Başlıbel sıyqırımının şahidləri dəhşətli faciənin baş verdiyi yerdə

Поделиться
HTML-код
  • Опубликовано: 17 апр 2022
  • Başlıbel qətliamdan 29 il ötür. Ermənilərin xalqımıza qarşı törətdiyi amansız hərbi cinayətlərdən biri də 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndində baş verib. İşğal zamanı kəndin bütün yol keçidləri və cığırlarının ermənilər tərəfindən bağlanması 62 nəfər sakinin dağlarda gizlənməyə məcbur edir. Lakin həmin şəxslər cəmi 17 gün gizlənə biliblər. Onlar həmin günlər ərzində yalnız çay suları və təbii bitkilərlə qidalanmağa məcbur olurlar. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi mağaranı aşkarlayıb. Terror aktının növbəti hissəsini həyata keçirirlər. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər dinc və silahsız sakin güllələnərək qətlə yetirilib.
    Trend-in Qarabağ bürosunun çəkiliş qrupu işğaldan azad edilmiş Kəlbəcər rayonunun Başlıbel kəndində olub, faciə baş verən əraziyə baş çəkib, soyqırımdan təsüdüf nəticəsində sağ qalan şahidlərin dəhşətli xatirələrini lentə alıb. Başlıbel soyqırımının şahidi Mahir Cəfərov Trend TV-yə bildirib ki, ermənilər kəndi işğal edərkən kənd sakini Hüseyn Hüseynovu diri-diri yandırıb, Qənaət Ağayevi isə işgəncə ilə qətlə yetirib. Ümumilikdə 19 nəfər kənd sakini Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər.
    İşğal dövründə Başlıbel kəndinin əhalisinin sayı 1790 nəfər olub. Kənddə 323 fərdi yaşayış evi, 380 şagird yerlik bir orta məktəb, 45 yerlik uşaq bağçası, 45 çarpayılıq xəstəxana olub. Kənddə işğal dövründə 6 mağaza, 1 hamam, 1 çörək sexi, 1 klub, 1 mədəniyyət evi, 2 kitabxana fəaliyyət göstərib. İşğal dövründə kənddə olan 25 ədəd yük avtomobili, 2 UAZ, 2 sərnişin avtobusu, 5 traktor, onlarla digər kənd təsərrüfatı texnikası kənd ərazisində qalıb. Kənd sakinlərindən heç kəs evindən heç bir əmlak çıxara bilməyib. Tamamı ilə mühasirədə qalan sakinlər necə deyərlər can bazarında öz canlarını qurtarmağa çalışıblar. Dağlar sakini olan başlıbellilərin elə son pənah yerləri də dağlar olur.
    Qeyd edək ki, Başlıbel Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biridir. 7659 hektar ərazisi olan kənd iki dağ çayının qovuşduğu yerdə, Dəlidağın ətəyində yerləşirdi. Kəndin ərazisində 1993-cü ilədək yaşayan yerli sakinlər Azərbaycan türkləri olub.
    Başlıbeldən hazırlanan videoreportajı təqdim edirik.

Комментарии •