Dr.Vüsal Cəfərov “Uşaqlarda Hemangioma” mövzusunda canlı yayımda çıxış edib.

Поделиться
HTML-код
  • Опубликовано: 19 окт 2024
  • Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin yüksəkixtisaslı uzman uşaq cərrahı Vüsal Cəfərov 26 may 2022-ci il tarixində saat 16.00-da “Uşaqlarda Hemangioma” mövzusunda canlı yayımda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq. Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq ( / customshospital .
    Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür. Qeyd edək ki, Dr. Vüsal Cəfərov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirdikdən sonra 2011-2016-cı illərdə İstanbul Cərrahpaşa Universitetinin Tibb fakültəsinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası bölməsində uzmanlıq təhsili almışdır.
    Dr. Vüsal Cəfərov 2016-cı ildən etibarən Mərkəzi Gömrük Hospitalında uşaq cərrahı kimi çalışır. O, uşaqlarda anadangəlmə inkişaf qüsurlarının, yenidoğulmuş uşaqların cərrahi problemlərinin, uşaqlarda rast gəlinən təcili patologiyaların müalicəsi üçün aparılan əməliyyatları, həmçinin, müxtəlif növ uşaq uroloji əməliyyatlarını həm açıq cərrahiyyə, həm də laparoskopik üsulla icra edir.
    O, dünya mətbuatını mütəmadi olaraq izləyir, tibb elminin nailiyyətləri ilə tanış olur, onları öyrənir və öz təcrübəsində tətbiq edir. Dr.Vüsal Cəfərovun “Xayanın xayalıqdan kənar yerləşməsi” elmi məqaləsi 12 oktyabr 2019-cu il tarixində “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Journal of Pediatric Surgery Case Report” jurnalının online versiyasında ingilis dilində işıqlanıb. Dr. Vüsal Cəfərov Türk Təbiblər Birliyinin, Türk Uşaq Cərrahiyyəsi Dərnəyinin, Türk Hipospadiya Dərnəyinin üzvüdür.
    (012) 404-08-08
    Bakı, K.Kazımzadə, 118
    Website ► customshospita... Facebook► / customshospi. .
    Instagram► / merkezi_gom. .
    Linkedin►bit.ly/linkedin...
  • РазвлеченияРазвлечения

Комментарии • 9

  • @Güneş.eliyeva
    @Güneş.eliyeva 11 месяцев назад +6

    Mənim oğlumdada 2 ayında var idi başında əmələ gəlmişdi indi 3 yaşı var çox şukur allaha şişi yoxa çıxıb ləkəsi qalıb heç bir mualicə eləməmişik. İnşallah sizdə öz övladlarınızda bu sevinci yaşiyarsız allah bütün körpələri qorusun🙏🙏🙏

  • @natakarimova4694
    @natakarimova4694 2 месяца назад

    Mendede var çenemde birde dodagımda var malçe aldım inşallah emelyata gedeçem

  • @Aybeniz1980
    @Aybeniz1980 Год назад

    Dr Salam .Dr artan hemangiomalari peyvənd etmək olarmı?usaqda dəri üzərində balaca nöqtə kimi olub sonradan böyümə gedib hal hazırda. 5 aylıqdı onu peyvənd etmək olarmı? Öncədən təşəkkür edirem

  • @Userdi_13
    @Userdi_13 2 года назад

    Salam doktor mənim oğlumun 12 yaşı var üzünün bir terefi hemangiomadir 5 defe lazer əməliyyatı olub amma şişkinlik getmir.Rengi göy rəngdədir nə məsləhət görürsünüz?

  • @arzuhasanova7256
    @arzuhasanova7256 Год назад

    mənde anadan gelme belimde kiçik xal vardi.hemangoma.indi menim 46 yaşim var.qara ciyerimde 5 ed emele gelib.muxtəlif ölçulərdədir.nedirsə yaxşi bir şey deyil. hec bilmirem neyniyim

  • @leylacfrova3207
    @leylacfrova3207 2 года назад

    Salam doktor.Hemangiomanin böyüyüb sonra kicilme ehtimalı var?Yarımçıq doğulmuş uşaqda.

    • @fexriyyequliyeva5061
      @fexriyyequliyeva5061 Год назад

      Salam sizde uşaq necə oldu xahiş edirəm deyərdiz.menim qizim 3 ayliqdi onda da var.

    • @leylacfrova3207
      @leylacfrova3207 Год назад +1

      @@fexriyyequliyeva5061 Salam .Qızımın qolundadir biləkdən biraz yuxarı .İki qatı ölçüsünə qədər böyüdü.Hal hazırda təxmini 3 sm _dir.Lakin böyümə dayanıb mənim zənnimcə .Ancaq kicilme də yoxdur .Hekim dedi qorxulu yerdə deyil. Ona görə müdaxilə etməyə dəyməz.2 yaşına kimi özünün kiçilib getmə ehtimalı var.Eyer getmese estetik cəhətdən narahat olsaq lazer etmək olar .Ona görə biz hələ gözləyirik.Qizim da doğum yasi 8 aylıqdı.lakin düzəldilmiş yaşı 6 aylıqdı.Ona görə hələki gozleyirem