Səhliyalı şirkəti ahıllar evində xeyriyyə aksiyası keçirib

Поделиться
HTML-код
  • Опубликовано: 28 сен 2024
  • Sosial Xidmətlər Agentliyinin razılığı, Səhliyalı şirkətinin təşkilatçılığı ilə dekabr ayının 26-da Bilgəh qəsəbəsində yerləşən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində xeyriyyə tədbiri keçirilib.
    Tədbiri aparıcı Fatma Zahid açaraq, iştrakçılara şirkət barədə qısa məlumat çatdırıb və rəhblərlik adından onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
    Sosial xidmət müəssisəsinin rəhbəri Samirə Mehdiyeva çıxış edərək, ahılların dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunduğunu diqqətə çatdırıb və tədbir üçün “Səhliyalı” şirkətinin rəhbərliyinə və kollektivinə təşəkkür edib.
    Daha sonra şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlkin Mustafayevə söz verilib və o qeyd edib ki, təmsil etdiyi müəssisə mütəmadi olaraq bütün bayramlarda əhalinin aztəminatlı təbəqəsi üçün yardım və sosial qurumlarda bu cür xeyriyyə aksiyaları həyata keçiririr.
    Bundan sonra tədbirdə xanəndələr Mirələm Mirələmov, Nuray Hacızadə, müğənnilər - xalq artisti Niyaməddin Musayev, əməkdar artistlər Yusif Mustafayev, Mətanət İsgəndərli öz çıxışları ilə ahılları sevindiriblər.
    Müğənni Aydın Sani və Xəyalə Qafarzadənin ifaları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
    Şaxta baba və qar qızın ahıllarla rəqsi də onların simasına təbəssüm bəxş edib.
    Sonda ahıllardan bir neçəsi tədbirin təşkilatçısı “Səhliyalı” şirkətinin rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

Комментарии • 1

  • @nasirmisir2607
    @nasirmisir2607 9 месяцев назад +2

    İraq olsun belə həyat.Yaşa,yarat,övlad böyüt axırda da"qocalar evi"adlıkimsəyə lazımsız kimi yerdə ömrünü vur başa.Belə övladln ağzına itlər ulasın,ölsün yerə girsin.
    Hər şey ucuzlaşıb.Hörmət,insanlıq,qeyrət,mənəviyyat.Öz şerimdə yazmışam
    Ucuzlaşıb
    Dolların kursu qalxdıqca
    Doğma manat ucuzlaşıb
    Neçə ildi müharibə
    Torpaq yaman ucuzlaşıb
    Hərə indi öz hayında
    Yazıq xalq öz vayında
    Bu vurhavur zamanında
    Həyat yaman ucuzlaşıb
    Toy olanda sevinərdik
    Yas olanda üzülərdik
    Ağlayıb ,kövrələrdik
    Ölüm, vəfat ucuzlaşıb
    Varlısı var sorağında
    Sərvət yığmaq marağında
    Qız-gəlin bar sorağında
    Halal ,ovqat ucuzlaşıb
    Hər sözün qiyməti vardı
    Xatiri,hörməti vardı
    Sözdə məna hiss olardı
    Ədəbiyyat ucuzlaşıb
    Şən,mehriban dolanardıq
    Dostun halına yanardıq
    Hörmət-izzət saxlayardıq
    Mənəviyyat ucuzlaşıb
    1999