Şövkət Ələkbərova - Güldür məni

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 8

  • @TebrizMelikov
    @TebrizMelikov Год назад

    TOfiq Ehmedov Allah rehmet elesin Sovket Xanima Gozel Senetkarimiz

  • @Mirzəzadə1981
    @Mirzəzadə1981 6 месяцев назад

    Sevirəm sizi, Şövkət xanım!🫶🏻

  • @Mirzəzadə1981
    @Mirzəzadə1981 6 месяцев назад

    Canım, gözüm, xəncər sözün
    Yaraladı bildir məni
    Söz yarası yaman olur,
    Göynədir bir ildir məni.
    Nəqərat:
    Neyçün könül dağladarsan,
    Göz yaşlarım çağladarsan,
    Sonra min yol ağladarsan,
    İndi bir yol güldür məni.
    Gecələrdir, gündüzlərdir,
    Dilimdə odlu sözlərdir.
    Ah, o gözlər nə gözəldir,
    Öldürür-dirildir məni.
    Könlüm sənə güman edir,
    Yolunda çox aman edir.
    Bir baxışla dərman edir,
    Bir gülüşlə öldür məni.
    Barı bir yol güldür məni

  • @LalaAliyeva-i6i
    @LalaAliyeva-i6i 4 месяца назад

    Allah Şövkət Ələkbərovaya rəhmət etsin.

  • @mahirealekberova5548
    @mahirealekberova5548 Год назад

    Musiqilərimizi belə oğurlayırlar, heç vaxt bizim saytlar Bəstəkari qeyd etmir

  • @Mirzəzadə1981
    @Mirzəzadə1981 6 месяцев назад

    Belə ki, şərqinin musiqisi bəstəkar Tofiq Əhmədova, sözləri isə şair Rəfiq Zəka Xəndana məxsusdur. Rəfiq Zəka şeirlərinin özünəməxsus poetik gözəlliyi var , bu şeirlərin cazibədarlığı həm onun musiqisində, həm də mahnı çalarındadır. Təsadüfi deyil ki, şairin üç yüzdən çox şeirinə musiqi bəstələnib. Və vaxtı ilə şair Hüseyn Arif onun haqqında deyirdi ki, Rəfiq Zəkanın şeirlərində həzin bir musiqi dolanır. O ki qaldı şərqinin bəstəkarı Tofiq Əhmədov, biz Tofiq Əhmədovu dirijor kimi, bəstəkar kimi, böyük orkestrın rəhbəri kimi, saksafonçu, klarnetçi kimi tanıyırıq. O, bir çox bənzərsiz musiqilərin müəllifi olub, "Güldür məni" musiqisi də bu qəbildəndir. Mahnının ilk ifaçısı isə Şövkət Ələkbərova olub. O, mahnını 1978-ci ildə elə Tofiq Əhmədovun rəhbərlik etdiyi estrada-simfonik orkestrinin müşayəti ilə ifa edib. Sonralar digər sənətçilərimiz də mahnıya dəfələrlə müraciət etmişdir. Belə ki, mahnı sonralar Brilliant Dadaşova, Qismət Məmmədzadə, Ayşən Mehdiyeva, Rabil Hacıyev, Pərvin Lətifov, Səbinə Ərəbli, Elçin Hüseynov və başqaları tərəfindən ifa edilmişdir.

    • @Mirzəzadə1981
      @Mirzəzadə1981 6 месяцев назад

      Yazı Milli Televiziyamızın həddən ziyadə gözəl verlişi "Şərqilər"ə istinad edilmişdir😊

  • @nemkaqns3156
    @nemkaqns3156 Год назад

    Zəhmət olmasa bəstəkarınıda geyd ederdiz