İslam dinidə İlk Şəhid Hz Rəsulullahın (s.ə a.v) qızı Hz Fatimə (s.ə) dir!

Поделиться
HTML-код
  • Опубликовано: 28 сен 2024
  • Fatimə (ə) keçmiş və gələcək aləm qadınlarının xanımı, Qiyamət günü minik üzərində olacaq dörd şəxsdən biridir. Onun imamlara (ə) ötürülmüş müshəfi (kitabı) var. Söz və danışıq baxımından Peyğəmbərə (s) ən çox oxşayan şəxs idi. Bir çox xüsusiyyətləri, eləcə də yerişi Peyğəmbərə (s) bənzəyirdi. Fatimə (ə) Peyğəmbərin (s) yanına gəldikdə, Allah elçisi onu salamlayar, ayağa qalxar, onun əllərindən öpər və öz yerində oturdardı. Peyğəmbər (s) onun yanına gəldikdə isə, Fatimə (ə) ayağa qalxar, salamlayar və əllərini öpərdi. Peyğəmbər (s) onu çox öpərdi. Hər dəfə cənnət qoxusunu duymaq istədikdə Fatiməni (ə) iyləyərdi. Peyğəmbər (s) belə buyururdu: “Fatimə mənim bir parçamdır, onu sevindirən məni sevindirmiş, ona pislik edən mənə pislik etmişdir. Fatimə mənim üçün ən əziz insandır”.
    (əl-Mənaqib, Şəhr Aşub, cild 3, səh 332.)
    Həzrət İmam Əli (ə) buyurub:
    Bir gün Peyğəmbər (s) Fatimə (s.ə)-nin yanına gəldikdə xanımın kədərli olduğunu hiss etdi. Rəsulallah (s) bir az qiyamət günü barədə danışıb bu məqama yetişəndə belə buyurdu: «Ey Fatimə, behişt qapısına yetişən zaman o vaxta qədər heç bir kəslə görüşməyən və səndən sonra da görüşməyəcək 12 min behişt hurisi səni qarşılayar. Onların əlində nurdan ibarət silah olar. Bu hurilər yəhəri sarı qızıl və qırmızı yaqut, yüyəni təzə mirvaridən olan işıq saçan dəvələrə minərlər. Hər dəvənin üstündə də sıx-sıx düzülmüş parlaq incilərlə bəzədilmiş süfrə açılar. Behiştə gələn zaman cənnət əhli sənin qədəmlərindən şadü-xürrəm olar. Əhli-beyt tərəfdarları üçün istədikləri şey həmişə və elə o dəqiqə hazır olar. Allah övliyaları behiştdə yerləşdirən zaman həzrəti-Adəm (ə), ondan sonra isə bütün Peyğəmbərlər səni ziyarət etməyə gələrlər».
    (Beytul-әhzаn, səh 21.)
    🏴Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴
    Allah Həzrət Zəhraya Zülm edən ilk Zülmkara (ömər, əbu bəkr) və Tərəfdarlarına əbədi Lənət etsin və onların öz cəhənnəmində şiddətli əzaba düçar etsin.
    🥀Əyyami-Fatimiyyə Nə Deməkdir?
    Əyyami-Fatimiyyə ərəb dilindən tərcümədə "Fatimə günləri" deməkdir.
    Bu günlərə "Əyyami Fatimə” deyilməsinin səbəbi isə Həzrəti Zəhra (s.ə) xanımın şəhadət tarixinin dəqiq bilinməməsi ilə bağlıdır.
    🥀 Əyyami Fatimiyyə günləri haqqında qısa məlumat 📜
    Həzrət Muhəmmədin(səllallahu əleyhi və alihi və səlləmin) əziz qızı, analar anası, dünya və axirət xanımlarının ən üstünü Həzrəti Zəhranın (səlamullahi əleyha) şəhadət günləri
    Belə ki, bir rəvayətə görə, İslam Peyğəmbəri Həzrəti Məhəmməd Mustafanın(s.ə.s) vəfatından 75 gün sonra, digər rəvayətə görə isə 95 gün sonra şəhid olub.Bu hesabla Xanımın vəfatı Cəmadiyül-əvvəl ayının 13-də və Cəmadiyüs-sani ayının 3-də qeyd edilir. Bu ikisinin arasındakı 20 günü Əhli-Beyt (ə) aşiqləri "Əyyami Fatimiyyə” (Fatimə günləri) adlandıraraq Xanım Zəhraya (s.ə) əza saxlayırlar. Bu günlərdə tövsiyə edilir ki, şadlıq, şənlik, toy məclisləri qurulmasın, Xanım Fatimənin (s.ə) ehtiramı saxlanılsın.
    🥀 FATİMEYİ-ZƏHRA (SALAMULLAHİ ƏLEYHA) haqqında qısa məlumat 📜
    Ləqəbi: Zəhra.
    Künyələri:
    Ümmül-əimmətil-əthar, Ümmül-Həsən, Ümmül-Hüseyn, Ümmül-möminin, Ümmül-fəzail, Səyyidətü-nisail-aləmin, Xəyrün-nisa, Bətul, Ümmül-xiyərə, Ümmün-nücəba, Ümmül-əthar.
    Atası:
    Muhəmməd Rəsulillah (səlləllahu əleyhi və alihi və səlləm).
    Anası:
    Xədiceyi-Kübra Ümmül-möminin (Möminlər anası.Salamullahi əleyha).
    Doğulduğu yer:
    Məkkeyi-Mükərrəmə.
    Şəhid olduğu il:
    11-ci hicri ili.
    Ömrü: 18 il.
    Şəhadətinin səbəbi:
    Əziz atasının vəfatından sonra başına gətirilən müsibətlər.
    Dəfn olunduğu yer: Bilinmir
    Övladlarının sayı:
    4 - (4 aylıq siqt olunan Möhsündən başqa) 2 oğlan və 2 qız.
    Oğlanları:
    1. Həsən (əleyhissalam).
    2. Hüseyn (əleyhissalam).
    Qızları:
    1. Zeynəbi-Kübra.
    2. Zeynəbi-Suğra (Ümmü Gülsüm)
    💍 Üzüyünün yazısı:
    "Əllahu vəliyyu isməti” (Allah mənim ismətimin (zahiri və batini çirkinliklərdən, nöqsan və qüsurlardan paklığımın) vəlisidir).

Комментарии • 3