Qismet - Bir daha Emin haqqında ┃2021

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 389

  • @yasemenkazimova2517
    @yasemenkazimova2517 3 года назад +63

    Какой голос. Как бархат.
    Какая аура. Вы просто Чудо мой Дорогой Человек!
    Birnəfəsə dinlədim.
    Ruhu şad olsun dostunuzun. İnsanlar xatırlandıqca ölmür. Onu xatırlayan son insan öləndə o ölür.
    Və məncə orda bir yerlərdə bir şeylər var.
    Çiy köftəni mən də sevmirəm. Nəsə çəkmir də. Heç dadına da baxmadım. Hər yeni öyrəndiyim türk yeməklərinin dadına baxdım, amma bu çiy köftəyə yox) Ola bilər bir gün baxaram.
    O polislə olan hadisədən sonra mən yəqin ki Eminlə dost kimi yox, tanış kimi qalardım. Mən açıqlama verib elə uzaqlaşıram insandan. İnsanlar həyatımda 3 yeri tutur:
    1. Özəl
    2. Sayğı duyduğum
    3. Sıradan
    Siz özəlsiniz mənim üçün Qismət bəy və sizinlə kəşfiyyata gedərəm.
    Özəl o insanlardır ki mənim üçün, onlar dunyanı iyiliyə, gözəlliyə doğru dəyişmək üçün nəsə edirlər.
    Eminin psixoloji sorunları olub çoxumuz kimi. Bu 21-ci əsrin xəstəliyi. Bizim insanımız psixoloqa, psixoterapevtə getməyi ayıb bilir və içəridə özünü çürüdə oturur. Halbuki ayıb tam başqa şeylər, ən pisi də özün kimi, istədiyin kimi olmamaq, maska taxmaq. Danışmaqda da qapalı olur insanımız mühüm məqamlarda, erkəklər daha qapalı olur. Halbuki danışsaq, içimizi töksək çox şeylər başqa cür olardı. Beləsinə isə insan Özünü itirir və sonra çox az insan iradə gücü ilə Özünü qaytarır. Bir rus filmindən belə hallara uyğun ən xoşladığım hissəni bura qoyuram:
    "- Самое важное, cебя не потерять. Да, да, себя потерять легко - озлобиться, разувериться, обидется на весь мир и пропал Человек! И душа его пропащие, темная становиться, ничего не слышит вокруг себя, только себя.
    - А если она болит, душа болит?
    -Значит ещё не всё потеряно, значит ещё найдешь то что искала."
    Kitab adamı bir başqa, yəni kitab oxuyan. Onu da eninə uzununa oxuyan yox əlbət, dərininə, içindən keçirərək oxuyan. Arada sevdiyiniz kitablardan sevdiyiniz hissələri oxusanız nə gözəl olardı bu İlahi Səslə. İnanın ki ehtiyacımız var Sizə.
    "Avstraliya" filmində bir söz var:
    "Единственная что есть у человека, это его ( её) история. Она должна быть интересный!"
    Siz də öz tarixinizi, hekayənizi yazırsınız. İlahi Səs və Sözə malik insanda şəxsiyyət, xarakter də birləşirsə bu tarix çox möhtəşəm olur. Bildirimlərinin tez tez gəlsin. Söz hər şeydən kəsərlidir. Və mənim şəxsən sizə ehtiyacım var və sizin kanaldan gələn hər bildirim toy bayramdır mənim üçün:)
    Bu 15 dəqiqə necə keçdi bilmədim. Dostluq hekayəniz çox duyğulandırıcı. Heç bir şey artırmadan və azaltmadan danışdınız. Belə Gerçəklər çox nadir hal bizim insanımizda və cəmiyyətimizdə. Çox olsaydı dəyişərdik. Heyif ki saxtalıq və sünilik cəmiyyətimizi ağuşuna alıb.
    Amma Siz susmayın Gözəl İnsan. Siz o az olan gerçək insanlara çox lazımsınız! Hava və Su kimi!
    Bu mahnını sizə ərməğan edirəm, siz bizlərə etdiyiniz kimi. Tanrı və Evren sizi qorusun! 🙏
    ruclips.net/video/eYZO2bGJXyU/видео.html
    Вы тоже Чудо Гисмат Маммадзаде 🌠💌

    • @metekhan9195
      @metekhan9195 2 года назад +5

      Yasəmən xanım, sizi tanımıram, bilmirım kimsiniz. Ancaq onu vurğulamaq istəyirəm ki, siz özünüz də Qismət bəydən geri qalmırsız😊 Fikirlərinizi, hisslərinizi aydın, muncuq kimi axıcı, sadə və intellektli şəkildə paylaşırsınız. Qismət bəyin şəxsiyyətinə, səviyyəsinə heyranam.

    • @gulnaraabdullayeva4453
      @gulnaraabdullayeva4453 10 месяцев назад

      Yasemen xanim 🥰👍💐🧿chox gozel ve ozel duyqu ve yazi uslubunuz var . Men Sizi tanimasam da , setirlerin arasinda gozel ve mudruk bir xanim gordum. Mohteshem. Yazinizi bir neche defe oxudum.👏👏👏👏🧿❤️🇦🇿💐

  • @mahirosmanova7270
    @mahirosmanova7270 Месяц назад

    Ay Qismət!Necə sədaqətli insansınız.Dostunuza Allahdan rəhmət,sizə də can sağlığl arzulayıram.Amma səsinizin pərəstişkarları sizi daim arayırlar.Harda olsanız da Allah işlərinizi avand eləsin.Sizin kimi sənətkar ,savadlı ifaçının səsini ən yüksək,özünəlayiq səhnələrdən eşitmək arzusuyla.. sağ olun.

  • @alyev7406
    @alyev7406 7 месяцев назад +8

    ALLAH rəhmət eləsin gözəl sənətkarmıza Ruhu şad olsun

  • @bubajazz
    @bubajazz 2 года назад +21

    Vefali dost olmagina göre sag ol ay Qismet!
    Allah rehmet elesin!

  • @ismayilismayilov-yp4pk
    @ismayilismayilov-yp4pk 4 месяца назад +1

    Chox tesirlidi. 3- cu defedir bunu dinleyirem. Her defesinde o qeder pis tesir edir mene. Men Emini ilk defe uzun Anarin toyunda gormushdum. 2003- cu ilde. Duet oxudu Qismetle. Allah qeni qeni rehmet elesin

  • @elfirakerimova3876
    @elfirakerimova3876 6 месяцев назад +6

    Allah səni qorusun Qismət bəy
    Çox sadiq dost
    Əsl dostluğun nümunəsi

  • @miresgeragalarov2898
    @miresgeragalarov2898 5 месяцев назад

    Çox təsirli danışdın,oxuduğun kimi ürək yandırdın.Oxumağın, söhbətin həpsi gözəldir.Dostluqda sədaqətin var olub.Allah dostuna rəhmət ,sənə də vətənə qayıtmaq QİSMƏT etsin.

  • @ferqanenecefova2032
    @ferqanenecefova2032 Год назад +2

    ALLAH rəhmət eləsin. Qismət necə qüsursuz danışır, kitab çox oxumağın xeyri budur.

  • @gorets1976
    @gorets1976 Год назад

    Qismət,Allah səbr versin,sizi mərhəmətində saxlasın!!!🤲

  • @PervizEminli
    @PervizEminli Год назад +3

    Qismət bəy ağlamağdan gözümdə yaş qalmadı Allah sizi qorusun

  • @blakboy6172
    @blakboy6172 Год назад +2

    Qismet cox temiz selis danisir eynen ifasi kimi Allah sene can sagligi Eminede rehmet eylesin

  • @tariyelshirinli
    @tariyelshirinli 2 года назад +21

    Qismət QARDAŞ heyif siz AZƏRBAYCANDAN getdiniz.Dostunuza da ALLAH RƏHMƏT ELƏSİN. AĞLAYA AĞLAYA BAXMIŞAM. SİZƏDƏ ALLAHDAN SƏBR DİLƏYİRƏM.

  • @isayeva.1993
    @isayeva.1993 Год назад +10

    Bir dəfə Qismətlə Qubada toyda idik. Dost haqqında mahnı oxumasını sifariş verdilər. Oxuya bilmədi ağladı halı pisləşdi. Emini həqiqətən DOST kimi cox istəyirdi...

  • @pervanememmedova3041
    @pervanememmedova3041 3 года назад +17

    Cox sag ol Qismet .Emini xatirlatdigin ucun .Atasi atamin dostu idi .Allah rehmet elesin Eynulla Cebrayilov da gozel sesli senetkar idi .Heyf Emine ,cox heyf .Cox genc getdi .Cox potensialli genc idi 😢😢😢

    • @davud.488
      @davud.488 3 года назад +1

      Bəli xala elədir

  • @gunelmeherremova816
    @gunelmeherremova816 2 месяца назад

    Co tesirlendim cox Allah rehmet elesin🤲😔🥺

  • @xeyreddinqoca4733
    @xeyreddinqoca4733 Год назад +2

    Çox təsirləndim! Qismət, sənin yaşadıqlarını mən də yaşadım... Həyat dəhşətdir!..

  • @havvasasmaz6688
    @havvasasmaz6688 3 года назад +35

    Allah sene rehmet elesin gözel dayım ... Sen her zaman qelbimizdesen.

    • @elnurmmmdov3599
      @elnurmmmdov3599 2 года назад +2

      Salam Rəhmətlik Emin mənə elə gəlir ki Hacıqabulda dəfn olunub Allah Rəhmət Eləsin

    • @rakhilgasanov7489
      @rakhilgasanov7489 Год назад +2

      ​@@elnurmmmdov3599 xeyir Elibayramlida Şirvanda

    • @rakhilgasanov7489
      @rakhilgasanov7489 Год назад +4

      Bizim qohumdu Allah rəhmət etsin 😢😣

    • @asifmustafayev9147
      @asifmustafayev9147 Год назад +2

      ​@@rakhilgasanov7489Allah rəhmət eləsin Allah səbr versin

    • @asifmustafayev9147
      @asifmustafayev9147 Год назад +3

      Allah rəhmət eləsin Allah səbr versin sizə

  • @ИрадаГасанова-ц4з
    @ИрадаГасанова-ц4з Год назад +4

    Sadiq dost, Allah sizə səbr versin. Dostunuza rəhmət etsin.
    Siz var olun, harda olsanız da sizinlə qürur duyan pərəstişkarlarınız var

  • @rafiqtagizade.87
    @rafiqtagizade.87 Год назад +1

    ALLAH EMİN CƏBRAYILOVA RƏHMƏT ELƏSİN. GÖZƏL SƏSİ VAR İDİ.

  • @nusabealieva2780
    @nusabealieva2780 Год назад +1

    Ürəyim çatladı Qardaş
    Məkanı cənnət olsun 😪😪🌹🌹

  • @malahataslan2740
    @malahataslan2740 Год назад +1

    Qismet sen cox deyerlisen❤ Üzülme desem Mümkün deyil Ama RABBİMİN takdiri Güclü ol Sebirli ol deyerdim sene yalniz Emine de ALLAHDAN RAHMET dileyirik Bu heyat zaten aci 😔

  • @leylamusayeva9607
    @leylamusayeva9607 7 месяцев назад

    Allah rəhmət etsin men onu birinci ve son defe Sirvan toyunda gordum.cox az muddet kecmisdi esitdimki qezada rehmete gedib.cox gözəl ifa edirdi.

  • @РафигаМамито
    @РафигаМамито 5 месяцев назад

    Allah rəhmət eləsin!!!🤲🤲🙏🙏

  • @SamoHziyev-hb2sd
    @SamoHziyev-hb2sd Год назад +1

    ALLAH EMİNƏ RƏHMƏT ELƏSİN ÇOX GÖZƏL MÜGƏNNİ İDİ RUHU ŞAD OLSUN ALLAH SİZƏDƏ CAN SAGLIGI VERSİN QİSMƏT QARDAŞ SƏSİNİZ HƏMİŞƏ VAR OLSUN SİZ SAYILAN SEÇİLƏN XANƏNDƏSİZ

  • @leonleon4094
    @leonleon4094 3 года назад +23

    Cannn ay Qismət...mən səni elə başa düşürəm ki...nə yaxşı ki ürəyini boşaltdın...səni çox istəyənlər həmişə yanındadı balam mənim...ALLAH SƏNİ SAXLASİN İNŞAALLAH

  • @araz_ferzizade
    @araz_ferzizade 3 года назад +50

    Nur içində uyusun Emin 🤲 çox üzücüdü təbi ki Allah səbr versin sizədə Qismət bəy

  • @gorets1976
    @gorets1976 Год назад +15

    Allah Eminə qəni-qəni rəhmət eləsin,ruhu behiştlik olsun🤲

  • @iradasadixova6067
    @iradasadixova6067 10 месяцев назад

    Nur içində yatsın,dostunuz!
    Bu video qarşıma indi çıxdı səhifənizdə.Və bir daha əmin oldum ki,necə mükəmməl insansınız.Allah sizə səbr versin!

  • @aliagasafaraliyev3269
    @aliagasafaraliyev3269 Год назад +3

    Çox diqqətlə izlədiyim bir süjet oldu bu.Çox təsirli və izah verə bilməyəcəyim bir süjet. Allah Eminə rəhmət eləsin. Məkanı cənnət olsun. Sizə də dərin təşəkkürümü bildirirəm. Yaxşı dost ,gözəl sənətkar. Gəncədən yazıram.

  • @ilyasbabayev4973
    @ilyasbabayev4973 8 месяцев назад +2

    Ürək hisslərlə, duyğularla dolu olanda, onu bölüşməyə çox böyük mənəvi ehtiyac olur. Həmişə səsini, oxu tərzini, səhnə mədəniyyətini, əxlaqlı davranışını bəyəndiyim, amma əyani tanışılığım olmayan Qismət bəyin belə kövrək, duyğusal olduğunu zənn edirdim.Zatən, ifa etdiyi muğamların, mahnıların həzinliyi, ürəyəxoş lirizmləri onun bir insan kimi necəliyini tam nümayiş etdirirdi. Qismət bəyin timsalında bir bəlli həqiqət də təsdiqini tapmış oldu ki, yaxşı adam olmadan yaxşı sənətkar ola bilmərsən. Mən az-çox musiqidən xəbərdar birisi kimi onun xanəndə, müğənni istedadı ilə yanaşı insani dəyərlərə, prinsiplərə necə sadiq olduğunu vurğulamaq istəyirəm. Dostu ilə bağlı dedikləri isə, əlbəttə məni çox təsirləndirdi, Xüsusilə sonda " söz verib, 16 il gəlməyən dostu necə bağışlamaq olar" məqamında kövrəldim və yanağımdan üzüaşağı süzülən göz yaşlarımı belə silmək yadımdan çıxdı. Var ol, bala! Ürəyinə görə, dəyərli düşüncələrinə görə, səmimiyyətinə və nəcibliyinə görə var ol!

  • @amirqafarov5550
    @amirqafarov5550 Год назад +7

    Allah rəhmət eləsin qəbri nurla dolsun. Çox gözəl səsə malik olan bir ifaçıydı. Qismət qardaş Allah sənədə çoxlu səbir versin amin.

  • @aykataqieva6180
    @aykataqieva6180 Год назад +3

    Allah rəhmət eləsin Eminə.Allah Sizə Səbr versin.Allah Sizi qorusun çox sevdiyim,dəyərli Sənətkarımız

  • @azerveliyev4226
    @azerveliyev4226 Год назад

    Allah rəhmət eləsin.
    Allah səbr versin.

  • @patriot8137
    @patriot8137 11 месяцев назад

    Allah səbr versin,Allah rəhmət eləsin.

  • @zahidqarayev2610
    @zahidqarayev2610 Год назад +2

    Allah rəhmət eləsin Şirvanımızın Dəyərli Sənətkarı Emin Cəbrayılova Məkanı Cənnət Ruhu şad olsun

  • @МамедГасанов-ы7э
    @МамедГасанов-ы7э 2 года назад +2

    Allah rehmet elesin
    Гисмет гардашым сиз чох яхшы инсансыныз.

  • @terlaneliyev4330
    @terlaneliyev4330 Год назад +1

    Allah Rəhmət eləsin Sənə Ömür versin Qismət Ölümlü dünyadı Allah Axirətin Xeyirli etsin Amin

  • @jafarjafarov3085
    @jafarjafarov3085 Год назад +1

    Allah rehmet elesin.Eminin insanliği onun sesi kimi temiz ve saf olduğu bellidir.Qismet qardaş çox tesirlendim bu xatirlamandan.sizr böyük hörmetim var

  • @sedihesenov4317
    @sedihesenov4317 Год назад

    Coox qeherlendim hette agladim Allah rehmet elesin🙏

  • @huseynnasirli
    @huseynnasirli 8 месяцев назад

    Çox üzücü əhvalatdı.Allah rəhmət eləsin.Mən də yaxın dostumu itirmişəm,sizi çox gözəl anlayıram…

  • @AytacSaadova-yb1xy
    @AytacSaadova-yb1xy Год назад +1

    Çox təsirləndim.Sondakı adam dostuna sənöl gələcəm deyib 16, ildi gelməz sözundə bitdim.😢😢😢💔💔 İnsan öləcəyinə aylar,ya gunler qalmış onu azda olsa hiss edir deyirler.Bəlkə də ürəyinə düşmüşdü...Əyər başga nəsə olubsa da, Emin hər şeyi əbədi özü ilə aparıb getdi..😔 ALLAH rəhmət eləsin.😔💔🥀

  • @yasharesedov4130
    @yasharesedov4130 6 месяцев назад

    Allah rəhmət eləsin gözəl insana

  • @resadmustafayev6962
    @resadmustafayev6962 8 месяцев назад

    Allah Eminə rəhmət etsin.Amiiin.sizə can sağlığı versin.Amin Sizim üçün boş qalmış televiziyalar darıxıb.bizlərdə həmçinin

  • @heydereliyev1206
    @heydereliyev1206 2 года назад +12

    Allah emin qardaşımızın qalan ömrun sizlere versin.

  • @sahinaliyev806
    @sahinaliyev806 2 года назад +18

    Qismət salam Axşam ın xeyir Əminin dünyasını dəyişməsi tək səni yox bütün onu sevənləri sarsıdır allah rəhmət eləsin amin.

  • @rakhilgasanov7489
    @rakhilgasanov7489 3 года назад +9

    Allah rəhmət eləsin bizim qohumumuzdu gozəl insan idi 😢😥

  • @elcinqarabbt3509
    @elcinqarabbt3509 5 месяцев назад

    Allah rəhmət eləsin,qəmin kəm !!!
    Amin 🤲🏼

  • @asifmustafayev9147
    @asifmustafayev9147 Год назад

    Allah Emin Cəbrayılova rəhmət eləsin yeri Cənnət olsun

  • @azik333
    @azik333 3 года назад +25

    Allah sizə can sağlığı versin qardaş səbr diləyirəm sizə Eminin ruhu şad olsun 🙏

  • @rhmanliyev5313
    @rhmanliyev5313 Год назад +2

    Mən Gismət müəllimkimi,müğənninin dəlisiyəm.Çox savadlı,səs əla.Həm rus dili,həm anadilimizdə oxumasl.SUPER.Allah sizə ömürversin.Allahln sizə verdiyi,isdedad geyriadidir yekdir.Sizin dostunuzda,sizinkimi farklı bir insan olub.Sizə can sagllgl,dostunuza rəhmət diləyirəm Ulu Tanrıdan.

  • @hikmatniftaliyev1311
    @hikmatniftaliyev1311 3 года назад +3

    Cox saq olun əziz Qismət qardaşımız !Eminə min rəhmət...sən unudulmazsan Qismət!

  • @ismayilismayilov-yp4pk
    @ismayilismayilov-yp4pk 3 года назад +3

    Chox tesirlidi. Dost itgisini men de yashamisham. Allah rehmet elesin. Chox pis oldum.

  • @gulnarbabayeva5977
    @gulnarbabayeva5977 3 года назад +37

    Sizdə sadiq dostluq olub Qimət müəllim. İndi olenleri 2 ,3 ilden sonra yuxu kimi xatirlayirlar. Allah rəhmət elesin. Heyatın bu acı üzünə baxmağa mecburuq. Çünki, bu gün varıq,sabah yox...

    • @davud.488
      @davud.488 3 года назад

      Bəli qardas elədir.

    • @sevinccfrov7089
      @sevinccfrov7089 10 месяцев назад

      Məkanı cənnət olsun siz niyə uzağlaşdız bizlərdən gözəl sənətkar

  • @qurdyuvasi43
    @qurdyuvasi43 2 года назад +5

    Qismet muellim allah size can sagligi versin Eminede allah rehmet elesin

  • @seymuragayev1872
    @seymuragayev1872 2 года назад +9

    Allah rehmet etsin qardas Emine,gozel sesi vardı heyif tez kocdu bu hayatdan.

  • @resadismayilov7151
    @resadismayilov7151 2 года назад +8

    Allah Rehmet etsin emin qardasimiza Qismet melimede Allah can sagligi versin

  • @vuqarpasayev6143
    @vuqarpasayev6143 2 года назад +5

    Allah qorusun seni qardaş.Emine Allah rehmet elesin

  • @rafigaismayilova6047
    @rafigaismayilova6047 Год назад +6

    ALLAHİN SALAMİ OLSUN SİZE QİSMET BEY. EMİNİ HEC TANİMAMİŞAM AMA COX ÜZÜLDÜM .ALLAH ETİBARLİ SADİQ DOSTLUQU QORUSUN AMİN ALLAH YAXİNLARİNA SEBR VERSİN AMİN 💔💔😢😢

  • @orkhanorkhan2425
    @orkhanorkhan2425 3 года назад +6

    Qismət can sağlığı uzun ömür sene qardaşim Allah Emine rəhmət eləsin ruhu şad olsun yeri cənnətlik olsun

    • @davud.488
      @davud.488 3 года назад

      Amin.Orkhan bəy

  • @sehanealiyeva6532
    @sehanealiyeva6532 Год назад +3

    Allah rehmet etsin . Cox efendi medeni istedadli insan idi yadıma gelir esidende cox üzülmüsdüm.Siz de sagolunki onu bele unudulmaga qoymursuz, yad edirsiz . 2 defe tesadüfen Onun apardıgı toyda olmuşam . Tesirlenmemek mümkün deyildi onun sesine möhteşem idi. Nurlar içinde yatsın Allah Anasına yaxınlarına sebr versin .

  • @hikmettahirov185
    @hikmettahirov185 2 года назад +4

    Allah rehmet elesin gozel oxuyanydi emin cebrayilov Allah sizede sebir versin Qismet mellim

  • @no-ruz6082
    @no-ruz6082 3 года назад +15

    Hörmetli Qısmet Qardaşım, Çox semimi ve hesas bir insansın.
    Bu dünya hesas insanlara cehenemdir.
    Yaxşi ki seni tanımışam,yaxşi ki varsın.
    Bir dostun mene gönderdigi senin 2003 de çekilmiş klipte seni tanıdım, ifa etiğin mugam çox degişik ve değerlidir.

  • @elbrushasanov1621
    @elbrushasanov1621 Год назад

    Qismət bəy ,çox sağolun ki dostunuzu bucür kədərlə xatırlayırsınız.Mən sizin keçirdiyiniz sarsıntıları yaxçı başa düçürəm.Neynəmək olar,kədərinizə şərik oluram.Allah rəhmət eləsin.Allah səbr versin,yeri cənnət olsun.

  • @cebrayil056
    @cebrayil056 Год назад

    Həmən vaxtlarda Mən eminin mahnılarını təzə təzə dinləyirdim birdə eşitdim ki avto qəzada rəhmətə gedib çox pis oldum Allah rəhmət eləsin eminin çox gözəl səsi var idi məkanı cənnət olsun eminin ifasında səninəm mahnısı hələdə qulağımda qalıb elə bil hər gün qulaq asıram o mahnıya məkanı cənnət olsun

  • @leman5498
    @leman5498 3 года назад +14

    Sade ve deyerli insan, gozel ureye yatlmll sese malik olan Qismet bey ALLAH size saglam can, uzun omur versin 🤲🤲 ALLAH Emini rehmet elesin, bizim Wirvan weherinde yawaylrdl. Mekanl cennet olsun. ALLAH sizi qorusun hemiwe Emini yad edirsiz.🤲🤲🙏🙏

  • @vasifshefiyev8023
    @vasifshefiyev8023 3 года назад +4

    Gözlərim doldu Allah rəhmət eləsin.Ne kadar ağladım

  • @markkbvbvcs1794
    @markkbvbvcs1794 3 года назад +5

    Allah senden ve seni kimi sadig dostlardan razı olsun Gismet gardaş.Allah Emin gardaşımızada geni geni rehmet elesin.AMIN.!

  • @ramilnesirov5790
    @ramilnesirov5790 2 года назад +1

    Allah Emin qardaşımıza rəhmət eləsin heyif .Saqol Qismət sən dahi insansan

  • @DjRaminOfficial
    @DjRaminOfficial 3 года назад +14

    ALLAH RƏHMƏT ELƏSİN

  • @zeynalabdullayev3655
    @zeynalabdullayev3655 Год назад +5

    Qardaş, gec də olsa, sizə qulaq asdım. Dostlüğa bu qədər dəyər verdiyini üçün çox sağ olun! Allah Eminə rəhmət eləsin!

  • @miraghaaghayev668
    @miraghaaghayev668 11 месяцев назад

    Çox sağ olun Qismət bəy,Emin kimi nadir səs sahibini xatırlayır,xatırladırsınız❤

  • @elcinsadiqov8623
    @elcinsadiqov8623 2 года назад +8

    ALLAH RƏHMƏT ELƏSİN , İNSAN ÖLÜMÜNÜ QABAQCADAN HİSS EDİR. ALLAH SƏBİR VERSİN

  • @TURANAGSU
    @TURANAGSU 2 месяца назад

    Ruhu şad olsun Emin Gardaşimizin..

  • @BershadSuleymanov
    @BershadSuleymanov 8 месяцев назад

    Allah rəhmət eləsin Eminə. Qismət sənədə allah can sağlığı versin. Həyat davam eliyir.

  • @elchinhaciyev6670
    @elchinhaciyev6670 2 года назад +14

    Qardaş başın sağ olsun. Allah bütün dünyasını dəyişən həqiqi dostlara rəhmət etsin! Amin!

  • @iradatairova5210
    @iradatairova5210 2 года назад +5

    Allah rehmet etsin
    Mekani cennet olsun
    Siz yaxwi ve cozel insansiz
    Her dost bele etmir

  • @yusifmurselov7189
    @yusifmurselov7189 3 года назад +4

    Allah o dünyasını versin gözəl senetkar bütün vidyolarına baxıram Allah ona herşey vermişdi Allah sizede can saqlıqı versin gözel dosd gözel senetkar

  • @GasımovMalik
    @GasımovMalik Год назад

    Çox kövrəldim. Allah rəhmət eləsin.

  • @RnaOsman
    @RnaOsman Год назад +6

    Mekanı cennet olsun . Nur içinde yatsın . Allah rehmet elesin . 🙏🏼

  • @mehmanaliyev7575
    @mehmanaliyev7575 6 месяцев назад

    Allah rəhmət eləsin!

  • @kamalamastaliyeva6505
    @kamalamastaliyeva6505 3 года назад +16

    Nurlara qərq olsun inşallah.Meleklerle dolu Allah cənnət bəxş etsin elimizin gözəl səsli oğlu Emine!

  • @azrbaycan8142
    @azrbaycan8142 2 года назад +2

    Qismət sən BALSAN senden yoxdur əla oxuyansan əla ürəyin var Allah seni qorusun Allah Eminede rəhmət eləsin yeri behişt olsun inşallah

  • @isayeva.1993
    @isayeva.1993 Год назад

    ALLAH rəhmət eləsin 🤲 məkanı cənnət olsun 🤲

  • @sevdaalizade6408
    @sevdaalizade6408 3 года назад +7

    Allah rehmet elesin.Yeri behiśtlik olsun.

  • @rovsenehmedov2351
    @rovsenehmedov2351 3 года назад +8

    Allah Eminə rəhmət eləsin, sizədə can saqlıqı, uzun ömür qismet eləsin, Qismət Müəllim, kaş söhbetinizin axrında, Eminin ifasından, biraz dinləyəydik, Emin cox gözəl sənətkar eydi, məkanı cənnət olsun İnşəllah,

  • @Abune_olxxx
    @Abune_olxxx 2 года назад +7

    Allah rəhmət eyləsin səni qardaş!!

  • @reyhanaliyeva26
    @reyhanaliyeva26 6 месяцев назад

    Qaçınılmaz bir sondur ayrılıq. Onun ruhumuzdakı, qəlbimizdəki yerini heç nə əvəz edə bilməz. Allah dünyadan gənc köçən dostunuza rəhmət etsin, sizə isə səbr versin. Videonuz çox ağlatdı, sona kimi göz yaşlarsız baxmamaq mümkün deyil. Necə şanslı insanmış ki, sizin kimi vəfalı və belə nəcib qəlbli bir dosta sahib olub. O gözəl qəlbinizdə qəm-qüssə yurd salmasın heç vaxt.
    Emin bəyin israr edib gəlməyi təvafüq olub. Səid Nursi'nin "Risale-i Nur"unda yazdığı kimi;
    "Tevafuk, kaderin ince ve nazik bir cilvesidir. Her şeyde bir hikmet, her işte bir gaye vardır. İnsan hayatında tesadüf diye bir şey yoktur; her şey bir maksat ve hikmet dairesinde cereyan eder."
    Bu səs, bu nitq, bu natiqlik. Dinlədikcə sanki özümü türk kafesində stolun küncündə əyləşən o bir nəfər kimi, mətbəxə qaza baxmağa gedəndə mətbəxdə soyuducunun yanında söykənib sizi seyr edən, sizin yanınızda üçüncü görünməyən amma hər anı canlı görən bir şəxs kimi dərindən hiss etdim.. Siz insanın qəlbinə həm mahnılarınız, həm muğamlarınız, həm söylədiklərinizlə çox toxunursunuz. Qəlbinin gözəlliyi hər hal-hərəkətinə siraət edən, dəyərlimiz var olun❤

  • @turald.5064
    @turald.5064 3 года назад +17

    Allah rəhmət eləsin Emine. çox yaxşı eledin düzgün eledin bizimlə de bölüşdü paylaşdın, sanki üzbəüz oturub söhbət etdin içindəkin danışdın bize, herzaman belə şeylər olduqda bizimlə de paylas dəyərli izləyici fanatlarnla. gel Azərbaycana Qismət sesinde yeni yeni ifalara qulaq asaq

  • @РовшанГасанов-х6в

    ALLAH rehmet elesin,senede sebir versin gardashim.😥

  • @bikexanimmirzeyeva2482
    @bikexanimmirzeyeva2482 Год назад

    ALLAH RƏHMƏT ELƏSİN 🤲

  • @rehimemaksudova3173
    @rehimemaksudova3173 2 года назад +10

    Allah Emin Cəbrayılova rəhmət eləsin.🙏

  • @pervizmayiloglumugenni3963
    @pervizmayiloglumugenni3963 3 года назад +12

    Allah rehmet eylesin Emine mekani cennet olsun Amin inşAllah😢
    Sizede Allahdan uzun ömür can sagligi arzu edirem Qismet mellim.

  • @nurlanejderli6097
    @nurlanejderli6097 Год назад +4

    ALLAH RƏHMƏT ELƏSİN QƏRBİ NURLA DOLSUN AMİN İNŞALLAH YERİ CƏNNƏT OLSUN İNŞALLAH

  • @yeganeallahverdiyeva5530
    @yeganeallahverdiyeva5530 2 года назад +1

    Allah rəhmət eləsin. Çox gözəl sənətkar idi.

  • @elbrusabbasov4192
    @elbrusabbasov4192 3 года назад +3

    Nur içinde yat ezizimiz çox tesuflerki heyatda heç kim senen doymadi.Qismet qardaw evvelki vidyonada baxmiwam bu vidyonada çoxx saqolunki Emin Cebrayilovu xatirelerden silinmeye qoymursuz esil DOSD.Rehmete getmemiwden1ay evvel ata yurdunda da gelib toy etdi emisi ogluna öz destesiyle,ailesiyle.Camaat onu ele sevirdi ele qarwilayirdi.Rehmete getmeyine mende inanmaq istemirem😢😢sizin kimi.

  • @mingecevirqrupuofficall6568
    @mingecevirqrupuofficall6568 2 года назад +2

    Qismet bey semimi insandi can sagligi arzu edirem.Allah Eminede rehmet elesin

  • @leylamusayeva9607
    @leylamusayeva9607 7 месяцев назад

    Herden Qismet Memmedzade yadima dusurdu.fikirlesirdimki bu insana ne olub ekranlarda hec yoxdu.amma bilmirdim Azerbaycanda yoxdu.cox isdiyirdim ekranlarda gorunsun

  • @МехтиМехтиев-г5ю
    @МехтиМехтиев-г5ю Год назад +1

    Аллаh раhмат ейласин , нурлар ичинда ятсын.

  • @ayshanjafer
    @ayshanjafer 3 года назад +12

    Çox sağ ol eziz qardaşım.Bu gün getmişdim,salamını çatdırdım,onsuz 16 ilimiz keçdi😢😞😞

    • @miridagl1299
      @miridagl1299 2 года назад +1

      ALLAH REHMET ELESIN..AMIN..

  • @arzualesgerov7507
    @arzualesgerov7507 3 года назад +2

    Emin gözəl sənətkar olub,allah rəhmət etsin