Baba Vəziroğlu - Bilirəm tək yanan mən olacağam (səsləndirdi Elik)

Поделиться
HTML-код
  • Опубликовано: 17 авг 2019
  • Bu da son ayrılıq son dayanacaq
    Qismətin əlindən biz hara qaçaq.
    Günah kimdə oldu - bilmirəm ancaq
    Bilirəm - tək yanan mən olacağam
    Bilmirəm - sevincdən ya qəmdən oldu,
    Bilmirəm dumandan, ya çəndən oldu.
    Bəlkə də ayrılıq, tək səndən oldu,
    Bilirəm - tək yanan mən olacağam.
    Niyə ayrılırıq, hayə gedirik,
    Vurub qəlbimizə yara gedirik.
    Bəlkə ikimiz də günah edirik,
    Bilirəm - tək yanan mən olacağam.
    Bəlkə bir yuxuydu - oyanmalısan,
    Bəlkə, geri dönüb dayanmalısan,
    Cəhənnəm oduna sən yanmalısan
    Bilirəm - tək yanan mən olacağam.
    Min günah elədin sən dönə-dönə,
    Bağışladım səni, sınadım yenə.
    Yenə də, yenə də sənin xətrinə.
    Bilirəm - tək yanan mən olacağam
  • СпортСпорт

Комментарии •