Xəstəligin nişanələri Quranda - Hacı Ramil

Поделиться
HTML-код
  • Опубликовано: 28 сен 2024
  • Qurani-Kərimə əsasən, Allah fəzl və rəhmət sahibidir. “Əgər səni təkzib etsələr, de: «Sizin Rəbbiniz geniş rəhmət sahibidir (buna görə də sizə möhlət verir) və Onun əzabı günahkar dəstədən əsla dəf edilməz». (“Ənam” 147).
    Allah öz bəndələrini çox sevir, Allahın gözəl adlarından biri Muhəbdir. Bu cür Allah heç bir zaman bəndəsinə qəzəblənməz. Allah qəzəbdən uzaq bir varlıqıdır. İlahi rəhmət bütün bəndələri əhatə edir.
    Ancaq həm qəzəb lazımdır, həm əfv. Maşının həm tormozu var, həm də qazı var. Həm şirin badam var, həm də acı. Bu dünyada həm zindan var, həm də təşviq. Pələngə rəhm etmək yersiz, qoyuna isə zülm olardı.
    İnsanda olan qəzəb hissi xüsusi amillər vasitəsilə büruzə verilir. Bu halın dəyişməsindən asılıdır. Ancaq Allah heç bir zaman dəyişkən hala malik deyildir. Ona görə də bəzi ayələrdə “Allahın qəzəbi” kimi verilən ayənin mənası nədir?
    “Sizə verdiyimiz pak (maddi və mənəvi) ruzilərdən bəhrələnin və həmin istifadədə (şəriət və ağılın buyurduğu) həddi aşmayın ki, (əgər aşsanız) sizə Mənim qəzəbim nazil olacaqdır. Mənim qəzəbim kimə nazil olubsa, o mütləq həlakət burulğanına düşmüşdür”. (“Taha” 81).
    Bir nəfər bu ayənin təfsiri haqqında İmam Baqirdən (ə) soruşur: “Bu ayədə “Allahın qəzəbi” deyildikdə nə nəzərdə tutulur?”
    Həzrət (ə) cavabında buyurur: “Allahın qəzəbi həmin İlahi cəzadır. O kəs ki, deyir ki, Allahın halı bir haldan başqasına dəyişir, məxluq sifətini Allaha nisbət vermiş olar”.
    “Kafirlərin küfrləri Rəbbi yanında onlara qəzəbdən başqa bir şey artırmaz”. (“Fatir” 39).
    Bu ayənin təfsiri haqqında deyilir: “Allahın qəzəbi insanlarda olduğu kimi deyildir. Çünki insanda olan qəzəb bir anlıq həyəcandır ki, insanı kobid rəftarlar etməyə vadar edər. Ancaq bu hal Allahda belə deyildir.
    Allahın qəzəbinin mənası odur ki, rəhmət pərdəsini götürər və o kəs ki, çirkin əməl sahibidir, ondan lütfünü əsirgəyər”.
    Bunu yadda saxlamalıyıq ki, Allahdan bizə ancaq nemət çatır və o şey ki, İlahi qəzəbə gətirib çıxardır, bizim əməllərimizdir.
    Nə zaman Allah qəzəblənər?
    “Və dedilər: «Cəhənnəm odu bizi bir neçə gündən (dədə-babalarımızın buzova ibadət etdikləri günlərin sayından) artıq yandırmaz».
    De: «Allah tərəfindən bir əhd-peyman almısınız - ki, Allah da heç vaxt öz əhd-peymanına xilaf çıxmaz - yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?!» (“Bəqərə” 80).
    Yəhudi xalqının Allahın qəzəbinə gəlməsinin səbəblərindən biri də öz irqlərini başqalarından üstün tutmaq idi. Onlar özlərini ancaq behiştdə təsəvvür edirdilər.
    Belə düşünürdülər ki, əgər biz günahkar olsaq belə, əzab görməyəcəyik. Əgər əzab verilsə də, onun zamanı az olacaqdır. Çünki biz yəhudiyik və Allah bizi başqalarından üstün yaratmışdır. Qiyamət günü bu irqin xüsusi dəyəri və imtiyazı olacaqdır.
    Ancaq Allah Quranda gətirdi ayələrlə bu fikrin üzərindən qırmızı xətt çəkir. Buyurur ki, hamı Qiyamət günü Allah qarşısında bərabər olacaqdır. O kəslər ki, öz irqlərinə görə behiştə girməyini düşünürsə, Allahın qəzəbinə düçar olar. Çünki aqibət xeyrin əsl meyarı saleh əməl və iman, təqvadır.
    Ona görə bilmək lazımdır ki, bu, xam xəyaldan başqa bir şey deyildir. O kəslər ki, müsəlman olduqlarına görə İlahi qanunlara qarşı laqeyddirlər, ümid etməsinlər ki, behiştə düşəcəklər. Çünki onları bu əqidəyə görə pis aqibət gözləyir.
    Həzrət Peyğəmbər (s) buyurur: “Sən Allah Təala yanında qırmızı və ya qara dərilidən yaxşı deyilsən. Məgər o zaman ki, təqvada onlardan qabaqda olasan”.
    Allahın qəzəbinə düçar olacaq əməllərdən ikincisi isə Onun əmrlərini yerinə yetirməmək və itaət etməməkdir. Quranda oxuyuruq ki, əgər siz yaxşı əməl sahibi olsanız, Allahın rəhməti sizə şamil olacaqdır.
    Bu həyatda hər şeyin bir-biri ilə əlaqəsi vardır. Elə zamanlar olur ki, biz bir işi görə bilərik, ancaq onu etmirik, bu, yaxşı əməl sahibi olmaq deyildir. Çünki özümüz quyu qazır və özümüz də ora düşürük. Bu əməlimiz başqa bir şəkildə bizə qayıdacaqdır.
    Allah Quranda beş şeyə: günəşə, aya... və s. and içir ki, əgər özünü paklasan, yəni fikirlərini, əqidəni paklasan, xilas olmuşlardan olarsan.
    Biz bəzən inanmırıq ki, həyatda baş verən bəzi acı hadislər özümüzə görə baş vermişdir. Quranda belə bir nümunə var ki, bir nəfərin gözəl bağı var idi və o, bu bağın meyvəsinin bir hissəsini yoxsullara verirdi.
    Bu kişi ölür və onun uşaqları meyvələri verməmək üçün divar hörürlər ki, səhər yığsınlar. Səhər gələndə görürlər ki, bu bağ külə çevilib. Yəni rəhm edin ki, sizə də rəhm olunsun.
    Nəticədə deyə bilərik ki, insanda olan qəzəb hissi Allahın qəzəbi ilə fərqli bir şeydir. İnsan bəzi amillərin təsirindən halı dəyişir və həyəcanlanır və kobud rəftarlar edir.
    Ancaq Allahın halı dəyişmədiyi üçün qəzəb cəza mənasında işlənir. Bu da günahkar şəxsin öz əməllərinə görədir. İnsanın işlətdiyi hər bir günah onun ruhuna və əməlinə təsir edir. Bu, İlahi cəzadır.
    Günah insanı Allahdan uzaqlaşdırar, həm bu dünyada və həm də axirətdə İlahi əzaba düçar olar. İnsan günah işlədən zaman Allah ona bizim bildiyimiz kimi qəzəblənmir, bəlkə öz rəhmət əlini həmin bəndənin üzərindən çəkir.

Комментарии • 31

  • @royalbagirova3364
    @royalbagirova3364 4 года назад +1

    Allah bütün xəstələrmizə şəfa versin amin
    Allahımız bizləri mənəvi xəstəlikdən uzağ etsin amin
    Hacı qardaşım sizi var olasız 🤲🤲🤲🤲🤲

  • @elvinel54
    @elvinel54 4 года назад +2

    Salam. Uca Olan Allahın NƏZƏRİ və Salamı Cümləmizin Üzərinə Olsun İnşəAllah . Hacı Ramil Allah sizdən razı olsun, elminizə bərəkət versin Amin. Ya Mərhəmət Sahibi olan Allahım Qəlblərimizə Şəfa Ver, bizləri sənə yaxın olan bəndələrdən qərar ver İnşəAllah Amin.

  • @qasqayqasqay9242
    @qasqayqasqay9242 4 года назад +18

    Allah xəstələrimizə şəfa versin bizləri qorusun xəstəlikdən🤲🙏Amin🙏

    • @vusaleaz2097
      @vusaleaz2097 4 года назад +2

      Ammin 1000000000 ammin🤲🤲🤲🤲🙏🏼

    • @cnntmlyi2803
      @cnntmlyi2803 4 года назад +2

      《Aminnnnnnnnnnnnnnnnnnn》 Qardaşım

  • @Mymagicalkitchen
    @Mymagicalkitchen 4 года назад +1

    Salam olar sizden bir xahis edim menim youtube kanalima abune olarsiniz zehmet olmasa olsanizda sag olun olmasanizda sag olun

  • @أكبرالله-د8س
    @أكبرالله-د8س 4 года назад +12

    Doğrudur. Haci ramil bəy. Allah sənə can sağlığı versin. ağzina SAĞLIQ qoluna qüvvet.. Gözəl ruhlu niyyətli, gözəl nurani bəndə. Var olasan can... Səni hər zaman dinləyirəm çox kömək olursan mənə ALLAH CƏMİ XƏSTƏLƏLƏ ŞƏFA VERSİN HƏR 2 MENADA.

  • @yusifyusifzade1418
    @yusifyusifzade1418 4 года назад +9

    ALLLAH HACI RAMİLİN SİMASINDA BÜTÜN MÖMİN VƏ MOMİNELERİ QORUSUN.

  • @emanet3838
    @emanet3838 4 года назад +5

    Deyeli insan Allah senden razi olsun .Allah her bir xesdeliyin dermanini verub mence vay o gunden ki qelbimiz xesde olmasi cunki onun mualice eden ne derman var nedeki hekim ancaq onu Allahin imani saxalda biler .Allah o xesdeliyi bize gosdermesin 🕋🕋🕌🕌🤲🤲🙏🌙

    • @cnntmlyi2803
      @cnntmlyi2803 4 года назад +1

      Aminnnnnnnnnnn 💛qurban😊💋💋💋

  • @vusaleaz2097
    @vusaleaz2097 4 года назад +6

    Allahım bütün xəsdələrimizə çoxlu şəfa ver və biz aciz bəndələri öz pənahında saxla bizdəri bağışlamadan öldürmə 1000000000000000 ammin🤲🤲🤲🤲🙏🏼

    • @cnntmlyi2803
      @cnntmlyi2803 4 года назад +2

      《Aminnnnnnnnnnnnnnnnnnnnnnnnnn》 bacıqurban😊💚🌹💋💋💋

  • @sevincelizade1250
    @sevincelizade1250 4 года назад +6

    Allahım heç bəndələrinin qəlbini xəstə etmə İnsanın ağlı bütün xəstəliklərin öhtəsindən gələr .

    • @cnntmlyi2803
      @cnntmlyi2803 4 года назад +3

      Uca Allahın Salamı olsun Nur Üzlü Mələk Anama necəsiz 😇 nəvəniz necədi inşAllah yaxşı olarsız Cannnnnnnnnnnnnnn Ana Xoş dualarınıza ürəkdən《aminnnnnnnnnnnnnnnnnnnnnnnn》deyirəm Sizə 💝qurban Canım Anam😊💜🌹💋💋💋

    • @sevincelizade1250
      @sevincelizade1250 4 года назад

      @@cnntmlyi2803 Canım mənim yaxşıyıq siz nətərsiz mənim nəvələrim nətərdilər balaca Raufumda yaxşıdı ələrinən öpür sənə qurban olaram Allahım özü sizi pənahında saxlasın öpdüm hamınızı Amin.

  • @alimaagaevaajmawallax3863
    @alimaagaevaajmawallax3863 4 года назад +5

    SALAM NUR UZLU HACIMIZ UCA ALLAH HER ZAMAN 🤲 SIZE SAQLAM CAN NESIB EJLESIN AMIN MIN AMIN 🤲
    HER KIMIN EVLERINDE XESDE VARSA UCA ALLAH WEFASINI VESIN ILAHI AMIN ☝️ AMIN
    HACI JAZIQ O ADAMAKI RUHU XESDE QELBI QARA kIMINSE XOW KUNUNE KEDERLENEN
    UCA ALLAH BELENCILERIN WEFASINI VESIN ILAHI AMIN MIN AMIN 🤲🕋🤲🕋🤲

    • @alimaagaevaajmawallax3863
      @alimaagaevaajmawallax3863 4 года назад +1

      UCA ALLAH BEHTINI HER ZAMAN GEZEL EJLESIN 🤲 AMIN 💯 jawa gezelim

    • @cnntmlyi2803
      @cnntmlyi2803 4 года назад +2

      Darıxdım Sizin üçün ay bacı hər zaman yazılarınızı burda eşidək Cannnnnnnnnnnnnnnnnnn bacı 《Aminnnnnnnnnnnnnnnnnnn》😊💙🌸💋💋💋

    • @alimaagaevaajmawallax3863
      @alimaagaevaajmawallax3863 4 года назад

      @@cnntmlyi2803 uwwwwww canim indi geldim eve ohudum uzurlu saj gec jazdim inan mende senincun darihdim vallahi eziz adama cevrilmisen mene doqmasan mene urenim inan seni coooooh lap coooooooooh isdejirem bacim 🥰💐🥰💐🥰💐🥰 kimi 💓 necesen meleklerim necedi sehedin duzelirmi INWELLA duzeler urejim UCA ALLAH seni her zaman pislerden ruhu xesdelerden seni uzaq ejlesin 🤲 seni ezizleruvi qorusun 🤲🕋🤲🕋🕌 minnnnnnnnnnnnnnnn
      aminnnnnnnnnnnnnnnncanimmmmmmmmmmm
      menimmmmmmmmmm

  • @intermaho7755
    @intermaho7755 4 года назад +1

    Kaski hami sizin kimi dusunse,yasamag gozel olardi

  • @royalbagirova3364
    @royalbagirova3364 4 года назад +1

    Allah bütün xəstələrmizə şəfa versin amin
    Allahımız bizləri mənəvi xəstəlikdən uzağ etsin amin
    Hacı qardaşım sizi var olasız 🤲🤲🤲🤲🤲

    • @cnntmlyi2803
      @cnntmlyi2803 4 года назад +1

      《Aminnnnnnnnnnnnnnnnnnnnnnn》Röyalə Xanım 😊

  • @bestieliyeva3593
    @bestieliyeva3593 4 года назад +5

    Salam Haci .Allah Sizden cox cox razi olsun
    Butun dualarimiz qebul olunsun
    Zikirleri cox edirem bu gun yene oyrendim.
    Dua edek butun xesteler wefa tapsin
    Mende bu covid xestesiyem her gun hami ucun ve ozum ucun dua edirem
    Xahiw edirem yene de xesteleri dus edek
    Allah hamiya wefa versin .

    • @cnntmlyi2803
      @cnntmlyi2803 4 года назад +1

      《Aminnnnnnnnnnnnnnnnn》Bəsti Xanım😊

    • @bestieliyeva3593
      @bestieliyeva3593 4 года назад +2

      @@cnntmlyi2803 Allah her zaman Size komek ve arxa olsun.
      Minnetdaram

    • @cnntmlyi2803
      @cnntmlyi2803 4 года назад

      @@bestieliyeva3593 Uca Allahım Sizdəndə razı qalsın xoşbəxt etsin və hər zamanda Sizlərə kömək olsun əziyyətə qiymət vermək hər birimizin borcudu o nə demək xoş sözlərə aminnnnnnnnnn deməliyik var olun Uca Olun Uca Allahımıza əmanət olun 《aminnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn》Bəsti Xanım😊💙🌹🙌💋💋💋

    • @bestieliyeva3593
      @bestieliyeva3593 4 года назад +1

      @@cnntmlyi2803 İnsanliga xow dualara gore cox cox minnetdaram.
      Cox sevinirem ki,bele insanlar var.
      Men dovlet qullugunda olan bir iwciyem sade bir bende xestelere quluq komek edirik Allah butun dualari qebul etsin xestelerimizi boyukluyune ,rehmetine bagiwlasin hami ezizletine mende balaca ogluma qovuwum.
      Amin AminAmin.

  • @vuqarm5523
    @vuqarm5523 4 года назад

    Mən elə bilirəm namaz qılmasam lap yaxşı olar da nə edim gəlbum xəstədirdə

  • @sahilslimov548
    @sahilslimov548 4 года назад

    ALLAH hamıya kömək olsun.

  • @vuqarm5523
    @vuqarm5523 4 года назад

    Mənimdə xəstəliyim var nə edim

  • @vuqarm5523
    @vuqarm5523 4 года назад

    Kim mənə kömək edə bilər