Это видео недоступно.
Сожалеем об этом.

Səsli Bioqrafiya. Og (Augustine) Mandino.

Поделиться
HTML-код
  • Опубликовано: 24 окт 2023
  • MÜƏLLİFİN KİTABLARI:
    📚 DÜNYANIN ƏN DAHİ TACİRİ - • Səsli Kitab. Oq Mandin...
    OQ MANDINO
    Avqustin (Og) Mandino, Amerikalı yazar və motivasiya oratorudur. 12 dekabr 1923-cü ildə Massaçusets ştatının Natick şəhərində anadan olmuşdur. İtalyan atası tərəfindən babasının şərəfinə Avqustin adını almışdır. Mandino bir vaxtlar orta məktəb qəzetinin redaktoru olmuş və Missuri Universitetinin jurnalistika məktəbinə getməyi planlaşdırmışdır. 1942-ci ilə qədər kağız fabrikində işləmiş, daha sonra o, Amerika Birləşmiş Ştatları Ordusunun Hərbi Hava Qüvvələrinə qatılmışdır və orada hərbi zabit və bombardmançı olmuşdur. İkinci Dünya Müharibəsi zamanı Almaniya üzərində 30 bombardman missiyası üçün uçmuşdur. Hərbi vəzifələrindən sonra Mandino sığorta satıcısı oldu. Həyatının bir nöqtəsində intihar etməyi düşünmüşdür.
    Belə ki, sığorta işi ilə məşğul olduğu dövrdə hər şeyini itirir. Pulsuz qalır, həyat yoldaşı uşaqlarını da götürüb onu tərk edir. Çətin dövr keçirən Mandino spitli içkilərə qurşanır. Bir müddət sonra o, kitabxanada olarkən şəxsi inkişaf, uğur və motivasiya kitabları onun diqqətini çəkmişdir. Və onları oxumağa başlamışdır. O, müvəffəqiyyətdən bəhs edən yüzlərlə kitab oxumuş və bu ona alkoqolizmdən qurtulmağa kömək etmişdir. Nyu-Hempşir ştatının Konkord şəhərindəki kitabxanada o, U.Klement Stounun klassik “Müsbət ruhi münasibət vasitəsilə uğur” kitabını tapmışdır və bu kitab Mandinonun həyatını tamamilə dəyişmişdir. Mandino 32 yaşında ikən şirkətdə satış vəzifəsi almağa qərar vermişdir. Bir il ərzində Mandino satış meneceri vəzifəsinə yüksəlmişdir və satış rekordları qırmışdır. Mandinonun satışla bağlı yazdığı yazılar ona W. Klement Stounun Success Unlimited jurnalında vəzifə qazandırmışdır. 1966-cı ilə qədər Mandino jurnalın İcraçı Redaktoru olub və jurnalın məqalələrindən ibarət antologiyanın redaktə edilməsinə kömək etmişdir.Mandino nəhayət uğurlu yazıçı və natiq olmuşdur. Onun əsərləri İncildən ilhamlanmış və Napoleon Hill, U.Klement Stoun və Emmet Foksdan təsirlənmişdir. O, Milli Natiqlər Assosiasiyasının Spiker Şöhrət Zalına daxil edilmişdir.
    Mandinonun əsərlərinin əsas fəlsəfi mesajı ondan ibarətdir ki, yer üzündəki hər bir insan möcüzədir və öz həyatını inamla və bolluğu idarə edən qanunlara uyğun olaraq istiqamətləndirməyi seçməlidirlər. O, iddia edirdi ki, bütün müvəffəqiyyətli insanlar öz həyatlarını plan tərtib etməklə və ya şüurlu şəkildə həm istədikləri yeri, həm də ona çatmaq yollarını seçərək qurmuşdurlar.
    Og Mandino'nun əsərləri, bir çox insanın öz inkişafını artırmalarına və daha yaxşı bir həyat sürmələrinə təsir etmişdir. Onun kitabları, bir çox insan üçün şəxsi inkişaf və motivasiya sahəsində əhəmiyyətli mənbələrə çevrilmişdir.
    Onun əsərləri, ümumiyyətlə müsbət düşüncə, intizam, məqsəd qoyub-tutma və nailiyyət əldə etmə məsələlərinə diqqət yetirir. Kitabları 50 milyon nüsxədən çox satmış və 25 dilə tərcümə edilmişdir.
    Mandino, ən çox "The Greatest Salesman in the World" (Dünyanın Ən Dahi Taciri) adlı kitabı ilə məşhur olmuşdur. Bu kitab, iş dünyasında və şəxsi inkişaf sahəsində məşhur bir əsərdir. Dünya üzrə ən çox satılan kitablar siyahısının ən yuxarı sıralarında dayanır. Klassik fərdi inkişaf əsərlərindən fərqli olaraq Oq Mandino əsərini hekayələşdirib, bütün hadisə və situasiyalar olduqca canlı, təsirli, öyrədici təsvir olunub. Əsərdə əsas diqqət bu gün kim olduğunuza deyil, sabah nəyə başlayacağınıza yönəldilib. Oxucu bir daha əmin olacaq ki, bu həyatda hər kəs satıcıdır və onun qazanacağı uğur özünü, bacarıqlarını başqalarına necə təqdim edəcəyindən birbaşa asılıdır.
    Müəllifin bundan əlavə , "On ikinci mələk", "Dünyanın Ən böyük möcüzəsi", "Dünyanın Ən böyük sirri", "Uğur və Xoşbəxtliyinin sirləri" , "Yaşamağın daha yaxşı bir üsulu" kimi geniş oxucu kütləsi qazanmış kitabları da var.
    Oq Mandino 3 oktyabr 1996-cı ildə, 72 yaşında, Antrim, New-Hempşirdə vəfat etmişdir.

Комментарии • 4

  • @songul8811
    @songul8811 5 месяцев назад

    OG MANDİNO kitablarını oxuyun 👏🏻

  • @bega_p8
    @bega_p8 7 месяцев назад

    Bəli

  • @ulviyyliyeva5980
    @ulviyyliyeva5980 9 месяцев назад

    1923 də dünyaya gəlibsə 66 cı ildə 43 yaşı olur siz 72 deyirsiniz

    • @hayatkitab
      @hayatkitab  9 месяцев назад

      Düz deyirsiz. Səsləndirmədə səhvə yol verilib, təəssüf. 1996-cı il olmalıdır. Nəzərə alınacaq. Qeydiniz və dəstəyiniz üçün təşəkkür edirik ❣️