Bu gün Od çərşənbəsidir - BAKU TV

Поделиться
HTML-код
  • Опубликовано: 9 сен 2024
  • Bu gün Od çərşənbəsidir - BAKU TV
    Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur. Bu çərşənbə Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.
    Od tarix boyu türk xalqlarının ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb. Bu çərşənbənin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur. Qədim insanlar günəşin, odun müqəddəs olduğuna inanıblar. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırmaq olar.
    Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir.
    Qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Hələ zərdüştlükdən çox əvvəllər insanlar təbiəti canlandıran, torpağı isidən günəşin yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, insanlara xoşbəxtlik gətirər.
    t.me/bakutvxeber
    / www.baku.tv
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    Bu gün Od çərşənbəsidir
    © 2023 © All Rights Reserved ℗ Baku TV
    #odcersenbesi #novruzbayrami #baharbayrami

Комментарии • 8