Xəzər Süleymanlı-BAXMAZ İDİM (Əliağa Vahidin qəzəli)

Поделиться
HTML-код
  • Опубликовано: 20 окт 2024
  • qəzəl: Əliağa Vahid
    səs: Xəzər Süleymanlı
    balaban: Məqsəd Əzizov
    #xezersuleymanli #xəzərsüleymanlı #əliağavahid
    Sən olmasan, gözəlim, gülüstanə baxmaz idim,
    Çəmən çiçəklərinə aşiqanə baxmaz idim.
    Əsiri-zülfün əgər olmasaydım aləmdə,
    Cəmalına bu qədər acizanə baxmaz idim.
    Mənimlə olsa idin bir dəqiqə ömrümdə,
    Cahan bütün gözəl olsa, cahanə baxmaz idim.
    Məni fəraqm odu yaxmasaydı şəm kimi,
    Görəndə gül üzünü yanə-yanə baxmaz idim.
    Fəraqma dözə bilsəydi qan olan könlüm,
    Yolunda çəkdiyim ahü fəğanə baxmaz idim.
    O gül cəmalına mən aşiq olmasaydım əgər,
    Fəğani-bülbülə çox məhrəmanə baxmaz idim.
    Nəzakət olmasa, Vahid, təbiətimdə mənim,
    O qara gözlərə mən şairanə baxmaz idim.

Комментарии • 65