MƏHKƏMƏYƏ ELEKTRON MÜRACİƏT ETMƏK OLAR

Поделиться
HTML-код
  • Опубликовано: 13 июн 2018
  • Artıq “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinə başlanılıb. Sabunçu Rayon Məhkəməsi, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi və Sabunçu Rayon İcra Probasiya şöbəsi bu sistemə tam uyğunlaşdırılıb. Bununla, vətəndaşlar, hüquqi şəxslər məhkəmələrə yaradılan şəxsi kabinet vasitəsilə elektron müraciət etmək imkanı əldə ediblər. Tətbiq məhkəmələrdə şəffaflığın, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi məqsədi daşıyır.
    Ədliyyə Nazirliyinin Elektron Məhkəmə yaradılması üzrə işçi qrupunun rəhbəri Ramin Qurbanov deyir ki, artıq elektron məhkəmə sistemi həm klassik yolla- vətəndaşların kağız üzərində müraciətləri ilə, eyni zamanda məhkəmələrdə elektron formada iştirakçının şəxsi kabineti yaradılıb: “Daha çox təcrübə onu göstərir ki, burada hüquqi şəxslər elektron qaydada məhkəmələrə müraciət edirlər. Bildiyiniz kimi, məhkəmələr bu gün əmr icraatı adlanan bir icraat növündə işlərin sayı xeyli artmaqdadır. Məhkəmələrdə mülki işlərin böyük əksəriyyəti bu işlərdən ibarətdir və bu işlər çərçivəsində əsasən hüquqi şəxslər müraciət edir və bu, irihəcmli kredit təşkilatlarıdır, mobil operatorlardır, banklardır”.
    Bu yolla hüquqi şəxslərin məhkəməyə müaciəti və işlərin yönləndirilməsi tamamilə elektronlaşdırılıb. Proses məhkəmə sistemində işin düzgün bölüşdürülməsinə, mülki işlərə baxan hakimlərin iş yükünün xeyli azalmasına gətirib çıxarıb. Ən son yenilik ondan ibarətdir ki, iddiaçı tərəf məhkəməyə gəlməsə belə, onun elektron müraciətinə ən qısa müddətdə baxılır.
    “Elektron məhkəmə” informasiya sisteminin yaradılması prezident İlham Əliyevin 2014-cü il fevralın 13-də imzaladığı sərəncam əsasında reallaşıb. Əvvəllər pilot layihə kimi tətbiq edilən sistem sayəsində artıq məhkəmə ilə icra orqanları arasında tamamilə kağızsız mübadilə təmin olunub. 2017-ci ilin sentyabrından bu günədək “Elektron əmr icraat”ı vasitəsilə təkcə Sabunçu Rayon Məhkəməsinə elektron qaydada müxtəlif banklar, kredit təşkilatları, mobil operatorlar və digər şəxslərdən “elektron kabinet” vasitəsilə 4 minə yaxın e-iddia ərizəsi daxil olub.

Комментарии •