Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə etdiyimiz infoturdan olan videogörüntülər

Поделиться
HTML-код
  • Опубликовано: 5 сен 2024
  • Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzinə 1 günlük infotur təşkil olunub
    1 iyul, 2024-cü il tarixində Peşə təmayüllü siniflər tərəfindən Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzinə 1 günlük infotur təşkil olunub.
    İnfoturun təşkil edilməsində məqsəd şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi, onlarda dünyagörüşünün artmasına şərait yaratmaq, həmçinin pəşə təhsili üzrə təhsilini davam etdirmək istəyən şagirdləri tam yenilənmiş peşə təhsil mərkəzləri ilə tanış etmək, gələcəkdə Peşə təmayüllü siniflərlə peşə təhsili müəssisələrinin əməkdaşlığının inkişafına tövhə vermək olub.
    Cəlilabad rayonunda təşkil olunan infoturda şagirdlər mərkəz və onun emalatxanaları, həmçinin açıq ərazidə fəaliyyət göstərən təcrübə sahəsi, ferma və istixanalarla tanış olublar. Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Etibar Sadıqov şagirdlərimizə mərkəz fəaliyyəti haqqında ətraflı məlumatlar verib.
    İnfoturun davamında şagirdlərimiz həvəsləndirici idman oyunlarında iştirak edib, peşə ixtisaslarına uyğun ustad dərslərinə qoşulublar. Günün sonuna doğru isə şagirdlər üçün Masallı rayonunda istirahət düşərgəsi təşkil olunub.
    Qeyd edək ki, İnfoturda Şirvan-Salyan Regional Təhsil idarəsinə tabe məktəblərdə yerləşən bütün peşə təmayüllü siniflərdən, həmçinin Cəlilabad, Yardımlı və Masallı rayonlarında fəaliyyət göstərən peşə təmayüllü siniflərdən iki nəfər şagird iştirak edib.

Комментарии •