbəsində son illər bir çox sosial infrastruktur layihələri icra olunub. 2019-cu ildə rayon mərkəzindən 47 kilometr məsafədə yerləşən yaşayış məntəqəsinə müasir yol çəkilməsinin ardınca, qəsəbənin qazlaşdırılması həyata keçirilib.Bir sözlə bütün bu görülən işlərin fonunda Adındanda göründüyü kimi qonaqkənd Bu günkü inkişafı, irəliləyişləri ilə kəndin gözəlliklərini görmək üçün qonaqlarını gözləyir