Bilməli olduğumuz xəbərlər

Поделиться
HTML-код
  • Опубликовано: 23 сен 2024
  • İşğaldan azad olunmuş ərazilərə həm avtobus, həm şəxsi avtomobillə, həm də təyyarə ilə getmək mümkündür. Bunun üçün vətəndaşlar,
    Yolumuz Qarabağa, portalı üzərindən icazə əldə etməlidirlər. Bu ilin aprel ayından etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhəri və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, Laçın şəhərinə də səfər edə bilirlər.
    Təyyarə ilə gedənlər üçün təyinat nöqtəsi Füzuli Hava Limanıdır. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla, Zəfər Yolu və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl - Zəngilan - Qubadlı - Laçın marşrutu ilə mümkündür.
    Bir müddət öncə köçürülən 4 saylı Qadın Cəzaçəkmə Müəssisəsinin ("Qadın həbsxanası") əvvəlki ünvanında mövcud olan tikililərin sökülməsinə başlanılıb.
    Milli.Az Sfera.az-a istinadən xəbər verir ki, 4 saylı "Qadın həbsxanası" əvvəllər Xətai rayonunun Afiyəddin Cəlilov küçəsi ilə Fəzail Bayramov və Natiq Əliyev küçələrinin kəsişməsində yerləşirdi. Dəniz sahilinə yaxın olan bu ünvanda "Qadın həbsxanası" 1948-ci ildən 2022-ci ilə qədər fəaliyyət göstərib.
    2022-ci ildən isə müəssisənin məhkumları Zabrat qəsəbəsində qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni inşa olunan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəsinə köçürülüb.
    Həm sosial şəbəkələrdə yayılan məlumatlara, həm də əraziyə yaxın binalarda yaşayan insanların bildirdiyinə görə köhnə "Qadın həbsxana"sının yerində bir neçə yeni çoxmərtəbəli yaşayış binası inşa olunacaq.

Комментарии • 2