14.Sistem Administratoru Məktəbi - Optik kabel

Поделиться
HTML-код
  • Опубликовано: 8 авг 2021
  • Salam əziz tələbələr
    Bu video dərsdə biz Optik kabel haqqında danışacıq.
    Optik kabel burulmuş kabel kimi MODEL OSİ-ın 1ci Fizikal səviiyyəsindədir.
    Optik kabelin praktiki təyinatı uzaq məsafələrə ötürmə və yüksək sürətdir
    Optik kabelin sadə halda nədən ibarət olunduğunu görürsünüz
    Deməli, Optik lif
    Sonra optik lifin üzərində üzlük
    Və o da izolyasiya ilə örtülmüşdür
    Üzlük ilə izolyasiyanın fərqini az sonra daha detallı baxacıq
    Yuxarıda qırmızı rəngdə olan isə ucluqlarında konnektor olan optik kabeldir
    İndi isə gəlin daha detallı optik kabelin nədən ibarət olduğunu aydınlaşdıraq
    İlk olaraq optik lif, hansıki informasiya ötürücülüyünü təmin edir
    Optik lif cox yüksək sürətli ötürmə qabiliyyətinə malikdir
    2014cü ildə 255Terabit/san sürəti ilə rekord vurmuşdur
    Optik lifin üzəri modul daxili hidrofob doldurucu ilə örtülmüşdür
    Və əgər kabel zədələnmişsə və içinə su dolmuşsa bu modul daxili hidrofob doldurucu suyun kabel boyu yayılmasının qarşısını alır
    Və kabelin yalnız zedelenmiş hissəsinin dəyişilməsinə ehtiyac olur
    Hidrofob doldurucu özü mərkəzi boruda yerləşir
    Sonra polietilen örtüklü arakəsmə və zirehli təbəqənin hidroizolyasiyası əlavə qoruma təbəqələri
    Daha sonra sinklənmiş polad məftillərdən qoruyucu zireh gəlir
    Hansıki, bu təbəqə əsasən çöl şəraitində istifadə olunan optik kabellərdə mexaniki zədələrdən qorunması üçün olur
    Məsələn, ev şəraitində istifadə olunan kabellərdə bu təbəqə olmur
    Və Xarici örtük
    Bu örtükdə kimyavi qatqılar olur ki, ətraf mühütün təsirindən qorunması üçün
    Bu gördüyümüz optik konnektorlardır
    Bir neçə müxtəlif standartlı optik konnektorlar vardır
    iki optik kabeli birləşdirmək üçün xüsusi optik kabel qaynaq aparatından istifadə olunur
    Optik kabellər iki növdə olur
    Bir modlu (SM, Single Mode) və Çox modlu (MM, Multi Mode)
    Fərqləri nədi bun modların
    Şəkildən göründüyü kimi bir modlu kabeldə biz bir siqnal ötürürük
    Amma Çox modlu kabeldə biz daha çox fərqli siqnallar ötürə bilirik
    Single Mode ilə Multi Mode müqayisə edək
    SingleModda bir işıq siqnalını göndərə bilirik, Ama Multi Modda birdən daha çox işıq siqnalını göndərə bilirik
    SingleModda özəyin diametri azdır, Ama Multi Modda özəyin diametri çoxdur
    Bura kimi elede önəmli deyil bizim üçün. Sonra
    SingleModda daha az yayılma itkisi, Ama Multi Modda daha çox yayılma itkisi olur
    aha bura artıq diqqət yetirməmiz lazımdır
    yayılma itkisi siqnalın keyfiyyətinin düşməyi deməkdir
    Yəni yayılma itkisi az olarsa biz siqnalı daha uzaq məsafəyə ötürə bilirik
    Ona görədə,
    SingleModda daha uzağa ötürülmə ( 10 km-lərlə), Ama Multi Modda daha az ötürülmə ( 1000 metrə qədər) olur
    Ama SingleMod qaynağın keyfiyyətinə daha çox həssas olur, Multi Mod isə qaynağın keyfiyyətinə daha az həssas olur
    Və Single Mod qiymət baxımından baha başa gəlir, ama multi mod ucuzdur
    Gəlin yekun nəticələrə baxaq
    Optik kabel Model OSİ-ın Fizikal səviyyəsində yerləşir
    O Single və Multi mod ola bilir
    Fərqlərini də qeyd etdik
    Siqnal ötürmə aralıqları onlarla kilometr olur
    Və sürətin bir neçə yüz terabayta çatdığını bildik
    Və öyrəndik ki, optik kabelləri birləşdirmək üçün qaynağ olunmalıdır
    Hamıya təşəkkür edirəm
    Növbəti dərsdə görüşənədək
    Hamiya salam. Mənim adim Rəşid Əhmədovdur.
    Xahiş edirəm aktiv olun Kursun hamiya əlçatan olması üçün bəyənin, rəylərinizi bildirin, kanala abunə olmağı unutmayın.
    Kurs tamamilə ödənişsizdir
    Ona görə də dəstək olun ki, daha marağlı daha məlumatlı texnologiya aləminə səyahətimiz baş tutsun
    Hamıya təşəkkür edirəm!
    Əlavə suallar yaranarsa mənimlə əlaqə qurmaq üçün +994702426674 nömrəsinə zəng və ya yaza bilər

Комментарии • 5

  • @Soft_Bubletea
    @Soft_Bubletea Год назад +5

    Cox gesengdi

  • @nailnebiyev1659
    @nailnebiyev1659 Год назад +7

    cox sagolun bu texnalogya haqqinda oz dilimizde videolar gormemisrim. Mende optik qaynaqciyam her gun oyrenirem tesekkurler ugurlar

    • @vuqarminov3371
      @vuqarminov3371 Год назад

      Salam Qardas .Men socardan imtahan vermisem bu sahe uzre oxumaga bir iki material lazimdi,eger varsa komek ederdin zehmet olmasa

    • @sohratmustafayev2494
      @sohratmustafayev2494 Год назад

      Salam abi zehmet olmasa elaqe nomrenizi verinde mene.

  • @kenanaliyev3315
    @kenanaliyev3315 3 месяца назад

    Təşəkkür dəyərli məlumatlara görə.