Yeni ili necə keçirdirik? | Yeni ilə planlarımız nədir? | Münasibət

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 156

  • @nuranamammadzadeh
    @nuranamammadzadeh Год назад +76

    365 günün ilk günündən son gününə kimi öz üzərimdə çalışdım. Bu il disiplinli olmağı öyrəndim. Sərhədlərimi daha sağlam etməyi öyrəndim. Özümə döndüm. Çılpaq gözlə özümü görməyi öyrəndim. Təslimiyyəti öyrəndim. Tanrı sevgisini öyrəndim. Özümü dəyərləndirməyi öyrəndim. Özümü mərkəzə qoymağı öyrəndim. Vaz keçməyi öyrəndim ( bunu öyrənmək ən çətini idi). Hər birini 100% öyrəndim deməyəcəm çünki insanam ola bilər hər hansısa mövzuda boşluqlarım var hələ ki, amma digər illərə nisbətdə inkişaf etdirdim özümü. 2023 də öyrəndim. Dinlədim. Anladım. Bəzən gördüm bəzən görmək üçün efor sərf etdim. Ümumi produxtiv il oldu.

    • @renatmemmedli7854
      @renatmemmedli7854 Год назад +1

      Eynen

    • @plutarxbooa
      @plutarxbooa Год назад

      təbriklər )

    • @naileeliyeva6087
      @naileeliyeva6087 Год назад +2

      Bravooooo! Sizi ayaqda alqışlayıram 👏👏afərin. İnsan gərək həyatının ən azı bir dönəmində bunu etsin ki özünə dönsün. Afərin sizə. Çox sevindim sizin adınıza. Mənə məni xatırladınız. Təşəkkürlər. Vaz keçmək ən çətinidir düzdür onsuz ağaclardan da soruşsan payızda yarpaqlarında vaz keçmək ən çətini olduğunu deyərlər, amma bu çətinliyə qatlandıqda yazda yenidən daha sağlam və gözəl yarpaqları beçələməyə başlayar. Afərin. Uğur və xoşbəxtliklə qalın))

    • @sekinenuriyeva8929
      @sekinenuriyeva8929 Год назад

      Necə?

  • @qacereliyev4696
    @qacereliyev4696 Год назад +28

    Yeni İlə sizlə girmək🤌

  • @shafiga.abilova
    @shafiga.abilova Год назад +5

    Öncəliklə buraxılış üçün təşəkkür edirəm.2023-cü ilə gəldikdə isə bu il mənim üçün çox önəmli, dəyərli bir şeyi qazandım.İllərdir hazırlaşdığım hüquq fakültəsinə qəbul oldum.Bu mənim üçün sadəcə gözümdə böyütdüyüm və ya eyforiyaya qapıldığım bir şey olduğu üçün önəmli deyil,çünki mən,bəlkə də,həyatımda ilk dəfə həqiqətən zəhmət çəkdim,onun nəticəsini görməyin sevincini yaşadım,bəlkə də, həyatımda ilk dəfə sevincdən göz yaşı tökdüm.Paralel olaraq bunun gətirdiyi məsuliyyətlər var idi,belə ki mən artıq ailə evindən uzaqlaşmalı oldum,bununla da bütün məsuliyyət mənim üzərimdə idi,istər maddi,istərsə də mənəvi cəhətdən.Bu 2023-cü ilin bir hissəsi,mənə özəl olan qismi idi.Hesab edirəm ki, gələcəkdə özümlə qürur duyduğum,sevincdən göz yaxşı tökdüyüm zamanlar hələ çox olacaq....

  • @banumusali6683
    @banumusali6683 Год назад +17

    2023-de
    Hiking etdim.
    UI/UX kursunu bitirdim.
    Polsada magistra qebul oldum.
    Tekbasina olkeden kocdum.
    Imagine Dragons konsertine getdim ve s.

  • @asif4958
    @asif4958 Год назад +10

    Türkiyədə yaşayan biri kim hər gün Türkiyə türkcəsində və rusca podcast və bu tipli vidoları izləyirəm, dinləyirəm. Axır ki ana dilimdə bu cür keyfiyyətli bir səhifə tapdım. Mükəmməl. Sizi çox sevirəm.
    Bayramınız mübarək olsun.

  • @agilshiralizade4433
    @agilshiralizade4433 Год назад +9

    Uydaa 2023😍 nevelerime onu danisacamki, nenenizle o ilde ilk defe gorusduk, 2023 gelisini Parisde qeyd etdik, 2023 de nisanlandiq, ve zaks etdik. Danisacaq o qeder xos seyler varki🙏 sukurler olsun🙏

  • @annaa4764
    @annaa4764 Год назад +9

    təkəm və yeni ilə sizlə girirəm🩵 23:58, 31 dekabr, 2023

  • @ismayilmesimli3180
    @ismayilmesimli3180 Год назад +4

    2023 cü ildə yox deməyi öyrəndim , Nizami Orucovu tanidim ,onun vasitəsilə ilə "axmaq kimdir " buraxilisindan sonra söhbətgahı izləməyi basladim,sizin sayənizdə cox sey öyrəndim

  • @aynurahmedova8249
    @aynurahmedova8249 Год назад +5

    Yeni ilin ilk gunu sizi dinlemek cox xos oldu.Ugurlar...

  • @mik7335
    @mik7335 Год назад +8

    2023 mənim üçün çox uzun oldu, hələ son 6 ay ümumiyyətlə bir neçə il kimi hiss edirəm. Çünki bu il mən öz düşüncə tərzimi dəyişdim, həyatımın daha çox fərqində olmağa başladım, monoton həyatdan xilas olmağı bacardım, özümü dərketmə mərhələsi başladı, hər zaman pozitiv olmağa başladım, xeyli biznes seminarların da iştirak edib, həm sahibkarlar ilə, həm öz yaşıdlarım olan biznes qurmaq istəyən gənclərlə tanisdim, söhbətgahla tanış oldum və həmin vaxtdan sonra daha çox inkişaf etməyə başladım, burada eşitdiyim fikirləri dostlarımla müzakirə etməyə başladım və buda məni daha çox inkişaf etdirdi. Inşallah 2024-ci ildə artıq öz işimi qurmağı bacaracam. 2024-ci il hər birimiz üçün çox uğurlu il olacağına inanıram, amma içdən inanmaq önəmlidir. Hər kəsə uğurlar🫶

  • @talehmirzeyev2268
    @talehmirzeyev2268 Год назад +2

    Salamlar öncəliklə, 2023 cü il çox yaddaqalan bir il oldu. Çoxdan qarşıma qoyduğum məqsədlərimin bir hissəsinə nail oldum. Ən başda xaricdə magistr təhsilini almaq şansını qazandım. 5-ə yaxın yeni iş yerində çalışdım. İlin sonlarına yaxın 1 fərqli sektorda özümü sınadım. Ən əsası yaşadığım otağımı dəyişdim. İqlimimi dəyişdim, hal hazırda daha soyuq yerdə yaşayıram, ətrafımı dəyişdim,sizin poscastlari izləməyə başladım).. Bir çox şeyləri qurban verməyi bacardım. Təşəkkürlər Tanrıya və yorulmayan özümə. Ümid edirəm 2024 də daha fərqli təcrübələr qazanmaq şansım olacaq. Ugurlar hamıya ✌️🙏

  • @fuadaliyev4935
    @fuadaliyev4935 Год назад +6

    Yeni ildə ilk baxdığım video siz olduğunuza görə çox şadam. Yorulmayasız bəylər. Səsinizi hələ çox illər eşidək. Şəxsən mən sizə ailə üzvü kimi öyrəşmişəm. Möhtəşəmsiniz. 1 yanvar 2024 saat 01:36.

  • @rashadkarimov622
    @rashadkarimov622 Год назад +8

    Allah sizdən razı olsun💚💙 Mən təxminən 2 ilə yaxındır ki, bu kanala abunəyəm və FAYDALIQDAN başqa heç nə görməmişəm. Tarix, elm, fəlsəfə, həyat tərzi - hər dəfə, hər verilişlə yeni bir şey öyrənirəm... Sizə ürəkdən təşəkkür edir, bütün Azərbaycanlıların Həmrəylik Günü və Yeni iliniz mübarək olsun! Moskvadan sizi izləyırəm və salamlayıram❤

  • @pervinmemmedov9045
    @pervinmemmedov9045 Год назад +5

    2023 cü ildən nəvələrimə danışa biləcəyim şeylərdən biri həmişə xəyalını qurduğum Salyandan Masallı isti suya velosipedle 10 saata getmeyim olar çox əziyyətli olsada ömrüm boyu xəyalımda qalan tur idi.
    Sizi demək olar əvvəldən izləyirəm və hər buraxılışınıza baxmışam. Mənə çox şey qatmısız. Sizi artıq dostum yoldaşım kimi görürəm. Sizə uğurlar bəylər keyfiyyətiniz və pozitivliyiniz daim olsun. Var olasız 💚💙

  • @ashrafshikhaliyev957
    @ashrafshikhaliyev957 Год назад +5

    2023 -cü il Növbəti uğurlu və möhtəşəm il oldu. 4 yeni ölkə gördüm, çoxdan arzuladıqlarımnan Romada oldum yoldaşımla, partnyorumla Kəbədə olduq. Qızımın 1 yqşını qeyd edib dolu dolu oynadım zaman keçirtdim onunla. Şəkərdən imtina elədim, 10 kq lazımsız çəkidən qurtuldum.
    2023 möhtəşəmdir, 2024 daha da gözəl olacaq. İmamoğludan sitatla desəm - Hər şey çok güzəl olacaq.
    Həyatı yaşamağa dəyər💙Söhbətgaha isə dərin təşəkkürlər, you have very possitive impact to my life and from my point of view- everyone who watch and listen Sohbetgah channel live much more better💙💚

  • @rahiiDao
    @rahiiDao 28 дней назад +1

    31.12.2024 sənlə 2025ə girərkən birlikdə dinləyirik. xatirə kimi qalsın bu yorum,mənimlə bölüşdüyün üçün çox sağol,Türkan.ümid edirəm,növbəti il daha yaxşı halımızla təkrar burada görüşərik,uğurlar hər ikimizə.♡

    • @turkanabbasova5517
      @turkanabbasova5517 28 дней назад +1

      Sənlə hər şey bölüşmək gözəldir. Hələ inkişaf yolunda birlikdə irəliləmək daha da gözəldir. Hər şey gözəl olacaq💙

  • @gulyamammadova1718
    @gulyamammadova1718 Год назад +12

    1 yanvar gününü maarif günəşi Söhbətgahla keçirtmək çoox duyğulandırdı və huzur verdi.🤗💚🍀
    Dostlar var olun sevgilər və sayğılar.🤗

  • @Resul_Resul
    @Resul_Resul Год назад +1

    Təşəkkürlər söhbətgah 💚💙❤

  • @senubermustafayeva1457
    @senubermustafayeva1457 Год назад +2

    Uşaqlar,Yeni iliniz mübarək olsun. Uğurlar.

  • @elchinaliyev7267
    @elchinaliyev7267 Год назад +9

    Dəyərli insanlar, çəkdiyiniz potkastlar üçün hər ikinizə ayrı-ayrılıqda təşəkkürlər.. İnşəallah 2024də də maraqlı mövzularda çəkilişlərinizi gözləyirik..👍

  • @oktayrahimov
    @oktayrahimov Год назад +3

    Butun sohbetgah izleyicilerinin yeni ili ugurlu olsun) ✌️🎉

  • @mlkkrimova-uzmanpsixoloq8712
    @mlkkrimova-uzmanpsixoloq8712 Год назад +6

    Yeni ilə sizlə girməyə qərar verdim..O qədər maraqlı məqamlara toxunursunuz. Söhbətgah artıq mənim sevimli verilişim olub.Yaxşı ki varsınız..Səmimi, maraqlı və incə zarafatlarınızı dinləmək də çox xoşdur🤗🤗

  • @QumruRustamova-dd9sg
    @QumruRustamova-dd9sg Год назад +2

    Soruwsalar 2023 den ən cox minnetdar oldugun kesler kimlerdir o siyahimda ən önde olan keslerdensiz Tural bey ve Ali bey. MINNETDARAM ❤

  • @audiokitab5128
    @audiokitab5128 Год назад +2

    Siz podcast işində möhtəşəmsiz ay qardaş vəssəlam😊

  • @turkanabbasova5517
    @turkanabbasova5517 28 дней назад +2

    2024’ün son günündən gəlirəm. Podkast sayəsində addımlar atmağa başladım. Bu cooment 2025 sonundakı Türkana işıq olsun:)

  • @ia31846
    @ia31846 Год назад +4

    Uğurlar olsun, həmişə var olun. Sanki biz-bizəyik.
    Sizinlə çox rahat oluram ..❤

  • @veterinerbaytarhekim5370
    @veterinerbaytarhekim5370 Год назад +19

    1 il ərzində etdiyiniz yayınlar üçün çox sağ olun. 2024 də dahada produktiv olmağı arzu edirəm sizlərə. Həyat təcrübələrinizi bölüşməyiniz izləyicilər üçün çox gözəldir.
    Təcrübələrinizdən çıxardığınız nəticəyə əsasən hansı yaş aralığında nələri etmək lazımdır bölüşsəz sevinərəm
    Hər zaman bizimlə olun

  • @aynurguneshli4704
    @aynurguneshli4704 Год назад +1

    Mohtesem sohbet👍👍👍

  • @leylaaslanova1812
    @leylaaslanova1812 Год назад +5

    2023 sizi mənə tanıtdı🤍 2024 sizinlə girmək ən böyük hədiyyədir. Məni dəyişdiyiniz üçün çox minnətdaram. Sayənizdə Feniks kimi küllərdən yenidən həyata gəldim💚💙 Yaxşı ki Söhbətgah, yaxşı ki Siz🫶🏻

  • @Aga_Alizada
    @Aga_Alizada Год назад +2

    2023 cü ilin ilk günlərindən mənim Produktivliyimə əsas təsir edən,mənə stimul olan Söhbətgah podcast oldu,Təşəkkür edirəm sizlərə Tural və Əli bəy. 💚💙

  • @HuseynGulbalayev
    @HuseynGulbalayev Год назад +4

    Uraa gözlənilən münasibət.
    Axır ki, münasibət gəlidi.

  • @AynurəZöhrab
    @AynurəZöhrab Год назад +2

    Ayallaaaa💙💚 Qəribə hisslər keçirdim bildirişi görəndə. Bayramınız mübarək

  • @aytekinmuradli1473
    @aytekinmuradli1473 Год назад +6

    Tural bey, psixoterapevtiniz kimdir? Ne qədər muddetdir terapiya keçirsiniz? Ciddi dəyişiklikləri, qerarlarinizi texmini neçənci görüşdən sonra etmisiniz? Mən də faydalanmaq istəyirəm bu xidmətdən 💚💙💜
    Təşəkkürlər 🌷

  • @kamranshabanov4462
    @kamranshabanov4462 Год назад +2

    Düşünün ki,Moskavada çöldə -15 dərəcə soyuq.Evin ətradında gəzintiyə çıxdım.Didim saat 12yə evi dönüb,pəncərədən baxıb,yeni il üçün xəyallar quracam.İlk dəfə yeni ili tam fərgli olaraq tək keçirmək qərarına gəlmişəm.Bu rəyi bitirdikdən sonra play düyməsinə basaraq videonu izləməyə başlıyacam.Ama ondan öncə Tural bəy və Əli bəy,sizə çox böyük təşəkkütlərimi bildirirəm❤️Və hər bir həmyerlimi həmrəliy günü,və yeni il münasibəti ilə təbrim edirəm❤️Çox çox xoşbəxt olun.Planlarızı ərtələməyin.Planlaşdırmadığız gözəl hissləri bol bol yaşıyın.Хеппи Нью Ер!)))

  • @rovlanioo
    @rovlanioo Год назад +1

    Yeni ildə sizlərə bol bol ugur arzu edirəm.Siz bir dəyərsiniz Əli vəTural bəy.Siz bu cəmiyyəti aydınlığa cıxara biləcək insanlardansınız.O gün olsun 1.000.000 abunəciyə catasınız.🤝🙌

  • @jamilababayeva1984
    @jamilababayeva1984 Год назад +1

    təşəkkür edirəm belə maraqlı podcastlar və müzakirələr üçün.

  • @agshinhashimli0111
    @agshinhashimli0111 Год назад +3

    Möhtəşəmsiz bəylər..Əziyyəti keçən hərkəsə minnətdarlığımı bildirirəm..Axarlı olsun Söhbətgahımız İnşallah😊😊

  • @aydin.hasanov
    @aydin.hasanov Год назад +2

    2024de Ugurlar arzu edirem size ✌️ Maraqli movzular barede maraqli qonaqlar gozleyirik sizden 🤓

  • @gunaynifteliyeva
    @gunaynifteliyeva Год назад +1

    Just perfect 💜👌🏼

  • @ВахидГаджиев-х8м
    @ВахидГаджиев-х8м Год назад +2

    Salam eleykim. Sizinle 2024 birinci gununu sizin podcastla kecirdiyime cox sevinirem. Allah komeyiniz olsun❤❤❤ Yeni ilde her kese Ugurlar ❤❤❤

  • @niyameddinmemmedov4801
    @niyameddinmemmedov4801 Год назад +2

    Salam, təşəkkür edirəm, uğurlar , həmişəki kimi əla

  • @tekkkiiinn
    @tekkkiiinn Год назад +2

    Sağolun, Əmilər❤

  • @narminanasibli698
    @narminanasibli698 Год назад +2

    2023-cu ilde sizden chox sheyler oyrendim. Size derin teshekkurumu bildirirem! Var olun, sagolun ki, bu xalgi deyerli bilib fikirlerinizi bolushursuz. 🩵💚

  • @aysushavaqatova
    @aysushavaqatova Год назад +1

    Bu il fərqinə vardım,çox insan oyaq ikən yatır elə. Həyatlarındakı çox nüansların fərqində deyillər.
    2023-ün sonlarına yaxın ömrümdə ilk dəfə "Bu il nələr etdin(qazandın-itirdin?)?" sualını aldım 😌

  • @lallsgrova4047
    @lallsgrova4047 Год назад +1

    Yeni iliniz mübarək 😍 və məndə sizi 2023cü ildə tanidim,yaxşı ki də tanidim😊

  • @faridmammadzada7755
    @faridmammadzada7755 Год назад +1

    Bu il Söhbetgahi kesf etdim ve bu maraqli proyekte seve seve izlemeye bashladim. 😊

  • @ilqarbayramov42
    @ilqarbayramov42 Год назад

    2023 cü ildə sizin Söhbətgahla tanış oldum həyatımda hər anlamda yaxşı yönə dəyişikliklər hiss etdim.var olunki məndə o “çık” ları yaratdız) uğurlar

  • @turanbalayev3776
    @turanbalayev3776 Год назад +2

    Yeni ilin ilk günündə dinləyirəm. Çox xoş oldu gəzərkən sizə qulaq asmaq ❤

  • @aydanazizova2438
    @aydanazizova2438 Год назад +3

    Daha bir il Sizi dinləmək şansı çox möhtəşəmdir,bəylər

  • @ali.adilzade
    @ali.adilzade Год назад

    2023'də ad günüm təkcə yaşımı artırmadı. Həqiqətən böyüdüyüm inkişaf etyimi anladım. Elmin dəyrəni bilmək, onu araşdırmaq, onu öyrənmək baxış bucağımda inanılmaz səviyyədə dəyişdirdi və bu bucaqdan hər şey daha aydın görünməyə başladı. Əsas da özümü dərk etib, həyatdakı misyamı tapdım. 2023ü həyatımın dirçəliş dövrü kimi qiymətləndirə bilərəm. 2023 mənim üçün gələcəkdəki bütün illərin necə olacağın barədə zəmini formalaşdırdı. Mariflənməyimdə sözüs haqqı olan Söhbətgaha da sevgilər və hörmətlər ♡

  • @jamalvalizadeh3453
    @jamalvalizadeh3453 Год назад +1

    Salam, Hörmətli Söhbətgah komandası.
    Bu buraxılışa artıq 2-ci dəfədir qulaq asıram. Danışdıqlarınız, qeydləriniz, fikirləriniz, bir sözlə insan həyatına gözəl toxunuşlar edirsiniz. Bu günə kimi bizlərə qatdığınız dəyərlərə görə, həyatda necə düzgün yolnan getməli olduğumuzu, gözəl fikirlərivizi bizimlə paylaşdığınız üçün Sizlərə təşəkkür edirəm. Bundan sonrakı illərdə, komandanın və lahiyənin böyüməsini, daha çox gözəl münasibətlər, gözəl insanlarla rastlaşmaq kimi gözlər anılar arzulayıram Sizlərə. Yaxşıki varsınız və hər zaman var olun💙

  • @sunaysalman1484
    @sunaysalman1484 Год назад

    Halaldı sizə.əhsən belə insanıarı həquqətən marifləndirirsiz.

  • @GunelDidarova
    @GunelDidarova Год назад

    Mükəmməl bir podcast 🤝

  • @melodyofyourheart7009
    @melodyofyourheart7009 Год назад +2

    Sohbətgah mənim həyatimda böyük bir dəyişiklik etdi.Səhər iş, axşam ev, xorək, ev işləri, uşaqlarnan həyatım monoton sürürdü.Sizin podkastlardan sonra kitab oxumaga başladım, kitab oxumağı çox sevdiyimin fərqinə vardım, ikinci təhsil almağa hazırlaşıram.Bunları yazmaqnan sizin dinləyicilərin həyatına necə təsir etməyinizi göstərmək istədim, əgər yazdiqlarım sizi birazda olsa motive etdisə, nə xoş mənə.Sizə və ailələrinizə can sağlıği arzu edirəm, çox sağolun❤

  • @NicatEmirov-e2q
    @NicatEmirov-e2q Год назад

    Ne yaxşı varsınız qulaq söhbətgahlarim

  • @nicatkerimli5443
    @nicatkerimli5443 Год назад +1

    Bayramınız mübarək💚💙

  • @khanishmammadov
    @khanishmammadov Год назад +8

    Tural bəy, ölkə reallıqlarını hamıdan yaxşı siz bilərsiz, soruşduğunuz insanlar "iş"i ona görə deyir ki, bir tikə çörək qazanıb, ailəsini heç kimə möhtac etmək istəmirlər.Ona görə ölkədəki tipik ailə başçılarının əsas amalı "iş" olub. Belə insanları qınamaq lazım deyil. Uğurlar işlərinizdə!

  • @AlimQasim7
    @AlimQasim7 Год назад +2

    InsAllah 2024 bolumlerinizin, izleyicilerinizin sayi cox olsun.

  • @Gunmirzaeva
    @Gunmirzaeva Год назад +1

    Мальчики Вы Супер!!! Tualet meselesi lap gozel oldu!!! 😜

  • @helmet.48
    @helmet.48 Год назад +2

    35:38 😂😂😂😂 Əli öldüm gülməkdən

  • @alizaminrasulov4734
    @alizaminrasulov4734 Год назад +1

    Alixəyyamın geymindəki iki əsərin möhtəşəmliyi❤

  • @orkhanosmanow697
    @orkhanosmanow697 Год назад +1

    Hər vaxtınız xeyir olsun

  • @HulyaShamilova
    @HulyaShamilova Год назад +2

    Yeni ilin ilk dəqiqələrində Söhbətgahla daxil olmaq... yaxşıkı siz
    Mən əyər 2023 ü nəvələrimə danışsa idim deyərdim ki çətinliklə başladı hətta üzüntü, qəzəb, ailə problemləri nə desən var idi amma günlər keçdikcə düzəlməyə, yoluna girməyə başladı sonra öz ixtisasım üzrə klinikada praktikaya başladım bu həm özgüvınimi artırdı həm ailəvi münasibətləri yaxşılaşdırdı. Artıq hiss edirəm ki ailəm mənə daha çox güvənir, anlayır. Yeni insanlarla Yeni kollektivlərlə tanış oldum bəlkə sevgilim olmadı ama yaxşı dostluqlar qazandım. Pis şeylər də evimizdə bir cənazə çıxdı həmdə çox uzaq olan birisi idi amma qisməti belə imiş. İtirmək qorxusunu ilk dəfə bu il bunqədır hiss etdim bəlkə də. Təhsilim də sonuncu ilimdi artıq 2024 də iş həyatı məni gözləyir ümid edirəm hər kəs üçün xeyirlisi necə isə elə olar.
    Uzun oldu ama olsun ən azından danışacaq bir şeyimiz var🫶🏻🙂

  • @elnareislam433
    @elnareislam433 Год назад

    Qısa məsafələrdə sən yaxşı ola bilərsən amma uzaq məsafələri mən daha gözəl gedəcəm👏👏👏👏👏👏bravo

  • @AlimQasim7
    @AlimQasim7 Год назад +2

    2023- un en yadda qalan hadisesi, menim ucun Qarabaq in tam azad olunmasi oldu. Eslinde cox boyuk bir hadise idi, sadece sosial problemlerin cox olmasi, tam bu uquru yasamaqa imkan vermedi.

  • @sevincemirova4014
    @sevincemirova4014 Год назад

    Videonu yarida saxladim movzu,hedefler,planlar barede hecne yoxdu. Tarix ve tenqidlerden ibaret video.

  • @kmalhsnova5362
    @kmalhsnova5362 Год назад +1

    2024-cü ildə baxdığım ilk video.Neçə daha gözəl illərə🎉

  • @AyselMikayilova-i3z
    @AyselMikayilova-i3z Год назад +1

    Herfi cemiyyet olmagimiz tehsil sisteminden ireli gelir,mence.Tural bey,biz standart dušunmeye oyreşirik,araşdirmaçi ve analitik duşunme qabilliyeti formalaşmir.mehz buna gore de biz standart heyatlar gormek isteyirik .ferqli yaşayanlara,ferqli düşunenlere qiciq oluruq.onlarin şexsi heyatina qarişiriq.buna göre de sizin gördüyünüz bu işler çox lazimlidi.çox sag olun.yeni ilde yeni ugurlar Size .

  • @fatihylmaz9224
    @fatihylmaz9224 Год назад

    Türkiye’den Azerbaycan’a selamlar yeni yılda bol bol bilim videoları yapalım arkadaşlar bu kanalı çok sevdim yeni yılda daha güzel videolara...

  • @sanan.h13
    @sanan.h13 Год назад +1

    Təşəkkür

  • @Fərman.Vəliyev
    @Fərman.Vəliyev Год назад +1

    amma söhbətgah kimisi olmadı ,,
    daim hərəkətdə 👍🏻
    təbriklər və minnətdarıq 🤍

  • @okhan9213
    @okhan9213 11 месяцев назад

    2023...ümumiyyətlə son 3 il ərzində danışa biləcəyim o qədər hadisə varki, müharibə, ailə həyatı qurmaq, 3 iş dəyişmək, 3 ölkədə yaşamaq daha nələr) Amma məhz 2023 cü ildə əzmlə və səbrlə bu illər ərzində yola çıxdığım məqsədimin ardınca getdim, yenidən bir müddətlik dibi vuraraq öz peşəm üzrə dünyanın nəhəng təyyarə istehsalçılarından biri olan Boeing şirkətində işə başladım :-) Yaşamaq və işləmək üçün Polşaya köçdüm, uzun illər öncə səyahət etmək istədiyim şəhərlərə səyahətlər etdim. Onu anladım ki, heç bir kəsin dediyinə görə, qiymətləndirməsinə görə öz yolundan dönməyə gərək yoxdur. Yalnız və yalnız məqsədə doğru irəliləmək lazımdır. Uğurlar hər kəsə 2024 cü ildə ❤

  • @azerqulubeyli
    @azerqulubeyli Год назад

    Sohbetgahin seyahet vlogunu izlemek maragli olardi😊

  • @gulsnnhmtova7105
    @gulsnnhmtova7105 Год назад +1

    Çox mütləqdir ki, sözün əsl mənasında tərbiyə mövzusunda verlişlər hazlrlayasınız silsilə olaraq.Ailədə oğul qlz tərbiyəsində yol verilən böyük yanlışlar cari dövrüdə gender problemi yaşamağa səbəbdir

  • @etiramyusifov9834
    @etiramyusifov9834 Год назад +1

    2023 cü ildə həyatımdakı bütün planları 2024 cü ildə qazanacağım təcrübələrlə reallaşdıra biləcəyimi anladım .2023 cü ildə qazandığım təcrübələr plansız olduğundan xüsusi bir il kimi yadda qalmadı amma sadə bir il olduğunu düşünürəmsə yeni ilə daha gözləntili olmaq kimi fərqlilik yaşadığımı düşünürəm.2023 fonda işləyən tətbiq kimi yaşantımda vacib yer aldığını düşünürəm .Və gələcəyimlə bağlı həyat formamı daha çox düşündüyüm bir il kimi xatırlaya bilərəm .Nəvəmə və özümə bu ildən xatirə danışacağ dərəcədə sadə yaşantım olmamasını arzulayıram :)

  • @cobu70
    @cobu70 Год назад +1

    1:11:31 👍

  • @aynurguneshli4704
    @aynurguneshli4704 Год назад +2

    "Izleyicilerin suallarina cavab"adli canlı yayim etseniz gozel olardi, RUclips da,ya da Instagramda👏👏👏👏✅

  • @seadetaliyeva9326
    @seadetaliyeva9326 Год назад +3

    "Sevgi ne vaxtdan cinayətdir" 👏👏👏

  • @turkanabbasova5517
    @turkanabbasova5517 Год назад +1

    Sizi canlı izləyib daha çox xoşbəxt olarıq:)

  • @Uzeyirsoy
    @Uzeyirsoy Год назад

    Qardaş Turalın danışığı şəxsən mənə ləzzət eliyirdaaa, sırf biz Azərbaycanlıların başa düşəcəyi tərzdə danışır.

  • @eynurnuruyev
    @eynurnuruyev Год назад

    2023 iş ev iş ümumi 5-6 günlük isdrahət ( kabab yemək) yutub ksnalı açıb pulqazanmağı öyrənmək və məncə ən böyük inkşaf sizi tanımaqım oldu həyatımda ilk dəfə kitab aldım oxudum . Bu il məksədim disipilini öyrənməkdi

  • @Fərman.Vəliyev
    @Fərman.Vəliyev Год назад +1

    keçmiş yaxşı günlərimizi daha yaxşı olmasını istədiyimiz üçün yadda saxlama ehtiyacımız azalır , ən azınnan ümumi və əksər insan düşüncəsi ilə bu cür görünür .

  • @fidanliyeva4301
    @fidanliyeva4301 Год назад +1

    Gəldilər❤

  • @gulshanyadigarova9913
    @gulshanyadigarova9913 Год назад +3

    Tural bey,dunyada bu qeder gezilesi yerler oldugu halda niye her il Las Vegasa getmek lazimdir?🤔

  • @gulsnnhmtova7105
    @gulsnnhmtova7105 Год назад

    Yaxşısını siz bilərsiniz.
    Mənə görə artıq böyüklərin sonrakı nəsillərə təcrübə baxımdan danışası nə isə yoxdur. İnnavstiv bir dövrdə yaşayırıq, yenilikləri isə ilk yeni nəsil öyrənir.
    Bizim ötürəcəyimiz mənəviyyat, xarakter və milli dəyərlər olmalıdır , bu da ki, şəxsi nümunədə ötürülür, aşılanır, sözdə deyil

  • @fatimehacyeva893
    @fatimehacyeva893 Год назад

    19:40 da “Platforma” filmi yadıma düşdü)

  • @efotbool002
    @efotbool002 Год назад +3

    Men de geldime geldim

  • @fsannamazova4106
    @fsannamazova4106 Год назад

    Salam.Bir dəfə də “Resilience”-ruhi,duyğusal dayanıqlılıq haqqında danışardınız🧡🙏

  • @meherremsuleymanzade
    @meherremsuleymanzade Год назад +1

    Yeni ilə sizinlə girməy çox xoşdu🥳🤎

  • @MrGuluzade
    @MrGuluzade Год назад +2

    Bayram məsələsi mənimdə yaralı yerimdi. Bu qədər bayram istirahətləri həddindən artıq çoxdu. Birdə bazar günə düşən bayramı niyə iş günü əvəzinə salırlar onu heç başadüşmürəm. Yəni var hansı ölkənin praktikasında?

  • @xtaibabayeva5472
    @xtaibabayeva5472 Год назад +2

    Yeni ilə yalnız ,sakit şəkildə @söhbətgah ilə girdiyim üçün fəxr edirəm💚💙

  • @hasanovnatig
    @hasanovnatig Год назад

    Teşekkürler

  • @rufatmammadov5112
    @rufatmammadov5112 Год назад +1

    ❤1️⃣8️⃣7️⃣👍.. Supersiniz Dostlar 🤝

  • @Afaaam
    @Afaaam Год назад +1

    İndiyə qədər qeyd etdiyim en pis yeni il idi. Səbəb isə toksik insanlarnan bir yerdə olmaq daha doğrusu onun çevremde olmağına izin vermeyim oldu. Buda 2024 ün ilk dəqiqələrindən öyrəndiyim dərs oldu. Çox pis əhvalla qarşılaşsamda , 2024 ü mən gözəl xatirələrnən yadda qalmağın diləyrm. Hər şeyə rəğmən….

  • @sabuhihuseynov3073
    @sabuhihuseynov3073 Год назад +1

    👍👍👍

  • @CorbinVincent
    @CorbinVincent Год назад +2

    Batumide 1 il yashamisham, introvert bir insan ucun yashanilasi en ideal yerlerden biridi demek olar.

  • @Fərman.Vəliyev
    @Fərman.Vəliyev Год назад +1

    oy oy oyy Əlinin yeni nələrsə etmə istəyinnən ilhamlanıb , birgə duetiviz partlayış olar .
    necə bir fərqlilik ola biləcəyi, təsəvvürləri aşır

  • @SayilovAllahverdi
    @SayilovAllahverdi Год назад +2

  • @alimhasanov-hk7yx
    @alimhasanov-hk7yx Год назад

    cox sag olun yaxsi alinib

  • @SayilovAllahverdi
    @SayilovAllahverdi Год назад +5

    Numerologiya ilə bağlı geniş podkast gəlsə əla olardı💚💙