Это видео недоступно.
Сожалеем об этом.

Mir Cəfər Bağırov - Cəlladbaşı

Поделиться
HTML-код
  • Опубликовано: 13 авг 2024
  • Mir Cefer Bagirov - Мир Джафар Багииров
    Mircəfər Bağırov (tam adı: Bağırov Mircəfər Abbas oğlu; d. 17 sentyabr 1896, Quba, Bakı quberniyası, Rusiya İmperiyası - ö. 26 may 1956, Bakı, Azərbaycan SSR) - Azərbaycan SSR Kommunist Partiyası MK-nın I katibi (1933 - 12 iyul 1953); Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (oktyabr 1932 - dekabr 1933; aprel-iyul 1953); General-Polkovnik.Mircəfər Bağırov 1896-cı il sentyabrın 17-də Bakı quberniyasının Quba şəhərində zəhmətkeş ailəsində anadan olmuşdur.Atası Mirabbas, anası Yaxşı xanımdır. Mircəfər ailələrində ən kiçik uşaqdır, 2 bacısı olub. Böyük bacısı Seyid Məsumə 1883-cü anadan olmuşdur.Mircəfər Bağırovun 2 övladı olub. O, Həştərxanda işləyərkən Mariya adlı bir zadəgan qızıyla ailə qurur və bu nikahdan 1919-cu ildə Cahangir (Vladimir) adlı oğulları dünyaya gəlir. 1926-cı ildə Mariya vəfat edir. Məsumə və digər bacısının təkidi ilə Mircəfər Bağırov 4 ildən sonra İçərişəhərdə yaşayan Yevgeniya Mixaylovna ilə ailə qurur. Bu nigahdan 1932-ci il avqustun 9-da ikinci oğlu Cen dünyaya gəlir. Böyük oğlu Cahangir aviasiya məktəbində oxuyub. İkinci dünya müharibəsi başlayanda artıq təyyarəçi olub. Müharibədə iştirak edib və 1 il sonra yaralı halda tərxis olunub. Cahangir müharibəyə yararsız olmasına baxmayaraq, yenidən müharibəyə gedib. 1943-cü ilin iyun ayında qeyri-bərabər döyüşdə 7-8 alman təyyarəsini vurub, sonda yanacağı qurtardığı üçün tarana gedib və təyyarəsini alman təyyarəsinə çırpıb. Cahangirə vəfatından sonra "Lenin" ordeni veriblər. Şəhidin cənazəsi Həzi Aslanovun köməkliyi ilə Bakıya gətirilərək Yasamal qəbiristanlığında dəfn edilib. Hazırda Cahangirin qəbri anası Mariya xanımın qəbrinin yanındadır.Cen isə Bakıda 10-cu sinfə qədər 6 saylı məktəbdə təhsil alıb. Tiflisdə hərbi məktəbdə, 1951-ci ildə Moskvada Jukov adına Aviasiya Akademiyasında oxuyub. 1953-cü ildə Mircəfər Bağırovu işdən azad ediblər və o zaman Cenə Akademiyadan çıxmaq, başqa instituta getmək təklif olunub. Cen də Kənd Təsərrüfatı İnstitutunu seçib. Cen professor, elmlər doktoru olub. 1994-cü il mayın 24-də Moskvada vəfat edib. Cen 1971-ci ildə Moskvada ailə həyatı qurub. 1978-ci il 26 apreldə bir oğlu olub, adını Mircəfər qoyub[5]. Həmin Mircəfər də 2005-ci ildə Hindistanda məzuniyyətdə olarkən avtomobil qəzası nəticəsində həlak olubTəhsili, əmək fəaliyyətinə başlaması İlk təhsilini mollaxanada almışdır. 1907-ci ildə Quba şəhərindəki ibtidai məktəbə daxil olmuşdur. Məktəbi müvəffəqiyyətlə bitirən Mircəfər təhsilini Quba Ali ibtidai məktəbində davam etdirir. 1913-cü ildə məktəbi bitirib, Quba ziyalılarının topladığı pulla Petrovski (Mahaçqala) şəhərinə gedərək Petrovsk 2 illik pedaqoji kursuna (rus dili müəllimliyi) daxil olmuşdur. 1915-ci ildə kursu bitirən M.Bağırov əmək fəaliyyətinə gənc müəllim kimi Xudat stansiyasındakı kənd məktəbində başlamışdır. 1915-1917-ci illərdə M.Bağırov Nəcəfkənd, Quba şəhər məktəblərində müəllimlik etmiş və məktəbə uşaqların cəlb olunması, böyüklər üçün axşam kursunun açılması və savadsızlığın ləğvi sahəsində xeyli iş görmüşdür.

Комментарии • 3

  • @atillarutul8587
    @atillarutul8587 9 лет назад +95

    Mircefer Bagirov Azerbaycan turkculuyune turk milliyetci ziyalilarini mehv etmekle milletin kokune cox boyuk zerbeler vurmuw qeyri turkdur.

  • @sweetbaby6195
    @sweetbaby6195 9 лет назад +53

    MUSVIG KIMI EHMED CAVAD KIMI HUSEYIN CEVID KIMI AZERBAYCANIN DEYERLI OGULLARINI GORUYAMAMISLAR

  • @sweetbaby6195
    @sweetbaby6195 9 лет назад +33

    ATAKISIYEV NE GEDER MUNDAR SIFETLI OLMUS