Ramal İsrafilov -Sən Yoxsan 2018 (Official Audio)

Поделиться
HTML-код
  • Опубликовано: 21 окт 2024
  • Ramal İsrafilov - Sən yoxsan
    Abunə ol: wedia.link/Ram...
    Facebook: goo.gl/v6nqSi
    İnstagram: goo.gl/KqZKH9
    Söz: Vüqar Əbdülov
    Musiqi: Hacı Nazim
    Aranjiman: Caner Tepecik
    Lahiyənin rəhbəri: Rüfət Əliyev
    Prodüser: Bizimstudio
    Mix: Caner Tepecik
    Mastering: Emre
    Klarnet: Husnu Şenlendirici
    Gitar: Selaheddin Güzelel
    Skripkalar: İstanbul Strings
    Ramal Israfilov Sən Yoxsan (mahnı sözləri):
    Hər yağan yağışda bir xatirəni.
    Bölüşür mənimlə güllər,çiçəklər
    Dolaşıb hər yerdə,axtarır səni.
    Səndən nigarandı,nigarandı əsən küləklər.
    Yenə şimşək çaxıb,bir od qoparıb.
    Yenə qarışıb küləy,yağışa.
    Elə bil dilimin,sözü qurtarıb.
    Az qalıb köksümdə ürək danışa.
    Sən yoxsan həsrətdən yoruluram mən.
    Belə tənha, yalnız qala bilmirəm.
    Oğluma,nəvəmə sarılıram mən.
    Yenə bir təsəlli ala bilmirəm
    Yenə də dikilib qapıya gözüm.
    Aparır dalıyca hər düşən kölgə.
    Yenə gözləyirəm mənim,mənim əzizim.
    Həmin bu qapıdan qayıda
    qayıda bəlkə.
    Niyə belə erkən çökdü qaranlıq?
    Bulud pərdə çəkdi doğan günəşə.
    Qayıt əllərindən tutum bir anlıq.
    Dəyişsin həyatım,gülüm həmişə.
    Sən yoxsan həsrətdən yoruluram mən.
    Belə tənha,yalnız qala bilmirəm.
    Oğluma,nəvəmə sarılıram mən.
    Yenə bir təsəlli ala bilmirəm.
    Müəllif hüququ: © WediaCorp Music | Audio məzmunun birbaşa və dolayı çoxaldılması qadağandır. Audio məzmun müəllif hüquqları ilə qorunur.

Комментарии • 1 тыс.

  • @ramalisrafilovofficial
    @ramalisrafilovofficial  Год назад +4

    Ramal İsrafilov - Sevdiyim Adam: ruclips.net/video/gMKJ0JPAQck/видео.html
    Abunə ol: wedia.link/Ramalsrafilov

  • @кнаая
    @кнаая 5 лет назад +53

    *Allah heç kəsin atasına anasına toxunmasın.Onlar bizim dayağımızdı.Onlar bizim hər şeyimizdi.Allah hər kəsin atasın anasın qorusun, uzun ömür versin.Mahnı da superdir..*

  • @cavansirseyfddinoglu7155
    @cavansirseyfddinoglu7155 6 лет назад +30

    Sadəcə bir sözlə deyim ki Ramal İsrafilovun oxuduğu bütün mahnilar möhtəşəmdir.Allah oqədər səsinə şirinlik verib ki oxduğu bütün mahnilar insanin üreyinə yağ kimi yayilir.

    • @Aska8922
      @Aska8922 10 месяцев назад

      Şirinlikdən əlavə səsində sanki bir yanğı var. Bu da oxuduğu qəmli mahnıları daha da ürəyəyatımlı edir.

  • @delyasukurova3244
    @delyasukurova3244 6 лет назад +64

    Heyat olduqca ayriliqlar da olacaq ..bu qacilmazdir!Allah hec kese vaxtsiz ayriliq qismet elemesin.Amin🙏

  • @dikiyangel1566
    @dikiyangel1566 6 лет назад +46

    Rəyləri oxuyub çox pis hönkür hönkür agladim((

  • @nahidrehimov9591
    @nahidrehimov9591 6 лет назад +616

    Artiq 18 il oldu atasiz günlər yaşiyiram.çox gənc yaşda itirdim atami😔.tək təsəllim anam.allah butun valideyləri övladlara çox görməsin.vaxtsiz itirməyək sevdiklərimizi 😔.təşəkkurlər Ramal ürəyinlə oxuyubsan.allah səni daim qorusun inşallah.😍

    • @lilashow4216
      @lilashow4216 6 лет назад +16

      Allah cənnət etsin məkanını Atanızın qardaş Ananıza bərəkətli ömür can sağlıqı çətindir Atasız mənim Atam sağdır amma 2balam atasızdır atasıs deyende Allaha çox şükür nəfəsi bəsdir onu həsrətik hər səhər onsuz oyanmaq güc toplayıb yeni günə başlamaq 2uşaqın qayğsını tək başna çəkmək çətindir Allah bütün bağlı qapı arxasında olan yaxşı oğulların qapsını açsın içi bizim canımız Atamızında

    • @ahayatisde5996
      @ahayatisde5996 6 лет назад +6

      Allah rehmet elesin.Allah anana saglikli omur versin inşallah

    • @nahidrehimov9591
      @nahidrehimov9591 6 лет назад +8

      OYUN TR amin allah butun ölənlərə rəhmət eləsin.həpsdə olan insanin yerində kimsə ola bilməz.təsəvur edirəm onun gözləri yol çəkir indi övladlari və sevdikləri uçun çox darixar😔.allah qovuşdursun sizi.iki balayada can sağliği arzuliyiram tez zamanda atalarina qovuşsunlar.içim parçalandi.çunki məndə atayam.iki övladim var.onlar hər gecə mənsiz nağilsiz yatmirlar 😔.

    • @whatsappvideo8825
      @whatsappvideo8825 6 лет назад +3

      ALLAH rəhmət eləsin. ALLAH valideynlərimizin bizə çox görməsin onlara can sağlığı versin.Amin

    • @xeyalresulov7610
      @xeyalresulov7610 6 лет назад +3

      Mende Atami yeni itirmişem ne desem ne yazsam teselli etmez REBBÌM HEÇ KÌME YAŞATMASIN ALLAH ÒLENLERE REHMET YERLERI CENNET QALANLARA CAN SAĢLIĢI VERSIN IN ŞE ALLAH

  • @nezrinisayeva219
    @nezrinisayeva219 5 лет назад +1

    . Sesine vurgun oldugun yegane insan
    . Her mahninda . Bir mena var .
    Emeyine sesine saliq.
    Insani cox derin yaralayir senin ifan .
    Hemiwe yukseklerdr ol layiqsen

  • @yagmurqarabagli1184
    @yagmurqarabagli1184 6 лет назад +15

    Azərbaycanın xalq artisti Ramal ♥♥♥

  • @eyvaznagiyev
    @eyvaznagiyev 6 лет назад +64

    Ramal Sən Böyük Sənətkarsan...!

  • @gunashmukhtarzada1408
    @gunashmukhtarzada1408 6 лет назад +267

    17 ildir sensizem. o qeder sənə,qoxuna,əllərinə,isti nəfəsinə ehtiyacim varki...ancaq məndə qalan toyumda geyindiyin qırmızı qiyafətdir... iyini ondan alıram mən.Ama doymuram. CANIM ANAM.ÜZÜ GÜLƏR GÖZÜ GÜLƏR AG BƏNİZLİ GÖZƏL ANAM... Oğluma,qızıma sarılsam da ana qoxusu başqadir. əvəzolunmazdır.Ürəyimi boşaltdım aqladaraq.əziz qardaşım səsinə daim vurğun olduğum Ramal qardaşım. səsin daim var olsun.

    • @vusaleelizade2521
      @vusaleelizade2521 6 лет назад +2

      Allah rehmet elesin((

    • @kamamaharramli813
      @kamamaharramli813 6 лет назад +5

      Gunash Mukhtarzada Allah rehmet elesin eyni taleyi paylawiriq 29 ildi de men hesretem Meleyime!😢Mekanlari cennet olsun in wa Allah

    • @rovshaneakhmedova3118
      @rovshaneakhmedova3118 6 лет назад +5

      Allah rehmet elesin😔 Valdeyin itkisi çox aci verici duyğudur Mende Atami 23 ildi itirmiwem😢😭Uzunude gormemiwem(((

    • @aytenezimova6906
      @aytenezimova6906 6 лет назад +5

      Gunash Mukhtarzada kovreltdiz meni Allah rehmet elesin😭😭

    • @aykaaxmedli8055
      @aykaaxmedli8055 6 лет назад +2

      Gunash Mukhtarzada caan Allah sebr versin mende tezeliycen atami itirmisen heqiqide valdeyin basqadi

  • @zikoaziko4416
    @zikoaziko4416 6 лет назад +53

    Ogluma neveme sariliram men yene bir teselli ala bilmirem.. sanki Anamin sozu Atami itirdikden sonra. Allah cemi olenlerin yerin cennet, gunahlarin bagiwlasin.

  • @isabayraml1956
    @isabayraml1956 6 лет назад +7

    Təkrar-təkrar qulaq asıb ağlayıram.Mənim anam 4 aydı köçdü bu dünyadan.Çox vaxtsız ölüm idi.gənc yaşımızda anasız qaldıq.Sanki bu mahnı elə atama yazılıb.Canım atam bizim üçün güclü ol!😢😢 Elə bil atamın dilindən deyilir bu sözlər.😢😔

  • @ayazayaznov2515
    @ayazayaznov2515 Год назад +2

    Bu mahnı mənim həyatımı əks etdirir .Allah müəlliflərin və Ramalın canların sağ eləsin .❤❤❤

  • @elnaranzm9591
    @elnaranzm9591 6 лет назад +34

    *Sanki oxumursan, üreyine mermi kimi saplayırsan sözleri* ~~

  • @hikmeteliyev3214
    @hikmeteliyev3214 6 лет назад +327

    Ziril-ziril aglatdin meni ay Ramal😢😢Belkede kimlerse meni qınayacaq ama iki seven heç ayrilmasin.ölendede beraber ölsun , elbetde ki, bu menim arzumdu.En dogrusun Allah bilir.....😔

    • @semssems3667
      @semssems3667 6 лет назад +14

      Kimseni qınamaq olmaz çünki üreye söz keçire bilmir insan Allah heçkime ayrılığı yaşatmasın ayrılığın öte adı yoxdu...

    • @frqanmmmdova8877
      @frqanmmmdova8877 6 лет назад +4

      Məndə sizlə eyni düşünürəm

    • @aylinmemmedova5917
      @aylinmemmedova5917 6 лет назад +9

      Azlna saqllq canlm hemde sevgi insanlarln enyarall yerdi evli olub da bawqaslnl sevmek DahAda cetindir😯😢😢😢

    • @elmiratalibova3003
      @elmiratalibova3003 6 лет назад +1

      Amin

    • @sakitsakit4936
      @sakitsakit4936 6 лет назад +1

      super

  • @mehtabanresulova4638
    @mehtabanresulova4638 6 лет назад +84

    Təşəkkürlər çox mənalı mahnıdı atasız qız qanadsız quşdu

    • @Кошка-с8ч
      @Кошка-с8ч 4 года назад +1

      Hamı atasını sevir ama menim atam yoxdu indi ona göre atamı sevirem ama bezi insanalrın atası var menim yoxdu😢😢😭😭😭😭😭😭😥😥😢😢😓😓😓

    • @Кошка-с8ч
      @Кошка-с8ч 4 года назад +2

      Doqquz yaşım var ama atam yoxdu😭😭😥😥😢😢😓😓😭😭😓😓😓😓😥😥😢😢

    • @drzayeva9849
      @drzayeva9849 3 года назад

      Eynən😔

  • @subraz89tv12
    @subraz89tv12 6 лет назад +90

    Allah hec bir sevgilileri aileleri bir birinden ayirmasin esil sevgilileriii ayirmasin ilahi Aminnn...❤Allah sesine quvvet versin Amin elaaaa👍👏👏👏

  • @AbasovAyaz
    @AbasovAyaz 6 лет назад +55

    Gozel dinlemeli ifadi. Ramala ugurlar. Tezlikle milyon deyenler????

  • @rahimbalamusic
    @rahimbalamusic 5 лет назад +1

    Ramal ozu de aglayib bu mahnida. Dunyalar qeder boyuk ureyi olan Ramal . Var ol hemiwe

  • @nerminrzazade7779
    @nerminrzazade7779 6 лет назад +58

    Gece 02-56. Gözumde yas qalmadi..😢😢😢

    • @Leyla-517
      @Leyla-517 4 года назад +2

      😥😥😥

    • @etibarhuseynov823
      @etibarhuseynov823 4 года назад +2

      Mendede😥😥

    • @zeynb9034
      @zeynb9034 25 дней назад

      İller sonra necesiz ?

    • @faiqganbarov8232
      @faiqganbarov8232 20 дней назад +1

      Çox pisəm😢

    • @zeynb9034
      @zeynb9034 20 дней назад

      @@faiqganbarov8232 🙁ALLAH komeyiniz olsun ALLAH sizə sebr versin

  • @faiqganbarov8232
    @faiqganbarov8232 20 дней назад +2

    Can parəmi 3 ildir öz əlimlə dəfn etmişəm o saniyədən indiyədək heçnə mənə təsəlli verə bilmir elə bil havanıda yarımçıq alıram😢

  • @narmobilebakcell418
    @narmobilebakcell418 6 лет назад +9

    Allahım bütün yanan ürəkləri ovundur təsəlli et biz qullarını bağışla hamımız köçəcəyik bu dünyadan birgün gec birgün tez hər ürəkdə bir itki bir yanğı ilə məkanınız cənnət olsun cənnətdə qarşılaşaq inşallah

  • @shebnemaliyeva3576
    @shebnemaliyeva3576 Год назад +1

    Heç özüm də bilmirəm nədir dərdim.. bircə onu bilirəm ki, hər nədirsə bu mahnı ilə danışır ürəyimdəkilər…😢

  • @elsenismayilov9574
    @elsenismayilov9574 6 лет назад +67

    Allah ata anaları qorusun heç bir evlat valdeyinsiz olmasın Vallah mənə desələr bir arzunu de nə isdəsən edəcəyik mən atamla anamı mən ölənə kimi sağ qalmasını isdiyərəm Ramal ürəyinə sağlıx brat sənin ifaların müzakirə oluna bilməz

    • @xeyalemamedova2642
      @xeyalemamedova2642 6 лет назад

      Xeyirlisi Allahdam

    • @elsenismayilov9574
      @elsenismayilov9574 6 лет назад

      @@xeyalemamedova2642 nəyin xeyirlisi?

    • @xeyalemamedova2642
      @xeyalemamedova2642 6 лет назад

      pis menada bawa duwmeyin.Yeni her wey Allahi elindedi.Kimini gec kimini tez yanina alacaq.Xeyirlisi Allahdan☺

    • @elsenismayilov9574
      @elsenismayilov9574 6 лет назад

      @@xeyalemamedova2642 pis başa düşmədim xəyalə sadəcə fikrin tam çatmadı😊

  • @FuadAhmed01
    @FuadAhmed01 6 лет назад +41

    Şair və bəstəkara böyük təşəkkür düşür bu əsərə görə,onları unutmaq olmaz...

  • @amalyasss826
    @amalyasss826 6 лет назад +6

    Rəbbim bütün Analara Atalara can sağlığı versin🤲😕♥️♥️♥️♥️♥️

  • @qrnfilibrahimova4659
    @qrnfilibrahimova4659 6 лет назад +172

    Menimde atam 4ildi yoxdu.Heyatda qadini axira qeder seven yegane kisi onun atasidi.Atasiz bir qadinsa ele bil muharibenin ortasinda silahsiz qalib.Hec kim atami evez etmir

  • @movsummovsum3383
    @movsummovsum3383 2 года назад +6

    Sanki mənə yazılıb. 1 il yarımdı oğullarıma, nəvəmə sarılmışam. Torpağı məndən çox sevirmişsənmiş... Ama sən mənim gözümdəsən, nəfəsimdəsən, içimdəsən, ürəyimdəsən, sözümdəsən, düşüncəmdəsən................😢😢😢😢😢😢😢😢😢😢

  • @pervinekberova3448
    @pervinekberova3448 11 месяцев назад +1

    Ata deib içi yanan qızların mahnısdı😔3ildi yoxsan Atam,heç kim üçün ağlaya bilmirem senen başqaa

  • @yaqubibrahimov7079
    @yaqubibrahimov7079 6 лет назад +37

    Cox gozel mahnidi qardaw korpe vaxti atam illler kecd aile qurdum korpe balami itirdim bu mahni meni coxx aglatdi nece candanda oxuyirsan

  • @meryemismayilov8825
    @meryemismayilov8825 6 лет назад +2

    Geleceyen xalq artisti mukemmel ses mukemmel ifa Ramal Israfilov

  • @aynuraliyev8199
    @aynuraliyev8199 6 лет назад +3

    Saatlarca defelerce gunlerle qulaq asiram yene doymuram bu mahnidan.eline yureyine saglik Ramal.davami gelsin

  • @lemansamedova2894
    @lemansamedova2894 2 года назад +1

    Ramal bütün mahnılarını oxuyarkən onları yaşayır.

  • @rvnzz_7665
    @rvnzz_7665 6 лет назад +41

    Kövrey payızda kövrey mahnı cox kövreldim teşekürler ramal tanrı seni qorusun üreyine sağlık😔😌

    • @rewad9mv685
      @rewad9mv685 6 лет назад +1

      Kimcün kövreldiz

    • @rewad9mv685
      @rewad9mv685 6 лет назад +1

      Allah rehmet elesin sizlere can sağliqi rahatciliq versin theOnsuz gectez hamimiz gedeceyiy vudünyadan

    • @rewad9mv685
      @rewad9mv685 6 лет назад +1

      @@rvnzz_7665 dünya doğrudu bizik yalancilar kimisi yanir kimi ucur

  • @aabbasov8441
    @aabbasov8441 4 дня назад

    Bu mahnin tarixcesi meni cox kovreldir her qulag asdigca 😢. Dogurdanda Allah hecbir kisini qadinsiz elemesi qadinida bassiz

  • @nzrinabdullayeva6723
    @nzrinabdullayeva6723 6 лет назад +4

    Allah bütün ölənlərmize rəhmət eləsin yerləri cənnət olsun InweAllah

  • @mustafanazife2060
    @mustafanazife2060 3 года назад +1

    Bu nasıl ses allahım bugulu ve hoş

  • @bdu6752
    @bdu6752 6 лет назад +10

    Həqiqətən də son zamanlar Ramal İsrafilov öz sözünü deməyə başlayıb. Belədə davam edin Ramal İsrafilov Uğurlar 👍👌

  • @serfiveliyeva1521
    @serfiveliyeva1521 Год назад +1

    Ramal ezizim dord aydirki yoldawimi canimi itirmiwem. senin sesin ele bil bir az ovuttdu meni. sax ol . tewekur edirem

  • @ГилаКоюшова-я5ш
    @ГилаКоюшова-я5ш 5 лет назад +3

    Sevdiklərinizin, doğmalarınızın qədrin bilin hər zaman, sonra ki peşmancılığın faydası yoxdu
    Gözəl ifa alınıb

  • @nazilorucova2048
    @nazilorucova2048 6 лет назад +1

    Nə qədər ağladım Ay Ramal .Atam da Anam da rəhmətə gedib .2 oğlum var onlara sarılsam da hər gün gözüm valideynlərimi axtarır .Ən çox da Atamı .

  • @aynurnamazova250
    @aynurnamazova250 6 лет назад +4

    Ramal niye bele boyuk ureye sahibsen ? senin fikrin meni delimi elemehdir bu sesle bu urehle bu ruhla...!! sevirem seni opurem bu ses bu ureh ucunn . Var ollll!!

  • @esmirabakhseliyeva7232
    @esmirabakhseliyeva7232 4 года назад +1

    Yaman ağlatdın məni,Ramal bəy,hələ bu mövzuda mahnı dinləməmişdim😔😔😔

  • @nzaktbaxsliyeva7424
    @nzaktbaxsliyeva7424 6 лет назад +9

    Ramal senin ifanda her cür musiqi gözel alınır , bu mahnin da meni cox duygulandırdı ,sözleri tesirlidi teşekkür musiqini erseye getiren her kese

  • @mahirmehralyeva5633
    @mahirmehralyeva5633 4 года назад +1

    Çox gözəl oxuyursan Ramal əhsən sənə

  • @melekqizz6544
    @melekqizz6544 6 лет назад +4

    Ramal yenede ilin mohurunu vurdun 😔😢
    Cox ehtiyac var idi bu mahniya..
    Cox sagoll...😍

    • @rewad9mv685
      @rewad9mv685 6 лет назад

      Allah rehmete gedenlerinize rehmet elesin

  • @qaragozlum7093
    @qaragozlum7093 6 лет назад +1

    O qeder oxuya bilmeyenlere adlar verilir bu cure oxuyanlar helede adlar vermeyib cox isdedadldi Ramal bey deyerlendirmek lazimdir bu cure senetkarlari insanin ruhu dinceli dinledikce

  • @UserKara-bu3md
    @UserKara-bu3md 6 лет назад +21

    Niye bele acimasizdi heyat.Allah dogurdan seven qelbleri bir birine yazsin nece olursa olsun!

  • @yeganasafaraliyeva3065
    @yeganasafaraliyeva3065 6 лет назад

    Yenede deyirem Azerbaycanda qulaq asdigim yegane mugenni sizsiz ve takip etdiyimde ancaq sizsiz.Sizin mahnilariniz 👍👍👍

  • @ilkinsohraboglu1011
    @ilkinsohraboglu1011 6 лет назад +11

    Bu mahni da yaşlilar üçün geldi Qeşey sözleri var. Əla👏

  • @zulyaxelilli5514
    @zulyaxelilli5514 5 лет назад +2

    Coox xatireli ,qemli mahnidi. Insan dinledikce ister istemez kecmiw gunlere qayidir. Itirdiklerini özleyir. Tewekkurler Ramal yenede bizi aglatdigin ucun😔

  • @semssems3667
    @semssems3667 6 лет назад +22

    Demek ki saf sevgi unudulmur yaşa dolduqca xatirələrlə yaşayırsan bəzən hədsiz şirin bəzənsə ağladacaq qeder acı ...RAMAL ❤SEN👍👏👌💖

  • @mellamoqueen9877
    @mellamoqueen9877 5 лет назад +1

    Ramal sen bu ölkə üçün çox vacib sənıtçisən bir mahnın belə mənasız deyil her biri o qeder toxunurki insana sesine söz ola bilmez türklerde rafet el roman bizdede sennn❤️❤️❤️❤️❤️

  • @dilrubeazmammadova9309
    @dilrubeazmammadova9309 5 лет назад +4

    her qulaq asanda😢😢😢cox cetindi anami tek atamsiz gormek.niye bele erken cokdu qaranliq?

  • @fuadhuseynov8512
    @fuadhuseynov8512 2 года назад +1

    mahnı sanki Səhidlərimiz ücün yazılıb cətindi itirdiklərimiz balalarsız yaşamag Allah bizə səbr versin

  • @sevaahmedova6805
    @sevaahmedova6805 6 лет назад +4

    Boyuk Allahim senin sesini bize cox gormesin.Allah seni qorusun Ramal.super ifalarinin arasina bu ifan da qatildi.

  • @bxtiyaragazad9451
    @bxtiyaragazad9451 6 лет назад

    Bu necə mahnıdı 😢😢😢😢
    səsinə qüvvət Ramal İsrafilov ❤️❤️❤️🧡🧡💛💛💚💚💚

  • @ruslaneesgerzade4130
    @ruslaneesgerzade4130 6 лет назад +4

    İnsanın qəlbimi titrədir😓

  • @nurlanamirisova2519
    @nurlanamirisova2519 5 лет назад +1

    Allah hec kime valideyn acisi cekdirmesin allah atalarimizi analarimizi qorusun amin. Mahni coooooooox gozeldi ugurlarin daim olsun Ramal bey👏👏👏

  • @nergizsafiyeva5801
    @nergizsafiyeva5801 6 лет назад +15

    Her mahni insanin bir xatiresini canlandirir gozu onunde. Bu mahnida oldugu kimi..:((((: ne acidir ki gedenler bir daha qayitmir.... Atami artiq 8 ildi itirmiwem.bir anliq gormey ucun omrumun geri qalanini duwunmeden vererdim.. kawki Analar-Atalar olumsuz olsa..kawkii:(((.Ramal yene aglattin bizi.. ureyine,emeyine sagliq..her bir mahnin kimi bu da super👍🏻👍🏻👍🏻

  • @tadimduzum6356
    @tadimduzum6356 3 года назад +1

    Bir Nailə Mirməmmədli əsəri,.. ureyinə sağlıq Ramal

  • @hasanrecebi2546
    @hasanrecebi2546 6 лет назад +3

    Cox gözəl səsi var Allah səsinə dəyməsin Cox gözəl süper👍👍👍👍👍👍👍👍

  • @gulnarletifova951
    @gulnarletifova951 5 лет назад +1

    ard arda qulaq asib bezmediyim mahni😊😍👍👍👍❤

  • @lalecabbarli4498
    @lalecabbarli4498 6 лет назад +15

    Hemişəki kimi gozel ses gozel mahni var ol Ramal😍☺☺

  • @mirayeldarova4145
    @mirayeldarova4145 6 лет назад +1

    Cox agladim cooox tesir etdi mene.nece urekden oxuyursuz sesinize quvvet.

  • @laledadasova4261
    @laledadasova4261 6 лет назад +5

    Coxx gozel ses cox gozel musqi sesinize quvet😍😍😍

  • @antigaazeri5345
    @antigaazeri5345 6 лет назад

    Agllatdin ay Ramal seher seher.heyatim film kimi gozumun onunden kecdi.Yasadiqlarim yasamadiqlarim.Allah sesine quvve versin.Ne gozel ureyi var bu mahnini yazani .Ve sen ureyden oxudun.ureyine sagliq.Hemise var ol

  • @yeganeahmedova2330
    @yeganeahmedova2330 6 лет назад +5

    Cox gozel mahnidir sozlerde mena var.Cox duygulandim.Hemiseki kimi gozel ifa. Bu sesdeki melahetden ola bilmez sesine quvvet ugurlarin bol olsun.

  • @TrendXbr
    @TrendXbr 6 лет назад +1

    Ramal möhtəşəm mahnıdı xeyirli uğurlu olsun in şa Allah milyonları keçsin amin. Amin deyənlər like etsin görək neçə nəfərdi

  • @ayanisgandarli4089
    @ayanisgandarli4089 6 лет назад +3

    Yene etdin edeceyini😞 Ureyine sagliq be adam❤️

  • @samirrehimli3727
    @samirrehimli3727 5 лет назад

    Ramal cox sagol! Tenhaliq haminin mukafati olur bu heyatda- kimisi vaxtsiz ani onu derk edir,kimisi ise yawlandiqda. Biz hamimiz tekik bu dunyada- bize dogma olanlar bu bowlugu doldurur. Eger xeyalda bir tesurat qaldisa- demekki sevgi qarwiliqli olub. O zaman artiq xoşbəxtsən. Allah amaninda!

  • @natavansuleymanova1385
    @natavansuleymanova1385 6 лет назад +5

    Nə gözəl mahnıdır . Yaxşı ki varsız Ramal

  • @neraheyderli3512
    @neraheyderli3512 6 лет назад

    menimcun Azerbaycanda Yildiz Tilbe kimi mahnilarinin her biri mohur olan ifaci Ramaldi.Ses super.Ifa super.

  • @lilashow4216
    @lilashow4216 6 лет назад +11

    Raman canım hər zamankı kimi əladər ürəynə sağlıq uğurlarnın davamini diləyirəm böyük Allahtan

  • @mahirmehralyeva5633
    @mahirmehralyeva5633 4 года назад +1

    Allah heç kimi övladından ayrı salmasın sanki bu mahnı mənə aiddir

  • @UserKara-bu3md
    @UserKara-bu3md 6 лет назад +11

    Sesini ewiden kimi mahniya mehel qoymadan gozleri dolu,qelbi titreyir insanin.Hem musiqi,hem sozler,hem de ifa insani canindan edir.Unudulmuw butun xatireler xatirlanir,baglanmiw butun sehifeler yeniden vereqlenir.!Ve qeyb olur insan kecmiwin aguwunda.

    • @semssems3667
      @semssems3667 6 лет назад +1

      Ne yazıq ki yaşananlar xatirəyə çevrilir yaxşısı əlçatmaz😔 acısı bir ömür unudulmaz😢

    • @UserKara-bu3md
      @UserKara-bu3md 6 лет назад +1

      😭😭😢😢

    • @semssems3667
      @semssems3667 6 лет назад +1

      @@UserKara-bu3md üzülmeyin xatirələr insanı həyata sım sıx bağlayan bağ təsəllidi bəlkə belə daha dolğunlaşırıq hər yaşanmışlardan bir nəticə çıxarırığ kimisi udmuş kimisi uduzmuş hali ile...

  • @meleykeqafarova5264
    @meleykeqafarova5264 5 лет назад +1

    Qulaq asanda kövrəlməmək mümkün deyil..

  • @nihadrzayev9915
    @nihadrzayev9915 6 лет назад +14

    Ureyim papam , sensizliyin tesellisi yoxdu. Sensiz yawamagi hec bacara bilmirik. 🖤Evezsizim 🖤

    • @semssems3667
      @semssems3667 6 лет назад

      Allah sebir versin çox çətindi gerçeyden(((

    • @miloshh158
      @miloshh158 6 лет назад

      En azindan size yaxwi olub...

  • @elvinabbasov3606
    @elvinabbasov3606 5 лет назад

    İstedadlı mügənnidi gözəl bəstəkardı allah saxlasın allahım sevdiklərinə bagışlasın ❤

  • @elnaremuskiyeva8266
    @elnaremuskiyeva8266 6 лет назад +3

    😔sən yoxsan həsrətdən yoruluram mən 🍂

  • @ГюльнараАлиева-ж4ч

    Yegane mugenidir ki mahnilarina seve seve qulaq asiram hem kovrelirem hem ruhlaniram cox gozel sesi cox gozel qelbi var .

  • @ТОМАНИЖНИЙНОВГОРОД
    @ТОМАНИЖНИЙНОВГОРОД 6 лет назад +57

    _7 ildi senden şişen balalarin .Yerin cennet olsun sene qurban olum PAPA😢😢😢 Uzaqligida hec kime arzulamiram her il vetenene gedende birinci Papamin yanina gedib axlayiramki menden kusmemisenki yene de gec geldim😢😢😢😢😢😢😢_

  • @hekimepashayeva6913
    @hekimepashayeva6913 6 лет назад +1

    Var mahnını oxumaq ..., Var mahnını hiss etmek ..., Var mahnını yashamaq ... Ramal bunların hamısın edir ..., Üstelik ifa etdiyi mahnını dinleyicilire de yashadır 😔

  • @ayselabbasova1785
    @ayselabbasova1785 6 лет назад +4

    nece gozel.sizladir insani😔😔

  • @atillamemmedov3955
    @atillamemmedov3955 5 лет назад +1

    ramal mahnilarivi cox sevirem ama bu mahninin başqa yeri var . ugurlarin bol olsun

  • @Berde_li
    @Berde_li 6 лет назад +6

    Azerbaycanımızın birdenesi var ol😊xalqımızın seni kimi seslere çox ehtiyacı var🤗sesin adamın ruhunu dinceldir he bu arada mahnıda hemişeki kimi supeer👍

  • @nigarqurbanova7637
    @nigarqurbanova7637 3 года назад

    HELE DE BU MAHNIYA QULAQ ASIB AĞLAYAN VAR MEN BU GÜR MAHNILARI QARDASIMI ITIRDIKDEN SONRA TAPDIM COX GOZEL MAHNIDIR UĞURLARINIZ BOL OLSUN

  • @rena7844
    @rena7844 6 лет назад +6

    Cox gozel ifa edib 👍👍👍

  • @cavidcavid2580
    @cavidcavid2580 4 года назад

    😢😢😢😢😢 ne tez məni yaddan çıxartdin! Heçmi yaxshi gunlerimiz olmadi!? Boğuluram sensiz

  • @Mehemmedbedelovmaqa
    @Mehemmedbedelovmaqa 6 лет назад +10

    Her zamankimi Ramal coxx isdedadli mugenni dayanmadan mahnillari gelir mawallah demey olarki rekord vurur yeni hitt mahnilariyla ugurlar sene

  • @arzuahmed4674
    @arzuahmed4674 6 лет назад

    En son eyninden çıxan köyneyi hele de yuyulmayıb etri getmesin deye...çox darıxıram.

  • @anasizolu1697
    @anasizolu1697 6 лет назад +3

    Canim ANAM sensiz tenhayam. sesine iyine isti nefesine hesret qaldim😢😢😢

  • @Tebriz__7o7
    @Tebriz__7o7 3 года назад +1

    Mem kimi daw adami eritdiz reyleriviznen.... Allah butun valideynlere omur versin 🤲

  • @r-rufabasbeyli7391
    @r-rufabasbeyli7391 5 лет назад +4

    Bu musiqini bəyənməyənlərə demək istəyirəm ki, ayıbdır!.. Ramal bu mahnıya can qoyub, çox böyük ürəyi var Ramalın!.. Allah ona uzun ömür və cansağlığı versin inşallah, amin! Gedib bayağı mahnıları dinliyib ona səs verirsiz, ama bu cür "Şedevr" mahnını bəyənmirsiz. Bu arada Hacı Nazimi də təbrik edirəm, o da böyük sənətkar, işində "MASTER KLASS"-dı. Allah onu hifz eləsin, cansağlığı arzu edirəm hər iki sənətkara. Belə davam edin həmişə, allah Sizləri bədnəzərlərdən qorusun, amin!!!

    • @Кошка-с8ч
      @Кошка-с8ч 4 года назад +1

      Amin menimde atam ölüb doqquz yaşım var atam ölüb

  • @ar-zuba3983
    @ar-zuba3983 5 лет назад

    Ay Ramal haladı sene Allah seni haqqın yolunu tutanlardan elesin

  • @nihadsoltanov7365
    @nihadsoltanov7365 6 лет назад +7

    Anam sen yoxsan hesretden yoruluram men sensiz yawaya bilmirem anam

  • @xeyaleibrahimova3491
    @xeyaleibrahimova3491 5 лет назад

    Men asanliqla ayglayan deyilem..Aglatdiz meni Ramal bey sesinize quvvet.Yanqili ses yoxdur bu sesden yoxdur.

  • @faridailkcan3941
    @faridailkcan3941 5 лет назад +6

    Cismen kim sene sarılır sarılsın,yanında kim olur olsun ...ürəyindəkinin qollarında,görmək istədiyinin gözlərindəsən...Heç kəs heçnə təsəlli olmur..ola da bilməz..Əslində heç təsəlli də axtarmırsanki...Həmin O insan gəlməyincə,ona sarılmayınca,onun dilindən iki kəlmə eşitməyincə heç kəs dərdinə dərnan ola bilməz...
    Allah hər bagli qapinı acsın...

  • @NailsGüneş
    @NailsGüneş 5 лет назад

    Bu mahninin səsi gələn kimi gözlerim dolur. Anamla keçen her gunum gözumun önunde dayanir. Yanimda her kes var bir sen yoxsan...Ana...😓

  • @aylinbayraktar8176
    @aylinbayraktar8176 6 лет назад +3

    Wauu super yeni şarkı bol şans❤💋🎵🎵🎵👍