Dünya - Zəlimxan Yaqub

Поделиться
HTML-код
  • Опубликовано: 9 фев 2025
  • Vaxtında uzadıb kömək əlini,
    Vermədin mənimlə əl-ələ, dünya!
    Nəyimə lazımdır vaxtı keçəndə,
    Göydən qızıl yağdır, ləl ələ, dünya!
    ---------------------------------------------
    Acı yel üstümdən əsdikcə əsdi,
    Yağan qar yolumu bağladı, kəsdi.
    Gəl, məni bu qədər yandırma, bəsdi,
    Mən ki nə Kərəməm, nə Lələ, dünya!
    ---------------------------------------------
    Yolsuz yoxuşlarda yordum dizləri,
    Ahımla qurutdum göy dənizləri.
    Qaldı kürəyimdə kəndir izləri,
    Dərdi dərd üstündən şələlə, dünya!
    ---------------------------------------------
    Aşılmaz dağları mən necə aşım,
    Zəlimxan, fikirdən çatılıb qaşım.
    O sənin daşındı, bu mənim başım,
    Nə qədər istəsən, gəl, ələ, dünya!

Комментарии • 5