İsrail belə yarandı - Qısa, real tarix-Pulgir fələstinlilər,işbaz yəhudilər.Satılan türklər kim idi?

Поделиться
HTML-код
  • Опубликовано: 26 сен 2024
  • İsrailin Müstəqillik Bəyannaməsində "Yəhudi Dövlətinin spiritual banisi" şəklində müraciət edilən Teodor Hertsl 1896-cı ildə İstanbula səfər edir. O Sultan Əbdülhəmid xanının qəbuluna düşmək niyyəti ilə müraciət edir, lakin ona imtina edilir. O, Sultana yaxın olan polşalı Filip Nevlinski vasitəsilə ona təklif edir ki, dünyanın ən varlı yəhudilərinin təmsilçisi olaraq bura gəlib. Osmanlı dövlətinin Avropaya olan borclarını ödəmək, onların lobbiçilik işinin qurulması və Avropa mətbuatının birbaşa Sultana xidmət etməsini təklif edirlər. Əvəzində isə Fələstinə yəhudi açılımı edilsin, burda onlara torpaqlar istənilən qiymətə satılsın və kiçik bir muxtar dövlət qurmalarına izn verilsin. Sultan Əbdülhəmid buna kəskin etiraz edir. Nəinki borclara görə, istənilən məbləğ olsa belə Fələstində bir metr torpaq kiməsə verilməyəcək deyə cavab verir.
    Teodor Hertsl belə kəskin cavab gözləmirdi və o polşalı dostuna deyir ki, əvvəl axır bura yəhudilərin olacaq. Onun bu sözü yəhidlərin ən sevdiyidir:
    “ Türklər gün gələcək, dilənçi vəziyyətinə düşəcək və dizlərimə qapanıb yalvaracaqlar”.
    O Vyana şəhərinə geri dönür və bütün varlı yəhudiləri 29-30 avqust 1897-ci ildə İsveçrənin Bazel şəhərinə toplantıya dəvət edir. Ən varlı yəhudilərin iştirak etdiyi bu toplantı zamanı Fələstin torpaqlarında "Yəhudi Milli Yurdu" yaradılması üçün proqram qəbul edilir. Proqram üzrə hər bir varlı yəhudinin üzərində yalnız bir iş dururdu. Qiymətindən asılı olmayaraq bacardıqca daha çox torpaq satın almaq. İlk zamanlar böyük torpaq sahələri olan Fələstinlilər ikiqat qiymətinə özlərinə məxsus əraziləri yəhudilərə satmağa başlayırlar. Hər torpaq rəsmi satış yolu ilə alındıqca ora yəhudi ailələri köçürülməyə başlanılır. Say artıqca Əbdülhəmid buna qarşı 1898-cü ildə ciddi qərarlar qəbul edir:
    1) Yəhudi millətindən olan şəxslərə torpaq satılmasın.
    2) Xəzinədən Fələstinlərdən torpaq alınıb türklərin adına rəsmiləşməsi üçün pul ayrılsın.
    3)Bu torpaqlara yəhudilər köçüb yaşamaq hüququ verilmir və Fələstinə gələn hər bir yəhudi 3 aydan artıq burada qala bilməzdi.
    Yəhidlər bu qərardan sonra aşağıdakı addımları atırlar:
    1) Pula həris fələstinli adına torpaqları sənədləşdirdilər.
    2) Britaniya, Almaniya və Avstriya vətəndaşlığı alıb buranın pasportu ilə torpaq satın almağa başladılar.
    Lakin Sultan bundan xəbər tutub istənilən ölkə vətəndaşı olmasından asılı olmayaraq heç kimə bu torpaqlarda ərazi və mülk alınmasını qadağan edən qərar verir. Eyni zamanda bütün Osmanlı ərazisində fəaliyyət göstərən səfirliklərə diplomatik nota göndərib yəhudi əsilli şəxslərə viza verilməyəcəyini bəyan edirlər.
    Onlar yenə Emmanuel Carasso adı gənc türklər hərəkatında böyük nüfuza malik şəxsi Əbdülhəmid xanın yanına yeni təkliflə göndərirlər. 20 milyon pul və Avropa dövlətlərinə olan borcun silinməsi. Lakin Sultan yenə yox cavabı verir.
    Teodor Hertsl Osmanlı sarayında böyük pullar hesabına özünə tərəfdar toplayır və zamanla onlar üzərində olan qadağaları aradan götürülməsinə nail olur.
    Sonra isə...
    Əbdülhəmid xan hakimiyyətdən uzaqlaşdırılır və 1908-1918-ci illərdə qısa fasilələrlə hakimiyyətdə olan, konstitusiyalı monarxiyanı əsas ideya qəbul etmiş İttihad və Tərəqqi partiyası Sultanın yəhudilərlə bağlı bütün qərarlarını ləğv etdilər. Nəticədə gələcək yəhudi dövlətinin ilk şəhəri Tel Əviv 1300 ev və 1500 nəfərdən ibarət şəxslə salındı. Bununla da Fələstində yəhudilərin ilk böyük uğuru əldə edildi. Fələstində yəhudilərin pulu, ingilislərin silahı ilə onların qarantı olacaq türklər burdan uzaqlaşdırıldı.
    11 dekabr 1917-ci ildə Britaniya generalı Edmund Allenbi (Birinci Vikont) Qüdsə şəhərin alan kimi Səlahəddin Əyyubinin məzarına getmiş və demişdi:
    "Qalx və gör, səlib yürüşü bitdi. Biz geri döndük və şəhər bizimdir."
    Bu torpaqlarda yəhudilərin dövlət qurumasının bir neçə səbəbi olub
    1) fələstinlilərin qızıla və pula hərisliyi
    2) yəhudilərin çoxlu pulunun olması
    3) ingilislərin Səlahəddinə qarşı kinlərinin qalması
    4) Osmanlıların bu torpaqlardan uzaqlaşdırılması
    Bir sözlə fələstinlilər bu torpaqları yəhudilərə satdılar. İndi də onun əzabını çəkirlər....
    Eyni zamanda İttihad və Tərəqqi partiyasının da pula satıldıqlarını unutmayaq.
    Sultan II Əbdülhəmid özü də qeyd edirdi ki, bir gün tarixçilər haqqımı verəcəklər, türk tarixçilər bunu etməsələr də, mütləq xaricdəki tarixçilər bunu edəcəklər sözünü də unutmayaq.
    Fələstinlilərin pula hərisliyi və yəhudilərin pullu olması bu gün bitməyən savaşın əsl səbəbidir
    Sultan Əbdülhəmid xanın qədrini bilməyən fələstin ərəbləri onu çox axtaracaq hələ..
    Son olaraq dünyanın ən nəhəng simalarından biri Otto fon Bismarkın bu sözünü yazıram:
    Dünyada 100 qram ağıl var. Onun 90 qramı Əbdülhəmiddə, 5 qramı məndə, digər 5 qramı isə başqa siyasət adamlarındadır.
    Zaur Aliyev, dosent

Комментарии • 76

  • @nqabil
    @nqabil 11 месяцев назад +22

    Bu cür tarixi məlumatlarla insanları maarifləndirdiyiniz üçün təşəkkürlər

  • @uguralisli659
    @uguralisli659 11 месяцев назад +19

    VƏTƏNİ satmaq yox, onun uğrunda şəhid olmaq lazımdır . ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN , ŞƏHİDLƏRİMİZ bizim milli SƏRVƏTİMİZDİR.

    • @mhbbtfrhadov3105
      @mhbbtfrhadov3105 11 месяцев назад +4

      Bizim də torpaqlarımız qarış-qsrış ermənilərə sstılıb, rəhbərlərimiz isə vəzifələrini itirməkfən qorxaraq susublar, proses indi fə başqa şəkildə ölkəni talamaqla davam edir, fələstinlilərdən heç də fərqimiz yoxdur, allah xalqın haqqına girənlərə insaf versin tamahlarını azaltsın nə isə...

    • @ВасифАбдуллаев-ю5л
      @ВасифАбдуллаев-ю5л 11 месяцев назад

      ​@@mhbbtfrhadov3105axmaq axmaq danişma. Rus senin torpaqivi alib verib.. bir de ele qarabaqin bezi " qehreman" axc üzvleri 90 illerde satiblar

  • @familbayramov5764
    @familbayramov5764 11 месяцев назад +13

    Təşəkkürlər qardaş Cox sağolun ..abir həya ismət savad hamisi sizdə cəmlənib..Xahiş edirəm Lacinli Sultan bəydən araşdırma edin..LACİNLİLAR

  • @YarasaYarasa-ix4jy
    @YarasaYarasa-ix4jy 11 месяцев назад +23

    Dünya kordur. Əslində kor deyil, yəhudi eynəyi taxıb. Heçnədən xəbəri yoxdu.

    • @GVM62
      @GVM62 11 месяцев назад +3

      Bes senin eyneyin kimindir

  • @islamkazimov122
    @islamkazimov122 11 месяцев назад +8

    Təşəkkür Sərdarım🙂

  • @turalrahimov5668
    @turalrahimov5668 11 месяцев назад +5

    Allah razi olsun,melumatiniz ucun.

  • @СемилеМанафова
    @СемилеМанафова 11 месяцев назад +3

    Caaan Vetenim.30 ilden artiq cooox zulm gorduk,boyuklu-kicikli.Amma 1 defe de olsun, en mezlumu bele Peygember ummetine lenet etmedi.Her an Ya Allah dedi. Sonsuz wukurler olsun Alemlerin Rebbine ki, bu xalqin numayendesiyem🤲🏻

    • @XTQ-Fanat
      @XTQ-Fanat 10 месяцев назад +2

      ƏLHƏMDULİLLAH 🤲

  • @isayismailov590
    @isayismailov590 11 месяцев назад +5

    Çox maraqli oldu

  • @Гянджинец-ц3ш
    @Гянджинец-ц3ш 11 месяцев назад +4

    Заура дейин 1947 илдан бир аз десин , нетери фелестин миллати йаhудилари гебул

  • @intiqamqulamov4292
    @intiqamqulamov4292 11 месяцев назад +5

    Tarix unudulmur coxsağol qardaş

  • @LeylaMuxtarova-x3o
    @LeylaMuxtarova-x3o 10 месяцев назад +3

    Lap tutaqki satiblar aldiqlarin alib dursunlar kenara,niye yeniden “pulgir”felestin xalqina qarsi qetliam edirler???Bu gunki veziyete baxanda tarixi aydin görmek olur,Allah Felestin xalqina kömek olsun.Onlarin usaqlarinda olan urek bezi tarixcilerde yoxdu.

  • @xaldememedova1689
    @xaldememedova1689 11 месяцев назад +2

    Gözəl və məntiqli video üçün çox sağol

  • @XqaniCfrov-ze8ib
    @XqaniCfrov-ze8ib 10 месяцев назад +2

    Rəylərə baxanda adamı dəhşət bürüyür sanki sabah fələstin uğrunda savaşmaq üçün israilə hər cür bəraət donu geydirirlər

  • @Гульниса-д8х
    @Гульниса-д8х 11 месяцев назад +2

    Bu gun ise o palastin ki evreylere komeg edib. Bugun ise polastin de muharibe gedir😢

  • @lendokalendo
    @lendokalendo 10 месяцев назад

    Gozel werhe gore tewekkur

  • @Partizan-bh8oz
    @Partizan-bh8oz 11 месяцев назад +3

    Təşəkkürlər

  • @raufiskenderov5456
    @raufiskenderov5456 10 месяцев назад +1

    Həqiqətən çox gülməli söhbətdi bu insanları canları qalsın kənara övladları ailələrini qurban olaraq verib torpaqlarını tərk etmirlər əgər pul ilə satsalar israil onların üzərinə atdığı miyardlarla dollar silahın pulunu fələstunlilərə verib onları indi sivil şəkildə boşaltdırardılar.

  • @СемилеМанафова
    @СемилеМанафова 11 месяцев назад +3

    Ehhhhh. Problemini koku Felestinin ozundedi, amma muselmanlari lenetleyirler ki, komek etmirsiniz.

  • @elcingoycayliofficial8980
    @elcingoycayliofficial8980 11 месяцев назад +1

    Sağol qardaş gözəl məlumatlarına görə

  • @abdulhalimgadirov9947
    @abdulhalimgadirov9947 11 месяцев назад +1

    Dünya nəyi görmək istəyirsə onu da görür.

  • @fizulisaryev3803
    @fizulisaryev3803 11 месяцев назад +2

    İslami tarix boyu kim gorudu? Kimlər mübarizə apardi? Hec birində ərəblərin rolu olmadi...

  • @TarkanAze
    @TarkanAze 11 месяцев назад +1

    Torpaq satılmayıb,o söhbətin daha dərinlikləri var.
    Tarla işlətmək üçün verilib icarəyə ingilislər

    • @qaraqarga5316
      @qaraqarga5316 11 месяцев назад

      😂😂😂

    • @renaresulova3698
      @renaresulova3698 11 месяцев назад +2

      3cü versiyanı da indi eşitmiş oldum.

    • @TarkanAze
      @TarkanAze 11 месяцев назад

      @@renaresulova3698 birinci dünya müharibəsində ingilislər o tərəflərdə bütün torpaqları işğal etmişdi.1948’ci ildə ingilislər çıxıb getdilər

  • @Mexanik1266
    @Mexanik1266 10 месяцев назад

    Bizə fələstindən nə???

  • @vefa_aliyeva
    @vefa_aliyeva 11 месяцев назад +1

    TƏZƏ TARİXÇİ PEYDA OLUB

  • @YarasaYarasa-ix4jy
    @YarasaYarasa-ix4jy 11 месяцев назад +3

    Dünya kordu da.

  • @elsenmemmedov8252
    @elsenmemmedov8252 10 месяцев назад

    Bir dindar insandan sosial şəbəkələrdən birində verdiyim suala gələn cavab: Salam aleykum eziz qardaşim bağişla unutmuşam buna cavab verim demeli Hz Musa misir erazisinde olub sonra ise Qurani kerimde ki buyrulur
    Musa öz qövmüne dedi daxil olun müqeddes torpaqlara hemen torpaqlar şamin bir hissesi felestin erazisinin bir hissesi hesab olunur.
    Məgər yəhudilərin o torpaqlara gəlib çıxması ALLAHIN iradəsi deyil? Sizləri Allah bagışlamayacaq çünki siz Allahın iradəsinə qarşı çıxırsız.

  • @nrmnrza7939
    @nrmnrza7939 11 месяцев назад +1

    təşəkkürlər

  • @davudtalibov2539
    @davudtalibov2539 11 месяцев назад +3

    Cox sethi yanashmadir mesele bu qeder besit deyil torpaqini satan millet evlerinin acarini olene qeder yaxasinda gezdirmez ve bunu aile mirasi kimi nesilden nesile öturmez

    • @renaresulova3698
      @renaresulova3698 11 месяцев назад +1

      Mən də başqa cür eşitmişəm, elə bu yaxınlarda.
      Yəni, naloqu çox qoyublar, fələstinliləri məcburiyyət qarşısında qoyub, dolayısı yolla məcbur ediblər torpaqlarını satmaga.
      Versiyaların hansı biri dogrudur görəsən?

    • @qaraqarga5316
      @qaraqarga5316 11 месяцев назад

      @@renaresulova3698 Naloq 😀

  • @sadiqgunesov9033
    @sadiqgunesov9033 11 месяцев назад +2

    Here bir cür tarix yazir deyesen

  • @XqaniCfrov-ze8ib
    @XqaniCfrov-ze8ib 10 месяцев назад

    Öz qələmini eləsin Zaur Əliyev də sən də hər ikiniz haqq alırsınız yəhudidən

  • @TV11-azerbaijan
    @TV11-azerbaijan  11 месяцев назад +1

    Material diqqətinizi çəkirsə, TV11-ə abunə ola bilərsiniz.

  • @TarkanAze
    @TarkanAze 11 месяцев назад

    🛑Birinci dünya müharibəsindən ikinci dünya müharibəsinə kimi ingilislərin işğalında olub oralar.Və bəzi torpaqlar yahudilərə kirayə verilmişdi ingilislər tərəfdən.
    Bunu danışın.
    Camahata yalan sözlərlə maarifləndirməyin🛑

  • @saidqurbanov8290
    @saidqurbanov8290 10 месяцев назад

    Hər bir müsəlman inanmalıdıki vaxt gələcək Allah yəhudiləri etdiyləri əməllərinə görə cəzalandıracaq

  • @hasanmemmedov8449
    @hasanmemmedov8449 11 месяцев назад +1

    Millətin başını boş məlumatlar ilə doludurmayın.

  • @nrmnrza7939
    @nrmnrza7939 11 месяцев назад

    😢

  • @nrmnrza7939
    @nrmnrza7939 11 месяцев назад

    😮

  • @nrmnrza7939
    @nrmnrza7939 11 месяцев назад

    😮😮😮😮😮

  • @serdaramin1910
    @serdaramin1910 11 месяцев назад +1

    ********

  • @SerdArt
    @SerdArt 11 месяцев назад

    *******

  • @AllahYeolax
    @AllahYeolax 10 месяцев назад +1

    Qoy qazandıqları faiz od olub qarınlarına dolsun .Allaha qarşı gəlmiş dönük hər yerdən qovulmalıdır.Miri də amerikanın quludur .gözləri bərələcəyi günü gözləsin

  • @hacinrmhmmd5682
    @hacinrmhmmd5682 10 месяцев назад +1

    Ə cındir Sən necə adamsan əə.burda torpaq satmaqdan söhbət getmir ey.İnsanliqdan gedir.İndi Mən sənə torpaq satmışam deyə gəlib ev tikib,sonrada Nəvələrini,nəticələrini öldürəcəksən.Adam ol.Adam.

  • @vitingsgatan1
    @vitingsgatan1 10 месяцев назад

    Dosent 100 faiz sionist olub.

  • @neonat3391
    @neonat3391 10 месяцев назад

    Yalan bunlar, utanmırsan????

  • @halivod
    @halivod 11 месяцев назад

    Yalan dır felestiniler heckime torpag satmayıb

  • @GVM62
    @GVM62 11 месяцев назад

    Yalan danisirsan get yeniden tarixi òyren

  • @Кадуци
    @Кадуци 11 месяцев назад +6

    Тамам бизи тамах йыхыб Султан каш о Теодору асайды

  • @turqaykurt
    @turqaykurt 10 месяцев назад +1

    Bəzi türklər elə o vaxtadan səy imiş ona görə geri qaldılar

  • @azreloglu4670
    @azreloglu4670 10 месяцев назад

    Bismark elə deməyib. Deyibsə, səhv edib. Dünya ağlının 90% malik bir adam yəhudilərin qarşısını almaq üçün daha tutarlı bir şey fikirləşərdi.

  • @IbmoMoib
    @IbmoMoib 15 часов назад

    Yalam məlumatdır camaatı aldatmayın

  • @TarkanAze
    @TarkanAze 11 месяцев назад +2

    Bu qardaşın danışdığının yarısı yalandır

    • @user-nu6pc9ll1
      @user-nu6pc9ll1 10 месяцев назад

      yarışı yalanın doqrusu nedır sen yaz öğrenek.

  • @rasadcahangirli811
    @rasadcahangirli811 11 месяцев назад +1

    Salam. Hansi sultan edir bunu?

  • @dursunrzabeyli5456
    @dursunrzabeyli5456 11 месяцев назад