Ali Məhkəmə xarici diplomlarla bağlı qərar verdi | Tələbələrin nəzərinə
HTML-код
- Опубликовано: 10 фев 2025
- Ali Məhkəmə xarici diplomlarla bağlı qərar verdi | Tələbələrin nəzərinə
Ali Məhkəmə daxil olan şikayət əsasında xaricdə qiyabi təhsil alan tələbənin diplomunun tanınmaması məsələsinə aydınlıq gətirib və bu proses üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərarı təqdim edib.
Məhkəmədən verilən məlumata görə, Moskva Politexnik Universitetində qiyabi təhsil alan şəxsə bakalavr diplomu verilib və həmin diplom Rusiyanın səlahiyyətli qurumu tərəfindən apostil olunub.
İddiaçı sənədin Azərbaycanda tanınması barədə orqana müraciət etsə də, rədd cavabı alıb. Səbəb olaraq onun təhsil aldığı ölkədə qısa müddət olması və həmin vaxtın təhsil proqramının mənimsənilməsi üçün kifayət hesab edilmədiyi göstərilib.
Şəxs diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edib. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyib, həmçinin apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb.
Bundan sonra iddiaçı Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə qərarında bildirib ki, bu, xaricdə alınan qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olub-olmadığı ilə bağlı məsələdir.
Başqa sözlə, qanunvericiliyə görə, tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakı qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən edilib.
İddiaçının halında sözügedən tələbə riayət olunmayıb. Qeyd edilənlərə əsasən, iddiaçı tərəfindən verilən kassasiya şikayəti təmin edilməyib, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
t.me/bakutvxeber
/ baku.tv
/ bakutvofficial
www.baku.tv
ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
QAPQARA ➧ • QAPQARA
AYDIN TARİX ➧ • AYDIN TARİX
ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
O VAXTLAR ➧ • O VAXTLAR
SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
BAKU MED ➧ • BAKU MED
RƏSMİLƏR ➧ • RƏSMİLƏR
BAKU AKTUAL ➧ • BAKU AKTUAL
RETRO BAKU ➧ • RETRO BAKU
ARAŞDIRMA ➧ • ARAŞDIRMA
44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
Ali Məhkəmə xarici diplomlarla bağlı qərar verdi | Tələbələrin nəzərinə
2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
#bakutv #aliməhkəmə #qərar #qiyabitəhsil #diplom #xaricidiplom #tələbə #qanun #təhsil #tədris #bakalavr
Dövlət qurumlarda göndərişlə gedənlər təhsil Kefiyət Təminat agenti gün az olduq üçün imtina verib pandemiya ilər oxuyanar bu zulum çəkir Allah düşün gənclərin arzusu var ata ana zulum çəkib pul töküb övladı üçün.