Aşura gecəsi ürək dağlayan bir hadisə Hacı Şahin - Zikri müsibət qəmli 2020

Поделиться
HTML-код
  • Опубликовано: 20 сен 2024
  • İmam Hüseyn (ə) 61-ci hicri-qəməri ilinin Məhərrəm ayının 2-də Kərbəlaya daxil oldu və Məhərrəm ayının 3-dən etibarən İbn Ziyadın qoşunu tədricən Kərbəlaya toplaşdılar. İbn Ziyad imam Hüseynin (ə) şəhadətə yetəcəyi ilə gələcəkdə qisas məqsədilə baş verə biləcək qiyamların qarşısını almaq üçün bütün Kufə əhalisi və qəbilələrinin əlini Peyğəmbərin (s) övladının qanına bulaşdırmağa cəhd göstərirdi. İbn Əsəmin nəqlinə görə, təqribən, iyirmi iki min nəfər Kufədən yola düşdü. Amma Bilazəri, Dinəvəri və İbn Sədin rəvayətlərindən aydın olduğu kimi, onların əksəriyyəti yolun yarısında ordudan ayrılıb qaçdılar. Çünki Kufə əhalisinin əksəriyyəti Rəsulullahın (s) övladı ilə döyüşmək istəmirdi. Bu səbəbdən, İbn Ziyad belə bir göstəriş verdi: “Bu gündən etibarən orduya qatılmayan hər hansı bir şəxsin qanı mənim boynumda deyildir.”
    Cəmiyyət belə bir hədə-qorxudan təsirlənərək Kərbəlaya doğru üz tutdu. Hətta, Rey şəhərinin hakimi və müşrik deyləmilərlə döyüşmək məqsədilə İrana doğru hərəkətə hazırlaşan Ömər ibn Səd ibn Vəqqas, İbn Ziyad tərəfindən Hüseynin (ə) işini bitirdikdən sonra Reyin valiliyini öhdəsinə alması üçün Kərbəlaya gəlməsinə dair əmr aldı və Kufə ordusunun sərkərdəliyinə təyin edildi. O, Kərbəla məsələsi üzərində daxili nigarançılığını geridə qoyub, nəhayət, Rəsulullahın (s) övladının qanının axıdılması bahasına olsa da, Rey valiliyinə şahib olmağa üstünlük verdi və Kərbəlaya yola düşdü.
    İbn Ziyad “Aşura”dan bir neçə gün əvvəl Ömər ibn Sədə məktub yazıb İmama (ə) su verilməməsi əmrini verdi: “Hüseynlə su arasında fasilə sal ki, hətta bir damla su belə içə bilməsinlər.” Başqa bir məktubda da belə yazdı: “Eşitmişəm ki, Hüseyn (ə) və səhabələri sudan istifadə edirlər. Bu məktubu alan kimi, mümkün qədər onların qarşısını al və suyun onların üzünə bağlanmasında ciddi ol.” (“İmamların ictimai-siyasi həyatı”, Ustad Rəsul Cəfəri, imam Hüseynin (ə) həyatı.)
    İmam Hüseyn (ə) ömrünün son günlərində bir neçə dəfə İbn Sədlə görüşdü və onu məmur olunduğu ağır cinayətdən imtina etdirməyə çalışdı. Amma - tarixi rəvayətlərə görə - Rey valiliyi onun ağlını əlindən almışdı.
    Xətib Xarəzmi yazır: Hüseyn ibn Əli (ə) öz dostlarından olan Əmr ibn Qərəzə Ənsari ilə Ömər ibn Sədə xəbər göndərdi ki, İmam (ə) onunla görüşüb söhbət etmək istəyir. Ömər Səd bu təklifi qəbul etdi. İmam Hüseyn (ə) gecə yarısı öz dostlarından iyirmi nəfərlə birlikdə iki qoşunun arasında qurulmuş çadıra tərəf hərəkət etdi və göstəriş verdi ki, qardaşı Əbülfəzl və oğlu Əli Əkbərdən başqa heç kim çadıra girməsin. Ömər Səd də iyirmi nəfərdən ibarət köməkçilərinə belə bir göstəriş verdi və yalnız oğlu Həfs ilə xüsusi nökəri onunla birgə çadıra daxil oldular. İmam Hüseyn (ə) bu məclisdə Ömər Sədə xitabən belə buyurdu: “Ey Sədin oğlu! Məni tanıdığın və mənim atamın kim olduğunu bildiyin halda, mənimlə müharibə etmək istəyirsən? Hüzuruna qayıdacağın Allahdan qorxmursan? Mənim tərəfimdə olmaq və bunlardan (Bəni-Üməyyə) əl çəkmək istəmirsən?”
    Ömər Səd dedi: “Qorxuram ki, belə olan halda, mənim Kufədəki evimi viran etsinlər.”
    İmam Hüseyn (ə) buyurdu: “Mən öz hesabıma sənin üçün bir ev alaram.”
    Ömər Səd dedi: “Qorxuram xurma bağımı müsadirə etsinlər.”
    İmam Hüseyn (ə) buyurdu: “Mən sənə Hicazda Kufədəki bu bağlardan da yaxşı bağ verərəm.”
    Ömər Səd dedi: “Arvad-uşağım Kufədədir, qorxuram ki, onları öldürələr.”
    İmam onun bəhanələrini gördükdə, bu cümlələri deyə-deyə yerindən qalxdı: “Niyə şeytanın itaətinə bu qədər israrlısan?... Ümid edirəm ki, İraq buğdasından qismətin çox az olacaq! Nə sənə uzun ömür nəsib olacaq, nə də bir vəzifəyə çatacaqsan.”
    Kərbəla hadisəsindən sonra Ömər ibn Səd ömrünün son anlarını Kufədə keçirtdi, dünya səltənətinə - Rey mülkünə də sahib ola bilmədi. Nəhayət, Muxtar qiyam edərək, 66-cı hicri-qəməri ilinin Zil-həccə ayında onu və oğlu Həfsi qətlə yetirdi.
    ÖMƏR İBN SƏDİN KEÇMİŞİ
    Bir gün Əmirəlmöminin Əli (ə) minbərdə buyurdu: “Məni əldən verməmiş nə istəyirsinizsə, məndən soruşun…”
    Bu vaxt Səd ibn Əbu Vəqqas (Ömərin atası) yerindən qalxıb dedi: “Ey Əmirəlmöminin! Xəbər ver görüm, mənim üz və başımda nə qədər tük var?”
    İmam (ə) buyurdu: “Sənin soruşduğun məsələni Rəsuli-Əkrəm mənə xəbər verib buyurmuşdur ki, sən bu sualı məndən soruşacaqsan. Bil ki, sənin baş və üzündə elə bir tük yoxdur ki, onun dibində bir şeytan oturmasın. Eləcə də, sənin evində südəmər bir uşaq var ki, oğlum Hüseyni qətlə yetirəcəkdir.” O vaxt Ömər ibn Səd balaca bir uşaq idi. (Kamiluz-ziyarat, səh.74.)
    Sədin imam Əlidən (ə soruşduğu sual həqiqəti öyrənmək üçün deyil, yalnız masqara üçün idi. Niyyətlərdən agah olan Əmirəlmöminin Əli (ə) bilirdi ki, Sədin başında nə kimi planlar var. Məhz buna görə də, Həzrət elə bir cavab verdi ki, o alçaq və yaramazın camaat içində xar olub alnına əbədi rüsvayçılıq damğası vuruldu. Xüsusən də, Əmirəlmöminin Əli (ə) bu sözləri Rəsulullahın mübarək dilindən nəql etmişdi.
    Beləliklə, belə bir alçaq və rəzil bir ünsürdən Ömər Səd kimi birisinin törənməsi heç də təəccüb doğurmur.
    Rza Şükürlü #Hacı# #Şahin# #Hacı# #Ramil#2020##yeni#

Комментарии • 107

  • @raufqasimov2730
    @raufqasimov2730 4 года назад +47

    Salam olsun Hüseyin sevən müsalmanlara Allah razı olsun hacı sizdən sizin danışıqlarınız bütün insanın ruhuna sakitəşdirir.

  • @sadiqqaribli9995
    @sadiqqaribli9995 4 года назад +14

    Allah sizdən razı olsun inşəAllah Allah islam dininin düşmənlərinə fürsət verməsin

  • @elnurabbasov3744
    @elnurabbasov3744 4 года назад +8

    😢😢😭😭🌹🌹O, Susuz 6- Ayliq Uşaqi Ürəyim Parçalanir Əli Əxsər Can Allahin Lənəti Olsun Zalimlara İmam Hüseynin Qatilərinə Amin

    • @huseyneliyev5802
      @huseyneliyev5802 4 года назад

      İjki

    • @huseyneliyev5802
      @huseyneliyev5802 4 года назад

      Jçtni

    • @huseyneliyev5802
      @huseyneliyev5802 4 года назад

      Еоьпора5юррж6до

    • @huseyneliyev5802
      @huseyneliyev5802 4 года назад

      Гттп 😈😡😡😰⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛲⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛪⛲

  • @gunaymnsimova7840
    @gunaymnsimova7840 4 года назад +9

    Həci sizdən bir xahiş edim qardaşım xəstədi dua edərsiz .Bütün müsəlman bacı ,qardaşlarımdan dua istəyirəm Allah rızasına .Allah hamınızdan razı olsun Allahda sizin hacətlərinizi və xəstələrinizə şəfa versin Aminnn 🤲

    • @vaqifkerimov2608
      @vaqifkerimov2608 4 года назад

      Allah şəfa versin bu aya xatirrr

    • @gunaymnsimova7840
      @gunaymnsimova7840 4 года назад

      @@vaqifkerimov2608 Aminnn 🤲Allah sizdən razı olsun 🤲

    • @vaqifkerimov2608
      @vaqifkerimov2608 4 года назад

      @@gunaymnsimova7840 cümləmizdən inşAllahh

  • @imamali.gurbanov
    @imamali.gurbanov 4 года назад +12

    Allah sizdən razı olsun Hacı Şahin qardaş.

  • @orxanqurbanov6320
    @orxanqurbanov6320 4 года назад +16

    Canım sənə Qurban ağam.Indide aşurada n get deyiller ,gede bilmirem ve bilmərəm bu nece eşqdir hələ gözüm o gül camalın görməyib.qaldiki Ağamın ciyərinə çəkdiyi havadan mende ciyerime cekem 😢 Bəzən Allaha dua ediremki görəsən o devirde olsaydım yenə Ağanın tərəfində olardım ya necə düşünəndə belə ürəyim partlayır Allahım bu eşqi ürəyimdə həmişə ucalt 😢

  • @elvineliyev3324
    @elvineliyev3324 4 года назад +8

    Allah senden razi olsun Haci

  • @ВикаАхмедова-я9г
    @ВикаАхмедова-я9г 4 года назад +4

    Salam olsun Kelbela Sehidlerine Ya Huseyin canlm sen feda olsun ya agam Allahn salaml olsun Peyqemmberimiz Muhammed ve onun aylesine ve asabna tamamnln uzerine amin 🤲🏻🤲🏻🤲🏻

  • @МирзаМир-е5з
    @МирзаМир-е5з 4 года назад +14

    canim feda olsun imamAliya (s)hezretiEbelfeze(s) ImamHuseyne(s)imamlarimiza amin🖤uwaqliqdan gormuwdum on gunu hergun her gece eza saxlayirdilar hergun mecid bir evde ocaqda kuce mehellede imamlari yad edib aglayirdilar awura gunude uc gun esan dualar edirdiler .indise ne eza ne yad edib aglawmaq amma ,:awuragunu hami qacar ozune dualar etddirmeye yazdirmaya ne bilim ocaq ziyaret yerlerine gor hara geldik🥀 gormediklerimizi goruruk🥀Imam ehlibeyt mehebeti ebedidirse ureyinde o nu hecvaxt silen olmaz hecne mane olmaz harda olsan bele dunyanin sonunda sehrada ! !birinci gunden awura gunune qeder eza saxlamaq🥀🖤 IMAMLARIMIZIN RUHU WADOLSUN YEZIDDLERE KAFIRLERE LENET OLSUN MIN LENETT!!.!

    • @huseynmuslumov9778
      @huseynmuslumov9778 4 года назад +1

      Ölənin arxasınca ağlamaq olmaz sinə vurmaq olmaz qamçı heç olmaz bilirsiz niyə əvvəlki kimi yas saxlamırlar çünki ağıl tapıblar dərk edirlər ki çox böyük günahdı quranda 25 ümumilikdə 125000 peyğəmbər gəlib birinə yas tutmuyub imamlara yas tutursuz imamları peyğəmbərlərdən üstün sayırsız din imamların üzərində qurulmuyub anlayın artıq mən hüseynə qarşı deyiləm adımda hüseyndir və adımlada fəxr edirəm sadəcə şirk qoşmuyun bucür boş boğazı dinləməkdənsə bidəfə quranı açıb oxuyun!!!

    • @МирзаМир-е5з
      @МирзаМир-е5з 4 года назад +1

      @@huseynmuslumov9778 BIR QISA CAVAB!!!KAFIRE YEZIDE WEYTANA LENET MIN MILYON FSYO JIZN LENETTTT OLSUNNN

    • @huseynmuslumov9778
      @huseynmuslumov9778 4 года назад +1

      @@МирзаМир-е5з bu cavab deyil axı ancaq lənət lənət nə dəlil var nə sübut sadəcə qadınsız ona görə dərinə getmək istəmirəm çünki qadına hörmətim sonsuzdur çox dirəşməkin yeri yoxdur onsuzda sözlərimlə razılaşan deyilsiz vaxtınızı aldım haqqınızı halal edin

    • @МирзаМир-е5з
      @МирзаМир-е5з 4 года назад +2

      @@huseynmuslumov9778 men kimem Allah halal etsin bagiwdasin yazdiqlariza .ikinciside deyilesi coxdu cavabim yazmaqla qutarmaz !ucuncude ay bende peyqenberin aylesi kim olub?????biz kimi yad edirik!men yas yox!fexr edirem men pak yol temiz ruh baw ucaliq ders Allahin yolunu tapib terifname aliram peyqenber imamlarimizla! menim cun verqi yox boyuk kicik cenab kim olur olsunnn!!!imamima qarwi daniwani susduraram!!!!yeqinki anlayarsiz !adiza layiq olun !yada deyiwin adizi!!!

    • @huseynmuslumov9778
      @huseynmuslumov9778 4 года назад +1

      @@МирзаМир-е5з adım belədə gözəldir deyirsis cavabım yazmaqla qurtarmaz ama mən sizi susdura bilərəm deyim necə o boş boş danışanda sizində nəinki namazınız hətta aldığınız dəstamaz belə səhvdir maidə surəsində uca Allah deyir qollarınızı dirsəklər qədər yuyun ama siz quranı inkar edib dirsəkləri barmaqlara qədər yuyursuz !!!ayaqlar tam yuyulmaq əvəzinə dabanlar çirkli qalır lüt ayağa məst çəkirsiz namaz beş vaxtda gəlib üç vaxtda qılırsız birdə siz möhürlə qılırsız son sualım nədən möhür kimi istifadə etmək olar möhür olmadığı halda düzgün cavab verin söz sizə yazmayacammm cavab düz olmasa mən cavabım bererəm

  • @gunaymnsimova7840
    @gunaymnsimova7840 4 года назад +4

    Allah sizdən razı olsun Hacı Şahin 🤲

  • @mhmmdxlilov2330
    @mhmmdxlilov2330 4 года назад +3

    CAN HÜSEYİN ALLAH SİZDƏN RAZİ OLSUN HƏMİŞƏ QORUSUN BİZDƏ İCİNDƏ

  • @nebieliyarov7470
    @nebieliyarov7470 Год назад

    Allah sənə rəhmət eləsin Haçı Şahin Əhlibeyti İmaməti bizə düzqün tanıtdırdın

  • @xamayilad8522
    @xamayilad8522 4 года назад +8

    elekuma salam qardas
    Allah hamiya komey olsun Muselman qardas bacilar sizden bir xasim var Anam Kecen ay rehmete gedib ayin avgust uc gune qirx gun olur ne olar bir dua edin anama Yeri cennet osu

  • @servicservic2287
    @servicservic2287 2 года назад

    Allah sizdən razı olsun həci sizin söhbətləri dinəyirik aylədə

  • @imranbabayev5825
    @imranbabayev5825 Год назад

    Hacı, Allah sənə rəhmət eləsin.

  • @gta_gercektarihadami
    @gta_gercektarihadami Год назад

    Allah razı olsun Hacıdan

  • @iboinrahimov
    @iboinrahimov Год назад

    Allahin salami olsun Sənə ey Allah dostu ey Allahin Əzizi

  • @lihaqqildirhaqqliil.9262
    @lihaqqildirhaqqliil.9262 4 года назад +6

    Allah ömər sədə, hərmələyə,şimirə,ibn ziyada lənət eləsin İnşaallah Amin ya Rəbbəl Aləmin

    • @huseynmuslumov9778
      @huseynmuslumov9778 4 года назад

      Allahdan qorx ey savadsız belə şərəfsizləri dinləməkdənsə aç quran oxu Allahın ayələrində görəcəksən hər şeyi peyğəmbərin yolunu gedənləri necə lənıtliyə bilərsən mən səni qınamıram e sizin nə namazınız nədə dəstamazınız düzdür quranın ayələrini inkar edən adamlarsız savadsız

  • @Kontaktmay-w7j
    @Kontaktmay-w7j Год назад

    Məkanlnlz cənnət olsun hacl siz həmişə Hüseyin sevən aşiqlərin qəlbindəsiniz qəbrinin nurla dolsun amin

  • @Fariz-g7w
    @Fariz-g7w 2 месяца назад

    İlahi,Bu aşura gununə xatir, Hacını əhli beyt ə qonaq eylə

  • @mrrom4ik174
    @mrrom4ik174 Год назад +1

    Allah sene rehmet elesin😢

  • @ВикаАхмедова-я9г
    @ВикаАхмедова-я9г 4 года назад +2

    Can aga can Huseyinim canlm sene feda olsun agam 🖤😭😭😭

  • @Кунаи4646
    @Кунаи4646 4 года назад +2

    Ya HÜSEYİN CANLI HÜSEYİN 😓😓😓😓😓😓😓😓

  • @sevilhuseynova4331
    @sevilhuseynova4331 4 года назад +4

    Axwaminiz xeyir olsun. TRT1 Kerbala musibeti haqqinda verikiw gedir.45 ildi ewitdiklerimizi ne gozel elmi dilde,delillernen,tarixlernen izah edir hormetli qonaq.Xahiw edirem Haci nehayet ki,mersiyyelerden qopub elmi deyer vermek zamani gelmiw,bir yolunu tapib bu catiwmamazligi aradan qaldirin

  • @aqilmustafavey9256
    @aqilmustafavey9256 4 года назад +2

    Allahim özün rəhmet bizə

  • @mstfmchde2000
    @mstfmchde2000 4 года назад

    Allah Ömrüne bereket versin Hacı Ağa

  • @igneminmarifeti3999
    @igneminmarifeti3999 4 года назад +10

    Aminnn 😭🏴🏴🏴 Allahim lanet olsun o zalimlere Aminnnnnnnnnnn

  • @subhangirdeni8555
    @subhangirdeni8555 3 года назад

    Cox cetundi ya huseyn

  • @imanova16imanova79
    @imanova16imanova79 3 года назад +1

    YA ALLAHIM🤲🤲 İMAM HÜSEYN

  • @ismailisayev9259
    @ismailisayev9259 2 года назад

    Ləbbeyk ya Hüseyn

  • @seydamemmedova7724
    @seydamemmedova7724 4 года назад +2

    🖤🖤🕋🕋🖤🖤

  • @mirtaginovruzlu7681
    @mirtaginovruzlu7681 Год назад

    Bu il sensizik haci 😢

  • @sahinkerimov8436
    @sahinkerimov8436 4 года назад +4

    Allah razi olsun Heci sizden bir xaiwim var tawura necesidi deyerdiz

  • @yeganecelilova3074
    @yeganecelilova3074 4 года назад

    Allah razi olsun.

  • @reyhansefa4552
    @reyhansefa4552 2 месяца назад

    😢😢😢💔🌹🌹

  • @Bmvsevdasi_
    @Bmvsevdasi_ Год назад

    😢😢😢😢

  • @nhghghgg6567
    @nhghghgg6567 2 года назад

    😪

  • @mehdihesimov7131
    @mehdihesimov7131 4 года назад +1

    🌃

  • @semedquliyev5224
    @semedquliyev5224 4 года назад +1

    🤲🤲🤲

  • @gunayisayeva8799
    @gunayisayeva8799 4 года назад +1

    😥🤲

  • @gunayeliyev4042
    @gunayeliyev4042 4 года назад +2

    Salam Aşura günü oruc tutmaq olar??Mənə deyərdüzdə zəhmət olmasa.🙏

  • @nebieliyarov7470
    @nebieliyarov7470 Год назад

    Yezidə Lənət

  • @nicathuseynov8195
    @nicathuseynov8195 4 года назад +5

    Salam Aşura gününde halva bişirib paylamaq düzgündürmü

    • @huseynmuslumov9778
      @huseynmuslumov9778 4 года назад +1

      Aleykum Salam nəin ki halva bu günə yas tutmaq belə günahdır bu ibadət deyil axı

    • @ceyhunqribov2545
      @ceyhunqribov2545 4 года назад

      Bəli düzgündür bişirə bilərsiz, imkanınız varsa payliyada bilərsiz narahat olmayın. Hədikdə bişirmək olar

    • @ceyhunqribov2545
      @ceyhunqribov2545 4 года назад

      @@huseynmuslumov9778 günah deyil imamımızın şəhadət günüdür yasda tutmaq olar, havada bişirmək olar

    • @huseynmuslumov9778
      @huseynmuslumov9778 4 года назад +1

      @@ceyhunqribov2545 hə kababda çəkmək olar

    • @ceyhunqribov2545
      @ceyhunqribov2545 4 года назад +1

      @@huseynmuslumov9778 bayramını kabab çəkirsən? Yasda halva bisər kabab yox. Yəqin sən kabab çəkirsən yaxın adamın olənfə

  • @denizyusubova807
    @denizyusubova807 4 года назад

    😥😥😥😢😢😢🤲🤲🤲

  • @elcinbabayev186
    @elcinbabayev186 4 года назад +1

    Aşura günü nə vaxtdır?deyə bilərsiz zəhmət olmasa

  • @ceyhunabdullayev5203
    @ceyhunabdullayev5203 3 года назад

    Xais edrem mene dua edesiz

  • @mehrinmuradova208
    @mehrinmuradova208 4 года назад

    Salam, IMAMLARIMIZIN 40 ci gununu ne vaxtir? zehmet olmasa yazardiniz,

  • @zoyazoya731
    @zoyazoya731 4 года назад +2

    Sizinçin nağıl ola bilər bəs Qarabağ şəhidlərimizi satqınlıqla etmədikləri oxumuş insan

  • @YeganəƏliyeva-z8q
    @YeganəƏliyeva-z8q 2 месяца назад

    O kişi kim idi görəsən?

  • @ВикаАхмедова-я9г
    @ВикаАхмедова-я9г 4 года назад +3

    Allahn leneti olsun yezide onun terafdarlarna dunya durduqca amin

  • @ilhamilham7552
    @ilhamilham7552 4 года назад

    11

  • @zoyazoya731
    @zoyazoya731 4 года назад +3

    Əyər sıxıdısa nədən baxırsan get konsertə bax

  • @turalheyderov8644
    @turalheyderov8644 2 месяца назад

    😂😂

  • @omorfosantras2135
    @omorfosantras2135 4 года назад

    Urek sıxıcı bu da videonu dislike etdim 😏😏😏😏

    • @aydanxe
      @aydanxe 4 года назад +2

      Allah bilen meslehetdi sene ne demek olar.

    • @fgjbvlhjmm8442
      @fgjbvlhjmm8442 4 года назад

      Ay bicbala nolub muselmanlardan abijni qalmısan bütün videolara gic gic sözler yazırsan

    • @omorfosantras2135
      @omorfosantras2135 4 года назад

      @@fgjbvlhjmm8442 bicbala anandır bildin 😂😂😂😂😂😂😂

    • @fgjbvlhjmm8442
      @fgjbvlhjmm8442 4 года назад

      İNANCI OLMAYAN İNSAN nomrevi yaz gorum

    • @phonrenphoensjs9374
      @phonrenphoensjs9374 4 года назад

      @@omorfosantras2135 Srazı bilinirki ateyissən.