Salam aleykum qardaş necəsiz sizinlə necə əlaqə saxlaya bilərəm sizdən birşey xayiş edəcəm müsiqiylə bağlı sizin müsiqilərdən fon kimi isdifadə etməyə isdiyrəm sizdən halalıq alım
Bu musiqidə nəsə var, qardaş. Çıxa bilmirəm içindən. Qəmgin etmir e, nəsə qəribə bir şey edir. Bütün xoş günlərim keçir gözümün önündən. Hər kadrda bir adam, hər adamda bir xatirə yadıma düşür. Unutduqlarımı xatırlayıram, itirdiklərimi tapıram.
Yənə postayam buralar soyuqdur yaman. Anama demiyin amandır aman. Burda nə ay ötmür nədəki zaman. Ömrüm sel kimi getdi yağışla . Ay ana nə olar ölsəm bağışla . Yuxu gözlərimə olubdur haram. Ay ana təkliyə mən sənsiz yaram. Yanında Allahım birdə mən varam. Allaha əmanət et yalvarişla. Ay ana nə olar ölsəm bağışla .
İnsanın ruhunu okşayan bir müzik. Tar çalan elleriniz dert görmesin. Türkiye'de yaşayan İrevanlı olarak anavatanım Azerbaycan'a selamlar. Hoş gününüz olsun. 🇦🇿🇹🇷
Türkiyedeki büyük depremde Malatyada bir otelde enkaz altında kalan Azerbaycanlı sevgili İlahe'yi düşünerek, onun hatıralarına yanarak dinledim... Yattığı yer nur olsun. Ne hüzünlü bir avazdır bu...
Selam kardeşim begenmen ne güzel zaten tarih boyunca aynı topraklarda aynı kültürü paylasmisiz sanattan anlayan yuregine selamlar.... Bende azeriyim turkiyede çoğunlukla Kürtçe dinlerim Kürt geliniyim çokta severim Kürt halkını❤
Sanatçı dediğin enstrüman çalıp yüreğe dokunabilendir. Eserlerinize 3 gün önce rastgeldim ve harikasınız. Almanya’dan can Azerbaycan’a kalpten selamlar.🇹🇷🇦🇿❤
Babam tar müəllimi idi. Hər dəfə bizə xatirələrindən, tara sevgisindən danışardı. İndi babam çoxdandır bizimlə olmasa da, nənəmlə xatirələri yaşayır. Nənəm yanımdadır və ifanızı gülümsəyərək dinləyir, güman ki, bildirməsə də, babamı xatırlayıb, o xatirələrdə gəzir. Ürəyinizə, təəbinizə, barmaqlarınıza qüvvət. İnsanı fərqli aləmə aparır bu mahnı...
bu nu dinledikce ATAMIN can ustunde olanda o mesum saf baxislari yadima dusur, ALLAH butun qiryetli ATALARIMIZI REHMET ELESIN😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Getdiyim bu yoldan döne bilmedim Danışa bilmedim dine bilmedim Qayıdıb yanına gele bilmedim Her gece yuxuna gelsem bağışla Senden uzaqlarda ölsem bağışla Ölümle etmedim qeti savaşı Rastlaşdım onunla her addım başı Senin gözlerinden axıdıb yaşı Ölümün üzüne gülsem bağışla Senden uzaqlarda ölsem bağışla Men özüm özümden uzaqlaşmışam Bir vaxt qiymetliydi menimçün yaşam İndi ölmek üçün inadlaşıram Men de bele inad , tersem bağışla Senden uzaqlarda ölsem bağışla ruclips.net/video/f3CJrz5nIRw/видео.html
+Sən niyə eşq qafiləsindən geri qaldın Kiyan? -Yolu itirdim,Əbu İshaq.. +Yolu bildiyin halda itirmisənsə,bilməyənlər nə etsin? -Yolu bağlamışdılar,başqa yoldan getdim,yenə tapa bilmədim. +Eşqin şərti məcnunluqdur.. Biz məcnun olmadığımız üçün geri qaldıq Kiyan...
Bir insanın canını açıtan en büyük şey;Yaşanması mümkünken, yaşamadığı mutluluklardır. Yüzyılın afetinde nice canlar yitip gitti. Hepsine rahmetler olsun. Bir çok defa ölüme yaklaşmış biri olarak ilk defa bu kadar korktum. Emeğine sağlık Ali Asgar Mammadov. Duygularımıza tercüman oldun...
Bu musiqini eşidəndə rəhmətlik atamı xatırlayıram 😢inanki gecə gündüz dinləyirəm bütün xatirələrim uşağlığım gözümün önündə canlanır Allah sizi qorusun əlləriniz var olsun🙏
Bu musiqi butun veten ugrunda sehid olan qardaslarimizi xatirladir. Sehid analari qarsinizda baw eyirem ALLAH SEBIR VERSIN BUTUN Şehid Analarına😢😢.😔😔😔 Ehsen elleriniz derd gormesin.❤
2011 -ci ildə Naxçıvanda əsgərliyimi başa vurub öz istəyimlə Gəncə şəhərinə təyinat alıb xidmətimi davam etdirdim.Hər şey çox gözəl idi taki o ,qızı tanıyana kimi.ətraf rayonların birində bir qızla tanış oldum.amma şəkildə görmüşdüm onu çünki sosial şəbəkələrin birində tanış olmuşduq onunla.Hər gün danışıb dərdləşirdik yaxından tanıyırdıq bir birimizi.Özümüzdə hiss etmədən bağlanmışdıq bir-birimizə.Qız, gül mağazaların birində satıcı işləyirdi.atası tufeti həyat sürən içki düşkünü anası fəhlə,bacısı və bir az yaşlı qardaşı vardı.mənim kimi kasıb baba bir ailə idilər. Fevral ayının 14 idi səhər ertə mənə zəng etdi hal - əhval tutdu danışdıq sonra bu gün nə edəcəyimi soruşdu dedim işə gedirəm işdə olacam.uğurlar deyib telefonu keçirdi zəng etdim telefonuna zəng çatmadı.məndə işdə olanda ailəli və nişanlı olanlardan eşitdim məyər bu gün sevgilirlər günü imiş.sevmirdim deyə sevgililər günü haçandı heç onu belə bilmirdim. məhz onun telefonu keçirmə səbəbinin bu özəl günə görə olduğunu anladım. yəqin oda etiraf et.mədən ,eynən məni kimi gizlicə sevirmiş qəlbində. iş yerin tanıyırdım o, qızın lakin hərbi işidi da hər dəqiqə çıxmaq olmur çölə.fikirləşdim nə edim necə etraf edim sevgimi,və bir çarəsini tapdım məzuniyyətdə olan iş yoldaşım vardı o,qız olan rayondan idi ona zəng edib bir işim düşüb həll etməsini xahiş etdim oda sağ olsun dediyimi etdi.qızın işlədiyi dükanı oğlana tərif etdim oğlan ora getdi dükanın qabağında mənə zəng edib ora çatdığını dedi .dedim bir gül buketi sifariş et bitəndə mənə de,amma telefonu keçirmə.iş yoldaşım içəri girdi qıza salam verdi bir buket zakaz etdi qızda buketi hazırlaya hazırlaya Allah xoşbəxt etsin deyib işini görürdü buket hazır olanda oğlan ödəniş edib telefonda mənə sifarişin bitdiyini dedi və mən telefonu qıza verməsini istədim oğlan telefonu qıza uzatdı qız yox kimdi ?danışa bilmərəm deyib telefonu götürmədi, mən oğlana dedimki qıza,bildirki yol soruşurlar bizə tarif etsin, qız onda razılaşıb telefonu götürdü alo dedi mən o güllər sənin üçündü sevgililər günün mübarək dedim sən kimsən dedi _? dedim nömrəyə bax yaxşı dedi.və əlaqə kəsildi sən demə nömərəmə baxandakı mənəm ,oğlanın telefonunu çırpıb yerə ))aradan bir neçə dəqiqə keçdi öz telefonu ilə zəng etdi və eşşək)) öz hədiyəmi özümə bəzətdin deyib güldü.və o ,gündən aramızda sevgi bağları başladı.hərdən bazar günləri görüşüb dərdləşirdik.beləcə aylar keçdi artıq ailə qurmaq haqqında düşünürdük.xəyallar edirdik oğlumuz olsa adını ümüd qoyarıq deyirdik. beləcə vaxt yetişdi bu söhbət ailələrə çatdı hər iki ailə buna qarşı çıxdı əsasda mənim ailəm.yenə köhnə düşüncəli fikirlər nəsil -əcabət ata-ana söhbətlərin atdılar ortaya razı olmadılar.aramızda soyuqluq başladı daha əvvəlki kimi danışıb görüşmürdük get gedə uzaqlaşırdıq bir -birimizdən.bir gün danışanda mənə elçi gələcəklər ailəm məni verəcək dedi qoşulaq qaçaq dedi mən səndən başqası ilə xoşbəxt olmaram dedi.nə isə qorxaqlıq uşaqlıqmı deyim böyük sözünə qulaq asmaq kimi qürurmu deyim etmədim bunu .həyatımda yaddan çıxmayacaq bir tarix 03.03.2013 -son dəfə Gəncədə görüşdük icra hakimiyyətinin qarşısında.son görüş idi bu.hələki deyib gülürdük ayrılığın fərqinə varmırdıq beləcə ayrılmaq saatı gəldi bunu yola salmağa gedirdim.rayona gedən marşuruta yaxınlaşanda ağlaya -ağlaya sarıldı mənə buraxma məni apar özünlə dedi.buraxmırdıq bir birimizin əlini.hər kəs avtovağzalda bir ayrılığa şahidlik edirdi.beləcə iki sevən əl qopdu bir birindən biz ayrıldıq.maşına minəndə ayna tərəfdə əyləşmişdi bir nömrə qırıb yerə atdı öz nömrəsi idi .beləcə əlaqə kəsildi üstendən xeyli vaxt keçdi bir nömrədən zəng gəldi bu o,idi toy günü imiş. bunu ağlaya ağlaya mənə bildirib sağolşadı.nömrə bacısının imiş.beləcə o , ailə qurdu üstündən bir neçə il ötdü nə yalan deyim heç ağlımdan çıxmırdı o,qız cürət edib bacısından o ,necədi deyib soruşada bilmirdim.o,artıq xoşbəxtdir deyib təsəlli tapırdım sən demə hələ acı günlər qarşıda imiş.bir gün mənə zəng gəldi mənəm dedi ümüd xəstədi pul yoxdu xəstəxananın qarşısında qalmışam dedi gələ bilirsən gəl dedi .tez icazə alıb ora getdim və onu görəndə qolum qanadım qırıldı artıq o ,tək deyildi qucağında körpəsi vardı adıda ümüd idi.axı o ,körpə ikimizin olacaqdı.necə ağır bir mənzərə və hisdi bunu ancaq yaşıyanlar bilər. Nə isə ardını yazacam bura İkinci hissə....bir ildən sora yazdım.Üzürlü sayın.04.12.2024 Nə isə ee yazım artıq . Bu hissəni hal-hazırda evdə ailəm uşağım əyləşib məndə bir küncdə uzanıb yazıram sərxoş halda çünkü ayıq başına yazmaq mümkün deyil.özüdə ki, bu musiqiyə qulaq asaraq yazıram arada yoldaşım üzümə baxır niyə belə musiqiyə qulaq asırsan deyə soruşmaq istəyir amma oda qəlbən daxilən məni anlayır çünki bu keçmiş həyatımdan tam olmasada az da ,olsa xəbəri var.nə ise eee Yaxınalaşdım onlara gözlərim doldu uşaq sus bir halda qucağında idi özüdəki tanınmaz halda bir söz var ee saralıb-solubsan, bax o,eynən saralıb solmuşdu.bacısı yanında idi deyə hisdərimə hakim oldum özümü ələ aldım uşağı müayinə etdiler iynə dərman yazıdılar .xəstəxananın ödənişin iynə dərmanın pulun ödədim .özünədə xərclik pulu veridim orda sağolaşıb ayrıldıq.beləcə hər gün olmasada arada zəng edirdi danışırdıq.bir gün yenə zəng etdi atam məni bakıya yola salacaq sabah avtovağzala gələ bilsən gəl orda görüşək .çox sevindim həmdə onun ailəsinin mənə görə dağılma hisindən buna səbəb olaram deyə çox amma çox qorxurdum.sabah işdən icazə alıb vağzala yola düşdüm bakıya gedən avtobussun yaxınlığında maşında onun gəlməyini gözləyirdim .və budur o,atası və məndən olacaq,adını ümüd qoyacağım amma yad bir insanın oğlu olan oğlu ümüd birdə atası gəlirdi. Vallah uydurma deyil bular .baxx hal-hazırda bu mesajı yaza yaza öz oğlum cavid qucağıma çıxdı ata ata gəl gəl mənlə vaxt keçirmək istədiyini nəzərə alaraq yarmçıq dayandırıram bu nakam sevgi əsərin.tez bir zamanda ardın yazacam. 05.12.2024 ardı. Nə isə atası buları avtobusa əyləşdirib sağollaşıb getdi az keçmişdi qızın sürücü ilə mübahisə etdiyini gördüm amma özüm yaxınlaşmırdımkı kimsə görər.qız bilet pulun geri qaytarılmasını istəyirdi.uzun sürən mübahisədən sora bilet bulun geri alıb baqajdan çantaların götrüb avtovağzaldan çıxdı və mənə zəng etdiki gəl bizi götür.belədə oldu əyləşdilər maşına gedək gəncəyə üç dörd saat söhbətləşək sora gəncə avtovağzalıdan məni yola salarsan dedi.razılaşdıq.gəncədə vaxt keçirdik çörək yeyib çay içdik həm söhbət olduq.bakıya getmə səbəbi isə yoldaşım orda iş tapıb orda kirayə tutub orda qalacağıq .və yoldaşım evə yaxşı baxmır uşaqla maraqlanmır vəziyyət yaxşı deyil dedi.məndə ona zəng etmə yazma ailəndə probelem olmasın deyirdim.nə isə 3-4 saatdan sora yoldaşı zəng etdi hardasan çatmırsan dedi buda maşın yolda xarab olub ona görə gecikirəm dedi.və bununla uşağı avtovağzala apardım yola salmağa bu dəfə oları yola salanda heç 03.03.2013 cü il tarixdə ayrıldığımız qədər pis olmamışdım.uşaq məndən ayrılmaq belə istəmirdi əlində şirniyat vardı mənə uzadıb üzünü anasına çevirib qucaqladı və beləcə yola düşdülər.tez -tez olmasada arada zəng edirdi danışırdıq.yoldaşı evə girəndə. Sağol bacı)) danaşırıq deyib telefonu keçiridi.xeyli müddət keçdi artıq zəng etmirdi nədə cürət edib mən zəng edə bilmrdim deməsən yoldaşı bununla əlaqəmizin olduğunu artıq şübhə edirmiş nə isə xeyli müddət keçdi heç bir dəfədə zəng mesaj gəlmirdi .artıq təsəlimi tapmağa çalışırdım və öyrəşiridm .yadıma gəlir 5 -ci gün idi gecə təlimi idi təlimdə idim təxminən saat 23 -radələri olardı mənə zəng gəldi mənəm nərgiz mən gəncədəyəm savxoz nizami adlanan yerdəyəm hardasan gəl məni götür dedi Təlimdə. Olduğumu bildiridim orda gözlə gələcəm dedim amma təlim gec bitəcəkdi ağlım onda idi bu,gəncədə gecənin bu vaxtı nə gəzir deyib özüm - özümə suallar edirdim nə isə icazə alıb ora yolladım soyuq bir gün idi çox soyuq idi getdim o,deyən ünvana tapa bilmədim onu,savxoz nizami deyilən ünvanda bir köşk vardı deməsən onu işlədən satıcıdan xahiş edib ora girib məni gözləyirmiş mənə zəng gələn nömrədə oranı işəldən satıcının nömərsi imiş.nə isə titrək səsi ilə salamlaşdıq görüşdük mən ondan gecənin bu vaxtı burda nə gəzirsən deyə soruşdum... Ardı varr
Mən sizin bu yazdığınızı 2-3 gündür hergün girib göz yaşlarıyla oxuyuram hergün neise yazıb pozuram💔yaşadığın cox böyūk acıdır qardaşım ALLAH sebrini versin .Heyat davam edir inşallah bundan sonra herşey ureyvizce olar😔
Bəxtiyar Vahabzadənin "Həyat sən nə şirinsən?!" Səndən doymaq olarmı, həyat sən nə şirinsən! Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən! Özünü bu dünyada heç kəs qonaq sanmamış, Ancaq ömrün özü də bərabər paylanmamış. Ömür paylanan zaman görün kimə nə düşdü, Üç yüz il boz qarğaya, on il şahinə düşdü. Həyat, sən nə şirinsən kim səndən doydu getdi? Gedənlər bu dünyada, qəlbini qoydu getdi. Dünən qoca bir qarı Dilində ahu zarı: Bu dünyanın əlindən gəlmişəm zara dedi, Ölmürəm ki bir dəfə canım qurtara - dedi Ürəkdənmi söylədi o, bu sözü görəsən? Xeyr, inanmıram mən! O yana-yana dedi Dili söylədisə də ürəyində o dərhal lənət şeytana dedi Həyat, sevincin qədər əzabın da şirindir Səni mənalandıran o keçməkeşlərindir. İki yüz il yaşadı ləzzət içində Loğman Yenə möhlət istədi ölərkən Allahından. Yatırdı göy çəməndə çatdı ona əzrail. Söylədi iki yüz il ömür sənə bəs deyil! Mən canını almağa gəlmişəm, nə sözün var? Loğman dedi - Sözüm yox, aldığını gəl apar, Ancaq mənə macal ver bircə anlıq əcəldən Gəl canımı burda yox, o çəmənlikdə al sən. Əzrail razılaşdı… Ayağa qalxdı Loğman Yeridi daş asıldı ancaq ayaqlarından Asta-asta yeriyib çatdı dediyi yerə . Loğman baxdı yerlərə Loğman baxdı göylərə Bu son baxışı ilə üstündə iki yüz il Yaşadığı cahanla vidalaşdı elə bil … Özü vidalaşdısa gözü qaldı cahanda O düşündü bu anda Nə görmüşəm dünyada bu dünyaya gələndən Ah…elə bilirəm ki, dünən doğulmuşam mən. Ömrümü verdim bada Nə görmüşəm dünyada Loğmanın gözü bu an bir gülə dəydi durdu Ürəyini quş kimi gülə doğru uçurdu Ah… onu kim üzəcək bircə bileydim dedi O gülü də iyləyib sonra öleydim dedi Ancaq ancaq nə fayda … Yetişmiş artıq əcəl Loğman dedi - hazıram al canımı indi gəl. Əzrail dedi - ancaq agah eylə məni sən Ölüm üçün nə fərqi bu çəmən ya o çəmən Neçin məni qoymadın orda alım canını Loğman dedi - həyatın şirin olur hər anı Ordan bura gəlincə bir az ömür qazandım Onu da bu dünyada özümə fayda sandım
İnsan bəzən bütün problemlərdən , bütün fikirlerden uzaq olmaq eçün biraz musiqi dinləmək isteyir. Bu musiqi meni haralara apardı Ali Askar Məmmədov. Sağlam Yaşa, Yarat, Zöv alaq səndən
Xəsdəxanada həyat yoldaşimin öldüyünü mənə bildirdiklərində tek etmek isdediyim şey təcili eve gedib olanlari heyat yoldaşima danişmaq idi. Dosdoyevski
Bucur senetkara gelen likenin sayina baxda 90 (ehsen musiqiden bawi cixan cox az sayda adam qalib )musiqi insanin ruhun dinceldir var olasiz senetkar...
Sənətkara like olması üçün reklam getməlidir. Şəxsən mən üzdən TV-lərdə görsəm də, konkret olaraq 258 nömrəli PDM ekipajı filminə baxmasaydım, bura gəlib çıxmazdım. Orada komandirin baxışı ilə qardaşın ifası inanılmaz kombinasiya yaradıb. Muğamlara, musiqilərə yersiz bəzək-düzək verilməyəndə çox gözəl alınır, həqiqətən
Bir möcüzə ola, çıxıb gələsən. Qala bilməyəsən getdiyin yerdə. deyəsən əzizim, sənə gəlmişəm deyəsən əzizim, aç qollarını daha öldürsələr getmərəm birdə... Deyəsən əzizim, necə çətinmiş, Səndən uzaqlarda sənə darıxmağ. Deyəsən əzizim, tut əllərimi dünya dağılsa da, məni buraxma Mən də ocaq kimi, mən də pir kimi, bu anı illərlə gözləyir kimi, açım qollarımı, qollarıma gir, kirpiyindən öpüm, gözündən öpüm, mənə gələn yolda ayağına dəyən küçənin kirindən, tozundan öpüm. Elə öpüm yollar olsun pak, sənəm elə öpüm, birdə getmə birdənəm
vallahi bele senetkarLarın qedrini bilen azdl. efirde bir deste pozqunlara meydan veribler. amma baxln istedadl ne olan bir şeydi görun nece senedkarlarımız var
2 ay öncə çıxan, bayağı bir musiqi bir milyon, 3 il əvvəlki bu video isə 2.2 milyon izlənib, niyə Üzeyir nəslinin ardınca gələnlər belə zövqə sahibdirlər axı? Niyə belə dəyərli ifalarımız tanınmır?😞
Can ,Şəhid qardaşımm ,cannn..Qardaş həsrətilə necə yaşayaq axı ay Allahhhh?(Hüseyn Arif demişkən :Həsrətin tüstüsü yaxşıki yoxdu .Yoxsa Yer kürəsində göz-gözü görməzdi.
Yəqin bu musiqinin təsirindəndir, elə yorumlar var ki, insan oxuduqca oxuyur, yorulmur. Yorumlar ve xüsusile bu mahnıya uyğun şeir paylaşan qardaş təşəkkür.
Sag iken doludur insan ureyi Olende sozleri qelbinde gedir Hesretden alisib yanan ureyi Sevdiyi insansiz mezara gedir Men de yazaram sozlerden qezel Yarimin hesreti yandirar meni Evelden beledi hesretim ezel Gozlerim axtarar her zaman seni Sensizlik duygusu qelbimde dagdi Bigane insanlar gordu bu urek Vuqarli daglara coxdan qar yagdi İndi de tepe dek kicikdir urek Her gun yeridiyim mehlede biraz Xatire gezirem divar daşinda Yeqinler deyirem qayidar biraz Axdarib araram cınqıl dasinda Belke de lal olmaq yaxsidir bele Dinib danismayib qarismaq bele İnsandan uzaqda Daglarda bele Yasamag lazimdi az zaman kimi Omuru veririy badeler kimi Muellif:Lal şair 🥀
Gəl, sevgilim, tut əllərimdən. Qoy bizi ayırmaq istəyənlər məyus olsunlar. Bax gözlərimə qara gözlərinlə. Qoy gözlərimə bir işıq gəlsin. Sənsiz keçirdiyim illərin həsrətini al məndən, getsin uzaqlara. Gül ki, sənə gülmək yaraşır. Başını aşağı salma mənim yanımda, sən buna layiq deyilsən. Qorxma heç kimdən, mən artıq səninləyəm. Utanma, doyunca sev məni, mələyim, heç kimdən gizləmə məni sevdiyini, mənə də söylə bunu. Çünki mən də səni sevirəm və mən daha sənin yanındayam. Bağışla məni, sevgilim. Bağışla, bu vaxta kimi səninlə qovuşa bilmədiyimiz üçün, bağışla ki, indiyə kimi sənə bu qədər həsrəti, iztirabı yaşatmışam. Amma daha bitdi həsrət. Qovuşmaq vüsalı bizə nəsib oldu. Şükürlər olsun Uca Allaha. Məni bağışla əgər... Bağışla məni sevgilim, əgər ölsəm, səni tək qoyub getsəm bu dünyadan. Bağışla məni, əgər bacarsan... Ölsəm bağışla.... #ünvanlı Mələyimə💚 Bir gün bu sözləri sənin özünə demək diləyi ilə
Allah sənə ömür versin Qardaş Ruhumu sakitləşdirdin mənim 27 yaşım var bəzi cavanlar var Tara qulaq asmır ama mən o cavanlardan deyiləm Ağstafadan salamlar
Oxu, tar, oxu, tar! Səsindən ən lətif şeirlər dinləyim. Oxu, tar, bir qadar! Nəğməni su kimi alışan ruhuma çiləyim. Oxu, tar! Səni kim unutar? Ey geniş kütləmin şirini, şərbəti- Alovlu sənəti!...
Ən yaxşı musiqiçi ən istedadlı olan deyil,ən üstün düşüncəyə malik olan və ümumi yanaşma tərzi ən kreativ olan musiqiçidir.Var ol Əliəsgar qardaşım,bu qədər tar çalan olan dönəmdə özünə məxsus yerin var.
Bu mahnı mənə puç olmuş xəyallarımı puç olmuş arzumu,sevgimi, puç olmuş hər şeyi xatirladır görəaən günahım nə idi bu qədər dərd kədər bu qədər stress,travma özümü 1 gün belə xoşbəxt his edə bilmirəm nə vaxt xoşbəxt olacam deyirəm dahada pis oluram hər gecə ağlayıb yatmağdan səhər heçnə olmamış kimi durmağdan çox yoruldum......))
Mən dözə bilmirəm ilahi məni, Başqa bir şəkildə kaş yaradardın... Kaş mənim yerimə bu təbiətdə, Ağac yaradardın daş yaradardın... Mən dözə bilmirəm ilahi məni, Dəniz yaradardın dağ yaradardın, Kaş mənim ruhumu torpağa qatıb, Çiçek yaradardın bağ yaradardın... Mən dözə bilmirəm ilahi məni, Alma yaradardın nar yardardın, Kaş məni dənizdən göyə çəkilən, Yağış yardardın qar yaradardın...
Musiqi heqiqeten de mocuzedir biz insanlara!Bir de onu urekden ifa eden,konlunu veren senetkarlar. Fikirlesendeki eyni 7 not ve eyni musiqi aleti verilir ifaciya,amma ortaya cixan netice nece de ferqlidirr!!!!!
Yeni musiqilərdən xəbərdar olmaq üçün kanalımıza abunə olmağı unutmayın. ruclips.net/user/AliAsgarMammadov
Salam aleykum qardaş necəsiz sizinlə necə əlaqə saxlaya bilərəm sizdən birşey xayiş edəcəm müsiqiylə bağlı sizin müsiqilərdən fon kimi isdifadə etməyə isdiyrəm sizdən halalıq alım
0w09x9f0f99d103²⁰f98f8r⁹⁹9⁰09⁹3s
Tam razıyam məndə də elə olur əlaa
Elleriniz derd gormesin..senetkar barmaglarvz daim gozel musiqileri yashatsin..hemishe bele mahnilar ifa edin insanin ruhunu silkeleyir
Çox gözəl ifadı
Bu musiqidə nəsə var, qardaş. Çıxa bilmirəm içindən. Qəmgin etmir e, nəsə qəribə bir şey edir. Bütün xoş günlərim keçir gözümün önündən. Hər kadrda bir adam, hər adamda bir xatirə yadıma düşür. Unutduqlarımı xatırlayıram, itirdiklərimi tapıram.
Vallah eledir Qardash 👍
Adam var yaşayır öləndən sonra . Adam var sağ ikən ölüb yaşayır . . Sağ ikən ölüb yaşayanlara gəlsin buda . ((((
Allaha and olsun mende elədi
eynen mendede eledi
Quruzdasan qaqam 💔
Yənə postayam buralar soyuqdur yaman.
Anama demiyin amandır aman.
Burda nə ay ötmür nədəki zaman.
Ömrüm sel kimi getdi yağışla .
Ay ana nə olar ölsəm bağışla
.
Yuxu gözlərimə olubdur haram.
Ay ana təkliyə mən sənsiz yaram.
Yanında Allahım birdə mən varam.
Allaha əmanət et yalvarişla.
Ay ana nə olar ölsəm bağışla .
Allah seni var elesin Anasini seven,dŭṣunen igid ogul. Amerikadan sene derin teşekkurumu bildirirem oglum
Bir şeir bu qədər gözəl olarml😢
🥺🥺
Bu şeri bu musiqi altında oxuyarkən inanın göz yaşlarım sel oldu.Allah əsgərlərimizi qorusun
😭😭😭😭😭😭💔💔💔💔💔
Bu gün 50 Şəhidimiz var. Özümü burda tapdım. Ruhları şad olsun 13.09.2022🇦🇿🥀
Allah sehidlerimize rehmet elesin 🤲
Akravxo😢😢😢🎉🎉
Allah cümləsinə rəhmət eyləsin🥀
Getsin o günlər birde geri gəlməsin
🤝Dünya durduqca var olan Azərbaycanın bütövlüyü uğrunda,qeyrətlə döyüşüb şəhid olan qardaşlarımızın xatirəsi ölməz və əbədidir.Unutmayaq,unutdurmayaq🥀
Bu dünyada ən böyük itgi "ölüb getməy deyil" bu dünyada ən böyük itgi "yaşıyarkən içtən ölməydir"
İnsanın ruhunu okşayan bir müzik. Tar çalan elleriniz dert görmesin. Türkiye'de yaşayan İrevanlı olarak anavatanım Azerbaycan'a selamlar.
Hoş gününüz olsun. 🇦🇿🇹🇷
Nerede olmasindan asili olmayarak vatanini hic unutmayanlara benden selam olsun! Allah turku korusun! 🇦🇿🇹🇷
tesekkurler Turk qizi 🇦🇿🇹🇷
👍🏻
ve eleykime salam
İrəvan Vedibasar 🇦🇿
Hər şərh yazanda bir beyensezde gəlib qulaq assam indidən təşəkkürlər .
😮😢😢
Come
Gel
Gəl qardaş
Gəl qardaş 🎧🎵
Türkiyedeki büyük depremde Malatyada bir otelde enkaz altında kalan Azerbaycanlı sevgili İlahe'yi düşünerek, onun hatıralarına yanarak dinledim... Yattığı yer nur olsun. Ne hüzünlü bir avazdır bu...
❤
😢
Qaytar məni uşax dünyama İLAHİ. Anamın qoynunda şirin-şirin yatım. Nə yuxu olsun nə dəki xəyal Açılmasın səhər anamın qoynuda yatım😢😢😢
Eşidəndə dəyişmişəm dünyamı
Çiçəklər də haray salsa incimə.
Demirdin mi alacaqsan canımı
Ruhum getse canim qalsa incime.
Heç bildin mi senden neler çəkdi can?
Derdlerinden bildin necə çökdü can?
Birdənəydi. Ele bildin çoxdu can ?
Vicdaninda qanim qalsa incime.
~Vahid Əziz~
Indi yoxam ol rahat,meni yasat , meni yarat basdan ayaga cek rahat..gelib yadina dussem rahat,oldu yoxdu yasa rahat!
👏👏👏
Beyenin ne olar tekrar gelib qulag asim😢
Hislerime tercüman yine kardeşlerimden geldi 🇦🇿🇹🇷
Eyvallah var ol
Eyvallah Gardas
Herkes Azerbaycanlı olarak dinlemiş ben Türkiyede yaşayan bir kürt olarak dinliyorum dil farklı olsa da hissiyatlar aynı
Salam olsun sizlərə...
@@benimtarzm3216 bu nə milli assimliasiya işidir ?🤔🤔
Sagolun varolun,hamimiz insanig...
Musiqi ruhun kıdasıdır musiqinin dili dini irqi milleti olmur
Selam kardeşim begenmen ne güzel zaten tarih boyunca aynı topraklarda aynı kültürü paylasmisiz sanattan anlayan yuregine selamlar.... Bende azeriyim turkiyede çoğunlukla Kürtçe dinlerim Kürt geliniyim çokta severim Kürt halkını❤
Sanatçı dediğin enstrüman çalıp yüreğe dokunabilendir. Eserlerinize 3 gün önce rastgeldim ve harikasınız. Almanya’dan can Azerbaycan’a kalpten selamlar.🇹🇷🇦🇿❤
Bu musiqini dinləməyən çox şey itirib,dinləyənlər isə hər şeyini...
Çox möhtəşəm! Şəhid olan qardaşlarımızın simaları gəlib keçir gözümün qabağından.
Nədənsə mənə Şəhidlərimizi xatirlatdi... 😢Ruhlari şad olsun.
Babam tar müəllimi idi. Hər dəfə bizə xatirələrindən, tara sevgisindən danışardı. İndi babam çoxdandır bizimlə olmasa da, nənəmlə xatirələri yaşayır. Nənəm yanımdadır və ifanızı gülümsəyərək dinləyir, güman ki, bildirməsə də, babamı xatırlayıb, o xatirələrdə gəzir. Ürəyinizə, təəbinizə, barmaqlarınıza qüvvət. İnsanı fərqli aləmə aparır bu mahnı...
Babana rehmet,nenene de Sagligli omur Allahdan Arzu edirem
Hacı Şahinin ölümündən sonra dinləməyə başlayanlar, başımız sağ olsun…
Allah, Hacımızı, Əhli-Beyt (ə) ilə məşhur etsin inşəAllah.
😢😢😢😢
Amin qardaş 😢
😢😢😢
😢😢😢Allah Hacıya rəhmət etsin.Elə bir boşluq yaranıb ki,Hacıdan sonra onu heç nə ilə,heç kimlə doldurmaq olmur
Musiqi insani uzaqlara aparir, sanki ruh bedenden ayrilir, getmek istediyi yere ucur, cox mohteshemdi
Tamamilə düz deyirsiniz. Möhtəşəmdir möhtəşəm!
Kaş getmək istədiyim yerə gedə bilsəm Kaş
Tek ve yek tar ifacisi👍
Musigidä särhäd yoxdu . cox yelärä gedä bilärsän .
Əllərinə sağlıq
Gece gece meni buralara gəTirib cixaran "Şəxs" insAllah bir gun səndə gecənin bir yarısı buralara gəlib cixasan...
💔
Sebr ele...
Oxurkən bilmədim Qarğışdır ya dua qəlbinə dəydiysəm mənidə bağışla...
😢
Allah Teala yaşatdıqlarını yaşatmadan öldürməz🍁
Sevdiyim əsgərdi Allahın izni ilə bitirib yanıma gələr birlikdə qulaq asarıq bu musiqiyə amin❤️🙏🫂
Inwallah 🌞
@@Nazlı-Zeynallı 🙏💕
İnşallah 🙏 birlikdə dinləyəndədə birdə yorum yazarsız biz də sizin adınızdan sevinərik 🙏🫶
@@vusaleqocayeva4813 amin çox sağ olun🙏
@@vusaleqocayeva4813 amin minnətdaram🙏
Dinledim ağladım atam düşdü yadıma.😢Vaxtsız ölsem bağışla demişdi.😢Atasız insan neye lazımdıki..Getdi atam menide bu dünyada qoydu getdi.Nefesim geldiyi müddetce heçneden qorxma deyirdi.Nefesin yeterdi mene birce onsuzda qorxaq deyildi senin balan.
Atasız nəqədər insan güclü olur olsun yenədə zəifdir Allah rəhmət eləsin
@@eminmmmdli4380 Beli:( Ölenlerinize rehmet
Allah rehmet etsin Allah sebr versin 🥀🙏
Allah rehmet elesin! Allah sebr versin! Coxlu dua edin ataniz ucun.
bəzən insan öz-özünə sual verir ki 1 dəfə gəldiyimiz dünyada niyə atamla tam yaşaya bilmədim...
Bir gün çiyinlərdə bir tabut gedər
Bir cəsəd sevdası yandırar səni .
Yoxluğum qar kimi yağar üstünə
Təpədən dırnağa dondurar səni.
Salam. Bu şeirin ardı yoxdu?(
Bu kimin şeridi?
❤❤❤
Sevgi Uğrunda O Tabut Çiyində Getdi
Sevənlərin Sevgisi Qandırar Səni.
Çox Xəbərimlə Sındırmadın Sən Qürurunu
Bəlkə Ölüm Xəbərim Sındırar Səni.
bu nu dinledikce ATAMIN can ustunde olanda o mesum saf baxislari yadima dusur, ALLAH butun qiryetli ATALARIMIZI REHMET ELESIN😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Getdiyim bu yoldan döne bilmedim
Danışa bilmedim dine bilmedim
Qayıdıb yanına gele bilmedim
Her gece yuxuna gelsem bağışla
Senden uzaqlarda ölsem bağışla
Ölümle etmedim qeti savaşı
Rastlaşdım onunla her addım başı
Senin gözlerinden axıdıb yaşı
Ölümün üzüne gülsem bağışla
Senden uzaqlarda ölsem bağışla
Men özüm özümden uzaqlaşmışam
Bir vaxt qiymetliydi menimçün yaşam
İndi ölmek üçün inadlaşıram
Men de bele inad , tersem bağışla
Senden uzaqlarda ölsem bağışla
ruclips.net/video/f3CJrz5nIRw/видео.html
Bu mahnının sözləridi bu? Salam hər vaxtınız xeyir olsun
@@arzuquliyeva7332 salam , vaxtiniz xeyir. Xeyr bu mahni deyil , bu sadece musiqidir. Sozler ise mene aiddir , musiqinin sozleri yoxdur
Kaş elə bu sözlərlə bu musiqini ifa edən olardı var olun sizdə ürəyinizə sağlıq👏👏👏
@@ferhadmuradov7775 tesekkur edirem gozel sozlere ve qiymetinize gore. Sizler de var olun
Çox gözəl şeirdir ...musiqiyə də çox uygun gəlir kaş xanəndələrimiz oxuyaydi
+Sən niyə eşq qafiləsindən geri qaldın Kiyan?
-Yolu itirdim,Əbu İshaq..
+Yolu bildiyin halda itirmisənsə,bilməyənlər nə etsin?
-Yolu bağlamışdılar,başqa yoldan getdim,yenə tapa bilmədim.
+Eşqin şərti məcnunluqdur.. Biz məcnun olmadığımız üçün geri qaldıq Kiyan...
😔😔😔😔
Hansı əsərdən və ya filmdəndir bu dialoq?
@@ganbarlee Muxtarnamə filmindəndir. MUXTAR və KİYAN arasında dialoq. (İmam Hüseynə aid)
@@kamranfinance Təşəkkür edirəm.
Soze bax bir Ehsen Qardaw Divenelerin Sene Qurban Agam Huseyin
Большое Спасибо Али Аскар салам из Таджикистана
Vallah ele pis haldayam ele qemgin ele hüzünlüyem ki bu ifa meni sakitleşdirdi xeyallara apardi 😔 Ellerive Üreyive sağliğ qardaş ..
Bir insanın canını açıtan en büyük şey;Yaşanması mümkünken, yaşamadığı mutluluklardır. Yüzyılın afetinde nice canlar yitip gitti. Hepsine rahmetler olsun. Bir çok defa ölüme yaklaşmış biri olarak ilk defa bu kadar korktum. Emeğine sağlık Ali Asgar Mammadov. Duygularımıza tercüman oldun...
Deyişib dovru zaman
Nese yada duşdu yaman
Kaş ele bir gun ola
Şehidlermiz done geri aman
😔😔😔
Oxu, tar, bir qədər!
Nəğməni su kimi, alışan ruhuma çiləyim..🌼💔
Hansı halda qulaq asırsansa elə o haldada saxlayan musiqidir. İnsanı haldan hala salmır. Qımgin qulaq asanda qəmgin edir, xoş halda insanı xoş edir
Goycem,Zengezurum,Qərbi Azerbaycanim dusdu yadima qardas..Elleriniz derd gormesin🙏
Az kadi inşallah gedejiy orala inşallah
Bu musiqini eşidəndə rəhmətlik atamı xatırlayıram 😢inanki gecə gündüz dinləyirəm bütün xatirələrim uşağlığım gözümün önündə canlanır Allah sizi qorusun əlləriniz var olsun🙏
ALLAH REHMET ELESIN
Bu musiqi butun veten ugrunda sehid olan qardaslarimizi xatirladir. Sehid analari qarsinizda baw eyirem ALLAH SEBIR VERSIN BUTUN Şehid Analarına😢😢.😔😔😔 Ehsen elleriniz derd gormesin.❤
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN AMİN 😢😢😢
2011 -ci ildə Naxçıvanda əsgərliyimi başa vurub öz istəyimlə Gəncə şəhərinə təyinat alıb xidmətimi davam etdirdim.Hər şey çox gözəl idi taki o ,qızı tanıyana kimi.ətraf rayonların birində bir qızla tanış oldum.amma şəkildə görmüşdüm onu çünki sosial şəbəkələrin birində tanış olmuşduq onunla.Hər gün danışıb dərdləşirdik yaxından tanıyırdıq bir birimizi.Özümüzdə hiss etmədən bağlanmışdıq bir-birimizə.Qız, gül mağazaların birində satıcı işləyirdi.atası tufeti həyat sürən içki düşkünü anası fəhlə,bacısı və bir az yaşlı qardaşı vardı.mənim kimi kasıb baba bir ailə idilər. Fevral ayının 14 idi səhər ertə mənə zəng etdi hal - əhval tutdu danışdıq sonra bu gün nə edəcəyimi soruşdu dedim işə gedirəm işdə olacam.uğurlar deyib telefonu keçirdi zəng etdim telefonuna zəng çatmadı.məndə işdə olanda ailəli və nişanlı olanlardan eşitdim məyər bu gün sevgilirlər günü imiş.sevmirdim deyə sevgililər günü haçandı heç onu belə bilmirdim. məhz onun telefonu keçirmə səbəbinin bu özəl günə görə olduğunu anladım. yəqin oda etiraf et.mədən ,eynən məni kimi gizlicə sevirmiş qəlbində. iş yerin tanıyırdım o, qızın lakin hərbi işidi da hər dəqiqə çıxmaq olmur çölə.fikirləşdim nə edim necə etraf edim sevgimi,və bir çarəsini tapdım məzuniyyətdə olan iş yoldaşım vardı o,qız olan rayondan idi ona zəng edib bir işim düşüb həll etməsini xahiş etdim oda sağ olsun dediyimi etdi.qızın işlədiyi dükanı oğlana tərif etdim oğlan ora getdi dükanın qabağında mənə zəng edib ora çatdığını dedi .dedim bir gül buketi sifariş et bitəndə mənə de,amma telefonu keçirmə.iş yoldaşım içəri girdi qıza salam verdi bir buket zakaz etdi qızda buketi hazırlaya hazırlaya Allah xoşbəxt etsin deyib işini görürdü buket hazır olanda oğlan ödəniş edib telefonda mənə sifarişin bitdiyini dedi və mən telefonu qıza verməsini istədim oğlan telefonu qıza uzatdı qız yox kimdi ?danışa bilmərəm deyib telefonu götürmədi, mən oğlana dedimki qıza,bildirki yol soruşurlar bizə tarif etsin, qız onda razılaşıb telefonu götürdü alo dedi mən o güllər sənin üçündü sevgililər günün mübarək dedim sən kimsən dedi _? dedim nömrəyə bax yaxşı dedi.və əlaqə kəsildi sən demə nömərəmə baxandakı mənəm ,oğlanın telefonunu çırpıb yerə ))aradan bir neçə dəqiqə keçdi öz telefonu ilə zəng etdi və eşşək)) öz hədiyəmi özümə bəzətdin deyib güldü.və o ,gündən aramızda sevgi bağları başladı.hərdən bazar günləri görüşüb dərdləşirdik.beləcə aylar keçdi artıq ailə qurmaq haqqında düşünürdük.xəyallar edirdik oğlumuz olsa adını ümüd qoyarıq deyirdik. beləcə vaxt yetişdi bu söhbət ailələrə çatdı hər iki ailə buna qarşı çıxdı əsasda mənim ailəm.yenə köhnə düşüncəli fikirlər nəsil -əcabət ata-ana söhbətlərin atdılar ortaya razı olmadılar.aramızda soyuqluq başladı daha əvvəlki kimi danışıb görüşmürdük get gedə uzaqlaşırdıq bir -birimizdən.bir gün danışanda mənə elçi gələcəklər ailəm məni verəcək dedi qoşulaq qaçaq dedi mən səndən başqası ilə xoşbəxt olmaram dedi.nə isə qorxaqlıq uşaqlıqmı deyim böyük sözünə qulaq asmaq kimi qürurmu deyim etmədim bunu .həyatımda yaddan çıxmayacaq bir tarix 03.03.2013 -son dəfə Gəncədə görüşdük icra hakimiyyətinin qarşısında.son görüş idi bu.hələki deyib gülürdük ayrılığın fərqinə varmırdıq beləcə ayrılmaq saatı gəldi bunu yola salmağa gedirdim.rayona gedən marşuruta yaxınlaşanda ağlaya -ağlaya sarıldı mənə buraxma məni apar özünlə dedi.buraxmırdıq bir birimizin əlini.hər kəs avtovağzalda bir ayrılığa şahidlik edirdi.beləcə iki sevən əl qopdu bir birindən biz ayrıldıq.maşına minəndə ayna tərəfdə əyləşmişdi bir nömrə qırıb yerə atdı öz nömrəsi idi .beləcə əlaqə kəsildi üstendən xeyli vaxt keçdi bir nömrədən zəng gəldi bu o,idi toy günü imiş. bunu ağlaya ağlaya mənə bildirib sağolşadı.nömrə bacısının imiş.beləcə o , ailə qurdu üstündən bir neçə il ötdü nə yalan deyim heç ağlımdan çıxmırdı o,qız cürət edib bacısından o ,necədi deyib soruşada bilmirdim.o,artıq xoşbəxtdir deyib təsəlli tapırdım sən demə hələ acı günlər qarşıda imiş.bir gün mənə zəng gəldi mənəm dedi ümüd xəstədi pul yoxdu xəstəxananın qarşısında qalmışam dedi gələ bilirsən gəl dedi .tez icazə alıb ora getdim və onu görəndə qolum qanadım qırıldı artıq o ,tək deyildi qucağında körpəsi vardı adıda ümüd idi.axı o ,körpə ikimizin olacaqdı.necə ağır bir mənzərə və hisdi bunu ancaq yaşıyanlar bilər.
Nə isə
ardını yazacam bura
İkinci hissə....bir ildən sora yazdım.Üzürlü sayın.04.12.2024
Nə isə ee yazım artıq .
Bu hissəni hal-hazırda evdə ailəm uşağım əyləşib məndə bir küncdə uzanıb yazıram sərxoş halda çünkü ayıq başına yazmaq mümkün deyil.özüdə ki, bu musiqiyə qulaq asaraq yazıram arada yoldaşım üzümə baxır niyə belə musiqiyə qulaq asırsan deyə soruşmaq istəyir amma oda qəlbən daxilən məni anlayır çünki bu keçmiş həyatımdan tam olmasada az da ,olsa xəbəri var.nə ise eee
Yaxınalaşdım onlara gözlərim doldu uşaq sus bir halda qucağında idi özüdəki tanınmaz halda bir söz var ee saralıb-solubsan, bax o,eynən saralıb solmuşdu.bacısı yanında idi deyə hisdərimə hakim oldum
özümü ələ aldım uşağı müayinə etdiler iynə dərman yazıdılar .xəstəxananın ödənişin iynə dərmanın pulun ödədim .özünədə xərclik pulu veridim orda sağolaşıb ayrıldıq.beləcə hər gün olmasada arada zəng edirdi danışırdıq.bir gün yenə zəng etdi atam məni bakıya yola salacaq sabah avtovağzala gələ bilsən gəl orda görüşək .çox sevindim həmdə onun ailəsinin mənə görə dağılma hisindən buna səbəb olaram deyə çox amma çox qorxurdum.sabah işdən icazə alıb vağzala yola düşdüm bakıya gedən avtobussun yaxınlığında maşında onun gəlməyini gözləyirdim .və budur o,atası və məndən olacaq,adını ümüd qoyacağım amma yad bir insanın oğlu olan oğlu ümüd birdə atası gəlirdi.
Vallah uydurma deyil bular .baxx hal-hazırda bu mesajı yaza yaza öz oğlum cavid qucağıma çıxdı ata ata gəl gəl mənlə vaxt keçirmək istədiyini nəzərə alaraq yarmçıq dayandırıram bu nakam sevgi əsərin.tez bir zamanda ardın yazacam.
05.12.2024 ardı.
Nə isə atası buları avtobusa əyləşdirib sağollaşıb getdi az keçmişdi qızın sürücü ilə mübahisə etdiyini gördüm amma özüm yaxınlaşmırdımkı kimsə görər.qız bilet pulun geri qaytarılmasını istəyirdi.uzun sürən mübahisədən sora bilet bulun geri alıb baqajdan çantaların götrüb avtovağzaldan çıxdı və mənə zəng etdiki gəl bizi götür.belədə oldu əyləşdilər maşına gedək gəncəyə üç dörd saat söhbətləşək sora gəncə avtovağzalıdan məni yola salarsan dedi.razılaşdıq.gəncədə vaxt keçirdik çörək yeyib çay içdik həm söhbət olduq.bakıya getmə səbəbi isə yoldaşım orda iş tapıb orda kirayə tutub orda qalacağıq .və yoldaşım evə yaxşı baxmır uşaqla maraqlanmır vəziyyət yaxşı deyil dedi.məndə ona zəng etmə yazma ailəndə probelem olmasın deyirdim.nə isə 3-4 saatdan sora yoldaşı zəng etdi hardasan çatmırsan dedi buda maşın yolda xarab olub ona görə gecikirəm dedi.və bununla uşağı avtovağzala apardım yola salmağa bu dəfə oları yola salanda heç 03.03.2013 cü il tarixdə ayrıldığımız qədər pis olmamışdım.uşaq məndən ayrılmaq belə istəmirdi əlində şirniyat vardı mənə uzadıb üzünü anasına çevirib qucaqladı və beləcə yola düşdülər.tez -tez olmasada arada zəng edirdi danışırdıq.yoldaşı evə girəndə. Sağol bacı)) danaşırıq deyib telefonu keçiridi.xeyli müddət keçdi artıq zəng etmirdi nədə cürət edib mən zəng edə bilmrdim deməsən yoldaşı bununla əlaqəmizin olduğunu artıq şübhə edirmiş nə isə xeyli müddət keçdi heç bir dəfədə zəng mesaj gəlmirdi .artıq təsəlimi tapmağa çalışırdım və öyrəşiridm .yadıma gəlir 5 -ci gün idi gecə təlimi idi təlimdə idim təxminən saat 23 -radələri olardı mənə zəng gəldi mənəm nərgiz mən gəncədəyəm savxoz nizami adlanan yerdəyəm hardasan gəl məni götür dedi
Təlimdə. Olduğumu bildiridim orda gözlə gələcəm dedim amma təlim gec bitəcəkdi ağlım onda idi bu,gəncədə gecənin bu vaxtı nə gəzir deyib özüm - özümə suallar edirdim nə isə icazə alıb ora yolladım soyuq bir gün idi çox soyuq idi getdim o,deyən ünvana tapa bilmədim onu,savxoz nizami deyilən ünvanda bir köşk vardı deməsən onu işlədən satıcıdan xahiş edib ora girib məni gözləyirmiş mənə zəng gələn nömrədə oranı işəldən satıcının nömərsi imiş.nə isə titrək səsi ilə salamlaşdıq görüşdük mən ondan gecənin bu vaxtı burda nə gəzirsən deyə soruşdum...
Ardı varr
😢
Bes ardı? 😢
Bəs ardı?? Niyə çox hərbçilərin bəxti olmur?Xaiş ardını yaz.
Bu neydi gece gece
Mən sizin bu yazdığınızı 2-3 gündür hergün girib göz yaşlarıyla oxuyuram hergün neise yazıb pozuram💔yaşadığın cox böyūk acıdır qardaşım ALLAH sebrini versin .Heyat davam edir inşallah bundan sonra herşey ureyvizce olar😔
Bəxtiyar Vahabzadənin "Həyat sən nə şirinsən?!"
Səndən doymaq olarmı, həyat sən nə şirinsən!
Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən!
Özünü bu dünyada heç kəs qonaq sanmamış,
Ancaq ömrün özü də bərabər paylanmamış.
Ömür paylanan zaman görün kimə nə düşdü,
Üç yüz il boz qarğaya, on il şahinə düşdü.
Həyat, sən nə şirinsən kim səndən doydu getdi?
Gedənlər bu dünyada, qəlbini qoydu getdi.
Dünən qoca bir qarı
Dilində ahu zarı:
Bu dünyanın əlindən gəlmişəm zara dedi,
Ölmürəm ki bir dəfə canım qurtara - dedi
Ürəkdənmi söylədi o, bu sözü görəsən?
Xeyr, inanmıram mən!
O yana-yana dedi
Dili söylədisə də ürəyində o dərhal lənət şeytana dedi
Həyat, sevincin qədər əzabın da şirindir
Səni mənalandıran o keçməkeşlərindir.
İki yüz il yaşadı ləzzət içində Loğman
Yenə möhlət istədi ölərkən Allahından.
Yatırdı göy çəməndə çatdı ona əzrail.
Söylədi iki yüz il ömür sənə bəs deyil!
Mən canını almağa gəlmişəm, nə sözün var?
Loğman dedi - Sözüm yox, aldığını gəl apar,
Ancaq mənə macal ver bircə anlıq əcəldən
Gəl canımı burda yox, o çəmənlikdə al sən.
Əzrail razılaşdı… Ayağa qalxdı Loğman
Yeridi daş asıldı ancaq ayaqlarından
Asta-asta yeriyib çatdı dediyi yerə .
Loğman baxdı yerlərə Loğman baxdı göylərə
Bu son baxışı ilə üstündə iki yüz il
Yaşadığı cahanla vidalaşdı elə bil …
Özü vidalaşdısa gözü qaldı cahanda
O düşündü bu anda
Nə görmüşəm dünyada bu dünyaya gələndən
Ah…elə bilirəm ki, dünən doğulmuşam mən.
Ömrümü verdim bada
Nə görmüşəm dünyada
Loğmanın gözü bu an bir gülə dəydi durdu
Ürəyini quş kimi gülə doğru uçurdu
Ah… onu kim üzəcək bircə bileydim dedi
O gülü də iyləyib sonra öleydim dedi
Ancaq ancaq nə fayda … Yetişmiş artıq əcəl
Loğman dedi - hazıram al canımı indi gəl.
Əzrail dedi - ancaq agah eylə məni sən
Ölüm üçün nə fərqi bu çəmən ya o çəmən
Neçin məni qoymadın orda alım canını
Loğman dedi - həyatın şirin olur hər anı
Ordan bura gəlincə bir az ömür qazandım
Onu da bu dünyada özümə fayda sandım
Salam oxudum cox te,sir etdi mənə dogrudan da insan ne qeder yaşasada yene de doymur bu heyatdan
🥺
Halaldi
Tesekkurler ustad
Varol
Читаю коментарии и наслаждаюсь стихом, как прекрасно, давно так душевно пронизаюшим не было, молодцы, мир вам и вашим домам, Таджикистан.
İnsan bəzən bütün problemlərdən , bütün fikirlerden uzaq olmaq eçün biraz musiqi dinləmək isteyir. Bu musiqi meni haralara apardı Ali Askar Məmmədov. Sağlam Yaşa, Yarat, Zöv alaq səndən
Gözəl, ruhunun gözəlliyi musiqini zənginləşdirib. Uğurlar.
Tesekkur edirem, var olun 🙏
Xəsdəxanada həyat yoldaşimin öldüyünü mənə bildirdiklərində tek etmek isdediyim şey təcili eve gedib olanlari heyat yoldaşima danişmaq idi.
Dosdoyevski
💔
@@Nurlana_in_Canada Cərasizliyin bu qədəri də varmış
Bu musiqi sanki Hacı Şahin çün(r)çalınıb.Hər anı Onu xatırladır😢İnsanın ruhuna od qoyur😢
Səni tanımamış, qüsurları aradan aparmamış ölsəm bağışla ilahi...
Bucur senetkara gelen likenin sayina baxda 90 (ehsen musiqiden bawi cixan cox az sayda adam qalib )musiqi insanin ruhun dinceldir var olasiz senetkar...
Sənətkara like olması üçün reklam getməlidir. Şəxsən mən üzdən TV-lərdə görsəm də, konkret olaraq 258 nömrəli PDM ekipajı filminə baxmasaydım, bura gəlib çıxmazdım. Orada komandirin baxışı ilə qardaşın ifası inanılmaz kombinasiya yaradıb. Muğamlara, musiqilərə yersiz bəzək-düzək verilməyəndə çox gözəl alınır, həqiqətən
Bu musiqini bəyənməyənin hərçənd ki, ürəyi yoxdur !!
Dünyanın yükünü çiyinlərimde hiss eledim((
Bir möcüzə ola, çıxıb gələsən.
Qala bilməyəsən getdiyin yerdə.
deyəsən əzizim, sənə gəlmişəm
deyəsən əzizim, aç qollarını
daha öldürsələr getmərəm birdə...
Deyəsən əzizim, necə çətinmiş,
Səndən uzaqlarda sənə darıxmağ.
Deyəsən əzizim, tut əllərimi
dünya dağılsa da, məni buraxma
Mən də ocaq kimi, mən də pir kimi,
bu anı illərlə gözləyir kimi,
açım qollarımı, qollarıma gir,
kirpiyindən öpüm, gözündən öpüm,
mənə gələn yolda ayağına dəyən
küçənin kirindən, tozundan öpüm.
Elə öpüm yollar olsun pak, sənəm
elə öpüm, birdə getmə birdənəm
Butun sehid olan helede yolunu gozleyen xanimlarina gelsin...
Ağladim ya .Niyə ölüm ən boyuk cinayətkardir.
Necə gözəl şeirdir. Müəllifi kimdir?
Olsem meni baxışla deyeceyim bir Allahım var bir de yaralı qelbim .
Allah sene ömür versin qardaş hemise musiqini bele yasadasan.🖒🖒🖒🖒🖒🖒
Ağlatdınız məni. Özü də necə? 😢ALLAH CAN SAĞLIĞI VERSİN SİZƏ.
vallahi bele senetkarLarın qedrini bilen azdl. efirde bir deste pozqunlara meydan veribler. amma baxln istedadl ne olan bir şeydi görun nece senedkarlarımız var
Cox mohtesem bir ifa.her gun bir yerde oldugum sehid qardaslarim gozumun onunden kadr kimi kecir.Allah butun sehidlerimize rehmet elesin.
Qardaş, bu musiqi adamın iç-içalatın çıxardıb tökür yerə. Əhsən, əhsən yenə də əhsən...
Bu musiqi mənə Ramazan ayını iftar sufrələrini xatırladır.Sanki İlahi bir eşq var bu musiqidə.
Qadın dəniz idi , adam göyüzü
Yansımaq sərbəst idi qovuşmaq imkansız. 🥀
Her dinleyişte ruhumuz dinleniyor. Yüreğinize sağlık, başarılarınız daim olsun.🇹🇷🇦🇿
Var ol Gardasim. Professonal. UGURLAR .....
Tarix 15.01.2021 ci il, saat gecə 02:42. Mahnıdan çıxmaq olmur... Adamı xəyallarının belə gedə bilməyəcəyi qədər uzaqlara aparır.
Bu mahnını 2024, de eşidən mən...😢😢 Çalan əllərinizə o, kövrek üreyinizə sağlıq.👏👏👏..👑
🎉
Allahım var elesin seni Qardasim Ureyin Var Olsun qardasim...Möhteşem 🙏🏻🙏🏻
Bu musiqini dinləyəndə Hacı Şahin yadima düşür Allah rəhmət eləsin heyf onnan 😢
Belə gözəl musiqilərə bu qədər az like, belə gözəl sənətkara bu qədər az abone həqiqətən haqsızlıqdır!
Saat 03:01.2021.Karona tutubmuşam.Nəfəs darlığı ondanmış,dünya bizə dar be,nəfəs nə ki
Sağ qalırsam yolum buralardan yenə düşəcək
Yolunu sal buralardan...
Ruhumum səsli forması bu musiqidir...
O qədər dərinə aparır ki.. Rəsmən zamanda yolçuluq edir adam...
Heqiqeten eledir huzunmu deyim hesretmi deyim dertmi deyim nese bir basqa hallara salir adami bu musiqi.insanin ruhunu dinceldir
2 ay öncə çıxan, bayağı bir musiqi bir milyon, 3 il əvvəlki bu video isə 2.2 milyon izlənib, niyə Üzeyir nəslinin ardınca gələnlər belə zövqə sahibdirlər axı? Niyə belə dəyərli ifalarımız tanınmır?😞
Cox gozel musiqidi, esq olsun senetkar sene
Can ,Şəhid qardaşımm ,cannn..Qardaş həsrətilə necə yaşayaq axı ay Allahhhh?(Hüseyn Arif demişkən :Həsrətin tüstüsü yaxşıki yoxdu .Yoxsa Yer kürəsində göz-gözü görməzdi.
Beli yaxşı ki yoxdur
Var ol Ay sənətkar barmaqların qızıldı vallah Allah səni qorusun gözəl insan bu mahnı məni məndən alıb uzaqlara apardı ♥️🙏
Bu bizim kimi qeriblikde yasayan insanlara baci qardaslarimiza tohve olsun tar calan ellerin var olsun
Yəqin bu musiqinin təsirindəndir, elə yorumlar var ki, insan oxuduqca oxuyur, yorulmur. Yorumlar ve xüsusile bu mahnıya uyğun şeir paylaşan qardaş təşəkkür.
Sag iken doludur insan ureyi
Olende sozleri qelbinde gedir
Hesretden alisib yanan ureyi
Sevdiyi insansiz mezara gedir
Men de yazaram sozlerden qezel
Yarimin hesreti yandirar meni
Evelden beledi hesretim ezel
Gozlerim axtarar her zaman seni
Sensizlik duygusu qelbimde dagdi
Bigane insanlar gordu bu urek
Vuqarli daglara coxdan qar yagdi
İndi de tepe dek kicikdir urek
Her gun yeridiyim mehlede biraz
Xatire gezirem divar daşinda
Yeqinler deyirem qayidar biraz
Axdarib araram cınqıl dasinda
Belke de lal olmaq yaxsidir bele
Dinib danismayib qarismaq bele
İnsandan uzaqda Daglarda bele
Yasamag lazimdi az zaman kimi
Omuru veririy badeler kimi
Muellif:Lal şair 🥀
Beli bu şeiri men yazmişam 2 ay önce telefonum yox idi iş yoldaşımın telfonunda yazmişam fehle işleyirdim tikintide 🚬
Gəl, sevgilim, tut əllərimdən. Qoy bizi ayırmaq istəyənlər məyus olsunlar. Bax gözlərimə qara gözlərinlə. Qoy gözlərimə bir işıq gəlsin. Sənsiz keçirdiyim illərin həsrətini al məndən, getsin uzaqlara. Gül ki, sənə gülmək yaraşır. Başını aşağı salma mənim yanımda, sən buna layiq deyilsən. Qorxma heç kimdən, mən artıq səninləyəm. Utanma, doyunca sev məni, mələyim, heç kimdən gizləmə məni sevdiyini, mənə də söylə bunu. Çünki mən də səni sevirəm və mən daha sənin yanındayam. Bağışla məni, sevgilim. Bağışla, bu vaxta kimi səninlə qovuşa bilmədiyimiz üçün, bağışla ki, indiyə kimi sənə bu qədər həsrəti, iztirabı yaşatmışam. Amma daha bitdi həsrət. Qovuşmaq vüsalı bizə nəsib oldu. Şükürlər olsun Uca Allaha.
Məni bağışla əgər... Bağışla məni sevgilim, əgər ölsəm, səni tək qoyub getsəm bu dünyadan. Bağışla məni, əgər bacarsan... Ölsəm bağışla....
#ünvanlı Mələyimə💚 Bir gün bu sözləri sənin özünə demək diləyi ilə
😢
😥😥
😔
İçində sevginin niskilli olan,
Yandırma, yaxma bizləri bir də.
...
Allah sənə ömür versin Qardaş Ruhumu sakitləşdirdin mənim 27 yaşım var bəzi cavanlar var Tara qulaq asmır ama mən o cavanlardan deyiləm Ağstafadan salamlar
Musiqinin esaretinden cixmaq olmur heqiqeten adami alib aparir uzaqlara. Var ol senetkar👍👍👍
Tarı hançer gibi kullanıyorsun be kardeşim deşmedik yara kalmadı bizde…Trabzondan canım Azerbaycana canı gönülden kucak dolusu selamlar sevgiler… Ellerin dert görmesin…
Oxu, tar, oxu, tar!
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu, tar, bir qadar!
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unutar?
Ey geniş kütləmin şirini, şərbəti-
Alovlu sənəti!...
Ən yaxşı musiqiçi ən istedadlı olan deyil,ən üstün düşüncəyə malik olan və ümumi yanaşma tərzi ən kreativ olan musiqiçidir.Var ol Əliəsgar qardaşım,bu qədər tar çalan olan dönəmdə özünə məxsus yerin var.
Neyləmişəm sizə ?ağlatdız məni.👏
Maşallah olsun əziz insan! Ürəyinə, canına, barmaqlarına qüvvət!🇦🇿🇦🇿👍👍👍
İfanız ruhumu o qədər oxşadı ki,deyəcək söz tapa bilmədim.
Музыка прям душу разрывает на части, тонкая и глубокая струя пронзила в душу, как же ноет она.
Bele gozel ifaya cox heyif ki beyenme az gelib
Tezliklə bəyənmə də çox olacaq, izlənmə də milyonu keçəcək, İnşallah!🙏
Gec-gec görüşdüyümüz günlərin heyfin çıx,
Ölsəm, ölsəm tez-tez gəl məzarım üsdə.. #ölsəmbağışla
Musiqidən bir az daha artıq bir şeydir. İnsanı alıb , uzaqlara aparır.
Ürəyinizə, əməyinizə sağlıq!
Bu mahnı mənə puç olmuş xəyallarımı puç olmuş arzumu,sevgimi, puç olmuş hər şeyi xatirladır görəaən günahım nə idi bu qədər dərd kədər bu qədər stress,travma özümü 1 gün belə xoşbəxt his edə bilmirəm nə vaxt xoşbəxt olacam deyirəm dahada pis oluram hər gecə ağlayıb yatmağdan səhər heçnə olmamış kimi durmağdan çox yoruldum......))
Elə bil özümü oxudum.😢
Əhsən, sənətkar. Əllərinizə sağlıq. Allah ömrünüzə bərəkət versin. Can sağlığı versin sizə. Uğurlar !
bu gün bunu axtarmışam her yerde bu nə gözəl musiqidi
Bir tar bu qədər həzin çalına bilər, yəni ! Əllərinizə, ürəyinizə sağlıq. Möhtəşəm ❤
Mən dözə bilmirəm ilahi məni,
Başqa bir şəkildə kaş yaradardın...
Kaş mənim yerimə bu təbiətdə,
Ağac yaradardın daş yaradardın...
Mən dözə bilmirəm ilahi məni,
Dəniz yaradardın dağ yaradardın,
Kaş mənim ruhumu torpağa qatıb,
Çiçek yaradardın bağ yaradardın...
Mən dözə bilmirəm ilahi məni,
Alma yaradardın nar yardardın,
Kaş məni dənizdən göyə çəkilən,
Yağış yardardın qar yaradardın...
2ildi necə fərqinə varmamışam bu musiqinin. Qəribə olur adam dinləyəndə. Bambaşqa hissdir🤌
Menim dərmanın həkimdə yox səndədir
Neynirem sagalmaq yaşamım səndədir
Dermanlar faydasız, əlacım gozlerin olsun
Bir canım var oda sənin olsun
Musiqi heqiqeten de mocuzedir biz insanlara!Bir de onu urekden ifa eden,konlunu veren senetkarlar. Fikirlesendeki eyni 7 not ve eyni musiqi aleti verilir ifaciya,amma ortaya cixan netice nece de ferqlidirr!!!!!
Истинный талант заставляет другого таланта слушать и слушать. Спасибо от всего сердца.
Ürəyimin ən yaralı yerini
titrədir bu musiqi.Var olsun gözəl sənətkar.
Dahi Sabir demiwken gor ne bicare biriyem ki olumde mene naz edir 😢😢😢😢😢😢 💔
Mən yorğun, bitkin olanda bu laylanı dinləyirəm, bəzən gözlərim dolur, ağlayıb rahatlayıram, bəzən də eləcə dinləyib qismən sakitləşirəm
🥀🥀🥀 həyat yorur insani cox zaman
Hansısa dingiş mahnı olsaydı 1000000 baxışı olardı. Heyif .
2000000 baxılıb uje
Günəşim çıxmasa ayim batmasa
Ürəyim üzülse nefes çatmasa
Gozelerim yumulsa qəlbim atmasa
Sen meni unutma öləsəm bağışla
İçimden keçən bir beyt
beh beh
O qədər gözəl sözlər deyilib, yazılıb ki təkrarçılıq etmirəm, tək sözlə; MÖHTƏŞƏM.
Əllərin, ürəyin dərd görməsin qardaş