Это видео недоступно.
Сожалеем об этом.

Karantin yenidən yumşaldılır, bu tarixdə Kafe və Restoranlar, Rayonlara gediş bərpa olunur

Поделиться
HTML-код
  • Опубликовано: 7 авг 2020
  • Sərt Karantin rejimi yenidən yumşaldılır!
    Nazirlər Kabineti yanında operatriv qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib.
    Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 10 avqust gecə saat 12.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısına aşağıdakılar əlavə edilir.
    - Açıq havada idman yarışları və oyunların keçirilməsi,
    - Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin fəaliyyəti, (iri ticarət mərkəzləri istisna olmaqla) ,
    - maşın və avadanlıqların istehsalı,
    - elektrik avadanlıqlarının istehsalı,
    - kampüter, elektron və optik məhsulların istehsalı,
    - avtamabil, qoşqu və yarımqoşquların istehsalı,
    - sair nəqliyyat vasitələrinin istehsalı,
    - paliqrafiya məhsullarının istehsalı,
    - zərgərlik məmulatlarının istehsalı,
    - musiqi alətlərinin, idman mallarının istehsalı,
    - geyim istehsalı,
    - toxuculuq sənayesi,
    - ayaqqabıların istehsalı,
    - dəri və dəri məmulatlarının istehsalı,
    - tütün məmulatlarının istehsalı,
    - sair sənaye məhsullarının istehsalı.
    Aşağıda qeyd olunan sahələr üzrə isə, işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə, mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının, əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər də ləğv edilir:
    - Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
    - Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
    - Mühəndislik və layihələndirmə xidmətləri;
    - Qablaşdırma məhsullarının istehsalı;
    - Daş, metal və taxta məhsullarının istehsalı;
    - Mebel istehsalı və təmiri;
    - Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
    - Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
    - Onlayn satışlar;
    - Kimyəvi təmizləmə;
    - Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
    - Avtomobillərin təmiri;
    - Avtomobil yuyulma məntəqələri;
    - Heyvan sığınacaqları;
    və Tərcümə xidmətləri.
    Bundan əlavə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında, Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Şahmar Mövsümov bildirib ki, Yoluxma sayı artmazsa 17 avqust tarixindən etibarən açıq havada kafe və restoranların fəaliyyətinin bərpa olunması da nəzərdə tutulur”.
    Rayonlara getmək qadağasına gəldikdə isə, bu qadağa avqustun sonlarına yaxın ləğv edilə bilər.
    Şahmar Mövsümovun sözlərinə görə avqustun 24-dən rayonlara gediş-gəlişin açılması məsələsi müzakirə olunur. O qeyd edib ki, “Hələlik bu barədə qərar yoxdur. Belə qərarın verilməsi üçün qaydalara əməl olunmalıdır ki, yoluxma sayı artmasın. Yoluxma sayı artarsa, bu yumşalmalar təxirə salına bilər".
    Mənbə: sherg.az/x%C9%...
    Mənbə: www.moderator....
    Mənbə: yenisabah.az/b...
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Hörmətli izləyicilər, Onlayn İnformasiya Mərkəzi, Azərbaycan dilli, müstəqil və özəl “RUclips” kanalı olaraq, Onlayn İnfo adı altında, bütün sahələr üzrə ölkə və dünya mətbuatından gündəlik baş verən ən vacib, ən maraqlı hadisələrlə bağlı xəbərləri toplayıb, onlardan video rolik hazırlayaraq, operativ şəkildə izləyicilərə çatdırır.
    Bundan əlavə, bir çox sahələr üzrə də maraqlı və marifləndirici məlumatlar araşdırılaraq onlar əsasında hazırlanmış video roliklər də kanalın “PlayLİst” bölməsində kateqoriyaya uyğun olaraq yerləşdirilir.
    Məqsədimiz izləyicilərin rahatlığını düşünərək, onların yeni məlumatlar əldə etmək üçün bir çox xəbər saytlarında, sərf etdikləri saatlarla vaxt itgisinin qarşısını almaq, onlara maralı, faydalı və keyfiyyətli informasiyalar təqdim etməkdir.
    🌐 Siz də, ölkədə və dünyada baş verən ən vacib hadisələrdən, daha tez xəbər tutmaq istəyirsinizsə, kanala "Abunə" olun və bildiriş butonunu (🔔) aktivləşdirin.
    Kanala Abunə Ol! ⇨ shorturl.at/wEFW3

Комментарии •