Это видео недоступно.
Сожалеем об этом.

Jangi 30 | Cəngi 30 | 2022

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2023
  • 00:00 Anons və Salamlaşma
    07:33 Çahargah rapsodiya (H.Rzayev)
    17:03 Bura Vətəndir ! (C.Quliyev)
    24:18 Yol (V.Hüseyn)
    31:05 Ətrin qalıb güllərdə (R.Qasımova)
    36:02 Rəhm eylə, İlahi (V.Gərayzadə)
    41:41 Qafqaz (V.Mustafazadə)
    48:48 Romeo mənim qonşumdur k/f-dən mahnı (R.Hacıyev)
    53:15 Yaprak Dökümü t/s-dan mahnı (T.Işıklı)
    01:01:14 Leyla (Xalq mahnısı)
    01:04:30 Ay parçası (T.Məmmədhüseynov)
    01:10:05 Dağlar (O.Kazimi)
    01:17:06 Beşinci fəsil (R.Hüseynov)
    01:22:35 Məhəbbət çırağı (T.Quliyev)
    01:26:41 Ya sənindir, ya mənim (V.Gərayzadə)
    Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Cəngi” estrada folklor ansamblının 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev “Cəngi” ansamblının 30 il ərzində böyük inkişaf yolu keçdiyini vurğulayaraq deyib: “Ansambl həm Azərbaycanda, həm də xaricdə ölkəmizi uğurla təmsil edib. Bugünkü tədbirdə ansamblın 30 illiyi münasibətilə konsert təqdim ediləcək. Konsertdə xalq mahnıları, Azərbaycan bəstəkarlarının əsərləri və muğam üstündə caz kompozisiyaları ifa olunacaq. Əminəm ki, gecədə iştirak edən qonaqlar konsertdən zövq alacaqlar”.
    Tədbirin aparıcısı, Əməkdar mədəniyyət işçisi, jurnalist Rahib Azəri vurğulayıb ki, 2002-ci ildə Xalq artisti Mircavad Cəfərovun “Cəngi” estrada folklor ansamblına rəhbər təyin edilməsi nəticəsində ansambla ikinci nəfəs gəlib: "Rafiq Babayev irsini qoruyan, onun ənənələrinə sadiq qalan Mircavad Cəfərov ansamblın nəzdində muğam üçlüyü, folk və modern üslubunda rəqs ansamblı, caz triosu (piano, bas gitara, zərb alətləri) və təbii ki, uzun illərin zəhməti nəticəsində 2013-cü ildən etibarən 15 nəfərlik musiqi qrupu yaradıb". Çıxışlardan sonra söz musiqiyə verilib.
    Bədii rəhbər, ud - Mircavad Cəfərov
    Musiqi rəhbəri, piano - Vasif Hüseyn
    bas gitara - Ruslan Hüseynov
    nağara - Kamran Kərimov
    saksofon, soprano - Lütfiyar Əliyev
    zərb alətləri - Nicat Bayramov
    akkordeon - Ramin Hüseynov
    piano - Tərlan Məmmədhüseynov
    tar - Mircavid Cəfərov
    vokal - Ramil Xələfov, Gülbəniz Məmmədova, Əminə Kaykun, Mahir Zeynalov
    Qeyd edək ki, “Cəngi” estrada folklor ansamblı 1992-ci ildə pianoçu-bəstəkar Xalq artisti Rafiq Babayev tərəfindən yaradılıb. Kollektiv bu illər ərzində bir çox dünya ölkələrində konsert və festivallarda iştirak edib.
    Subscribe to our channel to support us | Bizə dəstək üçün kanala abunə olun
    / @jangigroup
    🌎 JANGI.AZ
    Follow Jangi everywhere | Cəngi bütün platformala
    ▼ INSTAGRAM : www.instagram....
    ▼ FACEBOOK : www.facebook.com
    📩 Contact | Kontakt : jangi.estradafolkloransambli@gmail.com

Комментарии • 4

  • @samirmajidov2274
    @samirmajidov2274 8 месяцев назад +1

    Allah qorusun sizləri

  • @AnarGuitar
    @AnarGuitar 7 месяцев назад +2

    👍👍👍💥💥💥💥👍👍👍

  • @samirmajidov2274
    @samirmajidov2274 8 месяцев назад +1

  • @ThisisShabi8
    @ThisisShabi8 5 месяцев назад +1

    👏👏👏👏👏👏👍👍👍👍👍👍🎶🎶🎵🎵🎵🇦🇿🇦🇿🇦🇿🇦🇿