Это видео недоступно.
Сожалеем об этом.

Məmmədbağır Bağırzadə - Bakı Gözəli

Поделиться
HTML-код
  • Опубликовано: 19 май 2021
  • Məmmədbağır Bağırzadə kanalına abunə olmaq üçün bu linkə daxil olun:wedia.link/MemmedbagirBagirzade
    Söz : Əliağa Vahid
    Mus : Məmmədbağır Bağırzadə
    Arxiv : İmaməli Dadaşov
    Kanalda bütün müəllif hüquqları qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" _ sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!
    #MemmedbagirBagirzade #BakiGozeli #MemmedbagirBakiGozeli

Комментарии • 51

  • @MemmedbagirBagirzade
    @MemmedbagirBagirzade  3 года назад +19

    Məmmədbağır Bağırzadə kanalına abunə olmaq üçün bu linkə daxil olun:wedia.link/MemmedbagirBagirzade

  • @maisa.5892
    @maisa.5892 2 года назад +9

    Allah rəhmət eyləsin sizi ustad sənətkar, məzarın nurla dolsun, amin! Nə qədər ruhu oxşar, məlahətli gözəl səsdir!

  • @aidakerimova2754
    @aidakerimova2754 3 года назад +22

    Allah Agadadas Agayeve şefa versin. Baloglan Esrefova,Arif Quliyeve,Memmedbagir bagirzadeye qeni qeni rehmet elesin😔Heyif boyuk Senetkarlardan. Qedir Memmedov,Əjdər, valeh ve diger Senetkarlara Allah can sagligi versin

  • @user-zi8jp4zd5h
    @user-zi8jp4zd5h 4 месяца назад +4

    Ruhunuz şad olsun böyük, unudulmaz sənətkar.

  • @user-ws7ju9hu3e
    @user-ws7ju9hu3e 2 года назад +5

    Аллах.сани рахмат эласин

  • @mahiremelikova3311
    @mahiremelikova3311 Год назад +5

    Can bakılı balası. Sənət qoydun getdin. Əzizlərdən əzizlərin! Məkanın cənnət olsun

  • @ramilalizade5366
    @ramilalizade5366 3 года назад +7

    Baki gozellerisene qurban olsun.,evez olunmayacaq Memmedbagir muellim.Allah sene rehmet elesin .Amin.

  • @maisekazimova2539
    @maisekazimova2539 3 года назад +6

    SƏN GƏZƏN YERLƏRƏ ÖZGƏ HAL OLAR, GÜLLƏR AYAĞINA HAYİMAL OLAR. BİR KƏLMƏ DANIŞSAN, TUTİ LAL OLAR, GÜLDÜRƏR QÖNÇƏNİ DODAĞIN SƏNİN, ,, EY BAKI GÖZƏLİ '' 🏙️

  • @zamirquliyev9479
    @zamirquliyev9479 2 года назад +4

    Allah rəhmət eləsin böyük sənətkara heyif o günlərden

  • @tariyelyolciyev2192
    @tariyelyolciyev2192 Год назад +3

    Təkrarolunmaz sənətkar, Allah sənə rəhmət eləsin. Səndən bir daha olmayacaq.

  • @maisekazimova2539
    @maisekazimova2539 3 года назад +14

    MƏMMƏDBAĞIR BAĞIRZADƏ nəğmələri öz dolğunluğu, möhtəşəmliyi ilə daima diqqət çəkibdi. Misra- misra, sətir- sətir düzdürülüb, özünəməxsus sirinliklə, al- əlvan çalarlarla, naxışlarla bəzənilib , minlərlə izləyici ünvanına böyük sevgilərlə ərmağan edilibdi. Bu bənzərsiz, gul qoxulu, çiçək ətirli nəğmələr ömrümüzə nur işıq, konlumüzə fərahlıq gətiribdi hər zaman. İndicə səslənən nəğmə çələngi ilk dəfə dinlədiyim, ən xoş duyğulara qanad verən məğrur Bakımızın nazənin gözəlliyinin xoş təranəsidir. Bir də bu tədbirdə iştirak edən dəyərli insanlar gordük. Bu gün əziz cümə axşamidır, dünyasını dəyişən müqəddəslərə rəhmət, qalanlarina da can sağlığı dilyirik ! MƏMMƏDBAĞIR BAĞIRZADƏ ƏBƏDİ ZİRVƏLƏRİMİZ, YENİLMƏZ VÜQARIMIZDIR !..

  • @imamelidadasov2713
    @imamelidadasov2713 3 года назад +19

    Hər tədbirə,verlişə dəvət ediləndə yeni mahnısı ilə gələrdi tamaşaçıların görüşünə.,,Yeni İl,, şənliklərində həsrətlə Məmmədbağır Bağırzadənin çıxışnı gözlərdik. Bilirdik ki,yeni mahnısı ilə gələcək görüşümüzə.
    Əvəzolunmaz insan yoxdur deyirlər,demək ki,yalanmış.
    Məmmədbağır Bağırzadəni əvəz edən insan yoxdur ,olmayıb ,olmayacaq.
    Ruhun şad olsun,qəbrin nurla dolsun qardaş.

  • @semaagazade9599
    @semaagazade9599 3 года назад +5

    Belə bir istedad hər kəsə nəsib olmur.
    İnsan yalnız mal- mülkdən dövlətli olmur.
    Bu insan ağlından, Allahın ona bəxş etdiyi istedaddan dövlətli idi. Deyərdim ki, lap istedadın milyonçusu idi.O, bu dünyadan hər kəsin rəğbətini qazanıb xoşbəxt getdi.
    Allah rəhmət etsin!
    Allah o dünyasını versin. Aminnnnnn

  • @tariyelshirinli
    @tariyelshirinli 2 года назад +4

    ALLAH RƏHMƏT ELƏSİN SƏNƏTKARA.AMİN.

  • @mirzelieliyev8576
    @mirzelieliyev8576 3 года назад +21

    Toylarimizin bayramlarimizin yarawigi MEMMEDBAGIR!!! Azerbaycan musiqisine Wah kimi gelib ele wah kimide geden senetkarimiz. Allah sene rehmet elesin

  • @ilahhmdova1131
    @ilahhmdova1131 3 года назад +6

    Heyif Məmmədbağır müəllim , Arif müəllim , Baloğlan müəllim allah rəhmət eləsin sizə

  • @zullfiyebaki3684
    @zullfiyebaki3684 3 года назад +15

    Baki gozelleri qurban olaydı kaw sene can

  • @maisekazimova2539
    @maisekazimova2539 3 года назад +10

    MƏMMƏDBAĞIR BAĞIRZADƏ mükəmməl, alicənab, səmimiyyət dolu sənət fədaisidir. Öz sənət həmkarları arasında necə xoşbəxt görünür... Daima xoş təbəssümü, sadə, səmimi, işiqlı, nurlu , möhtəşəm MƏMMƏDBAĞIR BAĞIRZADƏ !.. 🌹🌷🌹🌷🌹🌷🌹

  • @zimmehdiyev2230
    @zimmehdiyev2230 2 месяца назад +2

    Allah rəhmət eləsin böyuk sənətkardır

  • @natiqferecov2156
    @natiqferecov2156 3 года назад +16

    Musiqisi sehne medeniyyeti ile hemişe qelbimizde yaşayan dahi senetkar dostumMemmedbagır Bagırzadeye uca tanrıdan rehmet dileyirem

  • @samxalhaciagazade5340
    @samxalhaciagazade5340 3 года назад +17

    Bəh bəh sağolun paylaşıma görə. Allah Məmmədbağır müəllimə rəhmət eləsin. 🙏🙏🥀 Elə bir sənət qoyub gedib ki, rəhmətlik 100 illər keçsə belə bu mahnıllar yaddan çıxmayacaq. Nədəki bu ifalar. Sadələr sadəsiyəm sadə sanır sadə məni. Sadəlik sadə edib sadədən də sadə məni. Sadəlikmiş sadəlik sadəliyi sadəliyin. Sadə Məmmədbağıram el tanıyır sadə məni..!

  • @tabriz57
    @tabriz57 3 года назад +7

    Allah gözəl sənətkar dostumuza rəhmət etsin.O böyük istedad sahibi idi. Həm muğamları, qəzəlləri, mahnıları dəqiqliklə ifa edirdi, həm də hansı məclis olursa olsun,insanları heyran qoymağı bacarırdı. Özünün bəstələdiyi mahnılar isə el şənliklərində sevilərək ifa olunan və dinlənən musiqilər idi. Bunlarla yanaşı o həm də gözəl bir insan, böyüyə, kiçiyə dəyər verən bir dost idi.

  • @bedirxanbedelov8532
    @bedirxanbedelov8532 Год назад +2

    Allah rəhmət eləsin.əvəz olunmaz sadə insan.səhnələrin şahı

  • @suleymanilyasov5702
    @suleymanilyasov5702 3 года назад +13

    Allah rəhmət eləsin . Yeri Cənnət - Behişt olsun . Bal səsindən , şirin avazından doymaq olmur . Sən bir ömürdə yüzlərlə ömür yaşadın . Hələ də yaşayırsan və yaşayacaqsan .

  • @elikitagizade1222
    @elikitagizade1222 3 года назад +11

    Nömre bir olan Brend senetkar Allah size rehmet elesin.
    Ureklerde daimi yaşayacaqsınız ...

  • @elenetavadze165
    @elenetavadze165 2 года назад +3

    bravoooooooooooo supersiz menilm baloglanda sizdan nor hrdadi iqimizda chox gezal senetqarsizi ezimda gezaldi remedy elasun sidzi iqimizde

  • @jewjjsjeusbsbhshshshsh5861
    @jewjjsjeusbsbhshshshsh5861 3 года назад +8

    😢😢 Senin sesinin senetinin vurgunuyam..😔😔❤❤👍👍👌👌👏👏👏👏👏gozel wexsiyyet gozel evezolunmaz Senetkar ruhun wad olsun. Mekanln cennet olsun ..

  • @tunarnamazov8766
    @tunarnamazov8766 2 года назад +2

    Hamıdanseçılən gözəl insan.Allah sənə bütün gözəllikləri bəxş eləmişdi.Bəlkə də buna görə torpaq səni tez çəkdi özünə.heyf çox heyf.biz səni çoooox sevirik.

  • @perixanummayilova545
    @perixanummayilova545 3 года назад +8

    Allah rəhmət eləsin deyirəm !! Nə qədər xoş təsir bağışladı mənə ,dünyasını dəyişənləre rəhmət ,yaşayanlara can sağlığı diləyirəm !! Hələ onların geyimləri mədəniyyətini demirəm !!

  • @user-wc6pb8hs2z
    @user-wc6pb8hs2z 3 года назад +8

    Ay can ay can, allah rəhmət eləsin səni bakılı balası.Səndən olmuyub və olmayacaq. Səsdə bir məlahətə, şirinliyə bax.Mən hələ belə şirinlikdə oxuyan görməmişəm vallahi deyirəm.

  • @elikitagizade1222
    @elikitagizade1222 3 года назад +8

    Şah senetkar Allah size qeni qeni rehmet elesin.
    Mekanın cennet olsun qardaşım...

  • @cnaqcnaq8945
    @cnaqcnaq8945 3 года назад +10

    Sevə-sevə izləyirəm. 24 saat,yəni sutqa ilə dinləyərəm,doymaram.Əbədiyaşar Məmmədbağır kaş aramızda olaydın.

  • @vilaytmmmdov57_rsmi32
    @vilaytmmmdov57_rsmi32 2 года назад +3

    Və Bu Mahnıları Deyirəm 3 Mahnıyı Bunun Bütün Mahnıları Var Amma 3 Yoxdur Bu Mahnılar Mənə Lazımdı Allah Rəhmət Eylesin Mekanı Cennet olsun Amin Ya Rəbbim 😭🥀🤲🕋🤲🎤🎼🎶🎵👑

  • @maisekazimova2539
    @maisekazimova2539 3 года назад +7

    MƏMMƏDBAĞIR müəllimin qol götürüb şahanə rəqs etməsini izləməkdən doymuruq. Necə dəyərli sənətkarlar görürük bu şənlikdə _ Baloğlan Əşrəfov, Arif Quliyev kimi qiymətli insanlar... Fikrimcə xalq bu insanları itirməyib, əksinə bir daha yenidən qazanıbdı, onlar sönməz günəşə döndülər ,qəlblərdə əbədilik yuva qurdular, silinməz , xoş xatirələrə çevrildilər_ onları unutmaq əsla mümkünsüzdür ! .. Xalqın sevimlisi Ağadadaş Ağayevevi görürük bu şənlikdə, çox- çox şəfalar diləyirik , xalqımız səbirsizliklə yolunu gözləyir hər zaman...

  • @narminaabbasova1021
    @narminaabbasova1021 3 года назад +7

    1982 ci ildə Gəncədə konsert verirdi.İynə atsan yerə duşməzdi.Cox təntənəli kecdi.O illər yadıma duşur.Heyf o illərdən.Onda 20 yaşım var idi.İndi 59.Allah rəhmət eləsin gözəl mugənni Məmmədbagır Bagırzadəyə.

  • @kamilrefiyev4714
    @kamilrefiyev4714 3 года назад +4

    Məndə bu gözəl sənatkarın uşaqlıqda vurğunyam mənimçün Azərbayca musiqisi onla getdi mən bu verlişləri izləmişəm həmişə bayramlarda onun oxmağını gözləyirdim bilirdiki bir yeni mahnilə gələcək mən Məmmədbağır Bağırzədəni hər zaman izləyirəm mənimçün o insan yaşayır o rəhmətə gedəndə çox pis olmuşdum hələdə o üzüntünü😥😥 yaşayıram bir doğması kimi Allahım böyük sənətkarın yerini behşt eləsin inşAllah Allahdan Ailəsinə səbir diləyirəm çox çətindi dözməy yenədə çox şükür Allahın qoyduğu qərara o birdənə idi

  • @jadelofepre9366
    @jadelofepre9366 3 года назад +4

    rehmetlikler((((

  • @nergizesgerova5994
    @nergizesgerova5994 3 года назад +3

    Tək gəldi ,tək getdi böyük sənətkar..

  • @user-kw9ch6sw5d
    @user-kw9ch6sw5d 3 года назад +7

    Красивая песня, 5 +отличное настроение просто супер.

  • @alikgcx880
    @alikgcx880 3 года назад +3

    Аллах рехмет елесин

  • @nihadagazade2856
    @nihadagazade2856 3 года назад +6

    🌹🌷🌹🌷🌹🌷🎼🎼🌹🌷🌷🌹🌹🎼

  • @almazmustafayeva663
    @almazmustafayeva663 3 года назад +5

    🌹

  • @turalibrahimli2407
    @turalibrahimli2407 3 года назад +6

    Qəlbləri fəth edən sənətçilərimiz, Aramızda çoxlarınız yoxdur,səhnə mədəniyyət sizlərlə getdi.

  • @nihadagazade2856
    @nihadagazade2856 2 года назад +2

    🌹🌹🌹🌹🌹👍👍👍🌹🌹🌹🌹🌹

  • @metinkapanci3711
    @metinkapanci3711 3 года назад +6

    Bu səsin əsiri olmaq nə yaxşı... ALLAH rəhmət eləsin.

  • @babayevelxan1960
    @babayevelxan1960 3 года назад +12

    Kimləri itirdik biz? İllər keçdikcə anlayırıq.

  • @gulbeniztagiyeva3748
    @gulbeniztagiyeva3748 3 года назад +4

    Salam necesiz men boyuk usdadin fanatyam ne olar bu mahni nece yuklaye bilren mene gonde bilesiz

  • @zeravendquliyev4497
    @zeravendquliyev4497 3 года назад +3

    Səni zaman birdə çətinki yetirər.

  • @user-ly4ql5vz2r
    @user-ly4ql5vz2r 3 года назад +4

    сан,бу,саната,бир,шахсият,кими,галдин,бутун,мусигичилар,сандан,санат,ва,гейим,ойрендилар,дахи,санаткар,аллах,сана,рахмат,етсин.

  • @maisekazimova2539
    @maisekazimova2539 12 дней назад

    🎭🎻🪕🎸📻📺🎤

  • @semaagazade9599
    @semaagazade9599 3 года назад +5

    Ruhun şad olsun, yerin rahat olsun!!!
    Sən də, Nardaran gözəli.