Qara yaylıq satmayın (Şəhid Analarına ithaf olunur)
HTML-код
- Опубликовано: 7 окт 2024
- Müəllif: Etibar Vəliyev
Səsləndirmə: Zəhra Hüseynzadə
Cover: Yuska Razin
QARA YAYLIQ SATMAYIN
Nə olar tacir qardaş!
Qanımı qaraltmayın.
Siz daha qadınlara,
Qara yaylıq satmayın.
Sənə nə fərqi var ki,
Nə uduz, nə itirmə,
Ağ gətir,
Yaşıl gətir,
Qırmızı yaylıq gətir,
Qara yaylıq gətirmə.
Qara yaylıq istəyən, hər qadına, anaya,
Sən narıncı rəngi ver.
Onu bir az dilə tut,
Sonra de ki, ay anam,
Qara rəng yoxa çıxıb.
Qara rəng göyə çıxıb.
Elə bu qara rəngdi,
Narıncı rəngə düşüb.
Ya da ki, o anaya,
Qırmızı rəngi göstər.
De ki, içi qaradı,
Onu qırmızı edən,
İçindəki yaradı.
Səcdə et,
Təzim elə,
öp ananın əlindən.
De ki, Allah yanında,
Hər kim məqama yetməz.
Ağ geyinən şəhidin,
Anası qara geyməz.
Bəsdi qara geyindik,
Qana-qan deyən vaxtdı.
İndi ağ günə çıxıb,
Qırmızı geyən vaxtdı.
Afərin!!!
Allah Şəhidlərimizə rəhmət eləsin. Şəhid analarımıza səbr versin!
Allah seni qorusun meleyim💋😔
Salam. Olar qizim seirlerinizi səsləndirsin?
qızım sən niye